Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6071/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəlləsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 157,8 kv.metr olan 3 otaqlı 79 №-li mənzilə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin və texniki pasportun tərtib edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə 30.12.2014-cü il tarixində bağladığı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəlləsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 157,8 kv.metr olan 3 otaqlı 79 №-li mənzilin tam dəyərini ödəməklə əldə etmişdir. Sonradan "xxxx" tikinti şirkətinin direktoru X1 sənədlər əsasında mənzilləri satmaqla vətəndaşların külli miqdarda pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* №-li cinayət işi başlanılmışdır (hal-hazırda cəzaçəkmə müəssisəsindədir). Bununla yanaşı mülki qaydada verdiyi iddia tələbi təmin edilərək Xətai Rayon Məhkəməsinin 2018-ci il 13 aprel tarixli 2(011)- 1120/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəlləsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 157,8 kv.metr olan 3 otaqlı 79 №-li mənzil iddiaçıya təhvil verilərək həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanıması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8042/2018 saylı, 2018-ci il 19 dekabr tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3208/2019 saylı, 2019-cu il 07 may tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixdə verilmiş icra vərəqəsi əsasında Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 27.08.2019-cu il tarixli aktı ilə qeyd edilən mənzil ona təhvil verilsə də həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması üçün icra vərəqi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi şöbəsinə icra üçün göndərilməmişdir. Qeyd olunan bina rəsmən dövlətə təhvil verilmişdir. Mülkiyyət hüququnun məhkəmələr tərəfindən tanınmasına baxmayaraq bu günə qədər dəyərini tam ödədiyi sahibliyində və istifadəsində olan mənzilə çıxarış əldə edə bilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair müraciətinə 2021-ci il 22 aprel tarixli **********92 nömrəli məktubla cavab verilmişdir ki, hər üç instansiya məhkəmələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoymamışdır. Həmçinin qeyd edilmişdir ki, mənzil-tikinti kooperativləri tərəfindən inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərə çıxarışın alınması üçün əsas olan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə uyğun olaraq mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) qeydiyyat üçün əsasdır. Cavabdeh inzibati orqana “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və kooperativ pay haqqının tam ödənilməsi barədə arayış təqdim olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçıya çıxarışın verilməsindən əsassız olaraq imtina olunmuşdur. "xxxx" tikinti şirkətinin direktoru X1 sənədlər əsasında mənzilləri satmaqla vətəndaşların külli miqdarda pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək hal-hazırda istintaq təcridxanasında olduğundan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını əldə etmək obyektiv cəhətdən mümkünsüzdür. Lakin bu məqama fikir verməyən inzibati orqan iddiaçının mülkiyyət hüquqlarını qeydə almaqdan formal mülahizələrinə əsasən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-6071/2021 nömrəli, 28.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı 08.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində 3 otaqlı 79 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, "xxxx" MMC tərəfindən İdarəyə rəsmi daxil olmuş müraciətə əlavə olunmuş siyahıda ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 79 saylı mənzilin sahibi kimi iddiaçının adı qeyd olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, mənzilin sənəd üzrə sahəsi 157,8 kv.metr, faktiki sahəsi isə 127,8 kv.metr təşkil edir. Ərizəyə əlavə edilmiş məhkəmə aktları rəsmi qaydada İdarəyə daxil olmamış və qeyd olunan məhkəmə aktları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 30.12.2014-cü il tarixli "xxxx" MTK ilə alıcı İddiaçı arasında bağlanmış Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" МТK-nin tikilməkdə olan binasında 79 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür: Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 157,8 kv.m, mənzilin mərtəbəsi XVİ-dır. Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 110.000 (bir yüz on min) manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı pulun qalan hissəsini MTK-ya bərabər hissələrlə olmaqla, ümumi qiymətin 10% məbləğində hər ayın 20-30 tarixlərində ödəməyi öhdəsinə götürür. Tikinti etabı və müddəti ilə alıcı tanışdır. Ödəniş nəğd pulla həyata keçirilir. Alıcı ilk ödəməni gecikdirərsə, MTK-nın ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqqların 30 gündən artıq gecikdirilməsi halında MTK-nın ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı cəmiyyət tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra alıcıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir. İş materiallarında olan "xxxx" MTK Mənzil Tikinti Kooperativinin 30.12.2014-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın – girişi, XVİ mərtəbəsində ümumi sahəsi 157,8 kv.m olan 3 otaqlı, 79 saylı mənzilin pay dəyərinin 110.000 (bir yüz on min) manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1120/2018 nömrəli, 13.04.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Axundov Tahir Temraz oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin olunması, Axundov Tahir Temraz oğlu ilə "xxxx" MTK arasında bağlanmış 11.06.2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 110 000 (yüz on min) manatın "xxxx" MTK ("xxxx" MMC)-dən tutularaq Axundov Tahir Temraz oğluna ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiasının qismən təmin olunması, Axundov Tahir Temraz oğlu ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilə dair bağlanmış 11.06.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilin Axundov Tahir Temraz oğlu və "xxxx" MTK ("xxxx" MMC) tərəfindən İddiaçı təhvil verilməsi və onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiasının qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8042/2018 nömrəli, 19.12.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Axundov Tahir Temraz oğlunun apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3208/2019 nömrəli, 07.05.2019-cu il tarixli qərarı ilə iddiaçı Axundov Tahir Temraz oğlunun kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8042/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin adıçəkilən qərarında qeyd olunmuşdur ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" 25.10.2010-cu il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyinə, AR MM-nin 390-cı, 337-ci, 340.2-ci, 339.5-ci maddələrinə istinadən qeyd etmişdir ki, apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, MTK tərəfindən T.Axundovun adına verilmiş 11.06.2008-ci il tarixli müqavilə üzrə möhür əksləri ekspertizaya təqdim edilmiş MTK-nın möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. İddiaçı ilə MTK arasında 30.12.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir və İddiaçı həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Bu baxımdan Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi T.Axundovun iddiasını əsassız hesab etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, Məhkəmə tərəfindən eyni mənzilə dair iki müqavilənin bağlanılması müəyyən edildiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan Məhkəmə kollegiyası hesab etmişdir ki, T.Axundov ilə MTK arasında 11.06.2008-ci il tarixdə bağlanmış müqavilə etibarsızdır. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin İddiaçı təhvil verilməsi, habelə onun mənzilə sahiblik və istifadə hüquqlarının tanınması barədə qənaəti də əsaslı və işin hallarına uyğundur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1120/2018 nömrəli, 13.04.2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Axundov Tahir Temraz oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin olunmaması, Axundov Tahir Temraz oğlu ilə "xxxx" MTK arasında bağlanmış 11.06.2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 110 000 (yüz on min) manatın "xxxx" MTK ("xxxx" MMC)-dən tutularaq Axundov Tahir Temraz oğluna ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiasının qismən təmin olunması, Axundov Tahir Temraz oğlu ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilə dair bağlanmış 11.06.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilin Axundov Tahir Temraz oğlu və "xxxx" MTK ("xxxx" MMC) tərəfindən İddiaçı təhvil verilməsi və onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiasının qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 27.08.2019-cu il tarixli aktda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bu aktı icra məmuru X9, hal şahidi X6, hal şahidi X5 iştirakları ilə tərtib edir ondan ötrü ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1120 saylı, 13.04.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.metr olan 3 otaqlı, 79 saylı mənzil Axundov Tahir Temraz oğlu və "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilmişdir və onun həmin mənzilə dair sahiblik və istifadə hüququ tanınmalıdır. İcra sənədinin icrası ilə bağlı sözügedən mənzildə oldular. "xxxx" MTK-nın təsisçisi Bağışov Xaləddin Vəkil oğlunun tələbkar İddiaçı və icrada iştirak edən digər şəxslərin iştirakı ilə icra sənədində qeyd olunan mənzilə daxil oldular. Mənzilin boş olduğu müəyyən edildi. İcra vərəqəsində göstərilən mənzil tələbkar İddiaçı istifadəsinə və sahibliyinə verildi. Aktı tərtib edib, öz imzaları ilə təsdiq edirlər. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 29.08.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarında göstərilmişdir ki, Axundov Tahir Temraz oğlu ilə "xxxx" MTK arasında bağlanmış 11.06.2008-ci il tarixli müqavilə üzrə ödənilmiş 110 000 (yüz on min) manat "xxxx" MTK ("xxxx" MMC)-dən tutularaq Axundov Tahir Temraz oğluna ödənilməlidir. Axundov Tahir Temraz oğlu ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzilə dair bağlanmış 11.06.2008-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzili Axundov Tahir Temraz oğlu və "xxxx" MTK ("xxxx" MMC) tərəfindən İddiaçı təhvil verilsin və onun həmin mənzilə dair sahiblik və istifadə hüququ tanınmalıdır. İcra sənədi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 157,8 kv.m olan, 3 otaqlı, 79 saylı mənzili Axundov Tahir Temraz oğlu və "xxxx" MTK ("xxxx" MMC) tərəfindən İddiaçı təhvil verilməsi hissəsində 27.08.2019-cu il tarixli akta əsasən icra olunmuşdur. Belə ki, icra sənədində göstərilən mənzil həmin akta əsasən İddiaçı təhvil verilmiş, həmçinin onun istifadəsi və sahibliyinə verilmişdir. Həmin qərarla göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1120/2018-006 nömrəli, 13.04.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, **********39 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi” tələbi barədə iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.05.2021-ci il tarixli 2-1(112)-6071/2021 nömrəli sərəncamına aidiyyəti üzrə baxılmışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, iş üzrə cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi 07.06.2021-ci il tarixli, XO-02-05-2021-01612 nömrəli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.12.2019-cu il tarixli 263 nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş X2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 nömrəli, 29.06.2021-ci il tarixli hökmündən görünür ki, qeyd edilən cinayət işi üzrə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə 2008-2013-cü illərdə inşa edilmiş 1 girişli, 20 mərtəbəli binanın 3 otaqlı, 157,8 kv.m sahəli 79 nömrəli mənzilin İddiaçı tərəfindən qanuni əsaslarla vicdanlı alıcı kimi almış olduğu və həmin mənzilin ona məxsus olması müəyyən edildiyi, həmçinin həmin halın məhkəmə baxışı zamanı da təsdiq olunduğu nəzərə alınaraq qeyd edilən mənzillə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının, həmçinin Bakı Apellyasiya Məhkəməsi və müvafiq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş aktlarının (qətnamə və qərarların) qəbul edildiyi nəzərə alınmışdır. İş materilalarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş bildiriş xəbərdarlığa əsasən abonent kodu **********D0079, abonentin adı İddiaçı, ünvan ünvan 3 materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 22.07.2021-ci il tarixli, **********79 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC tərəfindən İdarəyə rəsmi daxil olmuş müraciətə əlavə olunmuş siyahıda ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 79 saylı mənzilin sahibi kimi sizin adınız qeyd olunmamışdır. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Həmçinin bildirilir ki, ərizəyə əlavə edilmiş məhkəmə aktları rəsmi qaydada İdarəyə daxil olmamış və qeyd olunan məhkəmə aktları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı "xxxx" MTK ilə 30.12.2014-cü il tarixində bağladığı müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 157,8 kv.metr olan 3 otaqlı 79 nömrəli mənzilin tam dəyərini ödədiyini, həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarının qanuni qüvvəsini almış məhkəmə aktları ilə tanındığını əsas götürərək həmin əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan "xxxx" MTK tərəfindən təqdim olunmuş siyahıda sözügedən mənzilin sahibi kimi iddiaçının adının qeyd olunmadığına, eləcə də məhkəmə aktları ilə cavabdeh inzibati orqanın üzərinə hər hansı öhdəlik qoyulmadığına istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi və mənzilə dair texniki pasportun tərtib edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Göründüyü kimi mənzil-tikinti kooperativləri tərəfindən inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərə qeydiyyatın aparılması üçün əsas kimi mənzil tikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasdır. İşin yuxarıda sadalanan hallarından görünür ki, 30.12.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK dəyəri 110.000 manat müəyyən edilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 157,8 kv.metr olan 3 otaqlı 79 nömrəli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 30.12.2014-cü il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzillə bağlı təqdim edilən hüquqmüəyyənedici sənədlər arasında mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının olmaması iddiaçının kooperativ üzvü kimi qəbul olunmaması və ya həmin mənzilə payçı olaraq hüququnun yaranmadığı nəticəsinə gəlməyə və qeyd edilən Qanunun 8.0.6-cı maddəsinin normasına uyğun olmadığı əsası ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Qeyd edilməlidir ki, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 30.12.2014-cü il tarixli müqavilədə MTK mənzili almaq istəyən İddiaçı bilavasitə kooperativin üzvü kimi tanımış, ona mənzili pay haqqının ödənilməsi şərti ilə verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə MTK-ya olan pay haqqını tam şəkildə ödəmişdir. Digər tərəfdən iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktlarından da görünür ki, iddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 157,8 kv.metr olan 3 otaqlı 79 nömrəli mənzilə dair bağlanmış qeyd edilən 30.12.2014-cü il tarixli müqavilənin etibarlılığı, eləcə də mənzilin İddiaçı təhvil verilməsi ilə bağlı iddia tələbləri mülki məhkəmə icraatı müstəvisində mübahisələndirilmiş, yekunda 30.12.2014-cü il tarixli müqaviləyə əsaslanaraq "xxxx" MTK-nın mübahisəli mənzili iddiaçıya verməsi, iddiaçının buna görə müvafiq ödəniş etməsi və sonuncunun mənzilə sahiblik və istifadə hüququnun tanınması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, Ali Məhkəmənin 2(102)-3208/2019 nömrəli, 07.05.2019-cu il tarixli qərarında İddiaçı ilə MTK arasında 30.12.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyərinin onun tərəfindən tam olaraq ödənildiyi və İddiaçı həmin əmlaka mülkiyyət hüququ əldə etdiyi göstərilmişdir. Eyni zamanda sözügedən MTK-nın səlahiyyətli şəxsləri barəsində aparılmış cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və hökmlə sonuncunun sözügedən mənzili qanuni əsaslarla vicdanlı alıcı kimi almış olduğu və həmin mənzilin ona məxsus olması müəyyən edilmişdir. MTK rəhbərliyinin satdığı mənzillərlə bağlı rəsmiləşmə işlərini lazımı qaydada aparmaması (kooperativ üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməməsi) iddiaçının qanuni qüvvəsini almış məhkəmə qərarları ilə etibarlılığı tanınmış 30.12.2014-cü il tarixli müqavilə və maliyyə arayışı əsasında təsdiq olunmuş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına mane hesab edilə bilməz. Cavabdehin imtina və etirazında bildirdiyi "xxxx" MTK-nın idarəyə təqdim etdiyi siyahıda iddiaçının mənzilin sahibi kimi adının qeyd olunmaması dəlilini məhkəmə iddiaçının mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün formal mülahizə kimi qiymətləndirir. Belə ki, MTK tərəfindən cavabdeh inzibati orqana təqdim edilən siyahıda iddiaçının adının aşkar olunmaması bilavasitə MTK-nın iddiaçının həmin mənzilə hüquqlarını tanımaması və aralarında mənzilin verilməsi ilə bağlı mülki mübahisələrinin olması ilə bağlı olmuşdur ki, tərəflər arasındakı mülki icraatda məhkəmə çəkişmələri iddiaçının xeyrinə qərar qəbul edilməklə yekunlaşmışdır. Qeyd edilən MTK ilə iddiaçı arasında mülki mübahisənin həllinə dair qəbul edilmiş qüvvədə olan məhkəmə qərarlarının icrasının nəticəsidir ki, mübahisəli mənzil İddiaçı 2(011)- 1120/2018 saylı, 13.04.2018-ci il tarixli icra vərəqəsi üzrə başlanmış icra icraatı çərçivəsində 27.08.2019-cu il tarixdə təhvil verilmiş, bu barədə Xətai rayon İcra və Probasiya Şöbəsi 27.08.2019-cu il tarixdə akt tərtib etmiş, icra məmurunun 29.08.2019-cu il tarixli qərarı ilə icra sənədi icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırkı halda qeyd edilən mənzilin təhvil verilməsi ilə bağlı icra icraatının nəticəsi, eləcə də sözügedən mənzilə dair kommunal xidmətlə bağlı iddiaçının adına abonent kodunun açılması, sayğacın quraşdırılması mənzilin faktiki olaraq iddiaçının sahiblik və istifadəsində olduğunu təsdiq edir. Beləliklə, "xxxx" MTK ilə İddiaçı arasında 30 dekabr 2014-cü il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində 3 otaqlı 79 nömrəli mənzil üzərində İddiaçı hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi mənzilin yerləşdiyi bina Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 20.12.2019-cu il tarixdə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -6.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. -7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin etmək (bənd 2.0.1); hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək (bənd 3.0.11); tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək (bənd 3.0.24) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində 3 otaqlı 79 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində 3 otaqlı 79 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6071/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6071/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver