Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6059/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Vəkil1 və X1 3-cü şəxs qismində göstərilməklə) iddiası üzrə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1 MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Vəkil1 və X1 3-cü şəxs qismində göstərilməklə) Vəkil1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin yerləşdiyi inzibati ərazi dairəsi üzrə koordinatlarının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Vəkil1 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Vəkil1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin yerləşdiyi inzibati ərazi dairəsi üzrə koordinatlarının müəyyən edilməsi barədə qərar qəbul edilməsi və X3, X4, X2 və Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. İddia tələbinin dəyişdirilməsi barədə ərizəni və iş materiallarını nəzərdən keçirib məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin dəyişdirilməsi barədə iddiaçı tərəfin vəsatəti təmin edilməli, iddia tələbi aşağıdakı variantda icraata qəbul edilməlidir: “Vəkil1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin yerləşdiyi inzibati ərazi dairəsi üzrə koordinatlarının müəyyən edilməsi barədə qərar qəbul edilsin.” Həmçinin iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı hüquqlarına toxundugundan Vəkil1 və Bakı şəhəri Nizami rayon Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidirlər. İnzibati Prosessual Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 54, 80 və 83-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi aşağıdakı variantda icraata qəbul edilsin: “Vəkil1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin yerləşdiyi inzibati ərazi dairəsi üzrə koordinatlarının müəyyən edilməsi barədə qərar qəbul edilsin.” Vəkil1 və Bakı şəhəri Nizami rayon Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsinlər. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. HAKİM Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6059/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6059/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver