Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6044/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2rşı ərizələrə cavab verilməsinin qanunsuz hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrin cavablandırılmamasında ifadə olunmuş cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun adına olan “Qaz-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən mahiyyəti üzrə baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddia iddiaçının adına olan “Qaz-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müraciətlərinə cavabdeh tərəfindən mahiyyəti üzrə baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi hissəsində mümkün sayılmamışdır. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan “QAZ- 2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2005-ci il tarixdə baş etibarnamə ilə (həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə biləcəyi şərti ilə) Qubadlı rayonu, Mahrızlı kəndində yaşayan (qeydiyyatda olan) X1 3 il müddətinə vermişdir. Etibarnamənin müddəti xx.xx.2008-ci il tarixdə bitdiyinə baxmayaraq həmin avtomobil ona qaytarılmamış və tərəfindən təkrar etibarnamə verilməmişdir. Etibarnamənin müddəti bitdiyi tarixdən xx.xx.2008-ci ildən sonra nəqliyyat vasitəsinin kimin istifadəsində olması, kimlərə satılması və ya hazırda kiminsə istifadəsində olması barədə onda heç bir məlumat yoxdur. Həmin etibarnamə Abşeron rayonu 1-ci Dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixində verilmişdir. Maşını satdığı şəxs bildiyinə görə məcburi köçkün kimi Sumqayıt şəhərində yaşayır və həmin avtomobildə səyyar meyvətərəvəz satışı ilə məşğuldur. xx.xx.2017-ci il tarixdə ona poçt vasitəsi ilə xx.xx.2017-ci il tarixli MMX ******* №-li “İnzibati xəta haqqında elektron protokol”, xx.xx.2018-ci il tarixdə isə xx.xx.2018-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” 133617 №-li elektron qərar göndərilmişdir. Bu protokollarla əlaqədar o, xx.xx.2017-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinə və X7 Şöbəsinə ərizə ilə müraciət edərək, barəsində elektron protokollar tərtib edilmiş nəqliyyat vasitəsinin onun tərəfindən baş etibarnamə ilə digər şəxsə verdiyi (satdığı) bildirmiş və həmin protokolların ləğv edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixli müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elşən Kazımov tərəfindən verilən xx.xx.2017-ci il tarixli, 016-137034Q-3217 №-li məktubda müraciətinin baxılması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərildiyi göstərilir. xx.xx.2018-ci il tarixli müraciətinə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elşən Kazımov tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 016128156Q-3218 №-li məktubda isə bildirilir ki, müraciətinə baxılmış və barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, eləcə də həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul olunmuşdur. Cavab məktubunda daha sonra göstərilir ki, həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığı məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Lakin bu müraciətlərinə baxılmasının nəticələri barədə ona nə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis idarəsi, nə də ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən heç bir məlumat verilməmişdir. Lakin həmin elektron qərarların icraatı dayandırılmamış və o, xx.xx.2020-ci il tarixdə 1 saylı ASAN xidmət mərkəzində müddəti bitmiş sürücülük vəsiqəsini dəyişərkən bu günə qədər onun adında olan “QAZ-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən 2017 və 2018-ci illərdə törədilmiş inzibati xətalara görə 90 manat cəriməni ödəməli olmuşdur. Nəticədə Baş Dövlət X3 müvafiq şəxslərinin qanunsuz hərəkətsizliyi nəticəsində ona 90 manat maddi ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli müraciətlərinin mahiyyəti üzrə baxılıb cavablandırılmamasında günahkar şəxslərin məsuliyyətə cəlb olunması, onun adında olan “QAZ-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli müraciətlərinin baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyanın (ödədiyi cərimələrin) Baş Dövlət X8 tərəfindən ona ödənilməsi xahişi ilə o, xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciəti cavabsız və nəticəsiz qalmışdır. xx.xx.2020-ci il tarixdə yenidən cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixli ərizəsinin cavablandırılmasını xahiş etmişdir. Lakin bu müraciəti də cavabsız və nəticəsiz qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2017-ci il tarixli, MMX ******* saylı inzibati xəta haqqında elektron protokoldan görünür ki, “QAZ 2410” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli, EQ 133617 saylı inzibati xəta haqqında elektron qərardan görünür ki, “QAZ 2410” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. İşdə olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X3 X6 şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli vəsatətdən görünür ki, iddiaçı barəsində tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli, MMX ******* saylı inzibati xəta haqqında elektron protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 tərəfindən məlumat üçün surəti iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 016-137034Q-3217 saylı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası DİN BDYPİ-nin rəhbərliyinə ünvanladığı müraciəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 tərəfindən baxılması üçün Binəqədi RPİ-nə göndərilmişdir. İşdə olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X3 X6 şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli vəsatətdən görünür ki, iddiaçı barəsində tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, EQ 133617 saylı inzibati xəta haqqında Elektron protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı müraciət etmişdir. İşdə olan olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, hökumət ödəniş portalı vasitəsilə İddiaçı EQ137507 saylı protokol üzrə 45 manat məbləğində cərimə ödəmişdir. İşdə olan olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, hökumət ödəniş portalı vasitəsilə İddiaçı EQ133617 saylı protokol üzrə 45 manat məbləğində cərimə ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, 016-128156Q-3218 saylı məktubdan görünür ki, iddiaçının mülkiyyətçisi olduğu “QAZ 2410” markalı, **-GE-*** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında satması, etibarnamənin qüvvədə olduğu müddətdə həmin şəxs tərəfindən avtomobilə sahiblik hüququ əldə edilməməsi və hazırda avtomobili idarə etmədiyi halda yol hərəkəti qayda pozuntularına yol verməsinə görə barəsində inzibati tənbeh vermə haqqında qərarların çıxarılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 ünvanladığı müraciətinə baxılmış və bildirilmişdir ki, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması, eləcə də həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul olunmuşdur. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığı məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli müraciətlərinin mahiyyəti üzrə baxılıb cavablandırılmamasında günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi, onun adına olan “QAZ-2410” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasının təmin edilməsi, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli müraciətlərinin baxılmaması nəticəsində (inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmamasına görə) ona dəymiş 90 manat məbləğində maddi ziyan (ödədiyin cərimlərin) Baş Dövlət X8 tərəfindən ona ödənilməsi xahiş ilə müraciət etmişdir. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli təkrar şikayət ərizəsindən görünür ki, iddiaçı onun xx.xx.2020-ci il tarixli ərizəsinə mahiyyəti üzrə baxılaraq cavablandırılması ilə bağlı təkrar cavabdehə müraciət etmişdir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun ərizəsinə baxılaraq cavab verilməmiş və iddiaçı xx.xx.2020-ci il tarixdə təkrar ərizə ilə cavabdehə müraciət edərək, onun xx.xx.2020-ci il tarixli ərizəsinə mahiyyəti üzrə baxılaraq cavablandırılmasını xahiş etmişdir. Lakin qeyd edilən ərizələrə cavabdeh tərəfindən cavab verilməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh qeyd edilən müraciətlərə cavab verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və müraciətləri cavablandırmamaqda davam etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüquqları vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Müraciətlərə cavab verməməklə cavabdeh “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 7-ci maddələrinin pozuntusuna yol vermişdir. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrinin cavablandırılmamasında ifadə olunmuş cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməli, bunun nəticəsi olaraq iddiaçının xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrinə cavab verməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 İddiaçı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrinin cavablandırılmamasında ifadə olunmuş hərəkətsizliyi qanunsuz hesab edilsin. İddiaçı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrinin cavablandırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6044/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6044/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver