Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-603/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 3-cü şəxs - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşı “şəhid statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçının mərhum həyat yoldaşı X3 «şəhid» stasunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.20N9-cu il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.20N9-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 20N9-cu il 9 iyul tarixli N632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20N9-cu il N9 iyul tarixli N325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana əsasən kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.N.4-cü maddəsinə əsasən hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının həyat yoldaşı X5 xx.xx.N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan N №-li hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. İmişli rayon VVAQ şöbəsi tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədə həyat yoldaşının N5 may N4-cü il tarixdə həlak olması faktı təsdiqini tapır. Lakin şəhadətnamədə ölüm yeri səhvən İmişli rayonu, ölümün səbəbi isə qara ciyərin cırılması, böyrəyin küt travması göstərilir. İddiaçı cavabdeh təşkilata ərizə göndərərək həyat yoldaşına şəhid statusunun verilməsini xahiş etmişdir. Təşkilat xx.xx.20N9-cu il tarixdə ona məktub ünvanlamış və bildirmişdir ki, Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçular barədə göndərilən siyahıda mərhum X2 adı qeyd edilmişdir. Onun təkrar müraciətini cavabdeh təşkilat xx.xx.20N9-cu il tarixdə cavablandırmış və bildirmişdir ki, mərhum X5 xidməti vəzifə borcunu yerinə yetirərkən N5 may N4-cü il tarixdə İmişli rayonunda həlak olmuşdur.Həyat yoldaşının xidməti vəzifəsini yerinə yetirərkən həlak olması faktı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon Şöbəsinin xx.xx.20N9-cu il tarixli məktubunda da təsdiqini tapır. İddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı ərizəyə xx.xx.20N9-cu il tarixdə cavab verilmiş və qeyd edilmişdir ki, xidmətin mövcud-uçot sənədlərində və Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən Xidmətin aparatına təqdim edilmiş «N7-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbiəməliyyatlarla itkin düşmüş zabit və gizirlərin (miçmanların) siahısı»nda mərhum X2 xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olması faktı mövcuddur. Müxtəlif səbəblərdən ölmüş hərbi qulluqçuların adının xx.xx.20N8-ci il tarixli fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi mümkün deyildir. İddiaçının ərizələrinə verilmiş olan cavablardan məlum olur ki, döyüş bölgəsində xidmət keçərkən xidməti vəzifəsinə yerinə yetirən vaxt həlak olmuş həyat yoldaşı X3 «şəhid» statusu verilmədiyindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N №-li Fərmanı ilə müəyyən edilmiş birdəfəlik ödəmə alınması mümkün olmamışdır. Sonuncu olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət etmiş, aldığı xx.xx.20N9-cu il tarixli cavabda mərhum həyat yoldaşının həlak olduğu tarixə qədər xidmət etdiyi hərbi hissə komandirinin əmrləri ilə ezamiyyətə göndərilməsi, sonucu olaraq xx.xx.N4-cü il tarixdə xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olduğuna görə hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin tərkibindən və bütün növ təminatlardan çıxarılması təsdini tapır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin iddiaya dair yazılı münasibətində bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.2.6-cı bəndinə görə şəhid, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxsdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır, işə iştirakları olmadan baxılması xahiş edilmişdir. 3-cü şəxs iddiaya dair yazılı vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.N-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qaydaların 4.N-ci bəndinin üçüncü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq-surətdə arayış verməlidir. İddiaçının mərhum həyat yoldaşı X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi “leytenant” hərbi rütbəsində hərbi xidmət keçərkən həlak olduğunu nəzərə alaraq, ona şəhid statusunun verilməsi məsələsinə Müdafiə Nazirliyi tərəfindən baxılmalıdır. İşə iştirakları olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş V-ЖГ seriyalı ******* nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən İddiaçı X5 ilə rəsmi nikah bağlamışlar. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş İİİ-ЖГ seriyalı 466673 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X5 xx.xx.N4-cü il tarixdə “Qara ciyərin cırılması, böyrəyin küt travması” səbəbi ilə ölmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli 9N2-N5444 nömrəli Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrində (əsas: §-N, səh-2, sıra-N7, əmrdə atasının adı yazılmamışdır) həqiqi həərbi xidmət keçmək üçün gəlmiş Fəxrəddin Abbasovun hərbi hissənin siyahısına, bütün növ təminatlara salınaraq gənc əsgərlərin işləri üzrə təlimatçı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 87 №-li əmrində (əsas: §-N, səh- 27, sıra-2, əmrdə atasının adı fərqli xətlə, fərqli rəngli diyirçəkli qələmlə sonradan yazılmışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant X2 Ağcabədi-Füzuli döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli N00 Neli əmrilə (əsas: §-2, səh-37, sıra-4, əmrdə hərbi rütbəsi “leytenant" yazılmışdır) leytenant X2 Ağcabədidən, döyüş əməliyyatları bölgəsindən, ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli 3 №-li əmrilə (əsas: §-2, səh-3, sıra-2, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) leytenant XN-Ağcabədi döyüş zonasına ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin 3N yanvar N4-cü il tarixli N5 №-li əmrilə (əsas: §-N, səh-26, sıra-N97, əmrdə hərbi rütbəsi “ baş leytenant” yazılmışdır) baş leytenant XN-Füzuli rayonları, döyüş əməliyyatları bölgəsindən, ezamiyyətdən qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N fevral N4-cü il tarixli 32 №-li əmrilə (əsas: §-8, səh-45, sıra-6) leytenant X3 fevral N4-cü ildə ərzaq payı əvəzinə pul konpensasiyası ödənilmişdir. N №-li hərbi hissə komandirinin 3N mart N4-cü il tarixli 58 №-li əmrilə (əsas: §-6, səh-25, sıra-9) leytenant X3 mart ayının ərzaq payı əvəzinə pul konpensasiyası ödənilmişdir. N №-li hərbi hissə komandirinin N aprel N4-cü il tarixli 84 №-li əmrilə (əsas: §-2, sıra-8) leytenant X3 aprel ayının ərzaq payı əvəzinə pul konpensasiyası ödənilmişdir. Həqiqi hərbi xidmətdə olan. xx.xx.N963-cü il təvəllüdlü, gənc əsgərlərin işləri üzrə təlimatçı vəzifəsində xidmət edən, leytenant X5 hərbi xidməti borcunu yerinə yetirərkən N5 may N4-cü il tarixində avtomobil qəzası nəticəsində həlak olduğuna görə N №-li hərbi hissə komandirinin N5 may N4-cü il tarixli 98 №-li əmrilə (əsas: §-N, sıra-2, ölüm haqqında şəhadətnamə) şəxsi heyətin tərkibindən və bütün növ təminatlardan çıxarılmışdır. xx.xx.N4-cü il tarixində imişli şəhər qəbirstanlığında dəfn olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin 0N 03.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində leytenant X2 ezamiyyətə, məzuniyyətə və hospitala göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N9-cu il tarixli 9/2-2N №-li və xx.xx.20N9-cu il tarixli 9/2-4388 №-li məktublarla X5 barəsində Hüquq idarəsinə cavab göndərilmişdir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli N62 nömrəli Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötəri ki, onun əri, mərhum N963cü il təvəllüdlü X5 xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir və xx.xx.N4-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. ƏSAS: ehtiyatda olan zabitlərin şəxsi işlərinin qeydiyyatı kitabı səh.85,s/sN465.” İş materiallarından görünür ki, İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: “Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizəyə (mərhum həyat yoldaşınız X3 “Şəhid” statusunun verilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində və Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Məlum olmuşdur ki, mərhum həyat yoldaşınız X5 xidməti vəzifə borcunu yerinə yetirərkən N5 may N4-cü il tarixdə avtomobil qəzası nəticəsində İmişli rayonunda həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N4-cü il tarixli N0 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 iyul 2009- cu ii tarixli N07 nömrəli Qərarına əsasən dəyişikliklər və əlavələrlə) N.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum həyat yoldaşınız X2 ölüm şəraitinin müəyyən etmək üçün tərəfimizdən müvafiq araşdırma aparılmış və müxtəlif Dövlət orqanlarına sorğular verilərək cavablar alınmışdır. Buna baxmayaraq, həmin sənədlər F.Ə.Abbasovun ölüm şəraitini müəyyənləşdirmək üçün kifayət deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirəm ki, mərhum həyat yoldaşınız X2 ölüm faktının onun döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsi ilə əlaqədar baş verməsini müəyyən etmək mümkün olmadığından, ona “Şəhid” statusunun verilməsi ilə bağlı qərar qəbul etmək mümkün deyildir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların N.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.N-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N4-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 30 dekabr 2008-ci il tarixli qərarına görə, Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr NN-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, o cümlədən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu məlum qərarı ilə kimlərin şəhid hesab edilməsi anlayışının əhatə dairəsini genişləndirərək, yalnız döyüşdə həlak olan hərbi qulluqçuların deyil, həm də atəşkəs şəraitində, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların da şəhid heab edilməsini təsdiq etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənlərə əsasən X7 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsinə dair xüsusi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan Gədəbəy rayonunda yerləşən hərbi hissədə hərbi xidmətini yerinə yetirən əri X8 N yanvar 2006-cı ildə, hərbi hissənin düşmənlə üzbəüz olan postu ilə kəsilmiş rabitə əlaqəsinin bərpasına dair komandirdən verilmiş göstərişi icra edərkən qəflətən dağdan qopan qar uçqunu altında qalıb həlak olmuşdur. Eyniliklə, iddiaçının əri xx.xx.N4-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Belə ki, həm Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv arayışında, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin Arayışında qeyd edilir ki, X5 xx.xx.N4-cü il tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Beləliklə, iddiaçının ərinin xx.xx.N4-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması işin mübahisələndirilməyən halıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb təmin edilməli, cavabdehin üzərinə iddiaçının ərinə “şəhid” statusu verilməsi vəzifəsi qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum əri X3 “şəhid” statusu verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X3 “şəhid” statusu verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-603/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-603/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver