Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6046/2025 20.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və fərqin ödəniməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona aid DİN-nin BDYPİ-nin Maliyə İdarəsinin təqdim etdiyi 100 % hesablanaraq 1703 manat pensiyası 104% 1771 manat təyin edilməsini, həmin 1771 manat əsas tutaraq ona ödənilməyən, qanunsuz ondan tutulan məbləğ geri ödənilməsi və gələcəkdə pensiya indeksasiyası olunanda 1771 manatdan hesablanması barədə öhdəliyin cavabdehlərin üzərinə vəzifə kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cu ildən xx.xx.2024-cü ilədək DİN-də xidmət etmişdir. xx.xx.2024-cü ildən təqaüdə buraxılmışdır. İşlədiyi DİN BDYPİ-nin Maliyə İdarəsinin təqdim etdiyi və DİN-in Maliyə İdarəsi tərəfindən yoxlanılaraq DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzə təqdim edilən məlumatlar əsasında ona 100% təqaüd hesablabnaraq 1703 manat təyin olunmuşdur. İyul ayından həmin təqaüd 1635 manata qədər azaldılmışdır. Bildirir ki, onun xidmət müddəti 38 il 3 ay 15 gündür. Pensiya haqqında müvafiq qanuna əsasən 25 il xidmət 65% təmin edir. 38 il - 25 il =13 il. Qalan 13 il x 3%=39%.65%+39%=104% edir. Yəni əgər 100% - 1703 manatdır. Onun 104% təqaüdü olmalı idi. 100%= 1703 manat. 4% =68,12 manat. Cəmi 104%=1771,12 manat. Lakin göründüyü kimi DİN BDYPİ-nin maliyyə idarəsi onun əvəzinə 1703 manat hesablayaraq burada böyük bir səhvə yol verib. O ki qaldı DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzin onun 100% təyin edilmiş (olmalı idi 104%) 96% endirməsinə və bunu Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında qanunun 20.14.1 maddəsinə istinad edilməsini tam qanunsuz hesab edir. Belə ki, Mülki Məcələnin 7.1. maddəsində qeyd edilib “mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur” . MM -nin 7.3. maddəsində qeyd olunub “mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin qeriyə qüvvəsi ola bilməz”. Hətta ona oxşar maddə CM-də var. Belə ki, CM-nin 10.4 -cü maddəsində qeyd olunub ki, “qanunun geriyə qüvvəsi yoxdur”. Yuxarıda bildirdiyi kimi xx.xx.1993-cü ildən xx.xx.2024-cü ilədək DİN-də xidmət etmişdir. 01 iyul 2017-ci ildə 3% endirib 2% edəndə mən pensiya hüququnu tam almışdır, yəni hər zaman təqaüdə çıxmağa ixtiyarı var idi. Bundan başqa həmin zaman mənim xidməti 31 il 8 ay 20 gün idi. Yəni 25 il işləyib 65% qazanmışdı. Əlavə də 6 il işləyib (6ilx3%). 18% qazanmışdım. Belə gedişlə də son yaş həddinə qədər işləyib təqaüdə çıxmaq istəyirdi. Lakin 01 iyul 2017 ildə 3% endirib 2% etməyi ona şamil edilməsini tam qanunsuz hesab edir, çünki qanunun ağırlaşdırdığı hallarda geriyə qüvvəsi yoxdur. 01 iyul 2017-ci ildə 3% endirib 2% salınması barədə dəyişiklik mənim pensiya təminatıma mənfi təsir göstərmiş və onun məbləği eyni qulluq stajına malik olub qanuna edilmiş dəyişiklik qüvvəyə minənədək pensiya çıxmış həmkarlarının pensiyasına münasibətdə kəskin surətdə aşağı düşmüşdür. Hesab edir ki, bu hal humanizm, sosial ədalətlik və ayrıseçkiliyin yolverilməzliyi kimi fundamental hüquq prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirlməlidir. İnsanın sosial təminat hüququnun başlıca müddəalarından birini ifadə edən humanizm prinsipi dövlətin və cəmiyyətin əsas vəzifəsi kimi göstərilən hüquq və azadlıqlara əməl olunmasının təmin edilməsini, həmçinin hüququn müxtəlif sahələrinin normaları vasitəsilə insanların layiqli həyat şəraitinin təmin edilməsini prioritet kimi göstərir. Sosial ədalət prinsipi isə əməyin ədalətli ödənilməsini və sosial yönümlü maliyyə vəsaitlərinin ədalətli bölgüsünü nəzərdə tutur. Ayrı-seçkilik isə fərqli rəftarı əks edirməklə anoloji vəziyyətdə olan şəxslərdən birinin əlverişsiz vəziyyətə düşməsini özündə ifadə edir. Ona təyin edilmiş pensiya isə eyni staja malik olub fərqli pensiya alan həmkarlarına münasibətdə onu əlverişsiz vəziyyətə salmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının DSMF-nin XŞT üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7404/2024 saylı qərarının ləğv edilməsi, əmək pensiyasının ilkin təminat xərcliyinin 100%-i miqdarında - yəni, 1703 manat məbləğində hesablanması, əsassız olaraq tutulmuş 371.52 manat məbləğinin ona geri ödənilməsi, həmçinin, 2025-ci ildə keçirilən əmək pensiyasının indeksasiyası 1703 manatdan hesablanmaqla ona pensiyanın indeksasiyasına qədər və sonra bütün ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci ilarixli qərardadı ilə iş üzrə İddiaçı iddia tələbi “təminat xərcliyinin 100% nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi barədə qərar qəbul edlməsi” kimi dəyişdirilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli etirazından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatda olan 2-1 (112)-6046/2025 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, onun hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması xahiş etmişdir. Mərkəzi filialın 3-17-1/2-H- 305394/2024 nömrəli xx.xx.2024 tarixli məktubu ilə iddiaçıya əmək pensiyasının hesablanma qaydası izah edilmiş, pensiya məbləği düzgün hesablandığından, müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı 18 yanvar 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilib. Eyni zamanda, tərəfindən aparılmış araşdırma zamanı ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada 1635,50 manat əmək pensiyası təyin edilməli olduğu halda, texniki səhv səbəbindən həmin maddənin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş tələblərinə uyğun qaydada 1703.65 manat məbləğində pensiya təyin olunduğu müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli 3- 17-1/3-7-7404/2024 nömrəli qərar ilə iddiaçının pensiya məbləği yenidən hesablanmışdır.Belə ki, Qanunun 20.14.1 -ci maddəsinin 1 yanvar 2024cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 5.10-cu bəndinin 1 yanvar 2024cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə almaqla) 2017-ci il iyulun 1dək olan dövrünün hərili üçümmüvafıq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında 1 hesablanır.İddiaçı sonuncu xidmət keçdiyini orqandan 17 yanvar 2024-cü il tarixdə tərxis olunmağıla əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona məlumat vərəqində 1 iyul 2017ci il tarixədək 31 il 8 ay 29 gün, 1 iyul 2017-ci il tarixdən sonra 6 il 6 ay 16 gün olmaqla cəmi xidmət müddəti 38 il 3 ay 15 gün göstərilmişdir. Bu halda əmək pensiyanın hesablanması aşağıdakı qaydada müəyyən edilir: 1 . xx.xx.2017-ci il tarixinədək 31 il 8 ay 29 gün xidmət müddətinə münasibətdə25 il üçün - təminat xərcliyinin 65 faizi;6 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi.2.xx.xx.2017-ci il tarixdən sonra 6 il 6 ay 16 gün müddəti üçün isə6 il üçün - hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi;6 ay üçün - təminat xərcliyinin 1 faizi.Qeyd olunanlara əsasən, iddiaçı E.X4 tərəfindən 18 yanvar 2024- cü il tarixdən təminat xərcliyinin (vəzifə maaşının 693,00 manat, rütbə maaşının 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavənin 419,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavənin 242,55 manat, vəzifə maaşının 20 faizi miqdarında digər əlavənin 138,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1703,65 manat) 96 (65+18+12+1) faizi-1635,50 manat məbləğində əmək pensiyası hesablanıb. Eyni zamanda İddiaçı ona əmək pensiyasının 104% 1771 manat məbləğində təyin edilməli olduğunu iddia etsə də, hər hansı qanuni əsas göstərməmişdir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin odə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zarnanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafıq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.Bütün bu halları nəzərə alaraq düşünürük ki, məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.Beləliklə, qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması tələbi qanunamüvafiq hesab edilməmlidir.Odur ki, yuxanda göstərilənləri nəzərə alaraq,icraatınızda olan 2-1 (112)-6046/2025 nömrəli iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əmək pensiyası yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Tədqiq edilən sübutlar və faktiki hallar Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-305394/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 29 iyul 2024-cü i! tarixli 3-17-1/2-H-179321/2024 nömrəli və 11 sentyabr 2024-cü il tarixli 3-17-1 /2-H-218774/2024 nömrəli məktublarla cavablandırılmış eyni məzmunlu 27 noyabr 2024- cü il tarixində daxil olmuş müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilir ki, sizə 18 yanvar 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, aparılmış araşdırma zamanı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada 1635,50 manat əmək pensiyası təyin edilməli olduğu halda, texniki səhv səbəbindən həmin maddənin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qaydada 1703,65 manat məbləğində pensiya təyin olunduğu müəyyən edilib. Belə ki, Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 5.10-cu bəndinin 1 yanvar 2024- cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Sonuncu xidmət keçdiyiniz orqandan 17 yanvar 2024-cü il tarixində tərxis olunmağınızla əlaqədar Mərkəzi Filiala təqdim olunmuş sizə dair məlumat vərəqində 1 iyul 2017-ci il tarixinədək 31 il 8 ay 29 gün, 1 iyul 2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün olmaqla cəmi xidmət müddətiniz 38 il 3 ay 15 gün göstərilmişdir. Bu halda əmək pensiyanızın hesablanması aşağıdakı qaydada müəyyən edilir: xx.xx.2017-ci il tarixinədək 31 il 8 ay 29 gün xidmət müddətinə münasibətdə- -25 il üçün - təminat xərcliyinin 65 faizi; -6 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi. xx.xx.2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün müddəti üçün isə -6 il üçün - hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -6 ay üçün - təminat xərcliyinin 1 faizi. Qeyd olunanlara əsasən, Mərkəzi Filial tərəfindən 18 yanvar 2024-cü il tarixindən təminat xərcliyinin (vəzifə maaşının 693,00 manat, rütbə maaşınız 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 419,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz 242,55 manat, vəzifə maaşının 20 faizi miqdarında digər əlavəsi 138,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1703,65 manat) 96 (65+18+12+1) faizi- 1635,50 manat məbləğində əmək pensiyası hesablanıb. Eyni zamanda, əmək pensiyası18 yanvar 2024-cü il tarixindən hesablanaraq, 371,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Fləmin 371,52 manat vəsait xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyandan hissə-hissə tutularaq büdcəyə bərpa edilib. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-179321/2024 saylı məktubundan görünür ki, 18 yanvar 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilib. Eyni zamanda, aparılmış araşdırma zamanı sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada 1635,50 manat əmək pensiyası təyin edilməli olduğu halda, texniki səhv səbəbindən həmin maddənin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qaydada 1703,65 manat məbləğində pensiya təyin olunduğu müəyyən edilib. Belə ki, Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci i! tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnın 5.10-cu bəndinin 1 yanvar 2024- cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən, yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən s'on'rakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır.Sonuncu xidmət keçdiyiniz orqandan 17 yanvar 2024-cü il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş dair məlumat vərəqində 1 iyul 2017-ci il tarixinədək 31 il 8 ay 29 gün, 1 iyul 2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün olmaqla cəmi xidmət müddətiniz 38 il 3 ay 15 gün göstərilmişdir. Bu halda əmək pensiyanın hesablanması aşağıdakı qaydada müəyyən edilir: xx.xx.2017-ci il tarixinədək 31 il 8 ay 29 gün xidmət müddətinə münasibətdə--25 il üçün - təminat xərcliyinin 65 faizi;-6 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi.xx.xx.2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün müddəti üçün isə-6 il üçün - hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi;-6 ay üçün - təminat xərcliyinin 1 faizi.Qeyd olunanlara əsasən, sizə Mərkəzi Filial tərəfindən 18 yanvar 2024-cü il tarixindən təminat xərcliyinin (vəzifə maaşının 693,00 manat, rütbə maaşının146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz 419,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 242,55 manat, vəzifə maaşının 20 faizi miqdarında digər əlavəsi 138,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1703,65 manat) 96 (65+18+12+1) faizi-1635,50 manat məbləğində əmək pensiyası hesablanıb.Eyni zamanda, əmək pensiyanız 18 yanvar 2024cü il tarixindən hesablanaraq, sizə 371,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 371,52 manat vəsait cari aydan etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-63010/2023 saylı qərarından görünür ki, İddiaçı təyin olunmuş pensiya məbləği 946,76 manatdır Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7404/2024 saylı qərarından görünür ki, İddiaçı təyin olunmuş yenidən hesablanmış pensiya məbləği 1635 manat 50 qəpikdir.(hazırki pensiya məbləği 1703 manat, 65 qəpikdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiyasının yenidən hesablanması ilə bağlı məktubundan görünür ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əlavə hesablanır. Bildirilir ki, 693 manat vəzifə maaşı, 146 manat rütbə maaşı, xidmət illərə görə əlavə - 419,50 manat, məharət dərəcəyə görə vəzifə maaşının 35% miqdarında əlavə - 242,55 manat, ərzaq payına görə ödənilən pul kompensasiyası 64,00 manat və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə müəyyən edilmiş əlavə - 138,60 manat olmaqla cəmi təminat xərcliyi 1703,65 manat təşkil edir. Ona 38 il 3 ay xidmət müddəti nəzərə alınmaqla təminat xərcliyinin 100 faizi - 1703,56 manat məbləğində xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-H-305394/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 18 yanvar 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilib. Eyni zamanda, tərəfindən aparılmış araşdırma zamanı “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada 1635,50 manat əmək pensiyası təyin edilməli olduğu halda, texniki səhv səbəbindən həmin maddənin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qaydada 1703.65 manat məbləğində pensiya təyin olunduğu müəyyən edilib. Belə ki, Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasr’nın 5.10-cu bəndinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, "Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1 -dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır .Sonuncu xidmət keçdiyi orqandan 17 yanvar 2024-cü il tarixində tərxis olunmağnızla əlaqədar Mərkəzi Filiala təqdim olunmuş məlumat vərəqində 1 iyul 2017-ci il tarixinədək 31 il 8 ay 29 gün, 1 iyul 2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün olmaqla cəms xidmət müddətiniz 38 il 3 ay 15 gün göstərilmişdir. Bu halda əmək pensiyasının hesablanması, aşağıdakı qaydada müəyyən edilir: xx.xx.2017-ci il tarixinədək 31 il 8 ay 29 gün xidmət müddətinə münasibətdə- 25 il üçün - təminat xərcliyinin 65 faizi;- 6 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi.xx.xx.2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün müddəti üçün isə-6 il üçün - hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi;-6 ay üçün - təminat xərcliyinin 1 faizi.Qeyd olunanlara əsasən, sizə Mərkəzi Filial tərəfindən 18 yanvar 2024-cü il tarixindən təminat xərcliyinizin (vəzifə maaşınız 693,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz 419,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 242,55 manat, vəzifə maaşının 20 faizi miqdarında digər əlavəsi 138,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1703,65 manat) 96 (65+18+12+1) faizi-1635,50 manat məbləğində əmək pensiyası hesablanıb. Eyni zamanda, əmək pensiyası 18 yanvar 2024-cü il tarixindən hesablanaraq, 371,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 371,52 manat vəsait xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixli 3-17-1/2-201201/2025 saylı məktubundan görünür ki, İddiaçı 18 yanvar 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilib. Eyni zamanda, aparılmış araşdırma zamanı İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1- ci maddəsinin 1 yanvar 2024cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada 1635,50 manat əmək pensiyası təyin edilməli olduğu halda, texniki səhv səbəbindən həmin maddənin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qaydada 1703,65 manat məbləğində pensiya təyin olunduğu müəyyən edilib. Belə ki, Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.10-cu bəndinin 1 yanvar 2024- cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. İddiaçı sonuncu xidmət keçdiyi orqandan 17 yanvar 2024-cü il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində 1 iyul 2017- ci il tarixinədək 31 il 8 ay 29 gün, 1 iyul 2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün olmaqla cəmi xidmət müddəti 38 il 3 ay 15 gün göstərilmişdir. Bu halda adıçəkilən şəxsin əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilir: 1. xx.xx.2017-ci il tarixinədək 31 il 8 ay 29 gün xidmət müddətinə münasibətdə- -25 il üçün – təminat xərcliyinin 65 faizi; -6 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi. 2. xx.xx.2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün müddəti üçün isə -6 il üçün – hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -6 ay üçün – təminat xərcliyinin 1 faizi. Qeyd olunanlara əsasən, Elçin X4 tərəfindən 18 yanvar 2024-cü il tarixindən təminat xərcliyinin (vəzifə maaşı 693,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 419,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 242,55 manat, vəzifə maaşının 20 faizi miqdarında digər əlavə 138,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1703,65 manat) 96 (65+18+12+1) faizi-1635,50 manat məbləğində əmək pensiyası hesablanıb. Eyni zamanda, İddiaçı əmək pensiyası 18 yanvar 2024-cü il tarixindən hesablanaraq, ona 371,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 371,52 manat vəsait 2024-cü iyul ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilib. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən 1 iyul 2017- ci il tarixədək 31 il 8 ay 29 gün, 1 iyul 2017-ci il tarixdən sonra 6 il 6 ay 16 gün olmaqla cəmi xidmət müddəti 38 il 3 ay 15 gün xidmət müddəti üçün təminat xərcliyinin 96 (65+18+12+1) faizi-1635,50 manat məbləğində əmək pensiyası yendən hesablanmaqla təyin edilmişdir. İddiaçı təminat xərcliyinin 100% nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi barədə qərar qəbul edlməsini tələb edir. Cavabdeh iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 96 faiz təşkil etməsini əsas gətirərək, tələbin təmin olunmasından imtina etmişdir. Göründüyü kimi, mübahisəli hal qanunvericiliyin tətbiqi ilə bağlı iddiaçının pensiyasının yenidən hesablanmasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.14.1 hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. İddiaçı əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilmişdir:
1. xx.xx.2017-ci il tarixinədək 31 il 8 ay 29 gün xidmət müddətinə münasibətdə - 25 il üçün – təminat xərcliyinin 65 faizi; -6 il üçün - hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi.
2. xx.xx.2017-ci il tarixindən sonra 6 il 6 ay 16 gün müddəti üçün isə -6 il üçün – hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -6 ay üçün – təminat xərcliyinin 1 faizi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.10-cu bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixindən qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Göründüyü kimi, iddiaçıya “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.10-cu bəndinin pensiya təyin oluna vaxt qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada əmək pensiyası təyin edilməli olduğu halda, həmin maddənin daha əvvəl qüvvədə olmuş tələblərinə uyğun qaydada pensiya təyin olunmuş və şərtləndirən hallar məlum olduğu vaxtdan cavabdeh inzibati orqan tərəfindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada əmək pensiyası yenidən hesablanmışdır. Qeyd edilənlərə əsasən təminat xərcliyinin 100% nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi barədə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. X6 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X1rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin). Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qəraraaldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X8