Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-606/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3 olmaqla)“cavabdehin xx.xx.2022-ci il tarixli **********82 saylı inzibati akt üzrə imtinasının əsassız hesab edilməsi və xx.xx.2020-ci il tarixdə ********** sayılı qeydiyyat nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 51 ünvanda yerləşən 0,040580 ha torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mövcud vəziyyətdə texniki pasportun və plan ölçüsünün verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 51 ünvanda yerləşən xüsusi mülkiyyət növü ilə 0,040580 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə cavabdeh tərəfindən qeydə alınmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə ərizə verərək həmin torpaq sahəsinə plan və ölçünün verilməsini xahiş etsə də, xx.xx.2022-ci il tarixli **********70 saylı cavab məktubu ilə cavabdeh cavab elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi və üzərində yerləşən tikili yüksək gərginlili elektrik xətlərinin mühafizəsi zonasında yerləşməsi, eləcədə, faktiki göstərilən torpaq sahəsi ilə arxiv texniki pasportu arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olması əsası ilə imtina edilmişdir. Bundan sonra, cavabdehə "xxxx" ASC-yə etdiyi müraciətin nəticəsinə dair xx.xx.2022-ci il tarixli 01/02/12-13/71-165/2355 saylı məktub alaraq cavabdehə təqdim etmiş, məktubda həmin torpaq sahəsinin 6000 voltluq torpaq sahəsinin mühafizə zolağında yerləşməsi və həmin torpağın elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə, istismarına heç br maneçilik törədilmədiyini bildirmiş və qeydiyyata alınmasına etiraz etmədikləri qeyd edilmişdir. Təkrar cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək həmin torpağa “Azərişıq" ASC-nin məktubu nəzərə alınmaqla plan və ölçünün verilməsi və təkrar baxış keçirilməsi xahiş edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********81 saylı məktubu ilə artıq ilkin imtina ilə deyil, yalnız faktiki göstərilən torpaq sahəsi ilə arxiv texniki pasportu arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olması qeyd edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli təkrar müraciətlə artıq 50 ildən artıqdır ki, istifadəsində və mülkiyətində olan torpaq sahəsinə baxış keçirilməsi, heç bir perimetrik fərq olmaması, konfiqurasiya fərqinin müəyyən edilməməsi barədə irad və etirazını bildirmiş, daxili araşdırma aparılmış və təkrar ərizə qəbul edərək yenidən torpağa cavabdehin əməkdaşları tərəfindən yerində baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli **********58 saylı imtina məktubu ilə cavabdeh imtina vermiş və mülkiyyətində olan torpağa plan və ölçü sənədi verməməklə mülkiyyət hüquqularının pozulmasına səbəb olan inzibati akt qəbul etmişdir. Bununla bağlı cavabdehin hüquq şöbəsi ilə əlaqə saxlayaraq məsələ ilə bağlı müxtəlif bəhanələrlə nə səbəbə imtina məktubu verilməsini aydınlaşdıranda yenidən ərizə ilə müraciət etməyi tövsiyyə edilmişdir. Bundan sonra yenidən ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixli **********82 saylı məktubla texniki pasportda torpaq sahəsinin baş planının göstərilməməsi, həmçinin mövcud vəziyyəti əks etdirən bölgü sxeminin təqdim edilməməsi qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti zamanı göstərilən torpaq sahəsinin 285 kv.m hissəsi elektron kadastr məlumatlarına əsasən yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin faktiki göstərilən torpaq sahəsi ilə arxiv texniki pasportu arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Eyni zamanda texniki pasportda torpaq sahəsinin baş planı göstərilməmişdir. Həmçinin mövcud vəziyyəti əks etdirən bölgü sxemi təqdim edilməmişdir. Bu səbəbdən plan və ölçünün tərtib edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, iddiaçı qeyri-yaşayış binasının altında yerləşən torpaq sahələrini müraciətləri zamanı fərqli konfiqurasiyalarla göstərmiş və nəticədə fərqli torpaq sahəsinin fərqli formalarda göstərilməsi halı yaranmışdır.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İş materiallarında olan:
********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 51 ünvanında yerləşən torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçı X2 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə Əmlak Xidmətiləri Məkanına müraciət olunduğu təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçı X2 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubuna əsasən bildirilmişdir ki, faktiki göstərilən torpaq sahəsi ilə arxiv texniki pasportu arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Məhkəmə sorğusu əsasında cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-3058/2023 **********58 nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, ünvan ünvanda 0,040580 ha torpaq sahəsinə dair arxiv qovluğunda olan texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-7630/2023 **********30 nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 51 ünvanında yerləşən torpaq sahəsinə dair texniki vəziyyətini əks etdirən müayinə aktı və koordinatları barədə məlumatı məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş 18 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi iki hissədən ibarət olmaqla hər tərəfdən üzərində olan və qonşu tikilinin çöl daş divarı ilə və mişar daş hasarla sərhədlənib, bir tərəfdən şərti olaraq göstərilib, sahənin bir hissəsindən qonşu sahəyə də giriş vardır, qonşu sahə və yol ilə əhatələnib.
İİİ. Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:
5. Azərbaycan Respublikası Konstitusiyasının
- 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:
- 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;10.2.2. torpaq sahəsinin planı və ölçüsü;10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 51 ünvanda yerləşən 0,040580 ha torpaq sahəsi torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, torpaq sahəsinə dair müvafiq texniki sənədlər tərtib edilməmişdir. Halbuki mövcud qanunvericiliyə əsasən texniki sənədləri (torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq cavabdehin vəzifələrinə aiddir.
Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: - 3.1.Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKRin vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək;... 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə plan ölçünün verilməsi barədə cavabdeh inzibati müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinaya əsas göstərilən torpaq sahəsi ilə arxiv texniki pasportu arasında perimetrik ölçü və konfiqurasiya fərqin mövcud olması olmuşdur. Məhkəmə cavabdehin hazırki dəlili əsassız və yanlış hesab edir, belə ki, mülkiyyət hüququ qeydə alarkən, cavabdeh maraqlı şəxsin torpaq sahəsinin yerləşməsini dəqiq müəyyən etmişdir ki, bu haqda daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparmışdır. İddiaçı ona məxsus torpaq sahəsindən manəsiz istifadə edir, torpaq sahəsi üzərində başqa hüquqi və ya fiziki şəxslərlə mübahisənin olması barədə məlumat yoxdur. Belə olan halda iddiaçıya məxsus torpaq sahəsinə aid texniki sənədləri verməkdən imtina edən cavabdeh bununla qanunsuz hərəkətsizliyə yol vermişdir. Yaranmış mübahisənin həlli üçün, pozulmuş hüquqlarının bərpası üçün , iddiaçı məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır.
9. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2020-ci il tarixdə ********** sayılı qeydiyyat nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 51 ünvanda yerləşən 0,040580 ha torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** sayılı qeydiyyat nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 51 ünvanda yerləşən 0,040580 ha torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova