Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-601/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Qəhrəman oğlunun, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qəhrəman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Qəhrəman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İsmayıllı rayon Dövlət Arxivi tərəfindən 14 iyul 2021-ci il tarixli 119 syalı arxiv arayışının ona məxsusu olması və 1972-1996-cı illərdə sabiq “Oktyabr”adına kolxozda işləmə faktının müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)1241/2021 nömrəli qərardadı ilə İddiaçı Qəhrəman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "İsmayıllı rayon Dövlət Arxivi tərəfindən 14 iyul 2021-ci il tarixli 119 saylı arxiv arayışının ona məxsus olması və 1972-1996-cı illərdə sabiq “Oktyabr” adına kolxozda işləmə faktının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iddia tələbi “1972-1996-cı illərdə sabiq İsmayıllı rayonu “Oktyabr” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olub. 1972-1996-cı illərdə İsmayıllı rayon Mican kənd sabiq "Oktyabr" adına kolxozda mexanizator olaraq əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə ona əmək günü 1972-ci il tarixdən 1996cı il tarixədək hesablanaraq ödənilmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona 21 iyun 2021-ci il tarixli **********1 saylı imtina məktubu verərək işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. Halbuki, 1972-1996-cı illərə aid iş stajı olmuş və iş stajının olması barədə İsmayıllı rayon Arxiv arayışı almışdır. Kolxozun şəxsi hesab kitablarından çıxarışda və arxivdən verilmiş arayışda 1974-1979-cu illərin kitablarında adı qeyd olunub. Lakin 1972-1996-ci ildə adına əmək haqqı qeyd olunsa da əmək kitabçasına iş stajı barədə qeydlər aparılmamışdır. İddiaçı 1972-1996-ci illərdə İsmayıllı rayonu "Oktyabr" kolxozunda işlədiyi dövrü nəzərə alınmış olsa, ona hüququnun yarandığı tarixdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən oluna bilər. Buna görə də hərbi xidmətdə olduğu müddət, işlədiyi iş illəri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün cavabdehə qarşı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunur ki, 1972-1996-cı illərdə İsmayıllı rayon "Oktyabr" kolxozunda işlədiyi illərin faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilməsini, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılması qərara alınmalıdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması,əmək rensiyası sənədlərinin rəsmiləşdirilməsi,baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Bildirmək istəyir ki,işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehə qarşı verdiyi iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli,1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə İsmayıllı rayonu ərazi vahidi Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasma aid edildiyindən və cavabdeh Bakı şəhərində yerləşdiyindən, iddia ərizəsinin mahiyyəti üzrə baxılmasına və adiyyatı üzrə göndərilməsinə heç bir etirazı yoxdur. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxs kimi yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunmuşdur. Lakin göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, bunu təsdiq edən sənədi (1972-1996)-ci illərdə İsmayıllı rayonu "Oktyabr" kolxozunda işləməyinə dair İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 119 nömrəli arxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı qeyd olunur ki, onun kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. "SSRİ-də vətəndaşların pensiya təminatı haqqında" 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə etirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alnır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixi, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Hesab edir ki, onun 1972-1996-ci illərdə İsmayıllı rayonu "Oktyabr" kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) iddiaçının iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsindən irəli gəlir. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında"Qanunun 7-ci maddəsinə müvafiq olaraq pensiya yaşma çatmış kişilərin (hazırda 65 yaş) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az İmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 08 oktyabr 2010-cu il tarixli 4027 saylı "Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi,sosial sğorta stajının müəyyən olunması,əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi,baxlması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunənların qazanılırmış əmək pensiyası hüquqlarının nəzərə aiınmsı üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı nesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda mənə yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. İddiaçı qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli,119 nömrəli arxiv arayışı kolxozun şəxsi hesab kitablarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etməlidir. Ona görə ki,qeyd olunanlara əsasən mənim 1972-1996-ci illərdə İsmayıllı rayonu “Oktyabr" kolxozunda işləməyi və onun əmək kitabçasında qeyd olunmaması iddiaçının əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İşlədiyi iş illərinin sosial sığorta stajı kimi nəzərə almmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1241/2021 nömrəli qərardadına əsasən İddiaçı Qəhrəman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1972-1996-cı illərdə İsmayıllı rayonu sabiq “Oktyabr" adına kolxozda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərə əsasən İddiaçı Qəhrəman oğlunun xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajını 2 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.2020-ci il tarixindən fərdi hesabı sığorta hissəsində qeydə alınmış 413,04 manat pensiya kaptialı tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1 -ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar,milli münaqişə və digər fövqəlada hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq bildirilmişdir ki, təqdim etdiyi ərizə və arxiv arayışı əsasında Mican kənd C.Məmmədov adına kolxozdakı fəaliyyət dövrü əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajına əlavə edilməmişdir.
6. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 3 il 6 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2 il 22 gün sığorta stajına uyğun olaraq 2.082,99 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1.678,72 manat olmaqla, ümumilikdə 3.761,71 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2022-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560,00 manat, minimum əmək pensiyasının məbləği isə 240,00 manat müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 -ci bəndinin 5-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən müəyyən edilir. Həmin yarımbəndin tələblərinə əsasən kolxozçunun əmək kitabçasını təqdim etmədiyi üçün Mican kəndi C.Məmmədov adına (“Oktyabr”) kolxozundakı əmək fəaliyyəti dövrləri (xx.xx.1972-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə müavinət təyin edilib. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
7. İsmayıllı rayon Dövlət Arxivinə göndərilmiş sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubunda İsmayıllı rayon Mican kənd C.Məmmədov (“Oktyabr”) adına kolxozun 121 №li Arxiv fondunda saxlanılan 1972 -1996-cı illərin əmək haqqı ödənişi üzrə hesablaşma kitablarındada İddiaçı Qəhrəman oğlunun qazandığı adam günü əmək haqqı aşağıdakı kimi qeyd olunub.
İİ ərzində İl ərzində İİ ərzində İllər qazandığı qazandığı qazandığı əmək günü adam günü əmək haqqı (publ) 1972 73 36 - 1973 235 140 156.90 1974 544 293 - 1975 346.26 205 664.78 1978 515 234 1004.46 1979 590 261 1009.09 1980 - 239 1040.78 1981 - 221 961.26 1982 - 188 1732.12 1983 - 234 1817.42 1984 - 223 2100.68 1985 - 277 2163.98 1986 - 194 2021.40 1987 - 178 2234.93 1988 - 170 1467.89 1989 - 144 1472.89 1990 - 55 362.43 1991 - 245 3298.95 1992 - 245 31387.50 1993 - 326 316841 1994 - 293 197558 1995 - 269 160157 1996 - 181 777180
Aşağıda qeyd olunan kolxozlarda isə kişilər və qadınlar üçün il ərzində minimum adam günü norması əmək haqqı ödənişi üzrə hesablatma kitablarında aşağıdakı kimi qeyd olunub: 1) Təzəkənd Cavanşir adına kolxozda 1975-ci ilə kimi Kişilər üçün: 180 (bir yüz səksən) gün, qadınlar üçün: 120 (bir yüz iyirmi) gün. 2) Müdrü “Qələbə” kolxozunda 1979-cu ilə kimi Kişilər üçün: 120 (bir yüz iyirmi) gün, qadınlar üçün: 60 (altmış) gün. 3) Diyallı S. Vurğün adına kolxozda 1980-ci iiə kimi Kişilər üçün: 210 (iki yüz on) gün, qadınlar üçün: 160 (bir yüz altmış) gün. Bu kolxozlar qeyd olunan illərdən sonra sovxoz kimi fəaliyyət göstərib. Mican kənd C. Məmmədov (“Oktyabr”) adına və bir çox kolxozların əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında da minimum adam günü norması qeyd olunmayıb.
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 1972-ci il tarixdən 1996-cı il tarixədək Mican kəndində yerləşən sabiq “Oktyabr” adına kolxozda işlədiyini və əməkhaqqı aldığını iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun 14 saylı regional ərazi filialına (indiki 1 saylı Şəki-Zaqatala regional filialına) müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtinanın əsasları kimi göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixədək 2 il olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 413,04 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır. Həmçinin, Milli Arxiv İdarəsinin İsmayıllı Filialının xx.xx.2021-ci il tarixli № 27 saylı arayışında qeyd edilən 1972-ci il tarixdən 1996-cı il tarixədək olan dövr üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığı üçün sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun hesab olunmur. Cavabdehin imtinasından narazı qalan iddiaçı N.X1 Məhkəməsinə müraciət edərək, 1972-ci il tarixdən 1996-cı il tarixədək Mican kəndində yerləşən sabiq “Oktyabr” adına kolxozda işlədiyi illərin ümumi sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilərək pensiyasının pensiya hüququ yarandığı xx.xx.2021 -ci il tarixdən ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərir, və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı N. Mehdiyevin şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ 03 mart 2021-ci ildə anadan yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsində 2019-cu il yanvarın 1- dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyqun olaraq hesablanır. Belə ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, iddiaçının ümumi sığorta stajı xx.xx.2006-cı il tarixədək 2 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. xx.xx.2020-ci il tarixindən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 413,04 manat olmaqla tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. İddiaçı tərəfindən inzibati orqana əmək kitabçası təqdim edilməmiş, yalnız Milli Arxiv İdarəsinin İsmayıllı Filialının xx.xx.2021-ci il tarixli № 21 saylı arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışından görünür ki, iddiaçı N.Mehtivevin 1972-ci il tarixdən 1996-cı il tarixədək sabiq “Oktyabr” adına kolxozda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışında qeyd olunmasına baxmayaraq, həmin illər əmək kitabçasında öz əksini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə" nin 3-cü Maddəsinə əsasən is stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli goran ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarıdan 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, / dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv idarəsi haqqında Əsasnamə”yə əsasən Milli Arxiv İdarəsi və dövlət arxivləri arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onların sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Cavabdeh bildirmişdir ki, iş üzrə icraat materiallarından da məlum olur ki, İddiaçı 1972ci il tarixdən 1996-cı il tarixədək işlədiyini iddia etdiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilmişdir ki, İddiaçı sabiq “Oktyabr” adına kolxozda işlədiyini iddia etdiyi illər, yəni 1972-ci il tarixdən 1996-cı il tarixədək olan dövrlər əmək kitabçasında qeyd olunmadığından və ümumilikdə iddiaçı ona əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, o cümlədən 25 il sığorta stajına malik olmadığı üçün iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda qeyd edilmişdir ki, arxiv arayışı nəzərə alınsa belə, İddiaçı 25 il sosial sığorta stajı tamamlanmır. Arxiv arayışı nəzərə alınaraq iddiaçının sosial sığorta stajı 19 il+26 ay=21 il 02 aydır. Beləliklə İddiaçı ümumi sosial sığorta stajı 21 il 02 ay+2 il 26 gün (hərbi xidmət dövrü)=23 il 02 ay 26 gündür. Bu isə tələb olunan müddətdən (25 ildən) azdır.
9. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1956-cı il təvəllüdlü İddiaçı Qəhrəman oğlu xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək SSRİin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
10. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 012 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə vəzifəsində işləmişdir.
11. İddia tələbi pensiyanın xx.xx.2021-ci il tarixdən təyin edilməsi kimi dəyişdirilmişdir.
12. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
13. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın və yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. İddiaçı xx.xx.1956-ci ildə anadan olub.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
18. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
19. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.
20. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1956-cı il təvəllüdlü İddiaçı Qəhrəman oğlu xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək SSRİin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
21. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 012 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə vəzifəsində işləmişdir.
22. İddiaçının həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığorta stajı (cəmi 3 il 6 ay) mübahisələndirilmir.
23. Lakin cavabdeh qurum tərəfindən iddiaçının arxiv arayışında qeyd olunan 1972-ci il tarixdən 1996-cı il tarixədək “Oktyabr” adına kolxozda işlədiyi iddia etdiyi dövrlər arxiv arayışında qeyd olunmasına baxmayaraq əmək kitabçasında olmadığına görə nəzərə alınmamışdır.
24. Məhkəmə hesab edir ki, 1972-ci il tarixindən 1996-cı il tarixinədək (1976, 1997-ci illər dövründə adı var, ancaq əmək haqqı qeyd olunmayıb, 1977-ci ildə isə adı aşkar olunmadığına görə nəzərə alınmır) iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Ona görə də məhkəmə hesab edir ki, arxivdən verilmiş arayış ilə iddiaçının stajını təsdiq etmək olar.
25. Arxiv arayışlarının qəbul edilməsinə münasibətdə artıq vahid məhkəmə təcrübəsinin olmasına baxmayaraq, cavabdeh qurumun etibarlılığı şübhə doğurmayan həmin arayışı nəzərə almaması anlaşılan deyil.
26. “Oktyabr” adına kolxozun kişilər və qadınlar üçün il ərzində minimum adam günü norması qeyd olunmadığına görə İsmayıllı rayon Dövlət Arxivinin veridiyi məlumatlara əsasən analoji Müdrü “Qəbələ” kolxozunda kişilər üçün 120 adam gün minimum adam günü norması ilə hesablanmalıdır.
27. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən arxiv arayışına əsasən 1972-ci il tarixindən 1996-cı il tarixinədək sosial sığorta stajı 21 il 09 ay 6 gündür (1973-1975, 1978- 1989, 1991-1996-cı illər minimum 120 adam gün qazanıldığı üçün tam, 1972-ci il 36 adam gün qazandığı üçün (120 adam günə mütənasib olaraq) 3 ay 19 gün, 1990-cı ildə 55 adam gün qazandığı üçün (120 adam günə mütənasib olaraq) 5 ay 17 gün).
28. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi arayışda əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Cavabdehin sığorta stajını müəyyən etməyin mümkün olmamasına və ya nəzərə alınmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.
29. Odur ki, mübahisələndirilməyən həmin arayışla müəyyən olunan 21 il 09 ay 6 gün və mübahisələndirilməyən 3 il 6 ay sığorta stajı nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il sığorta sajı mövcuddur.
30. Lakin iddiaçının 25 il sığorta stajı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə deyil (həmin tarixə stajı 24 il 09 ay 02 gündür), xx.xx.2021-ci i tarixdə tamam olduğundan məhkəmə hesab edir ki, pensiya məhz həmin vaxtdan ona təyin olunmalıdır.
31. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının 65 yaşının tamam olduğu və xx.xx.2021-ci il tarixə ən azı 25 il sığorta stajının və bununla da yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
33. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2021-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.
34. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
35. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı Qəhrəman oğluna xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçı Qəhrəman oğluna xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva