Məhkəmə qərarları › İş №2-1(112)-6033/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6033/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6033/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçı X3 (Bakı şəhərində qeydiyyatdadır, pensiyaçıdır) iştirakı ilə, iddiaçı X3 cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanına iddiaçını ailə üzvləri ilə birlikdə pasport qeydiyyatına götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq müəyyən etdi: İddiaçı X12 cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanına onun ailə üzvləri ilə birlikdə pasport qeydiyyatına götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o və onun ailə üzvləri, qohumluq əlaqəsi olan X1 mülkiyyətində olan Bakı şəhər, Naximov küçəsində yerləşən 139 saylı fərdi yaşayış evində qeydiyyatda olmuşlar və X9 mülkiyyətçi kimi məhkəmədə iddia qaldıraraq iddiaçının və onun ailə üzvlərinin ona məxsus evdən yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair iddia qaldırmış və məhkəmə mülkiyyətçinin iddia tələbini təmin etdiyi üçün iddiaçı və onun ailə üzvləri qeydiyyatsız qalmalı olmuşlar. İddiaçı məcbur olub Bakı şəhəri, Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək faktiki olaraq yaşadığları ünvan 2 ünvana onun və ailə üzvlərinin pasport qeydiyyatına gütürülməsini xahiş etsə də Polis İdarəsi tərəfindən imtina barədə məktub veilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Bakı şəhər Xətai rayon Polis İdarəsi məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi 26.06.2021-ci il tarixli, 19941-1221 nömrəli məktubla məhkəməyə müraciət edərək iddiaçı X3 iddia tələbinə dair 13.07.2021-ci il tarixində keçiriləcək məhkəmə iclasına onların səlahiyyətli şəxsin iştirakı olmadan baxmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinlədikdən, tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE №******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən, iddiaçı X12 ünvan 3 ünvanında yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5913/2020 nömrəli, 29.10.2020-ci il tarixli qətnaməyə əsasən, cavabdehlər X4, X6, X10, X7, X3 və X2 iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 139 saylı evdən istifadə hüquqların itirilməsi barədə qət edilmişdir. 2 saylı MKİS-in rəisi V.Abbasov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş “Həyətin cizgiləri, şəxsi tikililər və yardımçı otaqların” sxemində onların təyinat məqsədləri və sahələri göstərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin 29 aprel 2021-ci il tarixli, 255 nömrəli arayışına əsasən, X12 ailə üzvləri ilə (arvadı – X11, oğlu – X13) Bakı şəhəri Xətai rayonunun 2 saylı MKİS-in ərazisində yerləşən Naximov küçəsində yerləşən 186/1V nömrəli evdə qeydiyyatsız yaşayır. Bakı şəhər Xətai rayon Polis İdarəsinin 08.04.2021-ci il tarixli iddiaçı X8 ünvanlanmış məktubunda göstərilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə utulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ev onun faktiki yaşayış yeri olduğundan həmin ünvana onun və ailə üzvlərinin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən evinə nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşayır və bunun nəticəsi olaraq o cavabdeh orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı X3 cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanına onun ailə üzvləri ilə birlikdə pasport qeydiyyatına götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X3 ünvan 1 ünvanına onun ailə üzvləri ilə birlikdə pasport qeydiyyatına götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar