Məhkəmə qərarları › İş №2-1(112)-6062/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6062/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6062/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “pul vəsaitinin götürülməsinə dair müvafiq icazənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1 atası mərhum X5 miras qalmış "xxxx" QSC-nin əmanət hesabında olan 10000 ABŞ dolları pul vəsaitinin tərəfindən götürülməsinə icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, qardaşı arvadı X6 xx.xx.2013-cü il tarixində, qardaşı X10 isə xx.xx.2022-ci il tarixində dünyasını dəyişmişdir. Valideynlərinin vəfatından sonra xx.xx.2009-cu il təvəllüdlü X1 qulluq, tərbiyə və təlim-təhsili ilə məşğul olduğundan xx.xx.2022-ci il tarixli, 189 saylı Cavabdeh başçısının sərəncamı ilə xx.xx.2009-cu il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Bundan sonra onun bütün maddi və mənəvi tələbatlarını həyata keçirir. Mərhum qardaşı X10 isə xx.xx.2022-ci il tarixində dünyasını dəyişdikdən sonra xx.xx.2009-cu il təvəllüdlü X7 miras qoyanın qanun üzrə vərəsəsi kimi tanınmış, bu barədə müvafiq şəhadətnamə təqdim edilmişdir. Miras əmlak üzərində, o cümlədən, əmanət hesabında olan pul vəsaitinə dair ½ hissədə vərəsəlik hüququ tanınmışdır. xx.xx.2009-cu il təvəllüdlü X7 universitetə qəbul olunmaq üçün var gücüylə çalışır. Hazırda abituriyentdir. Belə bir şəraitdə onun təhsil xərcləri daha da artmış, yalnızca onun maddi vəsaiti hesabına qarşılanması mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.4-cü maddəsinə əsasən, uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Məhz bu səbəbdən də, cavabdeh orqana müraciət edərək mərhum atasından qalmış 10000 ABŞ dollarının bir hissəsinin ödənilməsini xahiş etsə də, cavabdeh orqan tərəfindən müraciəti müsbət həll edilməmiş, Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Halbuki, hər iki valideynini itirmiş xx.xx.2009-cu il təvəllüdlü X1 universitətə qəbul olmaq, öz həyatını qurmaq, başqasından yaşamaq üçün indi sözü gedən pul vəsaitinə daha çox ehtiyacı vardır. Valideynlərini itirmiş xx.xx.2009-cu il təvəllüdlü X1 yeganə ümidi və çıxış yolu keyfiyyətli təhsil ala bilməsidir. Bunun üçün isə atasından ona miras qalmış pul vəsaitinə ehtiyac vardır. Miras qalmış pul vəsaitinin bütövlüklə verilməsini istəmir, sadəcə xx.xx.2009-cu il təvəllüdlü X1 təhsilini qarşılaya biləcək həddə verilməsi belə kifayətdir. Buna rəğmən müraciətinin müsbət həll edilməsindən imtina edilməsi xx.xx.2009-cu il təvəllüdlü X1 hüquqlarının pozulmasının bariz nümunəsidir. Göründüyü kimi, cavabdehin imtinası xx.xx.2009-cu il təvəllüdlü X1 hüquqlarını pozmaqdan başqa bir şey deyildir. Buna görə də cavabdehin imtinası əsassız hesab edilməlidir. Odur ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il təvəllüdlü X1 atası X5 miras qalmış 10000 ABŞ dolları pul vəsaitinin götürülməsinə icazə verilməsi öhdəliyinin Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması qanunauyğun hesab edir.

3. Cavabdehin iddiaçının müraciətinə imtinasında bildirilmişdir ki, “qəyyumu olduğunuz X1 üstün mənafeyi baxımından sizin müraciətinizin müsbət həlli Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmişdir”.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan vətəndaş İddiaçı xx.xx.2022- ci il tarixli, A-117-099 saylı ərizə ilə Cavabdehnə müraciət edərək yetkinlik yaşına çatmayan qardaşı qızı X7 üzərində özünün qəyyum təyin olunmasını xahiş etmişdir. İddiaçı Komissiyanın iclasında verdiyi izahat zamanı öz xahişini onunla əsaslandırmışdır ki, X1 anası X6 xx.xx.2013-cü ildə, atası X10 isə xx.xx.2022-ci ildə vəfat etmişlər. Valideyn himayəsindən məhrum olmuş Rüqayyə Axundovaya özünün baxdığını, uşağın həyati tələbatlarını öz tərəfindən təmin olunduğunu, onu qayğı və məhəbbətlə əhatə etdiyini bildirmişdir. R.İ.Axundovanın üzərində qəyyum təyin olunması ilə bağlı məsələnin araşdırılması zamanı uşağın mərhum atasının mülkiyyətində olan, ünvan 3 ünvanda əmisi (qəyyumu) İddiaçı uşaqları ilə birlikdə yaşadığı müəyyən edilmişdir. İddiaçı təqdim olunmuş Cavabdeh başçısının imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 189 saylı Sərəncamın 2-ci, 3- cü və 4-cü bəndlərində qəyyum olan şəxsin vəzifə və səlahiyyətləri barədə məlumat tam ətraflı öz əksini tapmışdır. Buna baxmayaraq, vətəndaş İddiaçı qəyyum vəzifəsindən sui istifadə edərək mərhum qardaşı X8 vərəsəsi, valideyn himayəsindən məhrum olmuş X2 Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən ona çatacaq 1/2 miras payından istifadə etmək istəmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 086472 №li Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, keçmiş Yanukovski, (indiki Qəsr) küçəsindəki 14 №-li yaşayış evinin 16 mənzili valideyn himayəsindən məhrum olmuş X1 mərhum atası X8 adına Xüsusi Mülkiyyət kimi huquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 297 №-li Reyestr Kitabında 12824 №-ilə xx.xx.1997-ci il tarixində qeydiyyat aparılmışdır. Bu ünvanda X7 da qeydiyyatda olmuşdur. Baxmayaraq ki, yuxarıda göstərilən ünvan Qeydiyyat Vəsiqəsinə əsasən İqrar Axundovun adına rəsmiləşdirilmiş olub, xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH Seriyalı, ******* №- li Çıxarışa əsasən ünvan 1 ünvanında istifadədə olan yaşayış yeri tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 941 №-li reyestr kitabının 87311 №-li vərəqində qeydiyyata alınmışdır. X7 hazırda da ünvan 1 ünvanında yerləşən yaşayış yerində qeydiyyatdadır və sözügedən mənzildən X2 miras əmlakdan 1/2 hissədə irs çatır. Bu barədə uşağa çatacaq miras payı barədə Notariusdan nə səbəbdənsə Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə çıxarılmamışdır. Komissiyada məsələyə baxılarkən İddiaçı dediklərinə əsasən müəyyən olundu ki, onun qəyyumluğuna verilmiş qardaşı qızı X7 70 yaşlı nənəsi X9 ilə birlikdə yaşayır. X13 təsdiq etdi ki, nəvəsi onunla yaşayır və uşağa özü baxır. Halbuki, qəyyumluğa verilmiş şəxs qəyyumu ilə birlikdə yaşamalı və ona qəyyum baxmalıdır. Qəyyum üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə bu vəzifənin icrasından kənar ediləcəyi və qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq olunmuşdur. Valideyn himayəsindən məhrum olmuş Rüqəyya Axundovaya dövlət tərəfindən təyin edilmiş 300 AZN sabit pul məbləğində müavinəti əmisi İddiaçı alır. Uşaq hazırlığa getsə belə, 300 manat müavinət yetərlidir. Qəyyum qəyyumluğuna götürmüş şəxsin həyati tələbatlarını şəxsi gəlirlərindən ödəməlidir. X7 18 yaşa çatdıqdan sonra ona çatacaq məbləğ uşağın sağlamlıq vəziyyəti nəzərə alınaraq, onun müalicəsinə (əməliyyat olunmasına) sərf olunmalıdır. Rüqəyya Axundovanın qəyyumu İddiaçı Komissiyada dediyinə əsasən gəzintiyə, istirahətə sərf oluna bilməz. Hazırda İddiaçı Komissiyadan tələbi üzərində qəyyumluğunda olan valideyn himayəsindən məhrum olmuş, yetkinlik yaşına çatmayan qardaşı qızı X2 Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında irs olaraq 1/2 hissə paydan Rüqəyyaya çatacaq məbləğin Bankdan özünün tərəfindən məxaric edilməsinə icazənin verilməsindən ibarətdir. Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olaraq, valideyn himayəsindən məhrum olmuş, yetkinlik yaşına çatmayan X2 Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin əsasında irs olaraq 1/2 hissə paydan Rüqəyyaya çatacaq məbləğin Bankdan qəyyumu İddiaçı tərəfindən məxaric edilməsinə icazənin verilməsinə dair təqdim olunmuş sənədlərə baxaraq, yaranmış vəziyyəti yenidən təhlil edərək, valideyn himayəsindən məhrum olmuş, yetkinlik yaşına çatmayan X1 mənafeyini və hüququnu qoruyaraq, onun üzərində qəyyum təyin olunmuş əmisi İddiaçı qeyd edilən sənədləri İcra Hakimiyyətinə təqdim etməsi xahiş olunmuşdur: “ASAN Xidmət” Mərkəzindən DİN-in “Vətəndaşın yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlar X1, İddiaçı və X4 adına, Yaşayış yeri üzrə MKİS-dən Forma-2 İddiaçı və X3 adına, X2 ünvan 1, ünvan 5 ünvanında yerləşən miras əmlaklardan hər birindən % hissədə irsin çatacağı və “Access Bank QSCnin xx.xx.2022-ci il tarixli, 12075 №-li Arayışına əsasən mərhum X8 adına “Access Bank QSC-nin Səbail filialında AZ15ACAB******************** saylı əmanət hesabında 19752 USD (on doqquz min yeddi yüz əlli iki) ABŞ dollarından ibarət miras əmlak barədə Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamələrin Notarius tərəfindən təsdiq edilmiş 1 nüsxəsi, X2 məxsus Şəxsiyyət vəsiqəsinin əsli, “DOST” Xidmətindən X2 təyin edilmiş müavinət haqqında Arayış, Hər iki ünvanda yerləşən yaşayış yerlərinə aid Çıxarış və ya Texniki Pasport. Vətəndaş İddiaçı dəfələrlə deyilməsinə baxmayaraq, o, qeyd edilmiş sənədləri RİH-ə təqdim etməkdən imtina etmişdir.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İİ. İddianın mümkünlüyü

6. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

7. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. İddia ərizəsindən göründüyü kimi iddiaçı onun qəyyumu olduğu xx.xx.2009-cu il təvəllüdlü X1 atası mərhum X5 miras qalmış "xxxx" QSC-nin əmanət hesabında olan pul vəsaitinin tərəfindən götürülməsinə icazə verilməsini xahiş edir.

9. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı mümkün saymır:

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

11. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün qəyyumluq və himayəçilik təyin edilir. (Mülki Məcəllənin 33.1-ci maddəsi). Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir (Mülki Məcəllənin 34.3-cü maddəsi).

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.

13. Göründüyü kimi, qəyyumluqda olan şəxsin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər görmək, qəyyumluq və himayəçilik orqanının hüququdur.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli 189 nömrəli sərəncamı ilə xx.xx.2009-cu il təvəllüdlü X7 üzərində himayəçi təyin edilmişdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə qəyyumluğunda olan yetkinlik yaşına çatmayan şəxsin əmlakının üzərində sərəncam verilməsi ilə bağlıdır ki, valideyn himayəsindən məhrum uşaqlar üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Qeyd olunmalıdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 189 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla valideyn himayəsindən məhrum xx.xx.2009-cu il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. İddiaçının hazırki tələbi isə sözügedən sərəncamdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır.

17. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.

18. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.

19. Beləliklə, cavabdeh icra hakimiyyətinin qəyyum təyin edilməsi haqqında sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir və ondan irəli gələn məsələlərə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).

21. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

22. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

23. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar