Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-605/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq birdəfəlik ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “fərdi şəxsi hesabın sığorta hissəsində 01 mart 2008-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra qəbul edilmiş qaydaların tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası; inzibati prosessual məcəllənin 58.6-cı maddəsinin tələbinə əsasən tamamlanmış sübutlarda göstərilən borcun birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğindən narazı qaldığı üçün məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 08 noyabr 2012-ci il tarixli 2in(82)-1945/2012 saylı qərarı ilə İddiaçı 26 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə qərarından narazı qalan cavabdeh apellyasiya və kassasiya şikayətlərində iddialarını dəfələrlə dəyişmişdir: 08 iyul 2011-ci il və 30 dekabr 2012-ci il tarixli apellyasiya şikayətlərində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1997-ci ilin avqustun 1dən Qanunun 13-cü maddəsinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilərə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilər 52 yaşına çatdıqda, azı 20 il ümumi stajı olduqda və bu müddətin 10 ilini yeraltı işlərdə çalışarlarsa, güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. 27 mart 2013-cü il kassasiya şikayətində 2009-cu il 27 oktyabr tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən 2010-cu il yanvarın 01-dən 2006-cı il 01 yanvaradək mövcud olmuş pensiya sistemi sosial siğorta prinsiplərinə əsaslanmadığından həmin dövrdə qazanılmış pensiya hüququnun müəyyənləşdirilməsində əmək haqqında istinad aradan qaldırılmış, hesabatların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması təmin edilmişdir. 03 dekabr 2015-ci il və 15 yanvar 2019-cu il tarixli kassasiya şikayətlərində “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2006-cı il 01 yanvar tarixdən qüvvədən düşdüyü üçün son iki il dedikdə 2004-2005-ci illər nəzərdə tutulması iddiaları ilə mübahisə etsələr də bu iddiaların heç biri Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə qərarını tələb olunan qaydada icra etmədiyinə görə cavabdeh 19 dekabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2834/2018 saylı qərarı ilə cərimə edilmişdir. Mübahisə üzrə ümumilikdə 34 məhkəmə qərarı var və bunların 7-si Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarıdır. Xətai rayon icra şöbəsinə mütəxəssisin dəvət olunması haqqında ərizə ilə müraciət etmişdir. İcra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə mütəxəssisin dəvət olunması haqqında qərar qəbul edilmiş və icra olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon şöbəsinin tələbkara xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 106 733 manat (yüz altı min yeddi yüz otuz üç manat) məbləğində borc müəyyən edilmişdir. Audit rəyinə münasibət bildirilməsi üçün icra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilsə də heç bir münasibət bildirilməmişdir. Xətai rayon icra şöbəsi borclunun məsələyə münasibət bildirmədiyindən ekspert rəyinin alınması üçün məhkəmə-ekspertizasının keçirilməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul etmişdir. Ekspertizanın yeri və vaxtı bildirilsə də borclu ekspertizada iştirak etməmişdir. Əmək pensiyaları haqqında qanuna 2017-ci il iyulun 10-dan edilmiş dəyişikliyə əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün fərdi hesabın sığorta hissəsində yığılmış kapitalın 28.754 manat (iyirmi səkkiz min yeddi yüz əlli dörd manat) Qanunun 37.3.1 maddəsinin tələbinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən hesablanaraq pensiyaya əlavə edilmişdir (üç yüz yetmiş iki manat). Pensiya işi xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən **********5 saylı məktubla icrası üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Filialın direktoru cənab Şahin Əliyev tərəfindən işi araşdırmaq üçün iki dəfə mütəxəssis təyin edilmişdir. 2021-ci ilin may ayında işdən çıxmış və xx.xx.2017-ci il tarixdən 2021-ci il aprelədək olan dövr üçün fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalının nəzərə alınması üçün Filiala müraciət etmişdir. Fərdi hesabın sığorta hissəsində 9 652 manat vəsaitin olmasına baxmayaraq 2021-ci ilin avqustundan əvvəlkindən 87 manat az pensiya almağa başlamışdır. Səbəbini aydınlaşdırmaq üçün 01 noyabr 2021-ci il tarixdə ərizə ilə Filiala müraciət etmişdir. 22 noyabr tarixdə Filialın direktoru tərəfindən imzalanmış “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubu almışdır. Məktubda Filialın direktoru tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin hesablamasının düzgün olmadığı iddia edilir. Başqa sözlə Xətai rayon şöbəsi xx.xx.2017-ci il tarixdə hələ qəbul edilməmiş, 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasında 11 dekabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydaların tətbiq etməli olduğunu iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 maddəsinə görə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yiğım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiyaya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Bu maddədə pensiyaçının hansı maddə üzrə pensiyaya çıxmasına görə fərq yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-in(82)-1945/2012 saylı 08 noyabr 2012ci il tarixli qərarına əsasən İddiaçı 26 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2-1 inz(103)-281/2013 saylı 19 fevral 2013-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-498/2013 saylı 05 iyun 2013-cü il tarixli qərarları ilə təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2in(82)-1945/2012 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra 24 iyul 2013-cü il tarixli məktubla icra edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə göndərilmiş, eyni zamanda həmin iş üzrə 08 noyabr 2013-cü il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-2834/2018 saylı 19 dekabr 2018-ci il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2017-ci il tarixli 2in(82)- 1945/2012 saylı qərardadının ləğv olunması, xx.xx.2012-ci il tarixli 2in(82)-1945/2012 saylı qərarı ilə üzərinə qoyulmuş öhdəliyi lazımı qaydada icra etmədiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə 500 (beş yüz) manat məbləğində cərimənin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 23 dekabr 2021-ci il tarixli məktub ilə hüquqi yardım edərək iddia ərizəsində iddiaçı və cavabdehin göstərilməməsi səbəbilə iddia ərizəsinin müvafiq tələblərə uyğunlaşdırılmasını və iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı “1. Fərdi şəxsi hesabın sığorta hissəsində 01 mart 2008-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 5 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası haqqında; 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-cu il tarixli rəyində və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli 9/6489 nömrəli ekspert rəyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin tələbkara xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün müəyyən edilmiş 106733 manat borcun (yüz altı min yeddi yüz otuz üç manat) borcun birdəfəlik ödənilməsi haqqında qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 25 may 2022-ci il tarixli məktub ilə hüquqi yardım edərək hazırkı iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı olduğundan, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılmasının mövcud qanunvericiliklə nəzərdə tutulmaması izah edilmişdir. Məhkəmənin 25 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2481/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4826/2022 saylı 25 may 2022-ci il tarixli qərardadının mübahisələndirilən “fərdi şəxsi hesabın sığorta hissəsində 01 mart 2008-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövr ərzində toplanmış kapitalın nəzərə alınmasında müraciət tarixindən 05 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiqlənmiş qaydalarının tətbiqi iddiasının rədd edilərək hesabatın əvvəlki qaydasının bərpası” tələbin qeyri-mümkün sayıldığı hissədə ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 07 dekabr 2022-ci il tarixli məktub ilə hüquqi yardım edərək iddia tələbini “məhkəmə qərarı ilə 2008-ci ildə pensiya təyin edildikdən sonra əmək fəaliyyəti ilə məşğul olduğu üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində toplanılmış sığorta kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması” kimi dəqiqləşdirərək məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmənin 06 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının ərizəsinə əsasən “əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq birdəfəlik ödənilməsi” kimi dəyişdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli rəyində bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 2in(82)-1945/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixli xx/xx-8526/16 saylı məktubunun icrası ilə əlaqədar, həmin məktubda qeyd olunmuş suallar üzrə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2834/2018 saylı 19 dekabr 2018-ci il tarixli qərardadı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1945/2012 saylı 08 noyabr 2012-ci il tarixli iş üzrə qərarı ilə vətəndaş İddiaçı 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının yenidən hesablanması, ödənilmiş əmək pensiyası məbləğinin və yenidən hesablanmış məbləğin arasında yaranacaq fərqin auditini aparmışdır. Audit yoxlaması Xətai rayon şöbəsinin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin, vətəndaş İddiaçı təqdim etdiyi və məhkəmə sənədlərinə əsasən aparılmışdır. Audit xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 2- 1(103)-2834/2018 saylı 19 dekabr 2018-ci il tarixli qərardadı və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-1945/2012 saylı 08 noyabr 2012-ci il tarixli iş üzrə qərarı ilə İddiaçı 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması, yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan sənədlərə əsasən İddiaçı çalışdığı iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-İi Siyahısı üzrə göstərilmişdir. İddiaçı məxsus əmək kitabçasına əsasən onun 26 fevral 2008-ci il tarixə qədər, yəni güzəştli şərtlərlə pensiya almaq hüququ yaranana qədər ümumi iş stajı hərbi xidmət və təhsil müddəti də nəzərə alınmaqla 31 il 10 ay, yeraltı əmək stajı isə 28 il 10 ay olmuşdur. Ona pensiya təyin edilən 01 iyun 2010-cu ilə qədər isə iş stajı 2 il 3 ay da artaraq 34 il 1 ay, yeraltı işlərdə isə 31 il 1 ay olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan taktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən fasilələr olan aylar həmin aylardan çıxılır. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Azərbaycan Respublikası “Azərtunelmetrotikinti" ATSC-nin 18 mart 2008-ci il tarixli “Pensiya hesablanması üçün əmək haqqı barədə” arayışa əsasən İddiaçı 2006-cı il may ayından 2008-ci il fevral ayı da daxil olmaqla 22 ay üzrə aylıq əmək haqqlarının cəmi 16493.05 manat olmuşdur. 2006-cı il may ayından əvvəlki aylar üzrə fasilələr yaranması (ödənişsiz məzuniyyətdə olması) səbəbilə İddiaçı arzusu ilə növbəti iki aylıq əmək haqqı 2008-ci il mart və aprel ayları üzrə cəmi əmək haqqı 1031.64 manat, əlavə edilmiş və 24 aylıq əmək haqqı 17524.69 manat təşkil etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. 24 aylıq əmək haqqı nəzərə alınaraq orta aylıq əmək haqqının məbləği 17524.69 manat / 24 ay = 730.20 manat təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsininə əsasən pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Yəni, 730.20 manat yuvarlaq olaraq 730 manat hesablanır. 2006-2008-ci illər ərzində orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş 70 faizi (730 manat x 70 % = 511 manat) 511 manat təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının 31 il 1 ay olmasını nəzərə alaraq, onun pensiyasının əsas məbləği tələb olunan 10 il iş stajından artıq hər tam il (31 il - 10 il = 21 il) üçün orta aylıq əmək haqqının 1% cəmi 21 % (21 il x 1 % = 21 %) olmaqla artırılır. Yəni artırılan məbləğ 153 manat (730 manat x 21 % = 153.30 manat, yuvarlaq olaraq 153 manat) təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı 26 fevral 2008-ci il tarixdən hesablanmış əmək pensiyasının məbləği 664 manat (511 manat + 153 manat = 664 manat) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən bu Qanunun 27.1-ci maddəsinin tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat, 2013-cü il sentyabrın 1-dən 100 manat, 2016-cı ilin fevral ayının 1-dən 110 manat müəyyən edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən şərti çevrilməsi aparılaraq İddiaçı təyin edilmiş əmək pensiyasının sığorta hissəsi düsturla müəyyən edilməlidir: Əmək pensiyası - Əmək pensiyalarının baza hissəsi = Əmək pensiyasının sığorta hissəsinin məbləği (664 manat - 60 manat = 604 manat). Beləliklə, İddiaçı təyin edilmiş əmək pensiyasının sığorta hissəsi 604 manat təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-ci maddəsinə əsasən həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Orta aylıq əmək haqqı olan 730 manat x 100 % = 730 manat. Yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininə əsasən İddiaçı 26 fevral 2008-ci il tarixdən pensiya təyin edilən zaman ona hesablanmış pensiyanın məbləği 730 manatdan artıq ola bilməzdi. Qeyd olunanları nəzərə alaraq 2008-cı il 26 fevral tarixində İddiaçı təyin edilən pensiyanın məbləği 664 manat olmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilməzdən əvvəl 01 iyun 2010-cu il tarixdə qüvvədə olmuş həmin anunun 26.1 -ci maddəsinə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdidrilir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa 12 iyul 2019-cu il tarixli 1650-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilməzdən əvvəl 01 iyun 2010-cu il tarixdə qüvvədə olmuş həmin qanunun 29.1. maddəsinə əsasən “Əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığoıta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.” Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən onun əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq əmək pensiyasına 2009-cu il yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik , 2011-ci il yanvarın 1-dən 5,7 faizlik , 2012-ci il yanvarın 1-dən 7.9 faizlik, 2013- ci il yanvarın 1-dən 1.1 faizlik, 2014-ci il yanvarın 1-dən 2.4 faizlik, 2015-ci il yanvarın 1-dən 1.4 faizlik, 2016-ci il yanvarın 1-dən 4 faizlik, 2017-ci il yanvarın 1-dən 12.4 faizlik, 2018-ci il yanvarın 1-dən 12.9 faizlik, 2019-cu il yanvarın 1- dən 2.3 faizlik və 2020-ci il yanvarın 1-dən 2.6 faizlik artım tətbiq edilərək hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq aşğıdakı cədvəldə Əmək pensiyasının baza hissəsinin artımına və indeksləşməyə uyğun müvafiq pensiya məbləğinin hesablanması və məbləği müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında11 Azərbaycan Respublikası Qanununa 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişik edildikdən sonra həmin qanunun 26.1 -ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Yəni 01 iyul 2017-ci tarixdən İddiaçı təyin edilmiş əmək pensiyasının sığorta hissəsi 1146.46 (bir min yüz qırx altı manat qırx altı qəpik) manat təşkil edir. S/s Tarix Baza İllik, Sığorta Əmək Aylar Cəm, hissəsi, Faiz hissəsi, pensiyasının manat manat manat miqdarı,manat
1. xx.xx.2008 60 604 664 6 3984
2. xx.xx.2008 75 604 679 4 2716
3. xx.xx.2009 75 20.8 729.63 804.63 12 9655.56
4. xx.xx.2010 75 1.5 740.57 815.57 8 6524.56
5. xx.xx.2010 85 740.57 825.57 4 3302.28
6. xx.xx.2011 85 5.7 782.78 867.78 12 10413.36
7. xx.xx.2012 85 7.9 844.62 929.62 12 11155.44
8. xx.xx.2013 85 1.1 853.91 938.91 8 7511.28
9. xx.xx.2013 100 853.91 953.91 4 3815.64
10. xx.xx.2014 100 2.4 874.40 974.40 12 11692.80
11. xx.xx.2015 100 1.4 886.65 986.65 12 11839.80
12. xx.xx.2016 100 4 922.12 1022.12 1 1022.12
13. xx.xx.2016 110 922.12 1032.12 11 1 1353.32
14. xx.xx.2017 110 12.4 1036.46 1146.46 6 6878.76
15. xx.xx.2017 X 1146.46 1146.46 6 6878.76
16. xx.xx.2018 X 12.9 1294.36 1294.36 12 15532.32
17. xx.xx.2019 X 2.3 1324.13 1324.13 12 15889.56
18. xx.xx.2020 X 2.6 1358.56 1358.56 6 8151.36
19. Yekun cəm 01 iyul 2020-ci il tarixə qədər 148316.92 manat
Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon şöbəsinin 02 may 2016-cı il tarixli 19/3427- 01 saylı məktubuna, Beynəlxalq Bank və Kapital bank əmək pensiyası kartından bank çıxarışlarına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün faktiki ödənilmiş əmək pensiyasının məbləği 41583.79 manat (qırx bir min beş yüz səksən üç manat yetmiş doqquz qəpik) təşkil edir. Birinci sual üzrə - əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinin tələblərinə əsasən İddiaçı təyin edilən pensiyanın məbləği pensiya təyin edilən gündən (xx.xx.2008-cı il) 664 manat (altı yüz altımış dörd manat) məbləğində hesablanmalıdır. İkinci sual üzrə - İddiaçı hal hazırda aylıq almalı olduğu əmək pensiyasının məbləği 1358.56 manat (bir min üç yüz əlli səkkiz manat əlli altı manat) təşkil edir. Üçüncü sual üzrə - Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödəməli olduğu əmək pensiyasının cəmi 148316.92 manat (bir yüz qırx səkkiz min üç yüz on altı manat doxsan iki qəpik) məbləğində müəyyən edilmişdir. Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon şöbəsinin 19/3427-01 saylı 02 may 2016-cı il tarixli məktubuna, Beynəlxalq Bank və Kapital Bank əmək pensiyası kartından bank çıxarışlarına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün faktiki ödədiyi əmək pensiyasının məbləği 41583.79 manat (qırx bir min beş yüz səksən üç manat yetmiş doqquz qəpik) təşkil etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin İddiaçı ödədiyi məbləğ ilə ödənilməli məbləğ arasındakı fərq bu qaydada tapılır: 148316.92 manat - 41583.79 manat = 106733.13 manat (bir yüz altı min yeddi yüz otuz üç manat on üç qəpik). Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon şöbəsinin İddiaçı xx.xx.2008-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün borcu 106733.13 manat (bir yüz altı min yeddi yüz otuz üç manat on üç qəpik) məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6489 saylı 18 noyabr 2021-ci il tarixli ekspert rəyinin nəticəsinə əsasən əvvəllər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinin tələblərinə əsasən İddiaçı təyin edilən pensiyanın məbləği pensiya təyin edilən gündən (xx.xx.2008-cı il) 664 manat məbləğində hesablanmalıdır. İddiaçı halhazırda aylıq almalı olduğu əmək pensiyasının məbləği 1358.56 manat təşkil edir. Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon şöbəsi İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövr üçün ödəməli olduğu əmək pensiyasının cəmi 148316.92 manat məbləğində müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 19/3427-01 saylı 02 may 2016-cı il tarixli məktubuna, Beynəlxalq Bank və Kapital Bank əmək pensiyası kartından bank çıxarışlarına əsasən İddiaçı xx.xx.2008-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün faktiki ödədiyi əmək pensiyasının məbləği 41583,79 manat təşkil etmişdir. Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon şöbəsinin İddiaçı ödədiyi məbləğ ilə ödənilməli məbləğ arasındakı fərq bu qaydada tapılır: 148316.92 manat - 41583.79 manat = 106733.13 manat. Yəni, qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2008-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilməli olan məbləğ 106733.13 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 11 noyabr 2021-ci il tarixli artıq ödənilmiş pensiya məbləği haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən İddiaçı 26 fevral 2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı Fondun Xətai rayon şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən adıçəkilən şöbə tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 28754,96 manat sığorta kapitalınıza uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 28754,96 manat sığorta kapitalı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi 121 (63 il 6 ay-59 il 5 ay=49 ay+144 ay-72 ay) aya bölünməklə (28754,96/121=237,64 manat) əmək pensiyasının (211,36 manat) üzərinə əlavə edilərək (211,36+237,64=449,00 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 634,96 manat) İddiaçı ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 26789,87 manat sığorta kapitalı 72 aya bölünərək (26789,87/72=372,08 manat əmək pensiyasının üzərinə əlavə edilməklə (211,36+372,08=583,44 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 825,73 manat)) İddiaçı ödənilmişdir. 121 (63 il 6 ay-59 il 5 ay = 49 ay +144 ay- 72 ay) aya bölünməklə (28754,96/121=237,64 manat) əmək pensiyasının (211,36 manat) üzərinə əlavə edilərək (211,36+237,64=449,00 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 634,96 manat)) ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 26789,87 manat sığorta kapitalı 72 aya bölünərək (26789,87/72=372,08 manat əmək pensiyasının üzərinə əlavə edilməklə (211,36+372,08=583,44 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 825,73 manat)) ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7245,35 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar olaraq əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar əmək pensiyası vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 9652,16 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (9652,16:94 ay ((65 il—63 il 2 ay = 22 ay+144 ay-72 ay)=102,68 manat) yenidən hesablanaraq 634,96 manatdan 737,64 (634,96+102,68) manata artırılmışdır. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq xx.xx.2021-ci il tarixdən etibarən 737,64 manat olmaqla Mərkəzi Filial tərəfindən ona ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış **********9 saylı 28 oktyabr 2019-cu il tarixli məktubda bildirilmişdir ki, müraciətə əsasən İddiaçı pensiya işinə dair sənədlər 02 iyul 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsindən İdarəyə gətirilərək onun əmək pensiyasının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 1945/2012 saylı 08 noyabr 2012-ci il tarixli qərarına uyğun olaraq hesablanmasının düzgünlüyü araşdırılmışdır. Məlum olmuşdur ki, İddiaçı sözügedən məhkəmə qərarına uyğun olaraq xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində keçmiş müddət üçün 2583,87 manat fərq məbləği hesablanmışdır. Həmin məbləğ Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 107,66 manat məbləğində adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülərək sözügedən məhkəmə qərarının icrası başa çatdırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında **********4 saylı 20 avqust 2019-cu il tarixli qərarına əsasən İddiaçı 01 iyul 2019-cu il tarixdən 635,70 manat məbləğində ömürlük pensiya təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında **********0 saylı 26 iyul 2021-ci il tarixli qərarına əsasən İddiaçı pensiya məbləği yenidən hesablanaraq 737,64 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış 11 oktyabr 2019-cu il tarixli **********1 saylı məktubda bildirilmişdir ki, Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-ci il tarixli 2(82)-1945/2012 nömrəli icra vərəqəsinə əsasən İddiaçı 125550 №-li pensiya işi üzrə 26 fevral 2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək keçmiş dövr üçün 2583.87 manat (iki min beş yüz səksən üç manat 87 qəpik) alınmamış pensiya məbləği xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək hər ay 107.66 manat olmaqla ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış **********6 saylı 04 oktyabr 2019-cu il tarixli göndərişdə bildirilmişdir ki, İddiaçı axırıncı dəfə yaşa görə pensiya 30 iyun 2019-cu il tarixə qədər 635,20 manat məbləğində ödənilmişdir. İddiaçı şöbədən xx.xx.2008-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək cəmi 33 204,84 manat məbləğində pensiya almışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının təyin edilməsi haqqında **********4 saylı 20 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı 635,20 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 419 saylı 2010-cu il tarixli qərarına əsasən İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9, 10, 27, 31, 35-ci maddələrinə əsasən 158,99 manat pensiya təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti 1 nömrəli Tunel-Tikinti İdarəsinin R-1152 saylı 07 iyul 2010-cu il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən “Bakıtunelmetrotikinti” 3 nömrəli tikinti idarəsində (indiki “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti 1 nömrəli Tunel-Tikinti İdarəsi) 10 mart 1979-cu il tarixdən 02 iyul 1979-cu il tarixədək 3-cü dərəcəli yeraltı nasos maşinisti, 02 iyul 1979-cu il tarixdən 15 aprel 1981-ci il tarixədək 4-cü dərəcəli növbətçi çilingər, 15 aprel 1981-ci il tarixdən 18 noyabr 1989-cu il tarixədək 5-ci dərəcəli yeraltı şit maşinisti, 18 noyabr 1989cu il tarixdən 01 yanvar 1991-ci il tarixədək 4-cü dərəcəli yeraltı qazmaçı, 01 yanvar 1991ci il tarixdən 26 aprel 2006-cı il tarixədək 5-ci dərəcəli yeraltı qazmaçı, 26 aprel 2006-cı il tarixdən isə öz xahişi ilə işdən azad edilmişdir. 06 noyabr 2006-cı il tarixdən 06 iyul 2010cu il tarixədək 5-ci dərəcəli yeraltı qazmaçı, 06 iyul 2010-cu il – hal-hazırda həmin vəzifədə işləyir (Yeraltı əmək stajı – 30 il 09 ay 16 gün). Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən İddiaçı təqdim olunmuş 2010-cu il tarixli məcburi dövlət sosial sığorta haqqı barədə arayışa əsasən 2006-cı ilin may ayından 2010cu ilin iyun ayınadək olan dövr ərzində qazanılmış 42 496,99 manat əmək haqqından (gəlirindən) 1274,91 manat məcburi dövlət sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fonduna illər üzrə ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 125550 saylı uçot vərəqinə əsasən İddiaçı ilkin olaraq 26 fevral 2008-ci il tarixdən pensiya təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən İddiaçı təqdim olunmuş 99/xx/xx-12251 saylı 14 iyul 2017-ci il tarixli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışa əsasən İddiaçı 01 mart 2008-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək 08 il 09 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 14 883,26 manat pensiya kapitalı var. 2016-cı il üçün istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hazırda onun pensiyasından tutmalar aparılmır, pensiyasının xx.xx.2021-ci il tarixdə yenidən hesablanması və azaldılması barədə qərarın qanunsuz və əsassız olduğunu hesab edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşin şifahi məkəmə baxışı iclasında cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir).
II. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. Belə ki, iddiaçı faktiki olaraq cavabdeh inzibati orqanın onun pensiyasının yenidən hesablanması barədə qərarın ləğvini və onun yaratdığı hüquqi nəticələrin aradan qaldırılmasını (əvvəlki hesabat qaydasının bərpası və azaldılma nəticəsində yaranmış fərqin ödənilməsi) tələb edir. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
X2 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunmasına, əvvəlki hesabat qaydasının bərpa olunmasına və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq birdəfəlik ödənilməsinə “qanuni gözləntisi” yoxdur. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); İddiaçıya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-in(82)-1945/2012 saylı 08 noyabr 2012-ci il tarixli qərarına əsasən 26 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilmiş, 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırda qüvvədə olan 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun hazırki iddia tələbi üzrə mübahisələndirilən qərar qəbul edilərkən (xx.xx.2021-ci il) qüvvədə olan 37.3.1-ci maddəsində göstərilirdi ki, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Cavabdehin pensiyasının yenidən hesablanması haqqında **********0 saylı 26 iyul 2021-ci il tarixli qərarına əsasən iddiaçının pensiya məbləği xx.xx.2021-ci il tarixdə işdən azad olmağı səbəbindən yenidən hesablanaraq 737,64 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən qərar qəbul edilərkən qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin 26 iyul 2021-ci il tarixli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq birdəfəlik ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova