Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6058/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 940 saylı Qərarı ilə alqı-satqı yolu ilə satılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 600 kv.metr olan torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 2-1(112)-6058/2025 nömrə ilə qeydiyyata alınmaqla İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahələrinin ata və oğula aid olması, ortaq hasarlarının olması, eləcə də eyni xarakterli sübutların təkrar toplanmasının qarşısının alınması və prosesin tezliyinin təmin edilməsi üçün 2-1(112)-6058/2025 saylı inzibati işin 2-1(112)-6072/2025 saylı inzibati işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə ərizənin əsaslarını nəzərdən keçirdərək hesab edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı -1(112)- 6058/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-6072/2025 nömrəli işlə (iddiaçı X1 cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair) inzibati iş üzrə icraata birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Biləcəri Bələdiyyəsinin xx.xx.2024cü il tarixli, 942 saylı Qərarı ilə alqı-satqı yolu ilə satılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 600 kv.metr olan torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 2-1(112)-6058/2025 nömrə ilə qeydiyyata alınmaqla, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Binəqədi rayonu Biləcəri Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İPM-nin: 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İş materiallarından görünür ki, qeyd olunan işlər bir-biri ilə əlaqəli olmaqla İPM-də nəzərdə tutulmuş eyni məhkəməyə aiddirlər. Göstərilənlərə əsasən və İPM-nin 37, 56 və 83-cü maddələrinə əsasən, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-6058/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-6072/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6058/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6058/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver