Məhkəmə qərarları › İş №2-1(112)-6053/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6053/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6053/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “qanunsuz tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı qanunsuz tutulmuş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliyin 2022-ci il 01 yanvar tarixindən etibarən qüvvəyə minməsinə baxmayaraq həmin Məcəllənin 164.7.1-ci maddəsinə zidd olaraq ondan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən “ƏDV” qismində qanunsuz tutulmuş 13390.11 AZN məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 22 aprel 2022-ci il tarixdə direktoru və qanuni təmsilçisi olduğu "xxxx" MMC-in fəaliyyəti ilə əlaqədar olaraq Rusiya Federasiyasında rulon şəkilində qəzet kağızları idxal etmişdir. Bununla bağlı olaraq ondan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən təyinatı Dövlət Gömrük Komitəsi olmaqla cəmi 13390.11 AZN məbləğində X3 tutulmuşdur. Məlum olduğu kimi, 2022-ci ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişkiliyə görə həmin məcəllənin 164.1.7-ci əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən “kütləvi informasiya vasitələri məhsullarının və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı” X3ndən azad edilib. Qeyd olunan dəyişikliyi əsas tutaraq 10 may 2022-ci il tarixli ərizə ilə “ƏDV” qismində qanunsuz olaraq tutulmuş sözügedən məbləğin geri qaytarılması haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin müraciətə Bakı Baş Gömrük İdarəsində baxılmış və nəticəsi haqqında ona 06 iyun 2022-ci il tarixli məktubla cavab verilmişdir. Müraciətə baxan səaliyyətli orqanın qeyd olunan məktubunda bildirilmişdir ki, “kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla) habelə dərslik kompleklərinin və həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəkilində kağızların X3ndən azad edilməsi məsələsi" Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə tənzimlənir. Məsələ ilə bağlı dəyişikliyin qeyd olunduğu kimi 2022-ci ilin yanvar ayının 1dən qüvvəyə mindiyini və qeyd olunan 184 nömrəli Qərarın 13 may 2022-ci il tarixdə qəbul ediliyini nəzərə alaraq, gömrük orqanının məktubuna əsasən sözügedən məbləğin qanunsuz olaraq ondan tutulmasına görə həmin məbləğin Azərbaycan Respublikası Nazirlər Kabinenti tərəfindən kompenasiya edilməsi məqsədilə həmin dövlət orqanına müraciət etmişdir. Müraciətin əsası kimi Bakı Baş Gömrük İdarəsinin bəhanə etdiyi NK-in 13 may 184 nömrəli Qərarının vaxtında qəbul edilməməsi və nəticədə həmin hərəkətsizliyə görə onun zərər çəkdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinenti isə həmin müraciəti baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Dövlət Gömrük Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin müraciəti baxılması üçün 18 noyabr 2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərmişdir. Elə bu səbəbdən hazırkı iddia tələbinə münasibətdə cavabdeh orqan olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda təkrar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinentinin 13 may 2022-ci il tarixli 184 nömrəli qərarını əsası tutmuş və nəzərdə tutulan vergidən azadolma məsələsini həmin tarixdən sonra idxal edilən mallara şamil oldunduğunu göstərərək ərizənin icrasından birmənalı olaraq imtina etmişdir. Aşağıda şərh olunanlara əsasən cavabdehin qeyd olunan imtinasını əsassız və qanunsuz hesab edir. Əvvəla bir daha qeyd etmək istəyirlər ki, 2022-ci ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişkiliyə görə həmin məcəllənin 164.1.7-ci əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı kütləvi informasiya vasitələri məhsullarının və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı” X3ndən azad edilib. Həmin dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406- VİQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 1533№-li Fərmanı dərc edilmişdir. Həmin fərmanın 2.1.3-cü bəndinə əsasən qeyd olunan siyahının təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək üçün Azərbaycan Respublikasının NK-nə 3(üç) ay vaxt verilmişdir. Həmin Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinentinin 15 yanvar 2022ci il tarixli 47 №-İi Sərəncamı qəbul edilmiş və Sərəncamın 3-cü bəndinə əsasən qeyd olunan siyahı ilə bağlı Dövlət Gömrük Komitəsinə təklifini 2 ay müddətində Nazirlər Kabinentinə təqdim etməsi bildirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Nazirlər Kabinentinin ona ünvanlanmış müraciətləri baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətinə göndərməsinə əsasən belə qənaətə gəlmək mümkündür ki, Nazirlər Kabinenti bu məsələdə özünü məsuliyyət sahibi hesab etmir. Məhz ona görə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin redaksiyasında nəzərdə tutulan məhsuların birmənalı olaraq “rulon və ya vərəqə şəkilində kağızın idxalı və satışı” məzmununda verilməsi həmin məsələnin tənzilmlənməsi ilə bağlı konkret siyahının təsdiq edilməsinə hazırkı hüquqi münasibətin yarandığı xx.xx.2022-ci il tarixə münasibətdə zərurət yaratmayıb. Belə ki, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş gömrük bəyannaməsinə əsasən idxal olunan məhsulun “rulonlarda və ya vərəqələr şəkilində qəzet kağızı” olması faktı vergini tutan orqana məlum idi. Hansı ki, Nazirlər Kabinentinin 13 may 2022-ci il tarixli 184№-li Qərarında dərc edilmiş Siyahının 1-ci xanasında da məhsul kimi “rulonlarda və ya vərəqələrdə qəzet kağızı” təsvir olunmuşdur. Ona görə də, belə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti qeyd olunan müraciətlərin baxılması və icrasını məhz göstərilən səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyinə, habelə Dövlət Vergi Xidmətinə həvalə etmişdir. Hazırkı iddia tələbinə münasibətdə cavab verməli olan orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixli məktubla qanunsuz olaraq tutulmasını hesab etdiyi 13390.11 AZN ƏDV məbləğinin geri qaytarılmasını təmin etməkdən imtina etmişdir. Odur ki, bu iddia tələbinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyin 2022-ci yanvar ayının 1-dən qüvvəyə minməsinə baxmayaraq, həmin məcəllənin 164.1.7-ci maddəsinə münasibətdə xx.xx.2022-ci il tarixli idxal aktına görə ondan 13390.11 AZN ƏDV məbləğinin tutulmasını qanunsuz hesab edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 104.2-ci maddəmə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasərı gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 242.3-cü maddəsində göstərilir ki, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 3 dekabr 2021 -ci il tarixli Qanununda Vergi Məcəlləsinin 164.1.7- ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;“. Yuxarıda qeyd edilən maddədə göstərilən Siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İdxalı və satışı X3ndən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Yuxarıda qeyd edilən malların gömrük rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə aparılaraq, mallar həmin tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, X3 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsi tətbiq olunmaqla hesablanmış və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia ərizəsində göstərildiyi kimi, iddiaçı tərəfindən idxal edilmiş mallar gömrük ərazisinə sözügedən Qərarın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirildiyi üçün, başqa sözlə gömrük sərhədini xx.xx.2022ci il tarixdən əvvəl keçdiyi üçün idxalı X3ndən azad edilə bilməzdi. Həmçinin, Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Eyni zamanda bildirilmişdir ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. İddiaçı həmin qaydaların 1 nömrəli əlavəsi olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etməmişdir. Beləliklə, iddiaçının idxal etdiyi və **********2236 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və buna uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənildiyindən hər-hansı bir artıq ödənilmiş məbləğin mövcud olmadığı müəyyən olunmuşdur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. **********2236 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsinə əsasən İddiaçı tərəfindən rulonlarda və ya vərəqələr şəklində qəzet kağızları idxal edilmişdir.

8. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli 1000-120/1xx-xx/020835 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun "xxxx" MMC-nin adından daxil olmuş xx.xx.2022-ci il tarixli eyniməzmunlu müraciəti Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000-120/1xx-xx/009137 saylı məktubu ilə cavablandırılmışdır. Təkrarən qeyd edilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VlQD nömrəli Qanununa əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı X3ndən azad edilir. Həmçinin, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Müvafiq siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli qərarı ilə təsdiq olunmuşdur və nəzərdə tutulan azadolma həmin tarixdən sonra idxal edilən mallara şamil olunur.

9. cavabdeh tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 1000-120/1xx-xx/022308 nömrəli məktuba əsasən İddiaçı "xxxx" MMC-nin adından daxil olmuş xx.xx.2022-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun xx.xx.2022-ci il tarixli 07/M 2124 nömrəli dərkənarı ilə daxil olmuş xx.xx.2022-ci il tarixli eyniməzmunlu müraciətləri Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000-120/1xx-xx/009137 və xx.xx.2022-ci il tarixli 1000-120/1xx-xx/020835 nömrəli məktubları ilə cavablandırılmışdır. Qeyd edirlər ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanununa əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı X3ndən azad edilir. Həmçinin, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Müvafiq siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli qərarı ilə təsdiq olunmuşdur və nəzərdə tutulan azadolma həmin tarixdən sonra idxal edilən mallara şamil olunur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir.

15. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.

18. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

21. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

22. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

23. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;”. Qanun xx.xx.2022-ci il tarixdən qüvvəsini almışdır.

26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının 164.1-ci maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: ... 164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;

27. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə “İdxalı və satışı X3ndən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiq edilmişdir.

28. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən **********2236 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə ölkə ərazisinə siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının 164.1.7-ci maddəsində nəzərdə tutulmuş mallar idxal edilmişdir. Malların gömrük rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə aparılaraq mallar həmin tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, X3 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsi tətbiq olunmaqla hesablanmış və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Cavabdehin iddiaçıdan idxal gömrük rüsumunun tutulması ilə bağlı əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən idxal edilmiş mallar gömrük ərazisinə sözügedən Qərarın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirildiyindən tərəflərindən qanuni və əsaslı olaraq ƏDV məbləği tutulmuşdur.

29. İddiaçının idxal etdiyi mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda idxalı X3ndən azad edilmiş mallar siyahısında öz əksini tapmışdır.

30. Məhkəmə hesab edir ki, idxal zamanı ƏDV-dən azad olunan mallarla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi xx.xx.2022-ci il tarixdən qüvvədə olduğundan hazırki mübahisədə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinin və 87.2-ci maddəsinin tələbləri tətbiq edilməklə iddiaçının tələbi təmin edilməli və ondan qanunsuz olaraq tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır.

31. Belə ki, işin hallarından göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt olduğundan həmin normativ hüquqi aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə (hazırki halda konkret olaraq iddiaçıya münasibətdə) şamil edilməlidir.

32. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları: Bənd 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; Bənd 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Bənd 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. Bənd 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən ƏDV qismində tutulmuş 13390.11 AZN məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar