Məhkəmə qərarları › İş №2-1(112)-605/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-605/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-605/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X8 Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, R00135311XXH nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və 3-cü dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. Müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bir neçə dəfə tibb müəssiəsinin göndərişi cavabdehə göndərilib, sonuncu dəfə xx.xx.2023-cü ildə o tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhətində olan ağır xəstəliklərlə bağlı əlillik təyin edilməsi üçün cavabdehə göndərildi, lakin cavabdeh ona əlillik təyin etmək əvəzinə xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi haqqında məlumatı olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona əlillik təyinatından imtina etməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9632 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş X11, psixotik daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticələnmiş qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Xroniki allergik konyunktivit. Xroniki faringit. Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ 3i.07.2023-xx.xx.2023-cü il tarixli 7422/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində affektiv pozuntu, depressiv tip, psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1611 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, anamnezində psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, ayaqlarında ağrılardan, kəkələmədən şikayətlənmişdir. Zahirən narahat, ünsiyyətə həvəsli, nitqi çoxsözlü, düşüncəsi pozulmamış, əhval-ruhiyyəsi enik müəyyən edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi affektiv pozuntu, disforik vəziyyət, hipomanyakal cizgilərlə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən teztez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Ar NK-in Əlilliyin qiymətləndirilməsi qaydaları haqqında 16 yanvar 2020-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Əyani müayinə ilə bağlı qərarda da qeyd edildiyi kimi, Əsasnamə ilə müəyyən olunan ağırlaşmalar və digət simptomların əlillik səviyyəsində olduğunu təstiq edən heç bir insturmental müayinə nəticələri mövcud deyildir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi X10 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək 23 oktyabr 2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Elektron məhkəmə sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş SX seriyalı ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2012-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2014-cü ildə AR MN-nin xx.xx.2013-cü il 363 nömrəli əmri əsasında AR Silahlı Qüvvələrindən ehtiyyata buraxılmış və Binəqədi rayon idarəsinə göndərilmişdir. 14.12..2020-ci ildə AR MN-nin xx.xx.2020-ci il tarixli, 246 nömrəli əmri əsasında AR Silahlı qüvvələrindən ehtiyyata buraxılmış və Binəqədi idarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X17 Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 798 nömrəli məktubunda göstərilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu’’nun 45-ci maddəsinin tələblərinə əsasən ehtiyatda olan əsgər Tağıyev X5 və Hərbi Xidmətə X17 Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən 21 sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışına cəlb edilmiş və xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirinin 02 dekabr 2020-ci il tarixli 246 saylı əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 9632 nömrəli Xəstəlik haqqında Şəhadətnamədə göstərilmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, Diaqnoz-mülayim dərəcədə ifadə olunmuş üzvi dssosiativ pozuntu, psixotik daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticələnmiş qalıq əlamətləridir. Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır, hər iki gözün sadə miopik astigmatizmi Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Xroniki allergik konyunktivit. Xroniki faringit: Çoxsaylı kariyes. İş materiallarına əlavə edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2020-ci il tarixli X13 Epikrizində göstərilmişdir ki, Diaqnoz:sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Qastroezofageal reflüks xəstəliyi. Hər iki gözün konyuktivitidir. Daxil olarkən şikayətləri: hər iki aşağı ətrafda olan keyimə hissi və hərəkət məhdudluğundan olub. Qısa anamnezi; Deməsindən aydın olur ki, xx.xx.2020-ci il tarixdə döyüş zamanı su maneəsini keçərkən bir müddət ayaqları suyun içərisində qalıb və bundan sonra aşağı ətraflarda keyimə hissi və hərəkət məhdudluğu baş verib. Bundan sonra N nömrəli hərbi hissəyə gətirilib. Oradan isə Salyan RMX-na göndərilib. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək orada “QKBT. Hər iki oturaq sinirinin neyropatiyası" diaqnozu ilə stasionar müayinə və müalicə olunduqdan sonra ixtisaslaşdırılmış müayinə və müalicə üçün SQ BKHya göndərilib. Aparılmış kliniki müayinə və müşahidə zamanı psixi statusunda ruhi xəstəlik əlamətləri, ağıl zəifliyi və şəxsiyyət pozuntusu aşkar edilməmiş, qeyd olunan dissosiativ reaksiya sağalma ilə nəticələnmişdir. Bölmədə olduğu müddətdə davranışları adekvat olmuşdur. Müayinələr: qanın xx.xx.2020 və sidiyin ümumi analizi xx.xx.2020, qanın immunoloji və biokimyəvi analizləri xx.xx.2020, EKQ, abdominal USM müayinəsi xx.xx.2020, döş qəfəsi üzvlərinin və kəllənin R-qr. xx.xx.2020-ci il tarixdə normaldır. Psixoloji müayinə xx.xx.2020 'Xasiyyətin isterik cizgiləri". Bölmədə olduğu müddətdə nevroloq, stomatoloq, qastroenteroloq, terapevt, oftalmoloq, otorinolarinqoloq və cərrah tərəfindən müayinə olunmuşdur. Aparılmış müalicələr: rejim, pəhriz, amitriptilin, antiasid, psixoterapevtik söhbətlər və s. Xəstənin HHK-a təqdim edilməyib. Xəstəliyin gedişi və yazıldığı gün xəstənin vəziyyəti kafidir. Tövsiyyələr: Hərbi hissə həkiminin dinamik nəzarətində saxlanılsın. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 77 saylı Hərbi Hissə tərəfindən verilmiş Travma haqqında Arayışda göstərilmişdir ki, Xəsarətin(yaralanmanın, travmanın, kontuziyanın) alındığı gün, ay, il alınma şəraiti: xx.xx.2020-ci il tarixdə “Qapalı kəllə-beyin travması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Xəsarətin(yaralanmanın, travmanın, kontuziyanın) döyüş tapşırığını yerinə yetirərkən almışdır. İş materiallarına əlavə edilmiş “Füzuli rayon Mərkəzi Xəstəxanası” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 711 nömrəli arayışda göstərilmişdir ki, X9 ondan ötəri ki, o həqiqətən Qarabağ - Vətən müharibəsi zamanı xəsarət alaraq xx.xx.2020-ci il tarixdən 2.10.2020-ci il tarixə kimi aşağıdakı diaqnozla Füzuli rayon Mərkəzi xəstəxanasında müalicə olunmuş və 2.10.2020-ci il tarixdə Salyan rayon xəstəxanasına təxliyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixatriya Xəstəxanası” X15 xx.xx.2023 tarixli 1257 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi affektiv pozuntu, depressiv epizodlar, anamnezində psixotik daxilolmalarla F 06.3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-ci il tarixli Amplitudu 70mV-a qədər, tezliyi 8-11 Hs olan alfa dalğalar indeksi 50% olaraq müntəzəm, ritmik, modulyasiyasız, orqanizə olunmuş şəkildə qeyd olunur. Amplitudu 5-15mV, tezliyi 16-25Hs olan beta dalğaların indeksi 30% təşkil edir. Yarımkürələr üzrə simmetriya saxlanılıb. Paylar üzrə məhəlli nisbət saxlanılıb. Amplitudu 70mV-a qədər, tezliyi 5-7Hs olan teta dalğalar indeksi 20% olaraq bütün aparmalar üzrə qeyd olunur. Aktivasiya reaksiyası saxlanılıb. Fotoritmlərin qəbulu zəifdir. Hiperventilyasiya zamanı ləng dalğaların indeksi 40%ə qədər artdı. Nəticə: Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli N00047335TVQ nömrəli göndərişi əsasında Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Baş beynin silkələnməsi. X11. Posttravmatikk stress pozuntusu. Kəkələmə (hıqqana hıqqana danışmaq) Astiqmatizm. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli R00135311XXH nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: üzvi (2 Qarabağ müharibəsi zamanı alınmış qkbt) nəticəsində affektiv pozuntu, depressiv tip, psixotik daxilolmalarla. OU- Sadə miopik astiqmatizm Em və M1.0. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-33985/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qəran, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2 nömrəli X1 N00047335TVQ və R00135311XXH nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3- 17-4/3-3-179/2023 nömrəli Qərarda göstərilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 26 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əlavə müayinəsini həyata keçirmiş və aşağıdakılar müəyyən edilmişdir: 18) Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişi rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə yardım müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, K. Tağıyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9632 nömrəli Şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş X11, psixotik daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamçılığı, səfalgiik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticələnmiş qalıcı əlamətləri” diaqnozu ilə hərbi həkim ekspert komissiyası tərəfindən Azərbaycan Respublikasının Müdafiə nazirliyinin qərarı ilə "hərbi travmalı, orqanizmin funksiyalarının pozulması zamanı əlil" kimi göndəriş rəsmiləşdirilmişdir. Əlilliyin qiymətləndirilməsi zamanı xx.xx.2022-ci il tarixli baxış zamanı “Her iki yuxarı ətraf 3-cü seqmentlərinin əzələ kütləsinin hipotrofiyası ilə 0.8-ə qədər azalması, korreksiya ilə 1.0 olması. Xroniki allergik konyuniktivit. Xroniki faringit. Çoxsaylı kariyesli dişlər” aşkar olunmuş, vətəndaşın “Ümumi vəziyyəti” kafidir kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHS 2021/ 41/1 nömrəli tarixsiz epikrizində “Uzun müddətli psixogen pozuntu fonunda emosional labillik, affektiv partlayışlar, yuxu pozuntusu, təşviş, həyəcan, sosial adaptasiyanın pozulması, depressiv əlamətlər, intihar düşüncələri, davranış pozuntusu. X11.” diaqnozu qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 xx.xx.2022-ci il tarixli 3121/22 nömrəli epikrizində vətəndaşın “Psixi vəziyyətində təşviş, qorxu, depressiv əlamətlər, sosial adaptasiya çətinliyi, məyusluq, yuxu pozuntusu. X11” diaqnozu qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 xx.xx.2023-cü il tarixli 1070/01 nömrəli arayışında “K. İddiaçı ilə aparılmış müsahibə əsasında o, apatiya, emosional labillik, zahiri narahatlıq, əhvalın dəyişkən olması izlənilmişdir.” Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli dissosiativ pozuntu.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeydə olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3- 17-4/3-3-18246/2023 nömrəli Qərarda göstərilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 16 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakılar müəyyən etmişdir: 8) Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yenidən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə nəticəsində aparılaraq müəyyən olundu ki, K. Tağıyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9632 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş X11, psixotik daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamçılığı, səfalgiik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticələnmiş qalıcı əlamətlər” diaqnozu travma kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHS xx.xx.2023–xx.xx.2023-cü il tarixli 7422/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində affektiv pozuntu, depressiv tip, psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHS Həkim Psixiat Komissiyasının xx.xx.2023-cü il tarixli 1611 nömrəli Tibbi reyndə diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, anamnezində psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, ayaqlarında ağrılardan, kəkələmədən şikayətlənmişdir. Zahirən narahat, ünsiyyətə həvəsli, nitqi çoxsözlü, düşüncəsi pozulmamış, əhval-ruhiyyəsi enik müəyyən edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi affektiv pozuntu, disforik vəziyyət, hipomanyakal cizgilərlə kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixatriya Xəstəxanası” X15 Həkim Psixatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3650 nömrəli Həkim Psixiatr Komissiyasının Rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim sixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə bəyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri, anamnezində psixotik hallar F07.0. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4497/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə X3 ekspertlərinə həvalə edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı canlı müayinə olunmaqla keçirilən müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1994-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? 2. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2023-cü il tarixli R00135311XXH nömrəli Forma 88də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?

3. Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur: 3.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 3.2.məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 3.3. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 3.4. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli 1123 saylı rəyində göstərilmişdir: Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı ‘X11” (F 06.5) qeyd olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (döyüşlər vaxtı kəllə-beyin travması alması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik X4 "Sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Qastroezofageal reflüks xəstəliyi. Hər iki gözün konyuktiviti” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı “X6’da “X11. Kəkələmə ilə və psixotik daxilolmalarla” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Psixi sağlamlıq mərkəzi’də ’’Posttravmatik stress pozuntusu F43.1 X11 istisna olunmur’ diaqnozu təyin olunması. Azərbaycan Respublikası Səhiyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası da 'Üzvi affektiv pozuntu, depressiv epizodlar. Anamnezində psixotik daxilolmalarla” diaqnozu təyin edilməsi) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, davranışında nümayişkarlıq elementlərinin müşahidə edilməsi və s.) sübut edir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertiza zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixatrik ekspertizası qaşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı canlı müayinə olunmaqla keçirilən müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1994-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda X11 F 44 aşkar olunur. 2-ci sual: xx.xx.1994-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2023-cü il tarixli RO0135311XXH nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı canlı müayinə olunmaqla xx.xx.2023-cü il tarixli RO0135311XXH nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz "Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində affektiv pozuntu, depressiv tip psixotik daxilolmalarla” diaqnozu onun hazırki vəziyyətinə uyğun deyil. Üzvi zəmində yaranan pozuntular özünü müxtəlif şəkildə biruzə verə bilər. İddiaçı hazırda X11 aşkar olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4497/2024 nömrəli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə X3 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2025-ci il tarixli 550 saylı rəyində göstərilmişdir ki: 1-ci sual: Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı canlı müayinə olunmaqla keçirilən müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1994-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? Cavab: İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. 2-ci sual: xx.xx.1994-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2023-cü il tarixli R00135311XXH nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? 3-cü sual: Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur: 3.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə - yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 3.2 .məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzəreçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (İmpulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patololi dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət. Cavab: Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9632 nömrəli Şəhadətnaməsi ilə “Mülayim dərəcədə ifadə olunmuş X11, psixotik daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamçılığı, səfalgiik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticələnmiş qalıcı əlamətlər” diaqnozu ilə tibbi şəhadətləndirilmişdir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli R00135311XXH nömrəli göndərişində qoyulmuş diaqnoza münasibətdə xx.xx.2023-cü il tarixli əyani müayinədə qiymətləndirmə aparılaraq diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. İddiaçı qeyd edilən imtinanı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki məhkəmə icraatı gedişində sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan xəstəliklərin Beynəlxalq Təsnifatında kodu Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0)-dir. İddiaçıda müəyyən olunan xəstəlik Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma almasının qeyd edilməsi, tibbi şəhadətləndirilməsi, davamlı ambulator və stasionar müalicələr alması, anamnestik məlumatlar, ekspertiza zamanı iddiaçıda müəyyən olunan psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yaddaşında zəiflik, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, ürək çırpınma hallarının biruzə verməsi, yuxusuzluq, aldığı müalicələrə baxmayaraq əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərməsi, beynində intihar fikirlərinin dolaşması və sair şikayətlərini bildirməsi,müayinə zamanı ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, təfəkkürüdə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilməsi, əhvaliruhiyyə fonunun aşağı olması, aparılan sorğu-sual gedişatında yaddaşında nisbətən zəifləmə əlamətlərinin nəzərə çarması, söhbət gedişatında astenizasiya olunması, onda əhval-ruhiyyənin aşkar enməsi və s.) kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. İddiaçıda müəyyən olunan xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya sonuncu dəfə əyani müayinə olunduğu və bununla da əlillik təyinatından imtina edildiyi xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar