Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6052/2020 18.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh X11 üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Nazirlər Kabineti yanında X11 üzrə Dövlət Agentliyinə və X11 üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 Təbibə qarşı “öhdəliyin qoyulması və hüquqların pozuntusu” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Nazirlər Kabineti yanında X11 üzrə Dövlət Agentliyinə və X11 üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 Təbibə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müraciəti üzrə iddiaçının bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətindən xilas edilməsi və ondan sonraki zəruri müalicəsinin effektiv təmini məqsədilə ona göstərilməli olan tibbi xidmətin ixtisaslı həkimlərin (qaraciyər transplantoloqun) cəlbi və müvafiq imkanları olan müəssisəyə köçürülməklə təşkil edilməsi hərəkətlərinin təcili edilməsi, öhdəliyinin, cavabdehlərin üzərinə müştərək olaraq, yəni bu kompleks öhdəliyin cavabdehlərin səlahiyyətlərinə müvafiq qaydada bölünməklə qoyulmasına dair məcburetmə; bacısının kritik durumdan çıxarılmasına dair təcili tədbirlərin lazımınca və vaxtında götürülməməsi hərəkətsizliyi ilə xəstə Ü.X6 hüquqları və azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 2-ci, 3-cü, 8-ci, 14-cü maddəsi üzrə hüquqlarının pozuntusunun tanıtması və ailə üzvlərindən qardaşı və qanuni nümayəndəsi, İddiaçı həmin Konvensiyanın 3-cü və 1 saylı Protokolun 1-ci maddəsi üzrə hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən inzibati-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbinin dəqiqləşdirilməsinin zərurəti barədə məktub göndərilmiş, lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və X11 üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 Təbibin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və X11 üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 Təbibin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bacısı Ülviyyə Sadıqovanın cavabdehlərin məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini, hazırki iddia tələbinin mümkün sayılaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Hüseynova iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətindən xilas edilməsi məqsədi ilə, onun digər tibbi müəssisəyə köçürülməsini, həmçinin təcili tədbirlərinin vaxtında görülməməsi nəticəsində Avropa Konvensiyasının 3-cü və 1 saylı Protokolun 1-ci maddəsi üzrə hüquqularının pozuntusunun tanınmasını tələb edir və bu halı onunla əsaslandırır ki, bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətində yerləşdiyi xəstəxanada qaraciyər transplantasiyası üzrə mütəxəssis yoxdur. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçının iddia ərizəsində göstərilmiş iddia tələbinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə icraatı zamanı göndərilmiş hüquqi yardım məktubunda, iddia tələbinin dəqiqləşdirilməsinə zərurət olduğunu bildirilmiş, lakin iddiaçı ümumiyyətlə iddia tələbini dəqiqləşdirməmişdir. Bundan başqa, Məhkəmə iclası zamanı təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 xx xxxxxx 2020-ci il tarixli, 597 saylı məktubundan məlum olmuşdur ki, iddiaçının bacısı X1 xx xxxxxx 2020-ci il tarixdə bioloji ölümü baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci və 25.2-ci maddələrinə görə, Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Şərh olunan maddələrin normalarına görə, hüquq qabiliyyəti fiziki şəxsin doğulduğu an əmələ həlir və ölümü ilə xətm olunur. Qanun ölüm anını beyinin fəaliyyətinin dayanması kimi müəyyən edir. “İnsan orqan və (və ya) toxumalarının transplantasiya haqqında” Qanunun 10-cu maddəsində “beyin ölümü” bioloji ölümünün baş verməsi və baş-beyin fəaliyyətinin tam dayanması kimi müəyyən olunur. Şəxs nə qədər ki, sağdır, hüquq qabiliyyəti var və onun ölmüş elan edilməsi də yaşadığı və fəaliyyət göstərdiyi yerdə hüquq qabiliyyətinə təsir etmir. Qanunla nəzərdə tutulan hallarda hüquq qabiliyyəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının iddia tələbi İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində göstərilən iddia növlərindən hər hansı birinə uyğun olsaydı belə, hətta o halda, iddia tələbinə baxılması mümkün olmazdır. Belə ki, iddiaçı öz bacısı Ü.Sadıqovanın başqa tibb müəssisəsinə köçürülməsini tələb etdiyi halda, Ü.Sadıqovanın bioloji ölümü xx xxxxxx 2020-ci il tarixdə baş vermişdir. Belə olan halda, Ülviyyə Sadıqovanın transplantasiya üzrə mütəxəssis olduğu tibb müəssisəsinə köçürülməsi belə mümkün olmayacaqdır. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə Məhkəmə bildirir ki, iddia tələbinin həmin hissəsinin əsası İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyası çıxış edir. Belə ki, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 32-ci maddəsinə əsasən, 33, 34, 46 və 47-ci maddələrə əsasən təqdim olunmuş Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqinə dair bütün məsələlər Məhkəmənin səlahiyyətindədir. Konkret iş üzrə Məhkəmənin səlahiyyəti ilə bağlı mübahisəni Məhkəmənin özü həll edir. Həmin Konvensiyanın 33-cü maddəsinə əsasən, razılığa gələn hər hansı X9 gələn digər X3 və ona dair Protokolların müddəalarını hər hansı şəkildə pozması iddiası ilə Məhkəməyə müraciət edə bilər. Həmin Konvensiyanın 41-ci maddəsinə əsasən, əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. Məhkəmə qeyd etmək istəyir ki, X7 Məhkəməsi yalnız X7 Konvensiyasında müəyyən olunmuş hüquqlarının pozulduğunu iddia edən şəxslər, təşkilatlar və şirkətlərdən gələn şikayətlərə baxan beynəlxalq məhkəmədir. Konvensiya bir çox Avropa Dövlətlərinin müəyyən əsas hüquqların təmin edilməsi barədə razılığa gəldiyi beynəlxalq müqavilədir. Büu hüquqlar Konvensiyanın özündə, eləcə də yalnız bəzi dövlətlərin qəbul etdiyi 1, 4, 6, 7, 12 və 13 saylı Protokollarda əks olunmuşdur. Vətəndaş X7 Konvensiyasında müəyyən olunmuş hüquqlarının pozulmasını iddia edərsə, həmin hüquq pozuntusunun olubolmamasını müəyyən etmək səlahiyyəti məhz X7 Məhkəməsinə aiddir. Yuxarıda göstərilənlərə məcmu halda qiymət verərək Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Nazirlər Kabineti yanında X11 üzrə Dövlət Agentliyinə və X11 üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 Təbibə qarşı “öhdəliyin qoyulması və hüquqların pozuntusu” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Nazirlər Kabineti yanında X11 üzrə Dövlət Agentliyinə və X11 üzrə Dövlət Agentliyinin nəznində Cavabdeh3 Təbibə qarşı “öhdəliyin qoyulması və hüquqların pozuntusu” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6052/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6052/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver