Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6051/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR DMX-nin İQ-66/4 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdeh AR DMX-nin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, Qucranvalada şəhərində yalnız 3 sinif ibtidai təhsil aldığını, 10 yaşı olanda atasının vəfat etməsi səbəbindən təhsili davam etdirə bilmədiyini,kondisioner təmiri işini öyrəndiyini və 1998-2023-cü illərdə Lahor şəhərində “Common traders” adlı kondisioner quraşdırma və təmiri şirkətində həm usta, həm də rəhbər kimi fəaliyyət göstərdiyini bildirmişdir.Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı 2008-ci ildə Shumaila Qamarla evləndiyini, bu evlilikdən 2 övladının olduğunu, valideyinlərinin vəfat etdiklərini, 2 qardaş və 2 bacısının Pakistanda yaşadıqlarını, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sailasın əlil olduğunu, hərəhət məhdudiyyəti olduğundan əlil arabasında gəzdiyini qeyd etmişdir.İddiaçı arvadı və 2 uşağının onunla birlikdə xx.xx.2023cü il tarixdə ölkələrini tərk edib, əvvəlcə İran İslam Respublikasına, sonra xx.xx.2023-cü il tarixdə oradan Azərbaycan Respublikasına gəldiklərini bildirmişlər. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki,təxminən 2-3 il əvvəl qayınları və arvadının digər ailə üzvlərinin dinlərini dəyişərək xristianlıqdan islama keçdiklərini, 2023-cü ilin iyun ayından onun arvadını da İslam dininə dəvət etdiklərini, bundan imtina etdikdə onları təhdid etdiklərini, həmin ilin avqust ayında qızı Angelinanı məktəbdən götürərək evlərinə apardıqlarını, sonra axşamı geri qaytardıqlarını, növbəti dəfə isə qaytarmayacaqları ilə hədələdiklərini, 1 ay sonra evin binasına naməlum şəxslər tərəfindən atəş açıldığını bildirmişdir. Bu hadisədən sonra iddiaçını özü və ailə üzvlərinin həyatı üçün təhlükə olduğunuzənn edərək ölkəsini tərk etmək qərarına gəldiyini, ailə üzvləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə Lahordan Kvetta şəhərinə köçdüklərini, oradan İrana getdiklərini söyləmişdir. İddiaçı İranda olarkən xristian olduqları üçün İranın onlar üçün münasib bir ölkə olmadığı qənaətinə gəldiyini, bu səbəbdən də oranı tərk edərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-66/4 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Təqib olunma ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməmiş və ya buna dair hər hansı sənəd təqdim etməmiş; 2. Ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmiş; 3. Özləri xristian olmasına baxmayaraq bu inanclı əhalinin çoxluq təşkil etdiyi ölkələrə getməmiş; 4. Müsahibəsində dini zəmində problemlərinin olmadığını bildirmiş; Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Əfqanıstan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,2.1,27, 31,48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, İQ-66/4 nömrəli Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarında bildirilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 52 ünvanında müvəqqəti yaşayan, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (Pasport: № KF8675611) ailə üzvləri (arvadı - xx.xx.1987-ci il təvəllüdlü Shumaila Qamar, oğlu - xx.xx.2009-cu il təvəllüdlü Sailas, qızı - xx.xx.2018-ci il təvəllüdlü Angelina) ilə birlikdə 22 sentyabr 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 95-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, Qucranvala şəhərində yalnız 3 sinif ibtidai təhsil aldığını, 10 yaşı olanda atasının vəfat etməsi səbəbindən təhsilini davam etdirə bilmədiyini, kondisioner təmiri işini öyrəndiyini və 1998-2023-cü illərdə Lahor şəhərində “Common traders” adlı kondisioner quraşdırma və təmir şirkətində həm usta, həm də rəhbər kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi 2008-ci ildə Shumaila Qamarla evləndiyini, bu evlilikdən 2 övladının olduğunu, valideynlərinin vəfat etdiklərini, 2 qardaş və 2 bacısının Pakistanda yaşadıqlarını, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sailasın əlil olduğunu, hərəkət məhdudiyyəti olduğundan əlil arabasında gəzdiyini qeyd etmişdir. Ərizəçi, arvadı və 2 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə ölkələrini tərk edib, əvvəlcə İran İslam Respublikasına, sonra xx.xx.2023-cü il tarixdə oradan Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı təxminən 2-3 il əvvəl qayınları və arvadının digər ailə üzvlərinin dinlərini dəyişərək xristianlıqdan islama keçdiklərini, 2023-cü ilin iyun ayından onun arvadını da İslam dininə dəvət etdiklərini, bundan imtina etdikdə onları təhdid etdiklərini, həmin ilin avqust ayında qızı Angelinanı məktəbdən götürərək evlərinə apardıqlarını, sonra axşamı geri qaytardıqlarını, növbəti dəfə isə qaytarmayacaqları ilə hədələdiklərini, 1 ay sonra evin binasına naməlum şəxslər tərəfindən atəş açıldığını bildirmişdir. Bu hadisədən sonra ərizəçi özü və ailə üzvlərinin həyatı üçün təhlükə olduğunu zənn edərək ölkəsini tərk etmək qərarına gəldiyini, ailə üzvləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə Lahordan Kvetta şəhərinə köçdüklərini , oradan da İrana gəldiklərini söyləmişdir. İddiaçı İranda olarkən xristian olduqları üçün İranın onlar üçün münasib bir ölkə olmadığı qənaətinə gəldiyini, bu səbəbdən də oranı tərk edərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir.Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş var bunlar doğru olaraq qəbul edilmişdir. İddiaçı arvadı ilə aparılan müsahibə zamanı o, əri İddiaçı dediklərini təsdiqləmiş və şəxsən özünün dinini dəyişib islama keçmək istəmədiyini, qardaşlarının isə ərinin deyil, yalnız onun islamı qəbul etməsini istədiklərini bildirmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, ailə üzvlərinə qarşı arvadınin qohumları tərəfindən edilən təhdidlərdən sonra ölkənin hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirsə də, bununla bağlı heç bir sənəd təqdim etməmiş. Müraciət edən zaman polisin evlərinə silahlı hücum edilməsinə baxmayaraq, ailədaxili problem olduğu üçün məsələyə baxmadığını bildirməsi ərizəçinin polisə şikayətlə müraciət etməsi ilə bağlı dediklərini şübhə altına almışdır. Bundan əlavə yaxın qohumları tərəfindən təqib edildiyi halda ərizəçi ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmiş, istifadə etməməsinin səbəblərini qənaətbəxş şəkildə izah edə bilməmişdir.Həmçinin qeyd edilməlidir ki, ərizəçi və arvadı xristian olduqlarına baxmayaraq Pakistanda hökumət orqanları və digər şəxslər tərəfindən dini zəmində heç vaxt təhdid və təqiblərə məruz qalmamışlar. İddiaçı və arvadı Shumeilanın müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o və arvadı vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, siyasi əqidəsinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş. Qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respubli- kası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “”Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 19 dekabr 2023-cü il tarixli, 23 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “”Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvlərinə (arvadı xx.xx.1987-ci il təvəllüdlü Shumaila Qamar, oğlu xx.xx.2009-cu il təvəllüdlü Sailas, qızı xx.xx.2018-ci il təvəllüdlü Angelina) qaçqın statusu verilməsindən imtina edilmiş, qərar İddiaçı təqdim edilmiş, qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi tərəfindən bu Qərarın icrasından irəli gələn digər məsələlər həyata keçirilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsassızdır. İş materiallarında olan iddiaçıya aid KF8675611 nömrəli pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1978-ci il təvəllüdlü olmaqla Pakistan İslam Respublikasının vətəndaşıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, 2008ci ildə Shumaila Qamarla evləndiyini, evlilikdən 2 övladının olduğunu, valideynlərinin vəfat etdiklərini, 2 qardaş və 2 bacısının Pakistanda yaşadıqlarını, təxminən 2-3 il əvvəl qayınları və arvadının digər ailə üzvlərinin dinlərini dəyişərək xristianlıqdan islama keçdiklərini, 2023cü ilin iyun ayından onun arvadını da İslam dininə dəvət etdiklərini, bundan imtina etdikdə onları təhdid etdiklərini, həmin ilin avqust ayında qızı Angelinanı məktəbdən götürərək evlərinə apardıqlarını, sonra axşamı geri qaytardıqlarını, növbəti dəfə isə qaytarmayacaqları ilə hədələdiklərini, 1 ay sonra evin binasına naməlum şəxslər tərəfindən atəş açıldığını bildirmişdir. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, İQ-66/4 nömrəli qərarından görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respubli- kası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “”Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o və arvadı vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, siyasi əqidəsinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən qərarının ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini mübahisələndirir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin Qanunun 13-cü maddəsinə əsasən şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - 3-cü bəndinə görə "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. Hazırkı iş üzrə iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı müsahibə zamanı verdiyi izahatında qohumlarının dinlərini dəyişərək xristianlıqdan islama keçdiklərini, 2023-cü ilin iyun ayından onun arvadını da İslam dininə dəvət etdiklərini, bundan imtina etdikdə onları təhdid etdiklərini bildirsə də hökumət orqanları və digər şəxslər tərəfindən dini zəmində təhdid və təqiblərə məruz qaldıqları sübut olunmamışdır. İddiaçı arvadınin qohumları tərəfindən edilən təhdidlərdən sonra ölkənin hüquq mühafizə orqanlarına müraciət etməyini təsdiq edən sənəd, eləcə də evlərinə silahlı hücum edilməsi ilə bağlı polisə şikayət etməklərini təsdiq edən sənədi əlavə etməmişdir. Bununla yanaşı, iddiaçı xristian dininə mənsub olduğu halda iddia edildiyi kimi qohumları tərəfindən dini təqibdən sonra rəsmi islam dini ölkəsi olan İrana yerləşmiş, xristian olduqları üçün sonradan İranın onlar üçün münasib bir ölkə olmadığı qənaətinə gəlmiş və həmin ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlmişlər. Beləliklə, iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının və ailə üzvlərinin öz ölkələrində yaşadıqları dövrdə dini etiqadına görə təqibə məruz qaldığı iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı da bu barədə məhkəməyə hər hansı ciddi və mötəbər sübut təqdim etməmişdir. Qaçqın statusunun verilməsi ilə bağlı əsaslı təqib qorxusunun real mövcud olubolmadığını müəyyən edərkən məhkəmə həm də iddiaçının özünün verdiyi məlumatlara əsaslanır. İddiaçı tərəfindən özünün fərdi təqib qurbanı olmaq təhlükəsi ilə bağlı ciddi və real əsasları özündə ehtiva edən hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, irqi, milli və müəyyən sosial qrupa mənsubiyyətinə, dini etiqadına və ya siyasi əqidəsinə görə əsaslı təqib qorxusunun mövcudluğunu göstərən hər hansı ağlabatan, inandırıcı və mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6051/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6051/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver