Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-607/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, 2008-ci ilə qədər əmək fəaliyyətinə davam etmişdir. Həmin müddətdə güzəştli pensiya almaq hüququ verən vəzifələrdə işləmişdir. Bu barədə əmək kitabçasında, hərbi biletində müvafiq qeydlər edilmişdir. Ümumi 36 illik siğorta stajı vardır. 2011-ci ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt ona aylıq 165 manat pensiya təyin edilmişdir, lakin hesab edir ki, pensiyası düzgün hesablanmamışdır. Belə ki, həmin vaxt o, 210 manat pensiya almalı idi. Sonradan bu barədə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. Hal-hazırda artımla 292 manat pensiya alır, lakin pensiyası düzgün hesablanacağı halda daha yüksək pensiya ala bilər. Əmək kitabçasından qeydlərdən məlum olur ki, onun 36 il ümum stajı olmuşdur və həmin müddətin 29 ilini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir. O, cavabdeh Xüsusi şərtlər təyinat üzrə Mərkəzi filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Cavabdeh qurumun xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, yenidən hesablanma ilə bağlı müraciətindən imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, yenidən hesablanmalı ilə ona düşən aylıq pensiya məbləği 292.46 manat təşkil edir. Hesab edir ki, kifayət qədər güzəştli iş stajı və ümumi iş stajına malik olmağına baxmayaraq cavabdeh orqan tərəfindən ona pensiya təyin edilərkən minimum məbləğ təyin edir və nəticədə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə” qərarında aşağıdakı məsələlər qeyd edilmişdir: 1.İddiaçı xx.xx.2011-ci il tarixdə Fondun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir; 2.xx.xx.2021-ci il tarixdə İddiaçı təyin edilmiş pensiya yenidən hesablanarag 288,49 manatdan 292,46 manata artırılmış, həmçinin keçmiş üç il üçün ödəniş edilmişdir.
3. Keçmiş müddət üçün hesablanmış 120,76 manat fərg məbləği cari ilin iyun və iyul aylarında (hər av 60.38 manat) pensiyanın üzərinə əlavə olunmaqla ödənilmişdir. Bildiririk ki, N.Ə.X3 rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı müraciətinə əsasən onun pensiyası Mərkəzi Filial tərəfindən yenidən hesablanmıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hügugunun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 32 il 8 ay 16 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 63,25 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1419,84 manat sığorta kapitalına uyğun 9,86 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2011-ci il tarixində 158,12 manat pensiya məbləği (63,25+9,86+85 (baza hissəsi) (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 292,46 manat)) ödənilməli olduğu halda, xx.xx.2006-cı il tarixinədək ümümi iş stajı 32 il 8 ay 16 gün götürülməklə sığorta hissəsi 63,14 manat müəyyən edilmiş, 1133,28 manat sığorta kapitalına görə pensiyasının sığorta hissəsi 7,87 manat müəyyən edilərək 156,01 manat (63,14+7,87+85 (baza hissəsi) (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 288,49 manat)) məbləğində pensiya təyin olunaraq ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 120,76 manat fərq məbləği 2021-ci ilin iyun və iyul aylarında (hər ay 60,38 manat) pensiyasının üzərinə əlavə olunmaqla ödənilib. Həmçinin İddiaçı əmək pensiyası qanunvericiliyinin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 302,40 manat məbləğində olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq deyildir və iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə göndərilmiş pensiya işindən görünür ki, DSMF-nin Xəzər şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiya məbləğindən narazı olduğunu bildirmiş və təqdim etdiyi sənədlər əsasında pensiya işinə yenidən baxılmasını xahiş etmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə **********0 nömrəli, xx.xx.2021ci il tarixli qərara əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə 218,60, xx.xx.2019-cu il tarixdə 225.16 manat. xx.xx.2020-ci il tarixdə 262,53 manat, xx.xx.2021-ci il tarixdə 292,46 manat təyin edilmiş, yenidən hesablanmış məbləğ 292,46 manat, ötən dövrlər üzrə pensiya məbləği xx.xx.2018-xx.xx.2021-ci il tarixədək 120.76/2=60,38 manat müəyyən edilmişdir. Pensiya təyinatı alt sistemindən çıxarışa əsasən iddiaçının 1992-ci ilədək 18 il, 8 ay, 16 gün, PSK - 9755.4445, sığorta hissəsi - 67.7461, 1992-dən 2006-ya qədər 14 il, PSK – 7299.4536, sığorta hissəsi – 50.696, 2006-dan sonra 2 il, 8 ay, PSK – 2659.88, sığorta hissə - 18.4714, cəmi 35 il, 4 ay, 16 gün, PSK – 19714.7781, pensiya kapitalına görə sığorta hissəsi 136.9081, hesablanmış pensiya məbləği üzrə fərq - -292.47, pensiya sığorta kapitalı üzrə fərq – 0 müəyyən edilmişdir. Pensiya təyinatı alt sisteminə əsasən iddiaçıya xx.xx.2021 və xx.xx.2021-ci il traixlərdə 60,38 manat keçmiş dövr üçün pensiya ödənilmiş, xx.xx.2022-ci il tarixdən 302,40 manat məbləğində pensiya ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin müraciətinə əsasən onun pensiyası Mərkəzi Filial tərəfindən yenidən hesablanmıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 32 il 8 ay 16 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 63,25 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1419,84 manat sığorta kapitalına uyğun 9,86 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2011-ci il tarixində 158,12 manat pensiya məbləği (63,25+9,86+85 (baza hissəsi) (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 292,46 manat)) ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümümi iş stajı 32 il 8 ay 16 gün götürülməklə sığorta hissəsi 63,14 manat müəyyən edilmiş, 1133,28 manat sığorta kapitalına görə pensiyasının sığorta hissəsi 7,87 manat müəyyən edilərək 156,01 manat (63,14+7,87+85 (baza hissəsi) (xx.xx.2021 -ci il tarixinədək indeksləşdirilməklə 288,49 manat)) məbləğində pensiya təyin olunaraq ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 120,76 manat fərq məbləği 2021-ci ilin iyun və iyul aylarında (hər ay 60,38 manat) pensiyasının üzərinə əlavə olunmaqla ödənilib. Həmçinin İddiaçı pensiyası qanunvericiliyinin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 302,40 manat məbləğində olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, 4 sentyabr 2011-ci il tarixli müraciətinizə əsasən Fondun Xəzər rayon şöbəsi tərəfindən sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda əmək pensiyanız xx.xx.2021-ci il tarixli müraciətinizə əsasən Mərkəzi Filial tərəfindən yenidən hesablanaraq 288,49 manatdan 292,46 manata artırılmış, həmçinin keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında” Qanunun 32.1.1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 120,76 manat fərq məbləği cari ilin iyun və iyul aylarında ( hər ay 60,38 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülüb. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 292,46 manat məbləğində olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla ona 57 yaşdan, yəni xx.xx.2011-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hərbi xidməti və əmək kitabçası qeydləri nəzərə alınmaqla 1 yanvar 2006-cı ilədək ümumilikdə iş stajı 32 il 08 ay 16 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya xx.xx.2011-ci il tarixdə pensiya təyin edilən zaman qüvvədə olmuş (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.11-ci maddə ləğv edilmişdir.): -1.0.11-ci maddəsinə əsasən əmək pensiyasının baza hissəsi - əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır; -1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -1.0.13-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -4.2-ci madəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.1. baza hissəsindən; 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 4.2.1-ci və 4.3.1-ci maddələr ləğv edilmişdir) 17 may 2011-ci il tarixli 128-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edlmiş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilən zaman hüquq münasibətlərini tənzimləyən “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu 21 sentyabr 2010-cu il tarixli 941 nömrəli əmri ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın -1.3-cü bəndinə görə yaşa görə əmək pensiyaları və əlilliyə görə əmək pensiyaları aşağıdakı hissələrdən ibarətdir: - baza hissəsi; - sığorta hissəsi; - yığım hissəsi. -2.2-ci bəndinə əsasən yaşa görə əmək pensiyası Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir. -2.2.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. -2.2.2-ci bəndinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. -2.2.3-cü bəndinə əsasən Qanunun 27–ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. -2.2.4-cü bəndinə görə Qanunun 29.2-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Pensiya uçot vərəqinə əsasən iddiaçıya xx.xx.2006-cı il tarixinədək mövcud olan ümumi iş stajı 32 il 8 ay 16 gün, 32 ilin hər tam ili 170 manat, 08 ay 16 günə münasibətdə isə həmin məbləğin ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla sığorta hissəsi 63,14 manat, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə pensiya hüququnun yarandığı 2011-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən toplanmış 1133 manat pensiya kapitalına görə yığım hissə 7,87 manat müəyyən edilmiş beləliklə, P=BH+SH+YH düsturuna müvafiq olaraq ilkin olaraq iddiaçıya 156,01 manat (63,14+7,87+85) əmək pensiyası təyin edilmişdir. ƏPQ-nun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən onun əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2012-ci il yanvarın 1-dən 7,9%, 2013-cü ilin yanvarın 1-dən 1,1%, 2014-cü ilin yanvarın 1-dən 2,4%, 2015-ci il yanvarın 1-dən 1,4%, 2016-cı ilin yanvarın 1-dən 4%, 2017-ci ilin yanvarın 1-dən 12,4%, 2018-ci ilin yanvarın 1-dən 5,7%, 2019-ci ilin yanvarın 1-dən 3% artım, xx.xx.2020-ci ildən 16,6%, xx.xx.2021-ci ildən 11,4% tətbiq edilərək 2021-ci ilin aprel ayı da daxil olmaqla cəmi pensiya məbləği 288,49 manat olaraq ödənilmişdir. İddiaçının müraciətinə əsasən əmək pensiyası yenidən xx.xx.2021-ci il tarixdə hesablanmış, bu zaman iddiaçının xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 63,25 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı 2011-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1419,84 manat sığorta kapitalına uyğun yığım hissə 9,86 manat müəyyən edilərək ümumilikdə xx.xx.2011-ci il tarixinə 158,12 manat pensiya məbləği (63,25+9,86+85), xx.xx.2021-ci il tarixinə həmin məbləğin indeksləşdirilməklə 292,46 manat olduğu müəyyən edilmiş, bu zaman yaranmış fərq məbləği -120,76 manat məbləğ 2021-ci ilin iyun və iyul ayları üzrə pensiya məbləğinə əlavə edilməklə ödənilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının xx.xx.2021-ci il tarixində pensiyasının hesablanması qaydası ilə bağlı qanunverciliyinə əsasən hər hansı kənarlaşmaya yol verildiyi müəyyən olunmamış, bu halda cavabdehin pensiyanın yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova