Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6007/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, ona 30 dekabr 2021-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli 2-1(102)-1346/2023 nömrəli qərarı və müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilmiş məktub nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmışdır. Məlum olmuşdur ki, 30 dekabr 2021-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 715,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 214,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 107,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 193,29 manat, digər növ əlavəsi 70,11 manat olmaqla orta aylıq əmək haqqı 1380,15 manat təşkil etmiş, bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 8 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1380,15 manat) 80 faizi-1104,12 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1183,05 manat məbləğində köçürülmüşdür. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 952,25 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən əmək pensiyası 1393,07 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1492,66 manat məbləğində köçürülmüşdür. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 1095,49 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə ona ümumilikdə 2047,74 (952,25+1095,49) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, əlavə olaraq, ona maddi yardım üzrə 2022-ci il üçün 94,72 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti cari ayda əmək pensiyandan çıxılmaqla büdcəyə bərpa edilmişdir.
3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona dövlət qulluğu stajına görə təyin edilmiş əmək pensiyanın və hesablanmış 9560,10 manatın 2019-cu il üzrə indeksləşdirilərək yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9848/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir və 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasıınn yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Onun 31 dekabr 2021-ci il tarixdə əmək pensiyası hüququ yaranmışdır və dövlət qulluğu stajı ümumilikdə 32 il 10 ay təşkil etməsinə baxmayaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən düzgün olmayaraq 21 il 5 ay staj hesablanmaqla pensiya təyin edilmişdir. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra da pensiya məbləği düzgün hesablanmamışdır və o, ərizə ilə müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanması barədə tədbir görülməsini xahiş etmişdir. Verilmiş cavabda əmək pensiyasının yenidən hesablandığı qeyd olunmuşdur. Cavabdeh tərəfin imtinası qeyri-qanuni və əsassızdır, ona təyin edilmiş əmək pensiyasının məbləği 1925,40 manat hesablanmalı olduğu halda hesablanmamış, əksinə pensiya məbləğinin düzgün hesablanmadığı, artıq hesablamalar olduğu göstərilmişdir. Qeyd olunmalıdır ki, işlədiyi müddətdə uzun illər məzuniyyət hüququndan istifadə etməmişdir. O, 2019-cu ildə işdən çıxarkən son haqq-hesab olaraq, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 9560,10 manat hesablanmışdır və gəlir vergisi olaraq 2133,25 manat, DSMF hesabına 3% olmaqla 289 manat, S/Q üzrə 192,67 manat, işsizlikdən sığorta üzrə 48,17 manat, həmkarlara 92,67 manat olmaqla tutulmalar həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, onun aldığı son haqq-hesab 9560,10 manat 2019-cu ilin sentyabr ayında aparılmış indeksasiya əsasında 0.5 dəfə artırılmalı, əldə olunan rəqəm 24 aya bölünərək əmək pensiyası yenidən hesablanmalıdır. İndeksləşdirmə qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyaya çıxdığı dövrdə 9560,10 manat son haqq-hesab üzrə aparılmalıdır. Hesablamalara görə cavabdeh tərəfindən 532,33 manat az hesablanmışdır. Göründüyü kimi, ona hesablanmış son haqq-hesabdan gəlir vergisi (22 faiz olmaqla), həmçinin DSMF-yə ödənişlər, sığorta ödənişləri hesablandığından bölünməsi mümkünsüzdür.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında gösərmişdir ki, iddiaçıya 30 dekabr 2021-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 9560,10 manat son haqq-hesab məbləğinə görə pensiyaya əlavə olunmuş 398,34 manat əlavənin ödənilməsinin davam etdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən ərizəçinin müraciətinə baxılaraq müvafiq məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verilmiş, bu barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla iddiaçıya məlumat verilmişdir. İddiaçı Q.X1 və Mühafizəsi departamentində "direktor müavini" vəzifəsində işləyərkən xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ödənilmiş əməkhaqqı barədə arayışın "son haqq-hesab kompensasiya” sütununda göstərilmiş 9560,10 manatın hansı dövr üçün ödənilməsinə dair dəqiqləşdirilmiş məlumatın təqdim edilməsi məqsədilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli nömrəli məktubda Xidmətin yeni inzibati binada fəaliyyət göstərməsi səbəbilə yetərli arxiv sənədləri olmadığından 9560,10 manat vəsaitin hansı dövrlər üzrə ödənildiyini müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Göstərilən səbəbdən cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə 3-17-1/3- 3-63197/2023 nömrəli "Əmək pensiyasının yeniden hesablanması haqqında" Qərar qəbul edilmiş, iddiaçının pensiyasından son haqq-hesaba görə hesablanmış 398,34 manata əlavənin ödənilməsi dayandırılaraq pensiya məbləği 1492,66 manatdan 1322,30 manata azaldılmışdır. Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixli 3-14/2-3728-D-10/2023 nömrəli məktub daxil olmuş, İddiaçı hesablanmış 9560,10 manat məbləğində son haqqhesabın 1682,58 manatının pensiya təyin edilməsi üçün nəzərə alınan dövrə (xx.xx.2017xx.xx.2019) aid olduğu bildirilmişdir. Cavabdeh inzibati orqan sözügedən məktubu nəzərə alaraq xx.xx.2023-cü il tarixdə 3-17-1/3-3-64169/2023 nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında" Qərar qəbul etmiş, iddiaçının pensiyasına son haqqhesaba görə 70,11 manat əlavə hesablanmış, pensiyanın məbləği 1322,30 manatdan 1393,07 manata artırılmışdır. Nəticədə məlum olmuşdur ki, 30 dekabr 2021-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 715,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 214,50 manat, ixtisas dərəcəsinə görə əlavən 80,00 manat, hakimiyyət salahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 107.25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 193,29 manat, digər növ əlavə 70,11 manat olmaqla orta aylıq əməkhaqqı 1380,15 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının amək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 8 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1380,15 manat) 80 faizi- 1104,12 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1183,05 manat məbləğində köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 952,25 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən İddiaçı əmək pensiyası 1393,07 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1492,66 manat məbləğində köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 1095,49 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-659/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əməkhaqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndələri iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdilər və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. III.Məhkəmənin mövqeyi
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, işdə olan cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı Əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ƏPQ-nin 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərara əsasən iddiaçının dövlət qulluğunda vəzifə stajı 21 il 5 ay, pnsiya faizi 69.25 faiz müəyyən edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası təmin edilmiş, İddiaçı 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.
11. İşdən görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən onun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətində direktor müavini vəzifəsində işlədiyi xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə aldığı əmək haqqı əsas götürülməklə pensiya təyin edilmişdir.
12. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-63197/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası müraciət əsasında xx.xx.2021-ci il tarixdən yenidən hesablanmış, əmək pensiyasının məbləği 1492,66 manatdan 1322,30 manata azaldılmışdır.
13. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64169/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası son haqq hesab arayışı əsasında xx.xx.2021-ci il tarixdən yenidən hesablanmış, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 1322,30 manatdan 1393,07 manata artırılmışdır.
14. İddiaçı hazırda cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ona təyin edilmiş əmək pensiyasının azaldılması ilə razılaşmayaraq, dövlət qulluğunun son 24 ayı ərzində ona hesablanmış 9560.10 manat məbləğində son haqq-hesabın əmək pensiyası hesablanarkən tam məbləğdə nəzərə alınmasını tələb edir.
15. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya hesablanmış 9560.10 manat məbləğində son haqq-hesabın 1682.58 manatı pensiyanın təyin edilməsi üçün nəzərə alınan dövrə (xx.xx.2017-xx.xx.2019) düşür.
16. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edildiyi xx.xx.2021-ci il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 20.11-ci maddəsinə əsasən həmin qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
17. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na əsasən: - bənd 2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. - bənd 3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
18. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi məbləğin cəmi 1682.58 manat hissəsi ona əmək pensiyası təyin edilərkən nəzərə alınan son 24 aya aid olmuş, qalan məbləğ isə həmin dövrə qədər olan tarixə aid olmuş, qulluğun son 24 ayının əmək haqqına və digər əlavələrə aid olmamışdır.
19. Qanunvericilik isə dövlət qulluğun son 24 ayı ərzində alınan bütün əmək haqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur.
20. Bu səbəbdən də iddiaçıya ödənilmiş 9560,10 manat son haqq-hesab məbləğinin 7877,52 manat hissəsi onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2017-2019-cü illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının (dövlət məvacibinin) orta aylıq məbləğindən hesablanır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-659/2023 saylı qərarı) 21.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 22.Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 57 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 23.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 24.Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova