Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6015/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili X6 iştirakı ilə, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı qərarın ləğv edilməsi tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14/20 nömrəli, 14.12.2020-ci il tarixli və 83 nömrəli, 27 may 2021-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2017-ci il tarixli, 217 nömrəli sərəncamı ilə Qum-çınqıl karxanasının yaradılması üçün Qudyalçay çayı yatağından 3,0 ha ərazi "xxxx" MMC-nin istifadəsinə verilmiş və Bakı şəhər sakini Elvira Muradovanın istifadəsinə və onun tərəfindən "xxxx" MMC-nin subicarəsinə verilmiş 2,0 ha torpaq sahəsi daxil olmaqla, ümumilikdə 5,0 ha torpaq sahəsindən qum-çınqıl karxanasının yaradılmasına razılıq verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 01149 nömrəli, 29.01.2019-cu il tarixli aktla “Qudyalçay” qum-çınqıl yatağında qum-çınqıl hasilatı "xxxx" MMC-yə ayrılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 X4 15 dekabr 2020-ci il tarixli, 36/185 nömrəli məktubuna əsasən, su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman guya "xxxx" MMC-yə ayrılmış 5 ha yer təki sahəsindən kənarda 16.980 kub metr qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı guya xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Halbuki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 X4 cavabdeh "xxxx" MMC yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair Şirvan Kommersiya Məhkəməsinə ünvanladığı iddia ərizəsində “"xxxx" MMC-yə ayrılmış 5 ha yer təki sahəsindən kənarda 85.000 kub metr qum-çınqıl qarışığı hasil edildiyi” qeyd edilmişdir. Yaranmış ziddiyyətdən də görünür ki, cavabdeh orqanın araşdırması və apardığı bütün monitorinqlər tamamilə əsassız və qanunsuzdur. 29 oktyabr 2020-ci il tarixdə müəssissənin məlumatı olmadan və iştirakları təmin edilmədən “Qudyalçay” yatağı ünvanında yoxlama keçirilmiş və eyni tarixli akt tərtib edilmişdir. Həmin akt cəmiyyətə yalnız 31 yanvar 2022-ci il tarixdə, yəni 1 il 4 aydan çox müddət keçdikdən sonra təqdim edilmişdir. Akta göstərilir ki, guya əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, mərz nişanları tam olaraq mövcud deyil. Markşeyder planında qeyd olunan 4-cü nöqtəsi yanlışdır. Həmin əsassız və qanunsuz yoxlamanın nəticələri əsas gətirilməklə, X7 14/20 nömrəli, 14.12.2020-ci il tarixli qəran ilə "xxxx" MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüquq 3 ay müddətinə, 15.03.2021 -ci il tarixədək dayandırılmışdır. Sözügedən qərar cəmiyyətə yalnız 02.02.2022-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 X4 İdarə Heyətinin 83 nömrəli, 27 may 2021-ci il tarixli Qərarı ilə "xxxx" MMC-nin yerin təkindən istifadə üçün verilmiş hüququ ləğv edilmişdir. Digər qərarlar kimi də, sözügedən qərar da cəmiyyətə xeyli müddət sonra 06.01.2022-ci il tarixdə təqdim edilmişdir. , 29 oktyabr 2020ci il tarixli, 000012 nömrəli akt əsasında qəbul edilmiş 14/20 nömrəli, 14.12.2020-ci il tarixli və 83 nömrəli, 27 may 2021-ci il tarixli qərarlaarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 14 fevral 2022-ci il tarixli bildirişi ilə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 217 nömrəli 28.12.2017-ci il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, RİH başçısının 03 avqust 2005-ci il tarixli, 202 saylı sərəncamı ilə "TURAL-Ş” Məhdud Məsuliyyətli Cəmiyyətin istifadəsinə qum-çınqıl karxanasının yaradılması məqsədilə Qudyalçay çayı yatağından 3,0 hektar ərazi ayrılmışdır. Müəssisənin dierktoru N.Şərifov RİH-ə müraciət edərək müəssisə tərəfindən hazırda həmin torpaq sahəsindən istifadə olunmadığını bildirmiş və ərazinin uzun müddət əməkdaşlıq etdikləri “ELİT-S" MMC-nin adına rəsmiləşdirilməsini, “ELİT-S" MMC-nin təsisçisi olan Bayram Adıgözəlov isə öz növbəsində torpaq sahəsi ilə bağlı yeni icarə müqaviləsinin bağlanmasını xahiş etmişlər. B.Adıgözəlov eyni zamanda qeyd olunan ərazi ilə yanaşı ona həmsərhəd olan, Timiryazev bələdiyyəsinin mülkiyyətinə aid olmaqla bələdiyyənin 30 yanvar 2015-ci il tarixli, 02/9 saylı qərarı ilə Bakı şəhər sakini Elvira Muradovanın istifadəsinə və sonuncu tərəfindən rəhbərlik etdiyi müəssisənin sub-icarəsinə verilmiş 2,0 ha torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 5,0 ha torpaq sahəsində qum-çınqıl karxanasının yaradılmasına razılıq verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, həmçinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq aşağıdakılar qərara alınmışdır: - Rayon icra hakimiyyəti başçısının 03 avqust 2005-ci il tarixli, 202 nömrəli sərəncamı ləğv edilsin. - Qum-çınqıl karxanasının yaradılması üçün Qudyalçay çayı yatağından 3,0 ha ərazi "xxxx" MMC-nin istifadəsinə verilsin və Bakı şəhər sakini Elvira Muradovanın istifadəsinə və onun tərəfindən "ELİT-S” MMC-nin sub-icarəsinə verilmiş 2,0 ha torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 5,0 ha torpaq sahəsində qum-çınqıl karxanasınm yaradılmasına razılıq verilsin. - Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq sənədləşdirmə işlərinin həyata keçirilməsi təmin edilsin və karxananın xəritədə göstərilmiş ərazidə yerləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülsün. - "ELİT-S” MMC-nin təsisçisi B.Adıgözəlova tapşırılsın ki, ayrılmış torpaq sahəsindən istifadəni müvafiq icra hakimiyyəti orqanlarının struktur bölmələri ilə razılaşdırmaqla, həmçinin avadanlıqların quraşdırılması işlərini müvafiq təşkilatların qoyduqları şərtlərə uyğun, ekoloji və memarlıq normaları gözlənilməklə, təsdiq edilmiş layihə sənədləri əsasında, müvafiq orqanların tələb etdikləri məhdudiyyətlər və şərtlər nəzərə alınmaqla həyata keçirilməsini təmin etsin - Nəzərə alınsın ki, torpaq sahəsinin əvvəlki istifadəçisi N Şərifovun ərazidən istifadə ilə bağlı bütün öhdəlik və vəzifələri, o cümlədən iddia və tələblər üzrə məsuliyyət "ELİT-S” MMC-nin üzərinə düşür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 29 yanvar 2019-cu il tarixli 01149 №-li Dağ-Mədən ayrılması barədə Aktın surətindən müəyyən olunur "ELİT-S” MMC-yə 5 (beş) il müddətinə Quba rayonu ərazisində Qudyalçay qum-çınqıl yatağında qum çınqıl hasilatı üçün dağ-mədən sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X4 İdarə heyətinin 14/20 №-li, 14.12.2020-ci il tarixli qərarı ilə “Yerin təki haqqında” Qanunun 18-ci və 19-cu maddəsinə və Agentliyinin Nizamnaməsinin 4.5 21-ci bəndinə uyğun olaraq aşağıdakılar Qərara almışdır: - “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən "ELİT- S” MMC-yə və digər istismarçılara yerin təkindən istifadə üçün verilmiş hüquq 3 ay müddətinə 15.03.2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X3 Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında 83 №-li 27 may 2021-ci il tarixli qərarı ilə "Yerin təki haqqında" Qanunun 19-cu maddəsinin 6-cı hissəsi və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1 7-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu, 3.2.10-cu və 4.5.21-ci bəndləri rəhbər tutularaq Qərara aşağıdakılar almışdır: - 29 yanvar 2019-cu il tarixli 01149 nömrəli "Dağ-mədən ayırması" aktı ilə "Elit-S” MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilsin. Hazırda iddiaçı tərəfindən mübahiləndirilən cavabdeh inzibati orqanın 14/20 nömrəli, 14.12.2020-ci il tarixli və 83 nömrəli, 27 may 2021-ci il tarixli qərarları Quba rayonunda yerləşən daşınmaz əmlakla (yerin təki) ilə bağlıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Quba rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X9 hazırki işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İPM-nin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir.Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı qərarın ləğv edilməsi tələbinə dair 2-1(112)-6015/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6015/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6015/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver