Məhkəmə qərarları › İş №2-1(112)-605/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-605/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-605/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3890/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Rusiya Federasiyası Cənubi X3 tərəfindən İddiaçı adına verilmiş 05 iyun 2002-ci il tarixli, BHC 691756 nömrəli diplom üzrə verilən ixtisasın tanınması və ekvivalentliyin nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəmənin mövqeyi nəzərə alınmaqla sənədlərin yenidən araşdırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 həvalə edilmişdir. Baki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2442/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112) 3890/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək iş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-605/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, Rusiya Federasiyasının Cənubi X3 tərəfindən ona verilmiş xx.xx.2002-ci il tarixli, BHC 691756 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə X2 təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə X2 30 (otuz) gün müddət təyin edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ünvanlayaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə” iddiası üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar