Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-604/2020 24.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 iştirаkı ilə, İddiаçı İddiaçı qızının cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı “Ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, 01 yanvar 2007-ci il tarixdən tədbiq edilməklə əmək pensiyasının yenidən hesanlanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 19.04.2010-cu il tarixdən tətbiq edilməklə pensiyanın yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-604/2020 sayl, 24.01.2020-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri müharibə əlili idi, 2010-cu ildə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. “Əmək pensiyaları haqqında qanunun 12.2 və 20.16-cı maddələrinə əsasən hərbi qulluqçu kimi pensiya təyin olunması üçün mərhum müraciət etməmişdir. Mərhumun pensiyası 2 az yaşlı uşağına təyin olunmuşdur. İddiaçıya 2010-cu ildən pensiya təyin edilir. 2019-cu ilin iyul ayından uşaqlara “Əmək pensiyaları haqqında” qanunun 12.2 və 20.16-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə təminat xərcliyinin 100% məbləğində pensiya təyin olunmuşdur. Qanunvericilikdə olmuş dəyişikliklərə əsasən iddiaçıya təyin olunmuş pensiyaya əlavələrdə artımlar nəzərə alınmalı idi və pensiya mərhum həyat yoldaşının vəfat etdiyi tarixdən yenidən hesablanmalı idi.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı 29 aprel 2019-cu il tarixində idarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. İddiaçıya iki övladına görə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci maddəsinin tələblərinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 100 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçıya keçmiş üç ildən daha artıq müddət üçün pensiya fərqinin ödənilməsi mümkün deyil. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi və vəkili X3 etiraz ərizəsinə uyğun izahat iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Mingəçevir şəhəri Polis İdarəsi tərəfindən 21.07.2014-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1973-ci il təvəllüdlüdür, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. MKT İstehsalat Birliyinin 2142 nömrəli və 2143 nömrəli 04 noyabr 2019-cu il tarixli arayışlarıına əsasən İddiaçı ailə üzvləri ilə birlikdə- X10 (oğlu) və X4 (qızı) həqiqətən də Mingəçevir şəhəri, Babək küçəsi 2/7 nömrəli evdə yaşayırlar. 687447 nömrəli 10 sentyabr 2014-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən X11 19 aprel 2010-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Mingəçevir şöbəsinin 014236 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, 1973-cü təvəllüdlü X1 136 nömrəli 12 noyabr 2010-cu il tarixli qərar ilə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Cavabdeh 11.10.2019-cu il tarixli, **********8 nömrəli məktubla iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın yalnız 3 il əvvəl üçün hesablanmaqla ödənildiyini qeyd etmiş, pensiya hüququ yaranan andan keçmiş dövr üzrə yenidən hesablanmasından imtina edilmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçı İddiaçı əri X11 19 aprel 2010-cu ildə vəfat etmişdir. xx xxxx 1973-cü il təvəllüdlü İddiaçı 2010-cu ildən ailəbaşçısını itirməyəgörəəmək pensiyası təyin edilmişdir. İddiaçı 06 avqust 2019-cu il tarixli ərizəsi ilə “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixdədəyişiklik edildikdən sonra iddiaçı aldığı pensiya məbləğinin yenidən hesablanması iləbağlı cavabdehəmüraciət etmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə mərhum ərinin ailə başçısını itirməyə görə əmək pensiyasının əvvəlki dövrlər üzrə yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya iki övladına görə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqına” Qanununun 20.17.1-ci maddəsinin tələblərinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 100 faizi məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən “63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır”. Həmin Qanunun 14.1.və 14.1.2-ci maddələrinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. «Əmək pensiyaları haqqında» Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.17.2-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilədək olan redaksiyası) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinəyetirilməsi iləbağlı olmayan bədbəxt hadisəzamanı alınmışxəsarət (yaralanma, travma, kontuziya) vəya cəbhədəolmaqla, Azərbaycan Respublikasının müdafiəsi iləvəya döyüşəməliyyatları aparan ölkələrdəbeynəlmiləlçilik borcunu yerinəyetirməkləbağlı olmayan xəstəlik nəticəsindəvəfat etmişhərbi qulluqçuların vəhərbi qulluqçular sırasından olan pensiyaçıların ailəüzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünəailəbaşçısının təminat xərcliyinin 35 faizi miqdarı iləmüəyyənləşdirilən məbləğləbu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.76-cı maddəsinəəsasən 20.17.2-ci maddəyə“miqdarı ilə” sözlərindən sonra “(ailəyədüşən ümumi məbləğailəbaşçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğəçatdırılmaqla)” sözləri əlavəedilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinəəsasən (01 iyul 2017-ci il tarixdən qüvvəyəminmişdəyişikliyəəsasən) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinəyetirilməsi iləbağlı olmayan bədbəxt hadisəzamanı alınmışxəsarət (yaralanma, travma, kontuziya) vəya cəbhədəolmaqla, Azərbaycan Respublikasının müdafiəsi iləvəya döyüşəməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinəyetirməkləbağlı olmayan xəstəlik nəticəsindəvəfat etmişhərbi qulluqçuların vəhərbi qulluqçular sırasından olan pensiyaçıların ailəüzvlərinəailənin əmək qabiliyyəti olmayan hər bir üzvünəailəbaşçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə(ailəyədüşən ümumi məbləğailəbaşçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğəçatdırılmaqla) müəyyənləşdirilən məbləğləbu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görəəmək pensiyasına əlavələr təyin edilir. Sadalanan normaların tələblərindən göründüyü kimi, 01 iyul 2017-ci ildən etibarən qanunvericiliyəedilmişdəyişikliyəəsasən, iddiaçının aldığı ailəbaşçısını itirməyəgörəəmək pensiyasının miqdarı artmışdır. Məhkəməhesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin 7-ci bəndinəəsasən fiziki vəhüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran vəya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyəşamil edilir. Bundan əlavə“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 87.1ci maddəsindəqeyd edilir ki, normativ hüquqi aktın geriyəqüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilətənzimlənir. Fiziki vəhüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran vəya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda vəya onun qüvvəyəminməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyəminməsindən əvvəl əmələgələn münasibətlərəşamil edilir. (87.2) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunu 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 32.1-ci maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır. Məhkəmə araşdırması ilə müəyyən olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM- 14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Qeyd edilənlərəəsasən, Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının hazırkı işətətbiq edərək belənəticəyəgəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyəminmişredaksiyası işüzrəİddiaçı vəziyyətini yaxılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməkləiddiaçıya mərhum ərinin vəfat etdiyi andan hüququ yaranmış pensiya yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilərək X7 qızının mərhum əri X6 vəfat etdiyi andan yəni 19 aprel 2010-cu il tarixdən yenidən hesablanaraq ailə başçısının itirilməsinə görə əmək pensiyasının verilməsi, yaranmış pensiya fərqinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 33, 68, 69, 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı X7 qızının mərhum əri X6 vəfat etdiyi andan yəni 19 aprel 2010-cu il tarixdən yenidən hesablanaraq ailə başçısının itirilməsinə görə əmək pensiyasının verilməsi, yaranmış pensiya fərqinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-604/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-604/2020
24.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver