Məhkəmə qərarları › İş №2-1(112)-6016/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6016/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6016/2025 13.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizm funksiyalarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: I. Mübahisəli hüququn qısa xülasəsi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uzun müddət xəstə olmağı və orqanizmin funksiyasının çox hissəsinin pozulması nəzərə alınaraq əlillik təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili daha sonra məhkəməyə ərizə təqdim edərək sonuncu göndərişin verildiyi tarixdən orqanizm funksiyalarının pozulmasının müvafiq dərəcis müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1971-ci ildə anadan olmuş və sonradan belində və sol ayağında kəskin ağrılar əmələ gəlmişdir. İddiaçı uzun müddət ev şəraitində, həkimlərin yazdıqları reseptlərlə müalicə etmişdir. Lakin nəticəsi olmamışdır. Ona görə də xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasında “L5- S1 fəqərəarası diskin soltərəfli yırtığı” diaqnozu qoyulmuş və xx.xx.2006-cı ildə iddiaçının əməliyyat etmişdirlər. Həkimlər iddiaçının ağır fiziki işlərlə məşğul olmamağı və Korset gəzdirməyi tövsiyə etmişdirlər. İddiaçı uzun müddət ev şəraitində onu əməliyyat edən həkimlərin yazdığı reseptlərlə müalicə olunmuşdur. Lakin xəstəliyi 2019-cu ildən başlayaraq şiddətlənmiş və demək olar ki, onun hərəkətləri məhdudlaşmışdır. Ona görə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ildə kimi Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Bel fəqərələrinin osteoxordiyasi, fəqərələrarası diskin arxasağtərəfı protruziyası ...“diaqnozu üzrə müalicə almışdır. xx.xx.2020-ci ildə iddiaçı 3 nömrəli şəhər kliniki xəstəxanası X18 MRT müayinə olunmuş və diaqnoz aşağıdakı kimi olmuşdur. L3-L4, L4-L5. L5-S1 fəqərələrarası disklərin intensivliyi degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləmişdir. L4-L5 fəqəeə cismlərinin qarşı səthlərində subxondral sklerotiklər qeyd edilir, L3-L4 fəqərələrarası disdə arxa sağ lateral-foraminal, sağ sınır kökkcüyünü sıxan protruziya (3 mm) təyin olunur, L4-L5 fəqərəarası diskdə arxa median protruziya (2 mm), bu səviyyədə arxa boylama bağının və bilateral sarı bağının qalınlaşması, sinal kanalın sirkulyar daralması , dural kisənin və hər iki sinir kökciiyünün sıxılması aşkar olunur (stenoz) , L5-S1 səviyyədə sol tərəfli hissəvi . postop hemilaminektimaya defektti təyin olunur. xx.xx.2023-cü ildə “X4 X8 müayinəsi olunmuş və Diaqnoz “fəqərə cismlərinin künclərində degenerativ itilənmələr, faset oynaqlarda degenerativ dəyişiklər bəzi fəqərə cismlərinin qapayıcı lövhələrində Şınoral tipli səthi disk qabarmaları qeyd edilir” və digər hallar müşahidə edilmişdir. xx.xx.2023-cü ildə X10 Bel Fəqərələri MRT müayinəsi keçmiş, əvvəllər MRT müayinəsindən keçərkən müəyyən edilən hallar təsdiq edilmişdir. 31 avqust 2023-cıı ildə Neyrosoft Şirkətində ümumi müayinədən keçmi və xəstəliyi üzrə qoyulmuş diaqnoz təsdiq edilmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi Azərbaycan Tibb Unversitetinin X3 təkrar MRT müayinəsindən keçmiş və əvvəllər müəyyən edilmiş Diaqnoz təsdiq edildiyindən həmin vaxtı bel fəqərələrimdə əməliyyat keçirilmişdir. Əməliyyat zamanı bel fəqərələrinə 8 dən çox mil-şrup qoyulmuşdur. Ona görə iddiaçı uzun müddət hərəkətsiz qalmış və təxminən 11 aydan çox intensiv müalicə almışdır. Belə ki, xx.xx.2023-cü il tarixindən 2.06.2024-cü ilə kimi əmək qabiliyyətsiz olmuş və bu barədə iddiaçıya “Əmək Qabiliyyətini olmaması vərəqəsi” verilmişdir. xx.xx.2023-ci ildən xx.xx.2023-cü ilə kimi, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi, 24.08. 2023-cü ildən xx.xx.2023-cü ilə kimi X11 müalicə almış, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi - Əmək Qabiliyyətsiz olmuş, xx.xx.2023-cü ildə AR İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarə etmə X15 Şəxs, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X18 Ambulator müayinə olunmuşdur. xx.xx.2023-cü ildə X11 müalicə və müayinə almışdır. xx.xx.2023 -cü ildən xx.xx.2023-cü ilə kimi, xx.xx.2024- cii ildən xx.xx.2024-cü ilə kimi, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi , xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi, Əmək qabiliyyətsiz olmuşdur. xx.xx.2023-cü ildə iddiaçı təkrar olaraq X17 X18 MRT Müayinələrindən keçmiş və əvvəlki MRT müayinələri ilə müəyyən olunmuş diaqnoz təsdiq edilmişdir. Uzun müddət xəstə və əmək qabiliyyətsiz olmağı nəzərə alınaraq göndəriş əsasında xx.xx.2024-cü il tarixində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi - Sosial Ekspert Komissiyasında sonuncu müayinədən” Əsas diaqnoz : MSİ. 1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Diskogen 1.5- Sİ.sağ Sİ radikulopatiya , Ağırlaşdırma G83.1, Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi üzrə müayinə olunmuşdur. Lakin imtina edilib. Səbəb Diaqnoz əlillik əlaməti təyin edilməməsi. Ətraflı, Sənədlərə əsasən tibbi diaqnostik müayinələrin nəticələri ağırlaşdırımanı təsdiq etmir. İddiaçı hesab edir ki, cavabdehin iddiaçının xəstəliyinə görə əlillik təyin etməməsi əsasızdır. İdiaçının əmək qabiliyyətinin 60%-dən çox hissəsi məhduddur və əmək fəaliyyəti göstərərək maddi və mənəvi təlabatını ödəyə bilmir. Odur ki, cavabdehin iddiaçı barəsində imtina qərarı əsasız olduğundan ləğv edilməli və əmək qabiliyyəti olmadığı üçün ona əlillik təyin olunmalıdır. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı barəsində xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərarının verilməsi ilə razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-DTSERA) üzərinə qoyulmuşdur. Bununla bağlı xx.xx.2025-ci ildə İddiaçı dair əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlardan müəyyən olmuşdur ki, İddiaçı əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin Y00199875GGM nömrəli göndərişində qeyd edilmiş “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası, Diskogen L5-S1,sağ S1 radikulopatiya. Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi” diaqnozla qiymətləndirilərək, təqdim edilmiş sənədlərə əsasən tibbi diagnostik müayinələrin nəticələri xəstəliyin ağırlaşmanı təsdiq etməməsi səbəbindən, barəsində xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi“ dair qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri sağ aşağı ətrafda ağrılardan, hissiyyatın pozulmasından olmuşdir. xx.xx.2025-ci il tarixində təqdim edilmiş sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixində AR Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasında “L5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası, L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi”, xx.xx.2023-cü il tarixində ATU X3 "L3-L4-L5-S1 fəqərələrinin transpedikulyar fiksasiyası. L4 fəqərsinin total dekompressiv, L5 fəqərəsinin parsial laminektomiyası. L5-S1 səviyyədə sağtərəfli diskektomiya, L3-L4 fəqərələri səviyyəsində sağtərəfli foraminal-ekstraforaminal disk yırtığının xaric edilməsi. Dural kisə və sinir kökcüklərinin dekompressiyası" cərrahi əməliyyatlar icra edilmişdir. X12 xx.xx.2023-cü il tarixində aparılmış Elektroneyromioqrafiyanın nəticəsi “Xroniki dövr L2-L4, L4-S1 radikulopatiya”sına uyğun görülmüş, xx.xx.2023-cü il tarixli Bel-oma nahiyyəsinin MRT müayinəsinin nəticəsi “Bel fəqərəarası disklərin intensivliyi degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləmişdir. Bel fəqərə cisimləri səthlərində subxondral sklerotik dəyişikliklər qeyd edilir. Bel fəqərələri səviyyəsində onurğa sütununda minimal "S"-vari skolioz aşkar olunur. L3,L4,L5,S1 səviyyələrdə iki tərəfli transpedikulyar metallofiksasiya əməliyyatına uyğun görüntü, bu səviyyələrdə arxa paravertebral yumşaq toxumalarda postop kobud fibroz dəyişikliklər aşkar olunu. L5-S1 fəqərəarası diskdə arxa sağ paramedian, dural kisəni və sağ sinir kökcüyünü sıxan yırtıq (4 mm) təyin olunur” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaları adi rəngdə müəyyən edilmişdir. Həkim-nevropatoloq müayinəsinin nəticəsi “Diz, axil refleksləri bərabər (D=S), canlı olmuş, əzələ tonusu normal izlənmiş, atrofiya , parez aşkar edilməmiş, yerişi sərbəst olmuşdur. Nevroloji olaraq əlillik təyinatına əsas verə ağırlaşmalar aşkarlanmamışdır. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, əyani və instrumental müayinə nəticələrinə əsasən vətəndaşda xəstəliyin, göndəriş rəsmiləşdirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Tədqiq edilən sübutlar. TSEK-Müayinələr: - xx.xx.2024-cü il tarixində “Əsas diaqnoz M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen L5-S1,sağ S1 radikulopatiya Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi” diaqnozun mətni ilə diaqnoz əlillik təyin etməməsi səbəbilə əlillik təyin edilməsindən imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “Əsas diaqnoz M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen L5-S1,sağ S1 radikulopatiya Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi” diaqnozun mətni ilə diaqnoz əlillik təyin etməməsi səbəbilə əlillik təyin edilməsindən imtina edilmişdir. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 Xəstəliyin adı kodu Əsas diaqnoz M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen L5-S1, sağ S1 radikulopatiya Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi Ağırlaşma R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi kökcük ağrı sindromu. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Hərəkətin və yerişin pozulması Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Bel oma şöbəsində aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. (xx.xx.2006:xx.xx.2023) Yanaşı xəstəliklər M43.0 Spondiloliz, Spondiloz Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Xəstəliyə görə ambulator müraciətlər: M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2023 xx.xx.2023 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2023 xx.xx.2023 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2023 xx.xx.2023 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2023 23.12.203 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2024 xx.xx.2024 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2024 xx.xx.2024 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2024 xx.xx.2024 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2024 xx.xx.2024 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2024 xx.xx.2024 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2024 xx.xx.2024 disklərinin radikulopatiya ilə zədələnmələri M51.1 Bel və digər şöbələrin fəqərəarası xx.xx.2024 xx.xx.0001 disklərinin radikulopatiya ilə zədələnmələri Stasionar müalicə aldığı müəsisələr: X17 xx.xx.2024 xx.xx.2024 3 M51.1. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri RNCX xx.xx.2024 xx.xx.2024 0 M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri X17 xx.xx.2024 xx.xx.2024 0 M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri ATU X7 xx.xx.2023 xx.xx.2023 4 Z98.8 Digər dəqiqləşirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər Akad xx.xx.2023 xx.xx.2023 0 M51.1 Bel və digər şöbələrin M.Ə.Mirqasımov fəqərəarası disklərinin RKX radikulopatiya ilə zədələnmələri ETTOİ xx.xx.2023 xx.xx.2023 0 M42 Onurğanıın osteoxondrozu X17 xx.xx.2023 xx.xx.2023 7 M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri X17 xx.xx.2023 xx.xx.2023 0 M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri Respublika xx.xx.2020 xx.xx.2020 1 M42 Onurğanın oteoxondrozu Neyrocərrahiyyə Xəstəxanası X5 və xx.xx.2026 xx.xx.2026 8 Z98.8 Digər dəqiqləşdirilmiş Ortopediya cərrahi müdaxilədən Mərkəzi sonrakı vəziyyətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə X15 şəxs X16 publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan mərkəzin xidməti ərazisi olmadığı üçün vətəndaş haqqında heç bir məlumat təqdim etmək tərəfimizdən mümkün deyildir. Vətəndaş İddiaçı şəxsi təşəbbüsü ilə xx.xx.2023-cü il tarixində həkimnevroloq Həsənova Səkinə xanımın qəbulunda olunmuşdur. Müayinə zamanı vətəndaşa M48 ( Digər spondilopatiyalar), M51.4 ( Şmorle düyünləri yırtıqlar ) diaqnozu təyin olunmuşdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə X15 şəxs X17 publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş Y.S Ağayeva xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Sabunçu TM-nin Nevrologiya şöbəsində (Dz; Əsas: M 51.9 Diskogen L2-S1 . sağ S1 radikulopatiyası; Z98.8 Bel-oma aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət; Əsas xəstəliyin ağırlaşması: G83.1 Sağ aşağı ətrafın monoparezi; M54.1 Daimi ağrı kökcük sindromu ilə; R26 Hərəkətin və yerişin pozulması ilə) müayinə və müalicə olunmuşdur. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi ilə bağlı qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-1-20280/2025 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) barəsində xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərarının verilməsi ilə razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-DTSERA) üzərinə qoyulmuşdur. Bununla bağlı xx.xx.2025-ci ildə İddiaçı dair əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlardan müəyyən olmuşdur ki, İddiaçı əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin Y00199875GGM nömrəli göndərişində qeyd edilmiş “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası, Diskogen L5-S1,sağ S1 radikulopatiya. Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi” diaqnozla qiymətləndirilərək, təqdim edilmiş sənədlərə əsasən tibbi diagnostik müayinələrin nəticələri xəstəliyin ağırlaşmanı təsdiq etməməsi səbəbindən, barəsində xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi“ dair qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri sağ aşağı ətrafda ağrılardan, hissiyyatın pozulmasından olmuşdir. xx.xx.2025-ci il tarixində təqdim edilmiş sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixində AR Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasında “L5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası, L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi”, xx.xx.2023-cü il tarixində ATU X3 "L3-L4-L5-S1 fəqərələrinin transpedikulyar fiksasiyası. L4 fəqərsinin total dekompressiv, L5 fəqərəsinin parsial laminektomiyası. L5-S1 səviyyədə sağtərəfli diskektomiya, L3-L4 fəqərələri səviyyəsində sağtərəfli foraminal-ekstraforaminal disk yırtığının xaric edilməsi. Dural kisə və sinir kökcüklərinin dekompressiyası" cərrahi əməliyyatlar icra edilmişdir. X12 xx.xx.2023-cü il tarixində aparılmış Elektroneyromioqrafiyanın nəticəsi “Xroniki dövr L2-L4, L4-S1 radikulopatiya”sına uyğun görülmüş, xx.xx.2023-cü il tarixli Bel-oma nahiyyəsinin MRT müayinəsinin nəticəsi “Bel fəqərəarası disklərin intensivliyi degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləmişdir. Bel fəqərə cisimləri səthlərində subxondral sklerotik dəyişikliklər qeyd edilir. Bel fəqərələri səviyyəsində onurğa sütununda minimal "S"-vari skolioz aşkar olunur. L3,L4,L5,S1 səviyyələrdə iki tərəfli transpedikulyar metallofiksasiya əməliyyatına uyğun görüntü, bu səviyyələrdə arxa paravertebral yumşaq toxumalarda postop kobud fibroz dəyişikliklər aşkar olunu. L5-S1 fəqərəarası diskdə arxa sağ paramedian, dural kisəni və sağ sinir kökcüyünü sıxan yırtıq (4 mm) təyin olunur” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaları adi rəngdə müəyyən edilmişdir. Həkim-nevropatoloq müayinəsinin nəticəsi “Diz, axil refleksləri bərabər (D=S), canlı olmuş, əzələ tonusu normal izlənmiş, atrofiya , parez aşkar edilməmiş, yerişi sərbəst olmuşdur. Nevroloji olaraq əlillik təyinatına əsas verə ağırlaşmalar aşkarlanmamışdır. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, əyani və instrumental müayinə nəticələrinə əsasən vətəndaşda xəstəliyin, göndəriş rəsmiləşdirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il taixli Qərardadına əsasən hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 T 950/2025 nömrəli xx.xx.2025-ci il tarixli Ekspert Rəyinə əsasən Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Y00199875GGM nömrəli Forma 88 göndərişində XBT-10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M51.1-bel və digər şöbələrinin fəqərəarası disklərinin radikulopatiyası ilə, diskogen L5-S1, sağ Sİ radikulopatiyası. Ağırlaşmalar: G83.1 -aşağı ətrafların monoplegiyası, sağ pəncənin parezi, R52-başqa rubrikalarda təsnif olunmayan ağrı, daimi kökcük ağrı sindromu, R26hərəkətin və yerişin pozulmaları, hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər: Z98.8digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, bel-oma şöbəsində aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2006:xx.xx.2023), M43.0spondiloliz, spondiloz, M42-onurğanm osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. - Vətəndaş İddiaçı “Neyrocərrahiyyə Xəstəxanası”nda xx.xx.2025-ci il tarixdə aparılmış (əyani, MRT və EMQ) müayinələrdən sonra “M54.1- L3, L4, L5, Sİ əməliyyat transpedikulyar fıksatoru. M51-L5, Sİ disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət, Z98.8-diskogen radikulopatiya, G83.1-sağ aşağı ətrafda parez, L3-L4, L5-S1 fəqərəarası disk yırtığı” diaqnozu müəyyən edilmişdir. Onun mövcud sağlamlıq vəziyyətini əks etdirən bu diaqnoz xx.xx.2024-cü il tarixli, Y00199875GGM nömrəli Forma 88 göndərişindəki diaqnozla ümumən eynilik təşkil edir. IV. İddianın növü və mümkünlüyü İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi ilə bağlı qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X6 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X6 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: - (status localis) Uzun illərdir ki özünü xəstə hesab edir.Xəstə daimi beldən ayaqlara vuran ağrılardan,ağrıların ayaq ucuna yayılmasından,sağ aşağı ətrafda keyiləşmə,sağ ətrafda zəiflik,gücsüzlükdən şikayətlənir.xx.xx.2006-cı ildə Neyrocərrahiyyə Xəstəxanasında L5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası,L5-S1 yırtığın xaric edilməsi.xx.xx.2023-cü ildə ATU X3"L3-L4-L5-S1 fəqərələrinin transpedikulyar fiksasiyası.L4 fəqərsinin total dekompressiv ,L5 fəqərəsinin parsial laminektomiyası.L5-S1 diskektomiya, L3-L4 fəqərələri foramnial-ekstraforaminal disk yırtığının xaric edilməsi.Dural kisə və sinir kökcüklərinin dekompressiyası" əməliyyatı icra edilib. Nevroloji status:Huşu aydın.Bəbəklər D=S göz almalarının hərəkəti tam.B/D büküşü assimetrik .Dil orta xətt üzrə ,udma sərbəst,koordinator sınaqları icra edir.V/S S=D refleksin yuxarı.aşağı ətraflarda canlı.Sağ aşağı ətrafda əzələ güc enib 4 bal qeyd edilir.Hissiyat sağ aşağı ətrafda enib.(X17-xx.xx.2024-xx.xx.2024) - Əsas diaqnoz. M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen L5-S1, sağ S1 radikulopatiya - Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi - Ağırlaşma R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi kökcük ağrı sindromu. - Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Hərəkətin və yerişin pozulması - Yanaşı xəstəlik Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Bel oma şöbəsində aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. (xx.xx.2006:xx.xx.2023) - Yanaşı xəstəlik M43.0 Spondiloliz, Spondiloz - Yanaşı xəstəlik M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 T 950/2025 nömrəli xx.xx.2025-ci il tarixli Ekspert Rəyinə əsasən Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Y00199875GGM nömrəli Forma 88 göndərişində XBT-10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M51.1-bel və digər şöbələrinin fəqərəarası disklərinin radikulopatiyası ilə, diskogen L5-S1, sağ Sİ radikulopatiyası. Ağırlaşmalar: G83.1-aşağı ətrafların monoplegiyası, sağ pəncənin parezi, R52-başqa rubrikalarda təsnif olunmayan ağrı, daimi kökcük ağrı sindromu, R26hərəkətin və yerişin pozulmaları, hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər: Z98.8digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, bel-oma şöbəsində aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2006:xx.xx.2023), M43.0spondiloliz, spondiloz, M42-onurğanm osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. - Vətəndaş İddiaçı “Neyrocərrahiyyə Xəstəxanası”nda xx.xx.2025-ci il tarixdə aparılmış (əyani, MRT və EMQ) müayinələrdən sonra “M54.1- L3, L4, L5, Sİ əməliyyat transpedikulyar fıksatoru. M51-L5, Sİ disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət, Z98.8-diskogen radikulopatiya, G83.1-sağ aşağı ətrafda parez, L3-L4, L5-S1 fəqərəarası disk yırtığı” diaqnozu müəyyən edilmişdir. Onun mövcud sağlamlıq vəziyyətini əks etdirən bu diaqnoz xx.xx.2024-cü il tarixli, Y00199875GGM nömrəli Forma 88 göndərişindəki diaqnozla ümumən eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 6.6.3 digər şöbələrin fəqərəarası disklərinin M51 zədələnmələri Qiymətləndirmə 6.6.3.1 mülayim ikitərəfli motor və hissiyyat pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik 40 2 il kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan) 6.6.3.2 aşağı ətrafların təzahür edən paraparezi çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim 60 müddətsiz pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri 6.6.3.3 əhəmiyyətli təzahür edən tetraparez, . paraplegiya və ya aşağı ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının 90 müddətsiz təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri 6.6.3.5 aşağı ətrafların və yuxarı ətrafın tam iflici – . çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli 100 müddətsiz dərəcədə təzahür edən pozuntusu ilə onurğa sütununun boyun hissəsinin tam zədələnməsi 6.6.3.6 aşağı ətrafların tam iflici (plegiya) - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının əhəmiyyətli təzahür edən 100 müddətsiz dərəcədə pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində tam zədələnmələri 6.5.1 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, G81-G83 paraplegiya və tetraplegiya) Qiymətləndirmə 6.5.1.1 ayrı-ayrı ətrafların parezləri və tonus . pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında 40 1 il hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular 6.5.1.2 mülayim hemiparez (əzələ gücünün 3 bala . qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı 40-60 2 il ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16- 20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular 6.5.1.3 cüzi tetraparez (əzələ gücünün 4 bala . qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam 40-60 müddətsiz həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular 6.5.1.4 təzahür edən hemiparez (əzələ gücünün 2 . bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyrimümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən 65-80 müddətsiz məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular 6.5.1.5 mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, budçanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə 65-80 müddətsiz qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular 6.5.1.6 əhəmiyyətli təzahür edən tetraparez, 85-100 müddətsiz . əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (əsas diaqnoz M51; yanaşı xəstəlik G83) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmışdır. Belə ki, tibbi göndərişə (forma88) əsasən iddiaçının vəziyyətini əks edirən əsas diaqnoz “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen L5-S1, sağ S1 radikulopatiya” qeyd edilmiş; “G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi”, “R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi kökcük ağrı sindromu”, “R26 Hərəkətin və yerişin pozulmaları, Hərəkətin və yerişin pozulması” müəyyən edilmiş; “Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Bel oma şöbəsində aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. (xx.xx.2006:xx.xx.2023)”, “M43.0 Spondiloliz, Spondiloz” və “M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu” yanaşı xəstəliklər aşkar edilmişdir. Məhkəmə nəzərə alır ki, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində (2019-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Respublika Neyrocərrahiyyə Xəstəxanası, X5 və Ortopediya Mərkəzi, ATU X7, X17, Akad M.Ə.Mirqasımov RKX) təsdiqlənmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən əziyyət çəkməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 T 950/2025 nömrəli xx.xx.2025-ci il tarixli Ekspert Rəyi ilə təkrarən təsdiq edilmişdir. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Göründüyü kimi iddiaçıya münasibətdə sonuncu qiymətləndirmə xx.xx.2025-ci il tarixli olduğundan müvafiq dərəcə əlillik təyinatı məhz həmin tarixdən aparılmalıdır. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu qiymətləndirildiyi xx.xx.2025-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar