Məhkəmə qərarları › İş №2-1(112)-6029/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6029/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6029/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxs X9 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sabunçu rayon Polis İdarəsinin hərəkətlərinin qanunsuz sayılması, X2 və X3 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə X9 və X10 3-cü şəxs qismində işə cəlb edilmişdirlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X2 və X3 qeydiyyatdan çıxarılması vəzifəsini cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi kimi dəyişdirilməsi və X3 3-cü şəxs siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (3-cü şəxslər X9 və X10) qarşı iddia tələbi “X2 və X3 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. X10 3-cü şəxslərin sayıhısından çıxarılması qərara alınmışdır. xx.xx.2021-ci ildə İddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, X2 və X3 ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. X11 və X10 iddiaçının mülkiyyətində olan evə qeydiyyata düşüblər. X11 iddiaçının oğlu X14 ilə nikahda olublar və birgə nikahdan X10 adlı uşaqları doğulmuşdur. Lakin sonradan aralarında yaranmış mübahisə nəticəsində Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və 02 may 2017-ci il tarixdə "nikahın pozulması" barədə şəhadətnamə almışlar. X11 və X10 nikah pozulduqdan sonra evdən çıxacaqlarını bildirsələr də, qeydiyyatdan çıxmamışlar. Bu barədə iddiaçının xx.xx.2021-ci il tarixdə məlumatı olmuş və həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi xx.xx.2021-ci il tarixli məktubla müraciətə imtina məktubu verərək həmin şəxsləri onun mülkiyyətində olan ünvandan qeydiyyatdan çıxarmamışdır. Həmin məktubda buna səbəb olaraq müraciətdə göstərilən məsələnin onların səlahiyyətləri daxilində olmadığı və qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. X11 və X3 ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətdə olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxsin qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 62,7 kv.m ibarət olan 2 otaqlı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 №-li 29 yanvar 1988-ci il tarixli qərarı əsasında İddiaçı adına 6266 №-li reyestr kitabında qeydə alınmışdır. -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 324455 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X14 arasında bağlanmış nikah ləğv edilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 02 may 2017-ci il tarixdə 154 nömrə ilə qeyd edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X9 və X1 Almas Həsənağa qızına məxsus ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(103)-4230/2015 saylı Qətnaməsindən görünür ki, iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-803/15 saylı, 11 mart 2015-ci il tarixli qətnaməsi qismən, uşaqların cavabdehin himayəsində saxlanılması və iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 2Q.05.2006-cı il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X10 anaları X4 himayəsində saxlanılması və onların yetinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X8 hər bir uşağa, hər ay sabit pul məbləğində 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat alınaraq X6 verilməsi, iddia alimentə dair qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-803/15 saylı, 11 mart 2015-ci il tarixli qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 073-13061Z-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X2 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəs., Azərbaycan Qadını küçəsi, döngə 6, 27 saylı evin hal-hazırda İddiaçı mülkiyyətində olubolmaması barədə məlumatın və İddiaçı adına Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, keçmiş Abşeron rayonu X5 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən İddiaçı adına ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair 6266 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir və hal-hazırda mülkiyyətindədir. 6266 reyestr nömrəli qeydiyyat vəsiqəsi Bilgəh qəsəbə İcra Hakimiyyətinin xx.xx.1994-cü il 06 nömrəli sərəncamı və Zəfəran sovxozunun xx.xx.1997-ci il tarixli 52 nömrəli arayışı əsasında verilmişdir. Sözügedən sənədlər arxiv əsaslarında aşkar edilmədiyi üçün, sənədlərin təsdiq olunmuş surətinin verilməsi mümkün olmamışdır. Beləliklə işin hallarından görünür ki, ünvan 8 ünvanında yerləşən ev İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X9 iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu X20 ilə X9 arasında bağlanmış nikah pozulmuşdur.. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X9 iddiaçıya məxsus ünvan 9 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X2 və X3 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar