Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6017/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «iddiaçının adının kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «iddiaçının adının kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı “xxxx” İK Bankından xx xxxxxx 2014-cü il tarixli 22A-1-0-1596-14 saylı kredit müqaviləsinə əsasən avtomobil almaq məqsədi ilə illik 20% ödəmək şərti ilə 36 ay müddətinə 25.800 ABŞ dolları kredit götürmüşdur. Göstərilən kredit müqaviləsnə əsasən ödənişlər etməyə başlamış, ölkədə xx xxxxxx 2015-ci il tarixdə ilk devalvasiya hadisəsi baş verdikdən sonra, valyuta məzənnəsində məlum dəyişiklik baş verdi. Buna baxmayaraq o, ödənişlərimi davam etdirməyə başladı. xx xxxxxx 2015-ci il tarixdə respublikada yenidən 2-ci devalvasiya baş verdi. Lakin o, mütəmadi olaraq ödənişlərini davam etdirirdi. Müəyyən müddət keçdikdən sonra ödənişlərdə problem yarandığından, Bank ona qarşı 2018-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış və ondan əsassız olaraq 16.904,68 ABŞ dolları əsas borc, 7.253,33 ABŞ dolları faiz borcu, 8.851,74 ABŞ dolları dəbbə pulu, 646,25 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə 33.656 ABŞ dolları tələb etmişdir. Məhkəmə icraatı zamanı araşdırılmalar aparılmış, məhkəmə mühasibatlıq ekspertzası təyin olunmuşdur. İşin yekununda Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-321/1019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən onun “xxxx” İK Bankına 3.270,01 ABŞ dolları əsas borc, 4.588,06 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 7.958,07 ABŞ dolları məbləğində borcumun olması müəyyən edilmişdir. Bundan sonra “xxxx” İK Bankı göstərilən qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9939/2019 saylı x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Bundan sonra “xxxx” İK Bankının kassasiya şikayəti də AR Ali Məhkəməsinin 2(102)-8086/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. O (hazırkı iddiaçı), ərizə ilə AR Mərkəzi Bankına müraciət edərək, adının AR Prezidentinin xx xxxxxx 2019-cu il tarixli müvafiq Fərmanının təsiri altına düşdüyü üçün ona kompensasiya məbləğinin verilməsini tələb etmişdir. Cavabdeh AR Mərkəzi Bankının x xxxx 2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, güya borcu 10.000 ABŞ dollarından artıq olduğu üçün həmin Fərmanın təsiri altına düşməmişdir. Lakin məhkəmə qətnamələri bir daha təsdiq edir ki, onun ümumilikdə Banka olan borcu 7.958 ABŞ dollarıdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarxli Fərmanına əsasən fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valytada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi Fərmanda göstərilmiş qaydada qiymətləndirilməldə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olamayaraq manatla ödənilməlidir. Cavabdeh x xxxx 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və İPM-in 2.2, 14, 33, 34, 68, 69, 70, 75-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh AR Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə iddia ilə bağlı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası AR Mərkəzi Bankın x xxxx 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə həmin Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən edilir ki, “xxxx” ASC (rebrendinqdən sonra “xxxx” ASC) ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə görə sonuncuya 25.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı xx xxxxxx 2015-ci il tarixdə devalvasiyanın baş verdiyi günə qədər 24.674,62 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixdə devalvasiyanın baş verdiyi günə qədər 18.695,38 ABŞ dolları əsa kredit borcu qalmışdır. Qeyd edilənlərlə bağlı bildirilir ki, Fərman ilə fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi yalnız devalvasiyaların baş verdiyi günə (xx xxxxxx 2015-ci və ya xx xxxxxx 2015-ci il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. Göründüyü kimi, borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcu hər iki devalvasiyanın baş verdiyi tarixlərə 10.000 ABŞ dollarından artıq olduğundan, Fərmanın əhatə dairəsinə düşməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmaqla məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İş materiallarından görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə sonuncuya ASC tərəfindən illik 20% olmaqla 36 ay müddətində 25.800 ABŞ dolları məbəğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, iddiaçı “xxxx” İKB ASC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh İddiaçı oğıluna qarşı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 33.646 ABŞ dolları borcun ödənilməsi və borcun ipoteka predmeti olan “Honda Accord” markalı avtomobilə yönəldilməsi tələbi ilə iddia qaldırmışdır. “xxxx” İKB ASC iddiasında həmin borcun 16.904,68 ABŞ dollarını əsas borc, 7.253,33 ABŞ dollarını faiz borcu, 8.851,74 ABŞ dollarını dəbbə pulu, 646,25 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% olmaqla əldən çıxmış fayda kimi tələb etmişdir. İş üzrə tədqiq edilmiş (AR ƏİDliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş) xx xxxxxx 2018-ci il tarixli 31391 nömrəli ekspert rəyində sözügedən xx xxxxxx 2014-cü il tarixli krediot müqaviələsi üzrə İddiaçı “xxxx” İKB ASC-yə olan əsas borcunun 16.908,76 ABŞ dolları, faiz borcunun isə, 7.272,55 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmin iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-321/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismət təmin olunaraq, İddiaçı 3.270,01 ABŞ dolları əsas borcun, 4.588,06 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları dəbbə pulunun “xxxx” İKB ASC-nin xeyrinəı tutulması və tutmanın ipoteka predmeti olan “Honda Accord” markalı avtomobilə yönldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitdən iddia tələbi həcmində vəsaitin “xxxx” İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tətqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli 31391 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş. əsas borc və faiz borcunun qismən tutuması ilə bağlı öz qənaətini belə əsaslandırmışdır ki, borcun bir hissəsi yarandıqdan sonra xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə borcun təminatı qismində ipoteka ilə yüklü olan “Honda Accord” markalı avtomobil İddiaçı tərəfindən müvafiq etibarnamə ilə idarə etmək üçün Bankın əməkdaşlarına təhvil verildiyindən və yalnız 17 aydan sonra geri alındığından, həmin 17 aylıq dövrə görə əsas borc və faiz borcu qətnamə ilə tutulacaq məbləğdən çıxılmalıdır. Mülki iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin söüzgedən qətnaməsi qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə X1: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə X1: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17.000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 (on min) ABŞ dollarınadək və ya 17.000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 (on min) ABŞ dollarının və ya 17.000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi. Göründüyü kimi, işdə olan sübutlar əsasında İddiaçı “xxxx” İKB ASC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərə əsas borcunun 10.000 ABŞ dollarından çoxyuxarı olduğu müəyyən edilir. Nəzərə alınmalıdır ki, İddiaçı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu və faiz borcunun müvafiq məhkəmə qətnaməsi üzrə tutulan hissəsinin ümumilikdə 10.000 ABŞ dolları məbləğində az olması kredit müqaviləsi əsasında ipoteta ilə yüklü edilmioş avtomobilin üzun müddət Bankın əməkdaşlarının istifadəsində qalması ilə bağlı olmuşdur ki, bu hal da Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarının məqsədləri baxmından xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərə hazırkı iddiaçının problemli kreditinin məbləğinə təsir etmir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh AR Mərkəzi Bankının İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsindən imtinası qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «iddiaçının adının kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «iddiaçının adının kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6017/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6017/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver