Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6016/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında respublika Gigiyena və X2 hüquqi şəxsnə (3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) qarşı “yoxlamanın qanunsuz sayılaraq onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında respublika Gigiyena və X2 hüquqi şəxsə (3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yoxlamanın qanunsuz sayılaraq onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 01 iyul 2021-ci il tarixə təyin edilmiş, həmin iclasa iddiaçı gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxıb qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardımetmək vəzifəsinə uyğun olaraq iddiaçıya 28 aprel 2021-ci il tarixdə məktub ünvanlanaraq, iddiaçının tələbinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli MN№0739205 saylı inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli, MN0757605 saylı inzibati tənbehvermə haqqında qərarının mübahisələndirilməsi barədə olduğu və qeyd edilən tələbə (şikayətə) baxılması isə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aid olduğu izah edilsə də, iddiaçı tərəfindən müvafiq hərəkət edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İddia ərizəsinin mahiyyətindən göründüyü kimi, iddia tələbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli MN№0739205 saylı inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli, MN0757605 saylı inzibati tənbehvermə haqqında qərarınının ləğv edilməsindən ibarətdir. Qeyd edilən tələbə (şikayətə) baxılması isə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət – prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanları (vəzifəli şəxsləri) müəyyən edən 40.0-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququnu tənzimləyən 126.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət - səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xəta haqqında işlərin ümumi məhkəmələrdə mübahisələndirilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında respublika Gigiyena və X2 hüquqi şəxsnə (3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) qarşı “yoxlamanın qanunsuz sayılaraq onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6016/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6016/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver