Məhkəmə qərarları › İş №2-1(112)-6059/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6059/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6059/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçın cavabdeh Lokal Vergilər Departamentinə qarşı “qanunsuz və əsassız olduğuna görə cavabdeh Azərbaycan Respublikası Lokal Vergi Departamenti tərəfindən qanunsuz borc tələbi ilə qeyd edilmiş (külli miqdarda) AZN tələbkar “HORMETTL”-ın qoyulmuş borcun araşdırılması” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Lokal Vergilər Departamentinə qarşı “qanunsuz və əsassız olduğuna görə cavabdeh Azərbaycan Respublikası Lokal Vergi Departamenti tərəfindən qanunsuz borc tələbi ilə qeyd edilmiş (külli miqdarda) AZN tələbkar “HORMETTL”-ın qoyulmuş borcun araşdırılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məhkəmə tərəfindən 03 fevral 2023-cü il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək, iddia ərizəsində iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsinin zəruri olması bildirilmiş, qeydiyyatda olduğu Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumun (Milli Gəlirlər Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri X1 üzrə Baş İdarəsi və ya Ərazi vergilər baş idarələri və idarələri) cavabdeh qismində göstərilməklə iddia tələbini - borcun yaranması üçün əsas olmuş qərarın (və ya qərarların) ləğv edilməsi kimi göstərilməsi tövsiyyə olunmuş; iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, iddianın dəqiqləşdirilməsi üçün müddət (20 gün) təyin edilmişdir. İddiaçı tərəfindən onun üzərinə qoyulmuş vəzifəni icra etməmiş, tərəfindən iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində keçirilmiş iclaslarına iddiaçı gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işin halların və mübahisənin vəziyətinin müzakirə prosesində iştirak etməmişdir. Məhkəmə iddiaçıya 07 iyul 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərməklə izah etmişdir ki, iddiaçı iddia tələbini və cavabdehi dəqiqləşdirmədiyindən, məhkəmə iclaslarında zəruri olduğu halda iştirak etmədiyindən işə mahiyyəti üzrə baxılması qeyrimümkün olacaqdır. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçın cavabdeh Lokal Vergilər Departamentinə qarşı “qanunsuz və əsassız olduğuna görə cavabdeh Azərbaycan Respublikası Lokal Vergi Departamenti tərəfindən qanunsuz borc tələbi ilə qeyd edilmiş (külli miqdarda) AZN tələbkar “HORMETTL”-ın qoyulmuş borcun araşdırılması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçın cavabdeh Lokal Vergilər Departamentinə qarşı “qanunsuz və əsassız olduğuna görə cavabdeh Azərbaycan Respublikası Lokal Vergi Departamenti tərəfindən qanunsuz borc tələbi ilə qeyd edilmiş (külli miqdarda) AZN tələbkar “HORMETTL”-ın qoyulmuş borcun araşdırılması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar