Məhkəmə qərarları › İş №2-1(112)-6011/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6011/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6011/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qızı X5 məcburi köçkün statusu və vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o məcburi köçkündür. X13 xx.xx.2003-cü ildə Rusiya Fedrasiyasında doğulub. Sonradan ölkəyə qayıtmış və qızı bu il orta məktəbi burada bitirərək, attestat almışdır. Qızına məcburi köçkün vəsiqəsi almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 01/16473 saylı, xx.xx.2020-ci il tarixli cavabında göstərilir ki, hansı hallarda vəsiqə verilir. Həmin hallar qızına aid olsa da, vəsiqə verməyib məhkəməyə müraciət etməyi məsləhət görülmqşdür. Halbuki, məktubda deyilir ki, məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün atası “məcburi köçkün” statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olan 16 yaşa çatmış şəxslər məcburi köçkün statusu və vəsiqəsi ala bilər. Göstərilənlərə və İPM-nin 33,45-47-ci maddələrinə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, bildirirlər ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı "övladı X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbi tam əsassızdır. Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun verilməsi - Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən "məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının 21 may 1999-cu il Qanununun 1-ci maddəsinin 3cü bəndində də göstərilir ki, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daiıni yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci bəndinə əsasən, 9-cu maddə də göstərilən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları hissəsində, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və bu statusdan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Qanunun 10-cu maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində) qeydiyyatdan keçməlidirlər. Qanunun 12-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qanunun tələbindən göründüyü kimi, məcburi köçkün statusunun verilməsi barədə qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999- cu il 668-İQ nömrəli Qanununda nəzərdə tutulan məcburi köçkün statusunun verilməsinin tənzimlənməsi məqsədilə, həmin Qanunun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan Azərbaycan Respublikasının X11 Reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qavdalar”ı müəyyənləşdirilmişdir. Hazırda məcburi köçkün olan şəxslərə məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi bu Qaydalar əsasında həyata keçirilir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. “Məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədləri Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim etməlidir. Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Şəxsə "məcburi köçkün” statusu verilməsi və ya bundan imtina edilməsi haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Komitəyə müraciət edərək, övladı xx.xx.2003cü il təvəllüdlü X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının qızı X9 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş və iddiaçının həyat yoldaşı X8 Rusiya Federasiyası vətəndaşı olduğu və orada qeydiyyatda olduğu müəyyən edilmişdir. Bu səbəblə iddiaçının qızı Günay Həsənovaya məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. Bu barədə Komtəııin xx.xx.2020-ci il tarixli 01/16473 məktubu ilə cavab verilərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X11 Reyestrində qeydiyyatdan keçmiş ‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ının 4.1.6-cı bəndinə əsasən, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verildiyi bildirilmişdir. Qeyd olunduğu kimi, iddiaçının həyat yoldaşı X8 Rusiya Federasiyası vətəndaşı olduğundan və orada qeydiyyatda olduğu üçün qızı Günay Həsənovaya məcburi köçkün statusu verilə bilməz. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununa uyğun olaraq normativ hüquqi akt hesab edilən, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” X11 Reyestrinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən daxil edilmişdir. Beləliklə, X4 valideyni (anası) X8 Rusiya Federasiyası vətəndaşı olduğundan və orada qeydiyyatda olduğundan, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına tələblərinə müvafiq olaraq İddiaçı qızı Günay Həsənovaya məcburi köçkün statusu verilə və onu təsdiq edən vəsiqə verilə bilməz. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrnin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Hazırlıq icraatı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan, -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı anadan olmuşdur. -Rusiya Federasiyasının Altay əyalətinin Rebrixinski rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş 28 aprel 2003-cü il tarixdə verilmiş İ-ТO 514882 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X2 arasında 07 avqust 2001-ci il tarixdə nikah bağlanaraq qeydiyyatı aparılmışdır. - Rusiya Federasiyasının Altay əyalətinin Barnaul sənaye şəhərinin VVAQ şöbəsi tərəfindən verilmiş İ-ТO 637376 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə X9 doğulmuş və bu barədə doğum akt qeydi aparılmışdır. -AA1542373 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X9 anadan olmuşdur. -Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 16 mart 2016-cı il tarixdə verilmiş AA seriyalı, 147222 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. -Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 20 sentyabr 2006-cı il tarixdə verilmiş AA seriyalı, 147222 saylı məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01/16473 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı qızına məcburi köçkün statusunun verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı xx xxxxx 1978-ci il təvəllüdlü İddiaçı və xx.xx.1977-ci il təvəllüdlü X3 yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 11 noyabr 2020-ci il tarixli 018-11646-1220 saylı məktub əsasında xx xxxxx 1978-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu, xx.xx.1977-ci il təvəllüdlü X3 isə ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın müəyyən edilmədiyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının qızının məcburi köçkün kimi qeydə alınmasının mümkünsüzlüyünə əsas kimi iddiaçının həyat yoldaşı X3 Rusiya Federasiyası vətəndaşı olduğu və orada qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlara əsasən cavabdehin imtinası əsaslı olmuşdur. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Həmin Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Göründüyü kimi xx.xx.2003-cü il təvəllüdlü X4 valideynlərindən atası İddiaçı məcburi köçkün statusuna malik olsa da, lakin anası X3 Ruiya Federasiya vətəndaşı olması, o cümlədən qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Halbuki yuxarıda istinad olunan Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından onun oğlu xx.xx.2003-cü il təvəllüdlü X5 «məcburi köçkün» statusunun verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar