Məhkəmə qərarları › İş №2-1(112)-6010/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6010/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6010/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 arasında bağlanılmış daşınmaz əmlakın bağışlanılması müqaviləsinin ləğv edilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 Əlihüseyin qızının adına verilən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, məhkəmədə mənzilə köçürülmə tələbinə dair iddia tələbi qaldırdıqdan sonra iddiaçıya bəlli olmuşdur ki, iddiaçı Maraqlı şəxs1 ona qarşı Bakı İnzibati Məhkəməsində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair iddia irəli sürmüşdür. İddiaçı qeyd edir ki, xx.xx.2019-cu il tarixli daşmaz əmlakın bağlanılması müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 384 nömrəli fərdi yaşayış evi iddiaçının keçmiş əri Atakişiyev X2 adına bağışlanılmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən həmin daşınmaz əmlak Atakişiyev X2 mülkiyyətinə keçmişdir. İddiaçının keçmiş əri mülkiyyətçi olaraq iddiaçını həmin mənzilə qeydiyyata salmışdır və iddiaçının cehiz əşyaları da hazırda həmin mənzildə yerləşir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı və əri arasındakı nikah ləğv olunmuş və mülkiyyətçi iddiaçının mənzildən istifadə imkanlarını məhdudlaşdırmışdır. Odur ki, iddiaçı mənzilə köçürülmə tələbi qoymuş və bu müddətdə iddiaçının keçmiş əri notariat orqanına gedərək bacısı (hal-hazırki mənzilin mülkiyyətçisi) Maraqlı şəxs1 Əlihüseyin qızı arasında xx.xx.2019-cü il tarixdə bağlanılmış daşınmaz əmlakın bağışlanılması müqaviləsini ləğv etmiş və müvafiq mənzilə dair mülkiyyət hüququ çıxarış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs1 Əlihüseyin qızının adına qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 arasında daşınmaz əmlakın bağışlanılması müqaviləsinin ləğv edilməsi haqqında müqavilə aşağıda qeyd olunan əsaslarla etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim olunan iddia ərizəsindən göründüyü kimi tərəflər arasında müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və müqavilənin xx.xx.2023-cü ildə yəni, 3 ildən çox bir müddətdən sonra ləğv olunaraq mənzilin özgəninkiləşdirilməsi bir daha sübut edir ki, bu məqsədli şəkildə edilmişdir. Eyni zamanda müddətin ötrülməsini nəzərə alsaq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375-ci maddələrinin tələbi pozulmuşdur. İddiaçının mənzildə qeydiyyat hüququ notarial qaydada mülkiyyətçinin razılığı ilə olmuşdur. Belə olan halda mənzil bağışlanarkən və əvvəlki vəziyyətə gətirilərkən iddiaçının razılıq ərizəsinin alınması əsas amillərdən biri olmalı idi.

3. Reyestrdə 4Ə-1496 nömrə ilə qeyd olunan xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan Maraqlı şəxs2 mülkiyyətinə vermişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

5. Reyestrdə 3M-878 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli Müqavilənin ləğvinə dair müqavilədə qeyd olunmuşdur ki, Bakı şəhəri 50 saylı notariat ofisində 4Ə-1495 reyestr nömrəsi ilə qeydiyyata alınmış 12 dekabr 2019-cı tarixli "daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən Bakı şəhər ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2019-cı il tarixdə verilmiş, reyestr nömrəsi **********77-10301, qeydiyyat lömrəsi ********** olan çıxarış əsasında Maraqlı şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi sahəsi 0,0411 ha olan torpaq sahəsi Maraqlı şəxs2 mülkiyyətinə verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cı il tarixli **********77-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əlciə edilmiş xx/xx/2023 il tarixli, qeydiyyat nömrəsi **********VJ7G301 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilrnəmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Tərəflər hazırki sazişlə qeyd olunan müqaviləyə xitam vermişdirlər.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) Maraqlı şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

7. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1438/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnamə ilə İddiaçı cavabdeh Maraqlı şəxs2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışa əsasən İddiaçı (xx.xx.1990-cı il tarixli) ünvan 1 ünvanında qeydiyyatdadır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, iddiaçının müvafiq tələblə bağlı cavabdeh orqana hər hansı müraciəti yoxdur, eyni zamanda hazırki iş üzrə mülki-hüquqi əqd mübahisələndirilir.

11. Cavabdeh Bakı şəhəri 50 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasında iştirak etmir.

II. İddianın mümkünlüyü

12. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: 17.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan Maraqlı şəxs2 (iddiaçının keçmiş ərinin) mülkiyyətinə vermiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən həmin mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə xitam verilmiş, nəticədə mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) Maraqlı şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

17. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs1 adına qeydiyyat mülki-hüquqi əqd (daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvinə dair müqavilə) əsasında aparıldığından daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının ləğvi onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilə bilər və bu iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

18. Belə olan təqdirdə məhkəmə qeyd edir ki iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq mənzilin Maraqlı şəxs1 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” müqaviləni mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər.

19. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (müqavilənin və çıxarışın ləğvi) ilə bağlı cavabdeh orqana müraciəti olmamışdır.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar