Məhkəmə qərarları › İş №2-1(112)-6056/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6056/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6056/2025 23.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməklə əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək 2-ci dərəcəli müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2-ci dərəcə əlilliyinin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək 1-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması və xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdən 1-ci dərəcə müddətsiz “ümumi xəstəliklə əlaqədar” əlilliyin səbəbinin dəyişdirilərək xx.xx.2022-ci il tarixdən 1-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixində Bərdə rayonunda anadan olmuşdur. O, 1992-ci və 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qeyd etmək istəyir ki, hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2017-cü ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona əlillik təyin edilmişdir. Bir neçə dəfə tibb müəssisəsinin göndərişi cavabdehə göndərilmiş, sonuncu dəfə xx.xx.2022ci ildə o, tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhhətində olan ağır xəstəliklərlə (ürəkdən açıq əməliyyat, 3-cü dərəcə böyrək çatışmamazlığı, çox yüksək dərəcədə şəkərli diabet və s.) bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh ona müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmiş, sonradan müraciətinə əsasən ona xx.xx.2022-ci ildə 5 il müddətinə ümumi xəstəlik ilə əlaqədar əlillik təyin edilmişdir. Lakin təyin edilmiş əlillik arayışında və tibb müəsissəsinin göndərişində hərbi səbəb ilə əlaqədar olan xəstəliklər qeyd edilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Səhiyyə müəssisəsinin dəfələrlə göndərişi (88 nömrəli forma) cavabdehə göndərilmişdir ki, əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilsin. Lakin onun qanunsuz olaraq əlilliyinin səbəb əlaqəsi dəyişdirilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının “ÜİX. Gərginlik stenokardiyası, İİİ f.s. Əvvəllər keçirilən miokard infarktı. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə. QDÇ İİ dərəcə.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək xüsusi (ARƏB) səbəblərdən “Xroniki obstruktiv pielonefrit, xroniki pielonefritin kəskinləşməsi, hipertonik nefrotik forma” diaqnozu ilə ikinci dərəcə “təkrar” əlillik təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın sonuncu müraciəti əsasında Bakı 26 nömrəli Şəhər Poliklinikasının “İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Böyrəklərin zədələnmısi. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. Ürək çatmamazlığı.” diaqnozu ilə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli K00022190RPC nömrəli göndərişi əsasında, əlillik vəziyyəti DTSERA-da Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə nəticəsində qiymətləndirilərək barəsində ümumi xəstəlik səbəbindən 2 il müddətinə orqanizmin funksiyalarının 80% pozulmasına dair qərar qəbul edilmiş, lakin tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin səbəb-əlaqəsi düzgün seçilmədiyindən (vətəndaş ümumi xəstəlik səbəbindən müraciət etsə də, dövlət tibb müəssisəsinin qiymətləndirilməyə əsas verən göndərişi xüsusi səbələrdən rəsmiləşdirilmişdir), əlillik təyinatını Əlillik AS-nə daxil etmək mümkün olmamışdır. Bu səbəbdən vətəndaş məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin (X6) 2-1(112)-780/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı əsasında xx.xx.2024-cü il tarixində, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, iddiaçının vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. Anamnestik məlumatlar, obyektiv və intrumental muayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.5.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 2 il müddətinə orqanizmin funksiyalarının 80% pozulmasına uyğun görülmüşdür ki, bu da ikinci dərəcə əlillik təyinatına ekvivalent olmuşdur. Lakin, vətəndaşın müraciəti əsasında rəsmiləşdirilmiş sonuncu K00022190RPC nömrəli göndəriş 2022-ci ilin sentyabr ayına məxsus olduğundan və bu zaman rəsmiləşdirilmiş göndərişlərdəki “səbəb-əlaqədə” dəyişiklik etməyə sistem təminatı imkan vermədiyindən, qərara alınmışdır ki, daha əvvəl rəsmiləşdirilmiş göndərişdə (aprel 2022-ci ilə aid 2786003AAFW2 nömrəli) səbəb əlaqə dəyişdirilməklə bu göndəriş rəsmiləşdirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Agentliyin müvafiq qərarı məhkəməyə təqdim edilmişdir. Lakin sözügedən iddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-780/2024 saylı qərardadı ilə geri götürülmüş sayılmışdır. Məhkəmə İPM 55.3-ə istinad edərək hesab etmişdir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünə qiymət vermək zərurəti mövcud deyildir. İddiaçı göstəərilən qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə ambulator kitabçadan çıxarışlar və digər tibbi sənədlər əlavə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya dair tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2016-cı il tarixli xxxxxxx0001 saylı akta əsasən Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş və ona “ÜİX.Gərginlik stenokardiyası. İİİ f.s.Əvvəllər keçirilən miokard infarktı.Durğunluq ürək çatmamazlığı. İİ dərəcəQDÇ-İİ dərəcə” diaqnozu qoyularaq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixli xxxxxxx0002 saylı akta əsasən Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş və ona “Xroniki pbstruktiv pielonefrit, xroniki pielonefritin kəskinləşməsi. hipertonik nefrotik forma” diaqnozu qoyularaq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli xxxxxxx0011 saylı akta əsasən Bakı 26 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş və ona “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalar. Böyrəklərin zədələnməsi.başqa rubrukalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya.ürək çatmamazlığı” diaqnozu qoyularaq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu məktubu ilə MHHKnın iddiaçı barəsində verdiyi xx.xx.2014-cü il tarixli 300 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 300 nömrəli qərarında göstərilmişdir ki, Bərdə RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun 2004-cü il tarixli qərarı ilə barəsində cinayət işinin rədd edimiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər birləşmiş xəstəxanasında müayinə və olunduğu xəstəlik - diaqnoz: «Sol tərəfli hidrokalikoz. Sol böyrək ləyənində daş, ekskretor funksiyanın pozulması. Xroniki pieolonefrit» (SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2013-cii il tarixli 336 saylı göndərişi, xx.xx.2013-cii il tarixli 171 saylı arayışı, Mingəçevir şəhər birləşmiş xəstəxanasından verilmiş xx.xx.1994-cii il tarixli çıxarış epikrizi, Mingəçevir şəhər birləşmiş xəstəxanasın baş həkimininxx.xx.2014-cü il tarixli 330 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisi- İ cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçıya dair tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin surəti məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının əyani tibbisosial ekspertiza müayinəsindən keçirilərək rəy verilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qüvvədə saxlanılmışdır. Həmin məktubla iddiaçıya dair tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli xxxxxxx0013 saylı akta əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının göndərişinə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş və ona “Şəkərli diabet İİ tip, orta ağır forma, çoxsaylı ağırlaşmalarla, insulindən asılı forma. Diabetik nefropatiya. Hər iki budun orta 1/3-dən amputasiyasından sonrakı güdülləri. Əvvəllər keçirilmiş miokard infarktı, AKŞ əməliyyatından sonrakı vəziyyət. QDÇ İİ FS.” diaqnozu qoyularaq göndərişin natamam doldurulması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. TSEK tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 T64/2026 saylı, xx.xx.2026-cı il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: Nll.l-Xronik obstruktiv pielonefrit. Xroniki pielonefritin kəskinləşməsi, Ağırlaşma: N18.3- Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Xroniki böyrək çatmamazlığı İİİ mərhələ, Yanaşı xəstəliklər: E11.7-İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, İİ tip, ağır forma insulin tələbli, çoxsaylı ağırlaşmalarla, N40- Prostat vəzinin hiperplaziyası. Prostat adenoması İ mərhələ, M42-0nurğanm osteoxondrozu. Onurğanın yayılmış osteoxondrozu, İ70.2-Ətraf arteriyalarının aterosklerozu. Ateroskleroz. Hər iki dizaltı və ön qamış arteriyalarının stenozu. Arxa qamış arteriyalarının okklyuziyası. Aşağı ətrafların İİİ dərəcəli xr.diabetik angiopatiyası, El 1.2- İnsulindən asılı olmayan şəkərli diabet, böyrəklərin zədələnməsi ilə. Diabetik nefropatiya, D63.8*-Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya. Renal anemiya, Z95.1- Aortokoronar şuntlu transplantatın olması, AKŞx4 damar cərrahiyyə əməliyyatından sonrakı vəziyyət (xx.xx.2015), İİ 1.9-Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi). Hipertoniya xəstəliyi İİİ dərəcə, risk İV, H52.4- Presbiopiya, 120.1-Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX stabil gərginlik stenokardiyası İİİ-İV f.s, Z95.5-Koronar angioplastik implantatm və transplantatın olması. PKM+3 stend sonrakı vəziyyət (2015). (xx.xx.2015). PKM+1 stend (2019) sonrakı vəziyyət, 150-Ürək çatmamazlığı. Ürək qan damar çatmamazlığı İİİ f.s”” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin xx.xx.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən xəstəliyin xüsusi səbəb-əlaqəsi təsdiqlənməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması qərar qüvvədə saxlanılmışdır. Vətəndaş İddiaçı əlillik təyini üçün əsas olan “Şəkərli diabet İİ tip, orta ağır forma, çoxsaylı ağırlaşmalarla, insulindən asılı forma. Diabetik nefropatiya. Hər iki budun orta 1/3-dən amputasiyasından sonrakı güdülləri. Əvvəllər keçirilmiş miokart infarktı, AKŞ əməliyyatından sonrakı vəziyyət. QDÇ İİ FS” diaqnozu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 300 nömrəli qərarı ilə ona qoyulmuş “Sol tərəfi hidrokalikoz. Sol böyrək ləyənində daş, ekskretor funksiyanın pozulması. Xroniki pieolonefrit” diaqnozunun sonrakı inkişafı nəticəsində əmələ gələ bilməz. Belə ki, MN MHHK-nm qərarında göstərilən diaqnozlar şəkərli diabetin ağırlaşmaları deyildir. Hidrokalkinoz-sidik yollarında yaranan tıxanıqlıq səbəbi ilə sidiyin böyrəkdən bayıra atılmaması nəticəsində böyrəklərin şişməsi və genişlənməsidir; böyrək ləyənində daş-sidikdə kalsium, oksalat, sidik cövhəri kimi mineralların kristallaşaraq birləşməsi nəticəsində əmələ gələn xəstəlikdir; xroniki pieolonefrit isə-infeksiyanın birbaşa böyrəklərdə artıb-çoxalması, mikroorqanizmlərin orada məskunlaşması və sidik-ifrazatının aparatının zədələməsi nəticəsində böyrək kasacıqları və ləyənin iltihabı xəstəliyidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasında göstərilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2). Həmin Qaydaların 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1 - ümumi səbəblərdən: ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar; 1.5.2 - xüsusi səbəblərdən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmçinin həmin qaydalara əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1). Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir (3.2). Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur (3.3). Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “26” dekabr tarixli “19-1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” təlimatda göstərilmişdir ki: 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. İşdən görünür ki, iddiaçı ona əvvəl təyin edilmiş əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar” kimi göstərilməsinin qanunsuz olduğunu bildirərək həmin səbəbin dəyişdirilib “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” kimi müəyyən edilməsini və xx.xx.2022-ci il tarixdən etibarən 1-ci dərəcə müddətsiz əlilliyin bu əsasla təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını edir. İddiaçının dəlili ondan ibarətdir ki, onun xəstəliyi hərbi xidmət zamanı aldığı travma ilə bağlıdır və bu hal Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi xidmət zamanı xəstəlik əldə etmiş və bu fakt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi rəsmi qaydada təsdiq edilmişdir. Digər tərəfdən, iddiaçıya əvvəlki dövrlərdə (2017–2022-ci illərdə) məhz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbdən əlillik təyin edilmişdir. Bu isə onu göstərir ki, cavabdeh orqan özü də müəyyən dövrdə xəstəlik ilə hərbi xidmət arasında səbəbli əlaqəni tanımışdır. Qeyd edilməlidir ki, sonradan iddiaçıya təyin olunmuş əlilliyin səbəbinin “ümumi xəstəlik” kimi dəyişdirilməsi tibb müəssisəsi tərəfindən göndərişlərin rəsmiləşdirilməsindəki texniki uyğunsuzluqlarla izah edilmişdir. Lakin belə texniki çatışmazlıqlar iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Eyni zamanda, məhkəmə-tibbi ekspertiza rəyində iddiaçının hazırkı xəstəliklərinin əvvəlki hərbi travma ilə birbaşa əlaqəsinin olmadığı qeyd edilsə də, məhkəmə hesab edir ki, əlilliyin səbəb-əlaqəsinin müəyyən olunması yalnız konkret diaqnozların eyniliyi ilə məhdudlaşmamalıdır. İddiaçının sağlamlıq vəziyyətinin pisləşməsi və əlilliyin davamlı xarakter alması əvvəlki hərbi travma nəticəsində yaranmış ümumi sağlamlıq pozuntularının inkişafı baxışından qiymətləndirilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 300 nömrəli qərarında qoyulmuş “Sol tərəfi hidrokalikoz. Sol böyrək ləyənində daş, ekskretor funksiyanın pozulması. Xroniki pieolonefrit” diaqnozunun hazırda onda tamamilə sağalması da iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 T64/2026 saylı, xx.xx.2026-cı il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı adma Bakı 26 nömrəli şəhər poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2786003AAFW2 saylı Forma 088 göndərişində qeyd edilmişdir... “Xəstəliyin başlanma tarixi: xx.xx.1994-cü il tarixdəndir, xronikidir. TSEK-ə göndərilən zaman diaqnoz: “XBT 10 kodu ilə: Əsas xəstəlik: Nll.l-Xronik obstruktiv pielonefrit. Xroniki pielonefritin kəskinləşməsi, Ağırlaşma: N18.3-Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Xroniki böyrək çatmamazlığı İİİ mərhələ, Yanaşı xəstəliklər: El 1.7- İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, İİ tip, ağır forma insulin tələbli, çoxsaylı ağırlaşmalarla, N40-Prostat vəzinin hiperplaziyası. Prostat adenoması İ mərhələ, M42-0nurğanm osteoxondrozu. Onurğanın yayılmış osteoxondrozu, İ70.2-Ətraf arteriyalarının aterosklerozu. Ateroskleroz. Hər iki dizaltı və ön qamış arteriyalarının stenozu. Arxa qamış arteriyalarının okklyuziyası. Aşağı ətrafların İİİ dərəcəli xr.diabetik angiopatiyası, El 1.2- İnsulindən asılı olmayan şəkərli diabet, böyrəklərin zədələnməsi ilə. Diabetik nefropatiya, D63.8*-Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya. Renal anemiya, Z95.1-Aortokoronar şuntlu transplantatın olması, AKŞx4 damar cərrahiyyə əməliyyatından sonrakı vəziyyət (xx.xx.2015), İ11.9-Durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi). Hipertoniya xəstəliyi İİİ dərəcə, risk İV, H52.4-Presbiopiya, 120.1-Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX stabil gərginlik stenokardiyası İİİ-İV f.s, Z95.5-Koronar angioplastik implantatın və transplantatın olması. PKM+3 stend sonrakı vəziyyət (2015). (xx.xx.2015). PKM+1 stend (2019) sonrakı vəziyyət, 150- Ürək çatmamazlığı. Ürək qan damar çatmamazlığı İİİ f.s”. İddiaçı adma tərtib edilmiş qiymətləndirmənin nəticələrində qeyd edilmişdir: Müayinə tarixi: xx.xx.2022; Akt №xxxxxxx0006; Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. X1 XV Sinif - sidik cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - böyrəyin tubulointerstisial xəstəlikləri => N11- xronik tubulointerstisial nefrit => N11.1-xronik obstruktiv pielonefrit; Diaqnozun mətni: xronik obstruktiv pielonefrit, xroniki pielonefritin kəskinləşməsi. Göründüyü kimi iddiaçıya sonrakı dövrlərdə də tibbi müəssisələri tərəfindən qoyulmuş diaqnozlar məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 300 nömrəli qərarında qoyulmuş diaqnozlarla eyniyyət təşkil etmişdir. Cavabdeh isə iddiaçının məhz “hər iki budun orta 1/3-dən amputasiyasından sonrakı güdülləri” vəziyyətini əsas götürərək ona birinci dərəcəli əlillik təyin etmişdir. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 1-ci dərəcə müddətsiz “ümumi xəstəliklə əlaqədar” əlilliyin səbəbinin dəyişdirilərək xx.xx.2022-ci il tarixdən 1-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar