Məhkəmə qərarları › İş №2-1(112)-6050/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6050/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6050/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır,ixtisası: mühəndis, pensiyaçı, işləmir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqməsləhətçisi vəzifəsində işləyir) iştirаkı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “4209,25 manat məbləğinin DSMFda olan iddiaçıya aid sığorta hesabına və iddiaçıya 4209,25 manat məbləğində təzminat ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “4209,25 manat məbləğinin iddiaçının sığorta hesabına və iddiaçıya 4209,25 manat məbləğində təzminat ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 64 yaşında əmək pensiyasına çıxmışdır. Qarabağ veteranıdır. Binəqədi rayon MKTB-də işlədiyi 2006-ci il 288,00 manat, 2007-ci il 441,00 manat, 2008-ci il 481,25 manat, 2009-cü il- 704,00 manat, 2010-cu il 1063,00 manat, 2011-ci il 677,00 manat, 2012-ci il 555,00, cəmi 4209,25 manat məcburi dövlət sosial sığorta haqqları tutulmuşdur. Lakin cavabdeh tərəfindən həmin məbləğləri müvafiq hesaba DSMF-yə köçürülməyib. Bundan başqa dəfələrlə cavabdehdən səhvin düzəldilməsini tələb etsə də başdan sovdu cavablarla 2 ildir aldadırlar. Buna görə də 2 ildə çəkdiyi əzaba, əziyyətə və zülümə görə əlavə 4209,25 manat iddiaçıya təzminat şəklində ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb olunsa da cavabdeh iddia tələbinə dair etirazını təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi qismən təmin edilməli, qismən rədd edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi E.Şahverənov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Binəqədi MKTB-nin maliyyə çətinliyi ilə əlaqədar sığorta üzrə ödəmələri tam şəkildə ödəmək mümkün olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasnın vətəndaşıdır Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 29 avqust 2019-cu il tarixli **********2 nömrəli məktubuna əsasən,iddiaçıya bildirilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, sığortaedən Binəqədi MKTB tərəfindən 2011, 2012-ci illər, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən isə 2014-cü il üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqi üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) vətəndaş İddiaçı fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Binəqədi MKTB tərəfindən 2007, 2009 və 2010-cu illərə dair təqdim olunan müvafiq məlumatlarda (Forma B3) vətəndaşın məlumatları natamam qeyd olunduğu üçün fərdi şəxsi hesabatda əks olunmamışdır. 2006 və 2008-ci illərə dair təqdim olunan “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda isə vətəndaşın sığortaolunan kimi məlumatlarına rast gəlinməmişdir. Qeyd olunan məsələ ilə bağlı sığortaedənə müraciət etməyi tövsiyyə olunur. Binəqədi MKTB-nin Dövlət Sosial Müdafiə Fonduna 01.10.2018-ci il tarxinə məcburi dövlət sosial sığorta haqqı üzrə 1157123.14 manat, maliyyə sanksiyaları(o cümlədən penya) və inzibati cərimələr üzrə isə 46645,03 manat borcu qalmışdır.Bunanla bağlı olaraq sığortaolunanların fərdi şəxsi hesablarında məcburi dövlət sosial sığorta haqları az məbləğində əks olunmuşdur. “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Cavabdehin iddiaçıya ünvanladığı 09 aprel 2021-ci il tarixli 220 nömrəli məktubuna əsasən bildirilmişdir ki, “əmək haqqından tutulan sosial işsizlikdən sığorta üzrə ödənişlərin hesabınıza ödənilməsi barədə yazdığınız 03.03.2021-ci il tarixli ərizənizdə qeyd olunanlar araşdırıldı və məlum olmuşdur ki, işlədiyiniz 2006-2019-cu illər ərzində əmək haqqından tutulan sosial işsizlikdən sığorta üzrə ödəmələriniz muzdlu və qeyri müzdlu işlə əlaqədar vahid bəyannamədə tam şəkildə yazılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə təqdim olunub. Lakin həmin dövrlərərzində Birliyin maliyyə çətinliyi olmasına baxmayaraq, Birlik Sizin ələ alınacaq əmək haqqlarınızı vaxtı-vaxtında tam şəkildə ödəyə bilməyib. Halhazırda həmin ödənilməyən qalıq borclarını Birlik aylar üzrə ödənilməsini davam etdirir.Həmin ödənilən vəsait Sizin sosial işsizlikdən sığorta üzrə hesabınıza ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə müraciət olunub və bunula əlaqədar Birliyə məlumat verilib ki, ödədiyimiz qalıq borclarının fərdi sığorta hesabına ödənilməsi üçün proqram hazır olmadığından, Birliyin ümumi borcunun ödənilməsinə yönəldilir.Bu proqram hazır olduğunda ödənilən qalıq borclar tez bir vaxtda Sizin fərdi sosial hesabınıza yönəldiləcəkdir. İş materialarına əlavə edilmiş 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012-ci illərə aid olan “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara əsasən sığortaedən Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyi 2006 -288 manat, 2007ci il üçün 441.20 manat, 2008-ci il üçün 481,25 manat, 2009-cu il üçün 704,80 manat, 2010-cu il üçün 1063,10 manat 2011-ci il üçün 677,50 manat, 2012-ci il üçün 555,0 mnat məcburi dövlət sosial sığorta haqqları İddiaçı SSN **********052 hesabına köçürülməlidir. Məhkəmənin hazırkı iş üzrə qəbul edilmiş 11 avqust 2021-ci il tarixli qərardadı ilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin İddiaçı aid olan məcburi dövlət sosial sığorta haqqını sığortaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə ödənilməsi ) görülməsi üçün Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 1 ay müddət təyin edilmişdir. Məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh məhkəməyə bildirmişdir ki, cari ilin iyul ayından MKTB-nin hesablaşma hesabına vergi borcuna görə sərəncam qoyulduğundan(hazırda da götürülməmişdir) İddiaçı sığorta hesabına DSMF tərəfindən hansı məbləğdə ödəniş edildiyini dəqiqləşdirmək və əlavə ödəniş etmək mümkün olmamışdır; sərəncam götürüldükdən sonra ödəniş həyata keçiriləcəkdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində əmək fəaliyyəti olmuşdur. 2019-cu ildən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən 2006-ildən 2012-ci ilədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqqlarını iddiaçının sosial sığorta hesabına köçürülməmişdir. Cavabdeh sığortaedən kimi məcburi dövlət sosial sığorta haqqları iddiaçının sosial sığorta hesabına köçürmədiyindən bu məbləğ əmək pensiyası təyin edilərkən nəzərə alınmamışdır. İddiaçı 2006-ci ildən 2012-ci ilədək onun əmək haqqından tutulmuş lakin onun sığorta hesabına köçürülməmiş 4209,25 manat məcburi dövlət sosial sığorta ödənişlərin müvafiq hesaba köçürülməsini, və cavabdeh tərəfindən vaxtında bunu etmədiyi üçün ona dəymiş mənəvi zərərini 4209, 25 manat məbləğində qiymətəndirərək həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir. “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir ki: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir;1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 21.1.-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunmuş qanunvericilik normalarından göründüyü kimi şəxsə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin müəyyən edilməsi üçün, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, fərdi hesabda toplanması zəruri şərtdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsində sosial sığortanın iştirakçıları göstərilmişdir. Bu sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək;sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək;sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır:sosial sığorta haqqını vaxtında ödəmək;sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Cavabdeh Binəqədi rayon MKTB sığortaedən kimi iddiaçının (sığortaolunan) 2006-ci ildən 2012-ci ilədək ödədiyi məcburi dövlət sosial sığorta haqlarını müvafiq fərdi hesabına köçürməmişdir. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunmaqla, cavabdeh tərəfindən da etiraf olunmuşdur. Cavabdeh inzibati orqan olan Binəqədi MKTB tərəfindən sığortaedən qismində sosial sığorta sahəsində fəaliyyəti publik- hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Halbuki, cavabdeh tərəfindən uzun müddət ərzində iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını özündə saxlamaqla, müvafiq hesaba köçürməməklə iddiaçının sosial təminat hüququnun pozulmasına, məhdudlaşdırılmasına şərait yaradılmışdır.Belə ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabında öz əksini tapmaması iddiaçıya 2019-cu ildə təyin edilmiş əmək pensiyasına təsir etmişdir. Məhkəmə cavabdehin bu hərəkətlərini qanunsuz və əsasız hesab edir. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqlarını özündə saxlayıb, müvafiq hesaba köçürməməsi nəticəsində iddiaçının yaşa görə əmək pensiyası məbləğinin ona ödənilməli olan məbləğdən daha az məbləğdə olmasına görə iddiaçının sarsıntı və iztirab keçirməsini, bununla da mənəvi zərər almasını qəbul edir. Lakin məhkəmə qeyd edir ki, keçirdiyi fiziki və mənəvi sarsıntıların dəyəri iddiaçı tərəfindən sübuta yetirilməli olduğu halda, sonuncu ona məhz 4209.25 manat məbləğində mənəvi ziyanın dəyməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 1000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Açıq Qapı» və «Dublin Mamaları» İrlandiyaya” qarşı işdə hesab etmişdir ki, cərimələr və məhkəmə xərcləri onları ödəməli olan şəxsi maliyyə cəhətdən müflişmə həddinə çatdırdıqda ifadə azadlığına müdaxilə təşkil edə bilər. Avropa Məhkəməsi «X1rşı» işdə göstərmişdir ki, digər şəxslərin şərəf və ləyaqətinə vurulmuş ziyana görə təyin olunan cərimələrin məbləği nüfuza vurulmuş ziyana mütənasib olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, 4209 (dörd min iki yüz doqquz)manat 25 (iyirmi beş) qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqları İddiaçı DSMF-də olan fərdi hesabına ödənilməsi, iddiaçının məruz qaldığı mənəvi zərərlə bağlı 1000 manat kompensasiya məbləği iddiaçı İddiaçı xeyrinə ödənilməsi vəzifəsi cavabdeh Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 85, 110maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi qismən təmin еdilsin. 4209 (dörd min iki yüz doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqları İddiaçı DSMF-də olan fərdi hesabına ödənilməsi, iddiaçının məruz qaldığı mənəvi zərərlə bağlı 1000 manat kompensasiya məbləği iddiaçı İddiaçı xeyrinə ödənilməsi vəzifəsi cavabdeh Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulsun İddia tələbi qalan hissədə rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar