Məhkəmə qərarları › İş №2-1(112)-6071/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6071/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6071/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi, bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin **********5141 saylı, 26 dekabr 2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov ünvanında yerləşən “Miss Moon” gözəllik adlı iaşə obyektində X11 tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 01 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilməsi səbəbindən 27 oktyabr 2023-cü il tarixli, 000870 saylı akt tərtib edilmişdir. Həmin aktda iddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********5141 saylı, 26 dekabr 2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qanunvericilikdə X11nin həyata keçirilməsi ücün 5 əsas müəyyən edildiyi halda, 26 dekabr 2023-cü il tarixli, **********5141 saylı “X11nin həyata keçirilməsi haqqında” qərarında bu əsaslardan hansının qeyd olunması və ümumiyyətlə qərarın əsaslandırılıbəsaslandırılmaması ona məlum deyildir. Çünki, X11ni həyata keçirən orqan qeyd edilən qərarı iddiaçıya təqdim etməmişdir. Həmin qərar nə iddiaçının elektron kabinetində yerləşdirilmiş, nə də ki, şəxsən ona təqdim edilmişdir. Bu isə özlüyündə “X11nin həyata keçirilməsi haqqında” qərar qəbul edilərkən Vergi Məcəlləsinin 50.20-ci maddəsinin tələblərinə riayət edilməsini aydınlaşdırmağa imkan vermir. “X11nin həyata keçirilməsi haqqında” qərarında əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi X11nin qanunsuz hesab olunması üçün əsas kimi qəbul edilir. Cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 08 oktyabr 2021-ci il tarixində zəruri olan sənədlərin təqdim olunması haqqında **********3180 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə 27 oktyabr 2023-cü il tarixində də X11nin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Halbuki, qanunverici vergi orqanı üçün sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Cavabdeh orqan X11 zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar etdiyini qeyd etmiş, onun izahat verdiyini, bildirmişdir. Vergi orqanı nümayəndəsinin israr və hədələrindən sonra izahat verməyə məcbur olan bu şəxsin məhkəmə icraatı zamanı məhkəmə iclasına rəsmi qaydada çağrılıb ifadəsinin alınmasını zəruri hesab edir. Həmin şəxs vergi orqanı operativ yoxlama tədbiri apardığı zaman qeyd edilən obyektdə sadəcə öyrənmək məqsədilə, qeyd edilən sahədə fəaliyyət göstərə biləcəyini sınamaq üçün, bacarığının bu sahədə işləməyə imkan verməsini yoxlamaq məqsədi ilə olubdur və bu iş fəaliyyətinin xüsusiyyətləri ilə tanış olan, bu sahənin spesifik cəhətləri olduğunu bilən hər kəs bilir ki, şəxs könüllü surətdə, özünü yoxlamaq üçün, təlim keçmək üçün bir neçə gün bu tip obyektlərdə bir neçə saat ərzində görülən işlərlə tanış olmağa çalışırlar. Bütün bu qeyd edilənlər, vergi orqanı tərəfindən aparılan yoxlama-nəzarətin doğru olmayan nəticəyə gəldiyini deməyə əsas verir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin “X11nin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2316 nömrəli qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 15:50-də iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ. Qəzənfər Musabəyov (Rəsulzadə qəsəbəsi) ünvanda yerləşən “Miss Moon” gözəllik salonunda müştəri tərəfindən alınmış lazer xidmətinə görə 8 manat nağd qaydada ödəniş edilsə də, ödəniş müqabilində müştəriyə NKA çeki təqdim edilmədiyi, bununla da Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı” Qaydalarının 8.3.16-cı bəndinin tələblərinin pozulması faktı aşkar edilərək, xx.xx.2023-cü il tarixli, DVX seriyalı 032414 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Bundan əlavə qeyd edilən qərar əsasında həyata keçirilmiş X11 tədbiri zamanı obyektdə 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi aşkar edilərək, xx.xx.2023-cü il tarixli, DVX seriyalı 000870 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3307 nömrəli qərarı ilə 1000 manat, xx.xx.2023-cü il tarixli **********5141 nömrəli qərarı ilə 2000 manat olmaqla, ümumilikdə 3000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar və tələbnamələr xx.xx.2023-cü il tarixli, **********835800 nömrəli və xx.xx.2023-cü il tarixli, **********952500 nömrəli məktublarla vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, xx.xx.2023-cü il tarixli **********835800 nömrəli məktub elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 11:31:28-də, xx.xx.2023-cü il tarixli məktub elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 18:13:33-də oxunmuşdur. OVN tədbiri keçirilməmişdən əvvəl xx.xx.2022-ci il tarixində vergi ödəyicisinə “Vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə" xəbərdarlıq təqdim edilmişdir. Müşahidələr həyata keçirilərkən vergi ödəyicisi tərəfindən pozuntu hallarının aradan qaldırılmadığı müəyyən edildiyindən OVN tədbiri keçirilmişdir. X2 vergi orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixindən saç ustası vəzifəsinə qəbul edildiyini, aylıq əmək haqqının 345 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən şəxslərdən Səadət və Nərgizi tanıdığını, onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. İddiaçı OVN tədbiri zamanı xx.xx.2023-cü il tarixində vergi orqanına təqdim etdiyi izahatında X3 ii əmək müqaviləsi bağlamadığını, onun əl işlərinə baxdıqdan sonra onunla əmək müqaviləsi bağlayacağını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından əldə olunmuş məlumata əsasən OVN tədbirindən sonra xx.xx.2023-cü il tarixində iddiaçı ilə X3 arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçının biddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixli **********4759 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etsə də, iddiaçı barəsində qeyd olunan qərar qəbul edilməmişdir. Vergi ödəyicisi “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akta əsasən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı mübahisələndirsə də qeyd olunan qərara münasibətdə iddiasını ümumiyyətlə əsaslandırmamışdır. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1997-ci ildə anadan olmuşdur və Qəbələ şəhəri, BUM qəsəbəsində qeydiyyatdadır. İddiaçıya məxsus xx.xx.2018-ci il tarixli, ********** nömrəli VÖEN-dən görünür ki, iddiaçı həmin VÖEN-ə əsasən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı fərdi sahibkar kimi fəaliyyətini müvəqqəti dayandırmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********2316 nömrəli “X11nin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Miss Moon” gözəllik salonunda xx.xx.2023 – xx.xx.2023 tarixləri arasında növbədənkənar X11 həyata keçirilməsi qərara alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 032414 nömrəli, xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, iddiaçıya məxsus olan Binəqədi rayonu, M.Rəsulzadə ştq., Q.Musabəyov ünvanda yerləşən “Miss Moon” gözəllik salonunda X11 həyata keçirilərkən müəyyən olundu ki, müştəri tərəfindən salon xidmətindən istifadə üçün 8 azn nağd qaydada ödəniş edildi, lakin müqabilində NKA-ya çek vurulmadı və müştəriyə verilmədi. Dövriyyədən yayındırılmış məbləğ 804 saylı çeklə bərpa edildi. İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, o, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Miss Moon” gözəllik salonunda keçirilən X11 zamanı foto və video çəkilişlərin aparılmasına etiraz etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi haqqında tərtib edilmiş DVX seriyalı, 000870 nömrəli, xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, iddiaçıya məxsus olan Binəqədi rayonu, M.Rəsulzadə ştq., Q.Musabəyov ünvanda yerləşən “Miss Moon” gözəllik salonunda X11 həyata keçirilərkən müəyyən olundu ki, işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunmuş 2 fiziki şəxsdən 1 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətləri) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin şəxsin (X4) verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərilmişdir ki, o, fərdi sahibkar İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən saç ustası vəzifəsinə qəbul edilmişdir. İşəgötürənlə arasında əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti ona təqdim edilməmişdir. Əmək haqqı aylıq 345 manat olmaqla razılaşdırılmışdır. Həmin gün işə götürüldüyü üçün əmək haqqı almamışdır. Nəğd şəkildə Səadət xanımdan alacağını, vergi qeydiyyatının olmadığını bildirmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli izahatında göstərilmişdir ki, iyul 2022-ci ildən qərarda qeyd olunan ünvanda Miss Moon adlı obyekti işlədir. Obyektin iş rejimi həftənin 6 günü (istirahət və bazar) günləri daxil olmaqla səhər saat 11:00-dan axşam saat 19:00-dək işləyir. Qeyd edilən ünvandan başqa hər hansı başqa obyekti, istehsal sahəsi və ya ambarı yoxdur. Obyektdə keçirilən OVN zamanı ümumi ondan başqa 2 nəfər fiziki şəxsin mövcudluğu müəyyən edilmişdir. Onlardan biri X7 ilə onunla arasında rəsmi qaydada əmək müqaviləsi bağlanmışdır. O biri fiziki şəxs X4 ilə əmək müqaviləsi bağlanmamışdır. Həmin şəxs saç ustası kimi fəaliyyət göstərməsi üçün xx.xx.2023-cü ildən işə dəvət edilmişdir və əl işinə baxıldıqdan sonra və işçi kimi özünü doğruldacağı halda rəsmi işə götürülərək ƏƏSMN-nin elektron portfoliosuna daxil ediləcəkdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********3307 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2023-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********5141 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 2000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin **********5141 saylı, 26 dekabr 2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Lakin, cavabdeh tərəfindən iddiaçı barəsində keçirilmiş X11 tədbiri nəticəsində **********5141 saylı, 26 dekabr 2023-cü il tarixli və **********3307 saylı, xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan və cavabdehin iddiaya yazılı etirazından görünür ki, iddiaçının mübahisələndirdiyi qərarlar **********5141 saylı, 26 dekabr 2023-cü il tarixli və **********3307 saylı, xx.xx.2023-cü il tarixli qərarlardır. İddiaçı isə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia ərizəsinin nəticə hissəsində **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarın mübahisələndirilməsini texniki səhv kimi qəbul edərək hesab edir ki, hazırkı məhkəmə baxışının predmetini **********5141 saylı, 26 dekabr 2023-cü il tarixli və **********3307 saylı, xx.xx.2023-cü il tarixli qərarların qanuniliyi və əsaslılığının yoxlanması təşkil edir. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş, işdən görünür ki, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 50.1-ci maddəsinə əsasən X11 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələri X11nin əhatə etdiyi məsələləri özündə əks etdirir. Məcəllənin 50.1.3-cü maddəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7-ci maddəsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi X11 tədbirlərinin əhatə etdiyi məsələlər sırasına aid edilmişdir. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, X11nin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda (50.2.). X11 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X11 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X11nin müddəti və X11ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir (50.3.). X11 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X11ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir (50.4.). X11nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X11 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49-cu maddələrinin müddəaları tətbiq edilir (50.6.). Göründüyü kimi iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov ünvanında yerləşən “Miss Moon” gözəllik adlı iaşə obyektində cavabdeh tərəfindən müvafiq qərar qəbul edilməklə X11 tədbiri həyata keçirilmişdir. Həmin tədbir nəticəsində müştəri tərəfindən alınmış lazer xidmətinə görə 8 manat nağd qaydada ödəniş edilsə də, ödəniş müqabilində müştəriyə NKA çeki təqdim edilmədiyi, həmçinin əmək müqaviləsi bağlanmadan bir nəfər şəxsin işin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarla 1000 manat, xx.xx.2023-cü il tarixli qərarla 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarları mübahisələndirir. Vergi Məcəlləsində göstərilmişdir ki, bəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləridir (13.2.24.). Həmin Məcəllənin 16.1.8-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi X11 tədbiri zamanı iddiaçıya məxsus obyektdə göstərilən xidmət və alınan məbləğ müqabilində kassa çeki verilmədiyi aşkar edilmiş və bununla bağlı iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində həmin qərarın əsassız olduğunu bildirsə də həmin əsassızlığın nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli X11 tədbiri zamanı iddiaçı tərəfindən bir nəfər şəxsin əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçı vergi orqanına verdiyi izahatında həqiqətən X4 ilə əmək müqaviləsi bağlanmadan onun işlərin görülməsinəö cəlb edildiyini etiraf etmişdir. X1 da vergi orqanına verdiyi izahatında həmin halı təsdiq etmişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş qərarları əsaslı hesab edir. İddia ərizəsinin məzmununda cavabdeh tərəfinən qəbul edilmiş qərarlar mübahisələndirilsə də, iddia ərizəsi formal əsaslara söykənmiş və qərarların əsassızlığının nədən ibarət olması iddia ərizəsinin məzmunu ilə müəyyən edilmir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar əsaslı və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli, **********3307 saylı və xx.xx.2023-cü il tarixli, **********5141 saylı qərarlarının ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar