Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-604/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızı İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati iş materiallarına məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən adına verilmiş 14.01.2020-ci il tarixli, M20 019881 №-li magistr diplomumun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01.06.2021-ci il tarixli, 2-1(112)-3889/2021 nömrəli qərardadı ilə İddiaçı Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən 14.01.2020-ci ildə verilmiş M20 019881 nömrəli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində yaradılmış Ekspert Qrupu tərəfindən iddiaçı ilə ixtisası üzrə yenidən müsahibənin aparılması Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 24.01.2022-ci il tarixli, 00-05-63/TKTA nömrəli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2-1(112)-3889/2021 saylı qərardadının icrası məqsədi ilə İddiaçı X2 adına Kiyev Milli Universiteti tərəfindən verilmiş 14.01.2020-ci il tarixli, M20 seriyalı, 019881 №-lidiplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona müvafiq şəhadətnamələr verilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə sənədlərinin geri qaytarılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-604/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-604/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver