Məhkəmə qərarları › İş №2-1(112)-6038/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6038/2020

28.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6038/2020 28.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) şifahi məhkəmə baxışı keçirilmədən qaydada baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ünvan 4 qeydiyyatdan çıxarılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil 132635 nömrəli, xx.xx.2001-ci il il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X6 tərəfindən iddiaçının həyat yoldaşı X1. xx.xx.2019-cu il tarixində ümümi sahəsi 44.7 kv/metr olan 3 otaqlı mənzili daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında iddiaçının qızı İddiaçı hədiyyə edilmişdir və buna dair xx.xx.2019-cu il tarixində ********** nömrəli çıxarış verilmişdir. Bir müddət sonra məlum olmuşdur ki, alqı-satqı müqaviləsinin tərəfi olan X6 mənzildən bu günədək yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmamışdır. Halbuki, X4 müvafiq mənzilə olan istifadə hüququnun itiriİib-itiriİməməsi mübahisə doğuran məsələ deyil və alqı-satqı müqaviləsini bağlayarkən yaşayış sahəsindən istifadə hüququ itirmiş hesab olunur. Belə ki, həmin müqaviləni bağlamaqla X6 bu hüququn itirilməsinə dair könüllü razılığını və iradə ifadəsini bildirilmişdir. İddiaçı cavabdehə müraciət edərək, X4 adıçəkilən mənzildən yaşayış yeri üzrə qeydiyyatından çıxarılmasına dair köməklik göstərilməsini xahiş etmiş, cavab olaraq imtina məktubu almışdır. Həmin imtina məktubunda qeyd edilmişdir ki, mövcud problemlə əlaqədar o, mülki qaydada məhkəməyə müraciət etməlidir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə şifahi dinləmələr keçirilmədən qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsindən məhkəməyə daxil olmuş 082- 3820-1220 və 082-44052-1220 saylı məktublarda işə idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir. Üçüncü şəxs X5 göndərilmiş məhkəmə sənədləri poçt rabitəsi xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydləri ilə geri qaytarılmışdır. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, iddiaçının və cavabdehin yazılı razılığı, üçüncü şəxsə göndərilmiş məhkəmə sənədlərinin poçt rabitəsi xidməti tərəfindən ona çatdırılmaması nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş üzrə toplanmış sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş X5 məxsus Bakı şəhəri, M.Qasımov küçəsi, ev 4 ünvanında yerləşən 6 nömrəli mənzilin X2 dair xx.xx.2001-ci il tarixdə bağlanmış müqavilə üzrə notariat işində olan sənədlərin təsdiq edilmiş surətlərindən aydın olur ki, Bakı şəhəri, M.Qasımov küçəsi, ev 4 ünvanında yerləşən 6 nömrəli mənzil 13.2635 saylı müqaviləyə əsasən X6 tərəfindən müqavilə üzrə alıcı X3. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ********** saylı, xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim olunmuş Bakı şəhəri, M.Qasımov küçəsi, ev 4 ünvanında yerləşən 6 nömrəli mənzilə dair sənədlərin təsdiq edilmiş surətlərindən aydın olur ki, Bakı şəhəri, M.Qasımov küçəsi, ev 4 ünvanında yerləşən 6 nömrəli mənzil notarial qaydada bağlanılmış daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən müqavilə üzrə “hədiyyə verən” X11 tərəfindən müqavilə üzrə “hədiyyə alan” İddiaçı bağışlanılmış, göstərilən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tam payda daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan “AZEMİS” elektron məhkəmə sistemindən AZE seriyalı, 044006 saylı şəxsiyyət vəsiqəsinə aid çıxarışdan müəyyən edilir ki, xx.xx.1964-cü il təvəllüdlü X6 yaşayış yeri üzrə Bakı şəhəri, M.Qasımov küçəsi, ev 4 ünvanında yerləşən 6 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarından məlum olur ki, üçüncü şəxs X4 yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzil notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən əvvəlcə X8 adına, sonradan isə bağışlama müqaviləsinə əsasən İddiaçı adına özgəninkilləşdirilmiş, iddiaçının nümayəndəsi tam payda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzildən üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon polis idarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 082-49228Q-321 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, ünvan 3 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Sonda məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi baxımından o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Xüsusilə də, hazırkı iş üzrə iş materiallarında mənzilin müvafiq alqı-satqı müqaviləsinə əsasən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş şəxslərin yazılı razılığı ilə notarial qaydada digər şəxsin adına özəlləşdirilməsi, habelə, son olaraq iddiaçının həmin mənzil üzərinə xüsusi mülkiyyət hüququnun tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərə alınsa, bu halda üçüncü şəxsin sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının məcmusu olan mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilməsi istisna edilməməlidir. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və əmlak hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X4 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə həvalə edilsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar