Məhkəmə qərarları › İş №2-1(112)-606/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-606/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-606/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 19 fevral 2011-ci il tarixdən (47 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya hüququ yarandığı tarixdən hal-hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə anadan olmuşdur. 01.09.1981-ci il tarixdən 27.08.1982-ci il tarixədək C.Cabbarlı adına üzümçülük sovxozunda fəhlə işləmiş, 25.08.1982-ci il tarixdən 10.077.1987-ci il tarixədək Y.H.Məmmədəliyev adına X12 İnstitutunda ali təhsil almışdır. 29.02.1988-ci il tarixdən 16.04.1998-ci il tarixədək Akademik Y.H.Məmmədəliyev adına X1 26 saylı laboratoriyasında baş laborant, 9-cu dərəcəli laborant vəzifəsində işləmişdir. 17.04.1998-ci il tarixdən 01.04.1999-cu il tarixədək "xxxx" Müəssisəsində kadrlar şöbəsində, 01.05.2013-cü ildən 31.10.2018-ci il tarixədək həmin müəssisədə dəftərxana müdiri vəzifələrində işləmişdir. 01.11.2018-ci il tarixdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMC-də dispetçer vəzifəsində işləyir. 29.02.1988-ci il tarixdən 16.04.1998-ci il tarixədək Akademik Y.H.Məmmədəliyev adına X1 26 saylı laboratoriyasnda baş laborant, 9-cu dərəcəli laborant vəzifəsində işlədiyi dövrdə bütün günü yerinə yetirdiyi iş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, istehsalatların və göstəricilərin Siyahısı”na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalşan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ. Kimya istehsalı fəslinin 1080A00-17541 nömrəli və 1080A010 nömrəli şifrləri ilə (üzvi və qeyriüzvü reaktivlər; oksidlər, peroksidlər, hidroperoksidlər, onların birləşmələri; etilen oksidləri və onun əsasında məhsullar; üzvü piylər, aromatik və heterosiklik xammal əsasında alınan üzvü maddələrlə iş) daxildir. Bununla bağlı ona pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina məktubu ilə tələbinin təmin edilməsindən imtina etmişlər. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun 47 yaşı, 19.02.2011-ci il tarixdə tamam olmuş və güzəştli pensiya hüququ əldə etmişdir. Belə ki, iş materiallarına və əmək kitabçasına əsasən 01 sentyabr 1981-ci ildən əmək fəaliyyətinə başlamış və 01 yanvar 2006-cı ilədək ümumi stajı 15 ildən artıq olmuşdur. İddia tələbinin hüquqi əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) yarımbəndinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.1964-cü il təvəllüdlü olmaqla müxtəlif dövrlər arası müxtəlif vəzifələrdə, o cümlədən də, 29.02.1988-ci il tarixdən 16.04.1998-ci il tarixədək akademik Y.H.Məmmədəliyev adına X1 26 saylı laboratoriyasında baş laborant, 9-cu dərəcəli laborant vəzifəsində işləmişdir. İddiaçı əsassız olaraq qeyd etdiyi peşələri ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qeyd etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının akademik Y.M.Məmmədəliyev adına X3 tərəfindən 13.10.2020-ci il tarixdə tərtib edilmiş 28.28.16/319 saylı arayışdan görünür ki, işə götürən belə tərtib etdiyi həmin arayışda iddiaçının işlədiyi peşələri qeyd etsə də, həmin peşələrin güzəştli peşələr olmasını və onların iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verməsini qeyd etməmişdir, bu da, onu göstərir ki, işəgötürən özünün fəaliyyət göstərdiyi sahədə olan həmin peşələrin güzəştli şərtlərlə peşələr olmamasını bilir. İddiaçı öz iddia ərizəsində işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü ildə təsdiq edilmiş 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda Vİİİ. Kimya istehsalı fəslində olan 1080A00-17541 və 1080A010 nömrəli şifrələr ilə qeyd edilmiş peşələrə uyğun olmasını qeyd edir. İddiaçının istinad etdiyi həmin 108A00-17541 (1080A010 şifrəsi də ona aiddir) şifrəsində güzəştli pensiya hüququ verən sahə qeyd edilmişdir (A.tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri). Göründüyü kimi, iddiaçının işlədiyi sahə istinad etdiyi Kimya istehsalı sahəsi tam fərqli sahələrdir. Məhz bu səbəbdən də, işəgötürən tərəfindən verilmiş yuxarıda qeyd edilən arayışda iddiaçının istinad etdiyi şifr qeyd edilməmişdir. Həmçinin, iddiaçı məhkəməyə onun güzəştli pensiya hüququ verən peşələrdə işlədiyi İnstitutun Kimya istehsalı sahəsinə aid olması barədə hər-hansı bir sübut verməmişdir. Beləliklə, həm iddiaçı məhkəməyə təqdim etdiyi əmək kitabçası, həm yuxarıda qeyd etdiyi arayışdan da, göründüyü kimi, iddiaçı ona güzəştli pensiya hüququ verə biləcək hər-hansı bir peşədə heç vaxt işləməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatndan imtina haqqında” 18 dekabr 2020-ci il tarixli, **********1 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçının mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 18 dekabr 2020ci il tarixli, **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Milli Elmlər Akademiyası “Akademik Y.H.Məmmədəliyev adına X3”nun ona dair 13 ktyabr 2020-ci il tarixli, 28.28.16/319 nömrəli arayışda 29.02.1988-16.04.1998ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən institutun 26 saylı laboratoriyasında işlədiyi laborant və böyük laborant vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qyedə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya əminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanuvnericiliyə uyğun olaraq ona münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20349.41 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş НВ seriyalı, 974969 nömrəli diplomun surətindən görünür ki, X10 25.08.1982-ci il tarixdən 10.07.1987-ci il tarixədək Y.H.Məmmədəliyev adına X12 İnstitutunda ali təhsil almışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.09.1981-ci il tarixdən 27.08.1982-ci il tarixədək C.Cabbarlı adına üzümçülük sovxozunda fəhlə, 25.08.1982-ci il tarixdən 10.0777.1982-ci il tarixədək Y.H.Məmmədliyev adına X12 İnstitutunda ali təhsil almış, 29.02.1988-ci il tarixdən 16.04.1998-ci il tarixədək Akademik Y.H.Məmmədəliyev adına X1 26 saylı laboratoriyasında baş laborant, 9-cu dərəcəli laborant vəzifəsində, 17.04.1998-ci il tarixdən 01.04.1999-cu il tarixədək "xxxx" Müəssisəsində kadrlar şöbəsində, 01.05.2013-cü ildən 31.10.2018-ci il tarixədək həmin müəssisədə dəftərxana müdiri vəzifələrində işləmiş, 01.11.2018-ci il tarixdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüququ şəxsin tabeliyindəki "xxxx" MMC-də dispetçer vəzifəsində işləyir. İşdə olan Azərbaycan Milli Elmlər Akademiyası Akademik Y.H.Məmmədəliyev adına X3 tərəfindən verilmiş 13.10.2020-ci il tarixli, 28.28.16/319 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən NKPİ-nin 26 saylı laboratoriyasında 29.02.1988-ci ildən laborant vəzifəsindən böyük laborant vəzifəsinə yüksəlmiş və 16.04.1998-ci ilə qədər çalışmışdır. İddiaçı çalışdığı müddətdə qeyri-üzvi reaktivlər, oksidlər, peroksidlər, aromatik və xlorlu birləşmələr, fenol maddələrlə işləmişdir. Azərbaycan Elmlər Akademiyasının X3 – 10.05.2001-ci il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının X3 adlandırılıb. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Akademik Y.H.Məmmədəliyev adına X3 tərəfindən təqdim edilmiş 15.09.2021-ci il tarixli, 28.28.16/370 nömrəli cavab məktubundan görünür ki, X11 təqdim olunmuş arayış İnstitutun tərkibində yaradılmış komissiya tərəfindən verilmişdir və həmin işçinin işlədiyi müddətdə hansı kimyəvi maddələrlə işlədiyi qeyd olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına X3 elmi tədqiqat institutudur və institutun işçiləri həmin kimyəvi maddələrdən laboratoriyalarda elmi tədqiqatlar üçün istifadə edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarının ancaq 22-ci bəndi elmi tədqiqat institutlarına aid edilmişdir (22.Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər, 22.1. Müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında və tibb müəssisələrində işlər) Digər bəndlərdə isə elmi tədqiqat institutları qeyd edilməmişdir. Əliyeva X7 6 saylı laboratoriyasında işləmiş və həmin laboratoriyada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 22-ci bəndində qeyd olunan kimyəvi maddələrdən istifadə etməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Akademik Y.H.Məmmədəliyev adına X3 tərəfindən təqdim edilmiş 14.02.2022-ci il tarixli, 28.28.16/73 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yalnız radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berilliumla işləyən, daim məşğul olan elmi tədqiqat institutlarının fəhlələri, rəhbərləri və mütəxəsisləri daxildir (siyahının 12200000 kod hissəsi XXİİ bəndi). İnstitutun 26 saylı laboratoriyasında 29.02.1988-ci ildən 16.04.1998-ci il tarixə qədər laborant və baş laborant vəzifələrində çalışmış İddiaçı işlədiyi maddələr Nazirlər Kabinetinin 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının elmi-tədqiqat institutlarına aid bəndinə daxil edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) yarımbəndinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) yarımbəndinə əsasən yeraltı işərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda 01.01.2006-cı il tarixədək ümumi və xüsusi iş stajını toplamış qadınların 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Hazırki mübahisənin predmetini iddiaçının güzəştli iş stajının olub-olmaması təşkil etdiyindən, məhkəmə tərəfindən ilk öncə iddiaçının güzəştli iş stajının olub-olmaması araşdırılmış, bu məqsədlə iddiaçının işləmiş olduğu Akademik Y.H.Məmmədəlyev adına X2 müvafiq sorğular göndərilmiş, daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yalnız radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berilliumla işləyən, daim məşğul olan elmi tədqiqat institutlarının fəhlələri, rəhbərləri və mütəxəsisləri daxildir (siyahının 12200000 kod hissəsi XXİİ bəndi). İnstitutun 26 saylı laboratoriyasında 29.02.1988-ci ildən 16.04.1998-ci il tarixə qədər laborant və baş laborant vəzifələrində çalışmış İddiaçı işlədiyi maddələr Nazirlər Kabinetinin 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının elmi-tədqiqat institutlarına aid bəndinə daxil edilməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar