Məhkəmə qərarları › İş №2-1(112)-604/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-604/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-604/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 fevral 2016-cı il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin müddətsiz hesab edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 7 yaşında sinif yoldaşı tərəfindən bir neçə qalın kitabın başına vurulması və növbəti günlərdə də dəfələrlə başına zərbə almağı nəticəsində başı şiddətli şəkildə ağrımağa başlamışdır. İddiaçının anası baş ağrıları səbəbindən onu bir neçə dəfə Azərbaycanda, daha sonra Moskvada həkimlərə aparmağa başladı. İddiaçı 1993-cü ildə dispanser uçota götürülmüşdür və hər il müalicə almağa başlamışdır. Daha sonra iddiaçıda xroniki asma xəstəliyi qazanmışdır. İlk dəfə 13 yanvar 2006-cı ildə bipolyar affektiv psixi pozuntu tip 2, uzanmış depressiv faza, bronxial astma diaqnozu ilə ikinci dərəcə əlillik təyin edildi. Beləliklə, xx.xx.2006-cı il tarixdən iddiaçıya cavabdeh tərəfindən fasiləsiz şəkildə əlillik təyin edilmiş, sonuncu dəfə 04 fevral 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir. Sonuncu təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra iddiaçı üçün yeni göndəriş vurularaq cavabdehə müraciət etmişdir, lakin 1 iyul 2021-ci ildə əlavə müalicəyə ehtiyacın olması səbəbindən iddiaçıya imtina verilmişdir. Bundan sonra mən 2 şəhər klinik psixatriya xəstəxanasında 9 iyul 2021-ci ildən 23 iyul 2021-ci ilədək müalicədə olmuşdur. Yenidən iddiaçı üçün göndəriş vurulsa da, bu dəfə 7 noyabr 2022-ci ildə iddiaçıya sms vasitəsilə bildiriş daxil olmuş və göndərişin natamam doldurulması səbəbindən səhiyyə müəssisəsinə geri qaytarıldığı bildirilmişdir. Odur ki, iddiaçı pozulmuş hüquqlarını məhkəmə qaydasında bərpa etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, ona sonuncu dəfə 04 fevral 2016-cı il tarixdə əlillik təyin olunarkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-cı il 30 qekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on ceş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 04 fevral 2016-cı ildə iddiaçıya əlillik təyin olunarkən 10 il fasiləsizlik tələbini (üstəlik də eyi xəstəliklə) ödədiyindən iddiaçıya əslində o vaxt müddətsiz əlillik təyinatı aparılmalı idi.

3. TSEK-Müayinələr: - xx.xx.2006-cı il tarixində bipolyar affektiv psixi pozuntu tip 2, uzanmış depressiv faza, bronxial astma diaqnoz mətni ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (digər: bipolyar affektiv psixi pouzntu) təyin edilmişdir. - xx.xx.2014-cu il tarixində bipolyar affektiv psixi pozuntu tip 2, uzanmış depressiv faza diaqnoz mətni ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (digər: bipolyar affektiv psixi pouzntu) təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində bipolyar affektiv pozğunluq, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu, anemnezində özünəqəsd ilə diaqnoz mətni ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (digər: bipolyar affektiv psixi pouzntu) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində bipolyar affektiv pozğunluq, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu, anemnezində özünəqəsd ilə diaqnoz mətni ilə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (digər: bipolyar affektiv psixi pozuntu) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində bipolyar affektiv pozğunluq, yüngül və ya orta dərəcəli depressiyaların növbəti epizodu, bipolyar affektiv psixi pozuntu tip İİ uzanmış depressiv faza anamnezində özünəqəsd ilə bipolyar affektiv pozğunluq, yüngül və ya orta dərəcəli depressiyaların növbəti epizodu, bipolyar affektiv psixi pozuntu tip İİ uzanmış depressiov faza anamnezində özünəqəsd ilə, allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma infeksion allergik forma diaqnoz mətni ilə əlavə müalicəyə ehtiyacın olması (müailəcə müddəti az olduğuna görə ixtisaslaşdırılmış müailəcə məsləhət görülür) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində bipolyar affektiv pozğunluq, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiv faza, anemnezində özünəqəsd ilə diaqnoz mətni ilə göndərişin natamam doldurulması (2022-ci ildə 21 gün stasionar müailicəsi və əmək müqaviləsi olmasına baxmayaraq xəstəlik vərəqi qeyd olunmayıb) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində bipolyar affektib pozğunluq, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiv faza, anemnezində özünəqəsd ilə diaqnoz mətni ilə göndərişin natamam doldurulması (xəstənin əmək müqaviləsi vardır, xəstəliyi ilə uyğunsuzluq təşkil edir) səbəbi ilə imtina edilmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı əyani müayinə olunması üçün 1 ay müddət təyin edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Şəxsin əlillik vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik” səbəbilə (diaqnoz: Bipolyar affektiv pozuntu) 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65% pozulması barədə qərar qəbul edilmişdir.

6. TSEK-Müayinələri xx.xx.2022-ci il tarixindən bipolyar affektib pozuntu, psixotik simpltomlarla müşahidə olunan ağır dərəcəli depressiv fara, anamnezində özünəqəsd ilə diaqnoz mətni ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz orqanizmin funksiyalarının 65% pozulması ilə əlillik təyin edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli 497N1VVZ0009 nömrəli Qərarı ilə (sistemə daxil edilmə tarixi: xx.xx.2023) İddiaçı 7.4.1.2. psixi davranış pozuntuları, əhval pozuntuları (affektiv pozuntular), bipolyar affektiv pozuntu, davamlı remissiya əlamətləri olmadığı halda 2 il ərzində əmək qabiliyyətinin itirillməsinə, sosial və qohumluq əlaqələrinin zəifləməsinə və gündəlik fəaliyyətin yerinə yetirilməsi zamanı çətinliklərə səbəb olan intihar cəhdləri ilə müşayiət olunan, tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) affektiv epizodlar; təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidədə saxlanılma zərurəti əlillik meyarı ilə orqanizmin funksiyalarının 65% pozulması ilə xx.xx.2022-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmənin qəbul etdiyi qərardad əsasında ona əlillik müddətsiz olaraq təyin edilsə də, əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən əlilliyinin müddətsiz olaraq təyin olunduğu xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əlilliklə bağlı müavinətini alması üçün həmin dövrdə əlilliyi müəyyən olunmalıdır.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarına əsasən iddiaçıya müəyyən olunmuş 7.4.1.2 (XBT kodu – F31) meyarına uyğun əlillik müdəti 2 il nəzərdə tutulduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının Qərarında orqanizmin funksiyalarının pozulması müddəti 2 il olaraq qeyd olunmuş, iddiaçının əlillik stajı nəzərə alınaraq ona əlillik alt-sistemində müddətsiz əlillik təyin edilmişdir.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

11. İddia tələbindən görünür ki, iddiaçının tələbi 04 fevral 2016-cı il tarixdən müddətsiz əlilliyin təyin edilməsidir.

12. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

14. Hazırki iddia məcburetməyə dair iddiadır.

15. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

19. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

21. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

22. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.

23. Məhkəmə nəzərə alır ki, xx.xx.2016-cı il tarixində İddiaçı İmran oğluna bipolyar affektiv pozğunluq, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu, anemnezində özünəqəsd ilə diaqnoz mətni ilə ümumi xəstəlik səbəbi ilə 2.2. ikinci dərəcə əlillik (digər: bipolyar affektiv psixi pozuntu) 5 il müddətinə təkrar təyin edilmişdir. İddiaçı əlilliyin xx.xx.2016-cı il tarixində 5 il müddətinə təyin edilməsini (müddətsiz təyin edilməli olduğu halda) cavabdeh orqan tərəfindən əlilliyin təkrar təyin olunmasından imtina edildikdən sonra mübahisələndirmişdir.

24. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixində əlavə müalicəyə ehtiyacın olması (müailəcə müddəti az olduğuna görə ixtisaslaşdırılmış müailəcə məsləhət görülür) səbəbi ilə, xx.xx.2022-ci il tarixində göndərişin natamam doldurulması (2022-ci ildə 21 gün stasionar müailicəsi və əmək müqaviləsi olmasına baxmayaraq xəstəlik vərəqi qeyd olunmayıb) səbəbi ilə, xx.xx.2022-ci il tarixində göndərişin natamam doldurulması (xəstənin əmək müqaviləsi vardır, xəstəliyi ilə uyğunsuzluq təşkil edir) səbəbi ilə İddiaçı İmran oğluna əlillik təyinatından imtina edilmişdir.

25. İddiaçı ona ilkin imtinanın verildiyi vaxtdan (xx.xx.2021-ci il tarixindən) təxminən 1 il 05 ay sonra, iddia tələbində qeyd olunan 04 fevral 2016-cı il tarixindən təxminən 6 il 09 ay sonra məhkəməyə şikayət etmişdir.

26. Məhkəmə qeyd edilən müddətdə iddiaçını iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir.

27. Məhkəmə eyni zamanda nəzərə alır ki, məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı əyani müayinə olunması üçün 1 ay müddət təyin edilmişdir. Cavabdeh orqan tərəfindən əyani müayinə olunduqdan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli 497N1VVZ0009 nömrəli Qərarı ilə (sistemə daxil edilmə tarixi: xx.xx.2023) 7.4.1.2. psixi davranış pozuntuları, əhval pozuntuları (affektiv pozuntular), bipolyar affektiv pozuntu, davamlı remissiya əlamətləri olmadığı halda 2 il ərzində əmək qabiliyyətinin itirillməsinə, sosial və qohumluq əlaqələrinin zəifləməsinə və gündəlik fəaliyyətin yerinə yetirilməsi zamanı çətinliklərə səbəb olan intihar cəhdləri ilə müşayiət olunan, tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) affektiv epizodlar; təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidədə saxlanılma zərurəti əlillik meyarı ilə orqanizmin funksiyalarının 65% pozulması ilə İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir.

28. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar