Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6035/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2, X3 və X4) “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2, X3 və X1 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş icraata daxil olduqdan sonra xx.xx.2024-cü il, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərə məhkəmə hazırlıq iclasları təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslardan öncə məhkəməyə teleqram və ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında işirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak etməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində göstərilən ünvanına xx.xx.2024-cü il tarixdə 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda iddiaçının istifadəsində olan mobil nömrəsinə SMS bildiriş ilə məlumatlandırılmışdır. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının məhkəmə iclaslarında əvvəl məhkəməyə teleqram və ərizə göndərməsi onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına dəlalət edir. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərildiyindən, eyni zamanda ünvanın dəyişməsi barədə məhkəməyə heç bir məlumat verilmədiyindən məhkəmə bildirişi rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməlidir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdən (7 aya yaxın müddətdə) məhkəmənin icraatında olan inzibati işə marağını itirmişdir. Məhkəmə iddiaçının məlumatlandırılması üçün mümkün bütün vasitələrdən (məhkəməyə məlum olan ünvana bildiriş göndərmək, SMS məlumatlandırma) istifadə etmişdir. MPM-in 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə görə, elektron kabineti olmayan şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-in göndərilməsi, həmin şəxsin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilməsi üçün əsasdır. Həmçinin iddiaçının təqdim etdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, iddiaçı məhkəmə iclassında iştirak etməyəciyini bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyi hazırkı işə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə icraatından yayınmış, iddia ərizəsinin geri götürülməyə əsas ola biləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin iddiaçını məcburi qaydada məhkəmə icraatına cəlb etmək kimi bir səlahiyyəti və vəzifəsi yoxdur. İddia tələbinin məhkəməyə verilməsi və müdafiə edilməsi dispozitivlik prinsipinə əsasən iddiaçının üzərinə düşür. Əks halda məhkəmə icraatının qeyri-müəyyən vaxta uzadılmasına, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına vəicraatda iş yükünün əsassız artmasına səbəb olar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2, X3 və X4) “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6035/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6035/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver