Məhkəmə qərarları › İş №2-1(112)-6073/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6073/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6073/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3990/2024 nömrəli qərarlarının ləğv edilməsi və 2022-ci ilin noyabr ayında müəyyən olunmuş 595,53 manat məbləğində pensiya nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və azaldılmış məbləğin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsi tərəfindən 01 iyun 2017 ci ildə təyin olunmuş güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3990/2024 nömrəli qərarlarının ləğv edilməsi və 2022-ci ilin noyabr ayında müəyyən olunmuş 595,53 manat məbləğində pensiya nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və azaldılmış məbləğin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin 09 dekabr 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddianın əsaslandırılması

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə Səlyan rayonunun Rəncbər kəndində anadan olmuş, əmək fəaliyyətinə başladığı müddətdən hal hazırkı vaxta kimi olan iş yerləri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 1982-ci ilin iyun ayından seçki yolu ilə dövlət qulluğunda işə başlamış və pensiya alan günə kimi dövlət qulluqçusu kimi çalışmışdır. Ona 08 oktyabr 2009-cu ildə DSMF-nin Hacıqabul rayon şöbəsi tərəfindən İİ dərəcə əlilliyə görə sabiq dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2013-cü ildən işə başladığı dövrdən xx.xx.2013-cü ilə kimi olan dövr ərzində pensiyanın sığorta hissəsinin dayandırılmadığı müəyyən olunmuşdur, başqa qanunsuzluq aşkar edilməmişdir. Audit yoxlaması nəticəsində müəyyən olunmuş artıq ödənilmiş vəsait 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş qanuna əsasən pensiyasından tutulmuşdur. İddiaçı 01 iyun 2017-ci ildə ərizə ilə müracət edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyasına keçmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçının cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia tələbi təmin edilmişdir. İddiaçı hazırkı tələb ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 may 2024-cü il tarixli 3-17-1/2-112288/24 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” iddiaya dair yazılı münasibətində göstərilmişdir ki, Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma nəticəsində İddiaçı pensiya məbləği 2022-ci ilin noyabr ayından qanunvericiliyə uyğunlaşdırılaraq 527,36 manat məbləğində müəyyən edilmiş, həmçinin ötən dövr üzrə 8686,14 manat artıq ödəmə hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla ona artıq ödənilmiş pul vəsaiti 2382,04 manata azaldılmışdır. (indeksləşdirilmə ilə əlaqədar 2023-cü ilin yanvar ayı üzrə hesablanmış fərq məbləğinin əvəzləşdirilməsi nəzərə alınmaqla). Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 665,37 manata artırılmışdır. Eyni zamanda, adıçəkilən şəxsin əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq (2 oktyabr 2023-cü il tarixində işdən azad olunduğu üçün) 3 oktyabr 2023-cü il tarixindən 717,30 manat məbləğində müəyyən edilmiş, həmçinin 2023-cü ilin oktyabr (29 gün üçün) və noyabr ayları üzrə ona ödənilməli olan 52,63 manat fərq məbləği hesablanmışdır. Həmin 52,63 manat pul vəsaiti ona məhdudlaşdırılaraq artıq ödənilmiş 2382,04 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Əlavə olaraq, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2024-cü il tarixindən 797,64 manat təşkil edir.

6. Cavabdeh tərəfindən iddiaçının pensiya işinin əsli məhkəməyə təqdim edilmişdir.

Tərəflərin iştirakı və izaharları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı münasibətdə göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən : Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia - 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 34.2. müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.

10. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977xx.xx.1982-ci illərdə Salyan rayon ... kənd məktəbində , xx.xx.1982-xx.xx.1994-cü illərdə Rəncbər kənd i.ə.v-i üzrə nümayəndəliyin müavini vəzifəsində xx.xx.1994-xx.xx.1999-ci illərdə nümayəndəliyin baş mühasibi vəzifəsində, xx.xx.1999-xx.xx.2004-cü illərdə nümayəndəliyin müavini vəzifəsində, xx.xx.2004-xx.xx.2005-ci illərdə Rəncbər i.ə.v-i üzrə nümayəndə vəzifəsində, xx.xx.2005-xx.xx.2007-ci illərdə nümayəndəliyin müavini vəzifəsində, xx.xx.2007-xx.xx.2009-cu illərdə nümayəndəliyin baş mühasibi vəzifəsində, xx.xx.2010-xx.xx.2015-ci illərdə "xxxx" MMC-də baş mühasib vəzifəsində və xx.xx.2020xx.xx.2023-cü illərdə fiziki şəxs X3 məxsus istehsal müəssiəsində mühasib vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********9 nömrəli, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, İddiaçı təyin edilmiş yaşa görə (dövlət qulluqçusu) 595 manat 53 qəpik pensiya məbləği audit yoxlaması il bağlı (artıq ödəmə) yenidən hesablanmış və ona 527 manat 36 qəpik pensiya məbləği təyin edilmişdir. Qərarın qeyd hissəsində ötən dövr üçün artıq ödənilmiş məbləğ kimi 1945,58 manat, daha sonra 1729,58 manat, aylıq isə 68,20 manat azalması nəzərdə tutulması göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6367/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş 2467.31 manat pul məbləğinin tutulmasına dair hərəkətləri qanunsuz hesab edilməsi və pensiya məbləğindən tutulmuş artıq tutulmaların (173.84 manat) geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı 10 yanvar 2024-cü il tarixli, 3-17-1/2-Z-3643/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma nəticəsində İddiaçı pensiya məbləği 2022-ci ilin noyabr ayından qanunvericiliyə uyğunlaşdırılaraq 527,36 manat məbləğində müəyyən edilmiş, həmçinin ötən dövr üzrə 8686,14 manat artıq ödəmə hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla ona artıq ödənilmiş pul vəsaiti 2382,04 manata azaldılmışdır. (indeksləşdirilmə ilə əlaqədar 2023-cü ilin yanvar ayı üzrə hesablanmış fərq məbləğinin əvəzləşdirilməsi nəzərə alınmaqla). Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən onun əmək pensiyası 665,37 manata artırılmışdır. Eyni zamanda, adıçəkilən şəxsin əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq (2 oktyabr 2023-cü il tarixində işdən azad olunduğu üçün) 3 oktyabr 2023-cü il tarixindən 717,30 manat məbləğində müəyyən edilmiş, həmçinin 2023-cü ilin oktyabr (29 gün üçün) və noyabr ayları üzrə ona ödənilməli olan 52,63 manat fərq məbləği hesablanmışdır. Həmin 52,63 manat pul vəsaiti ona məhdudlaşdırılaraq artıq ödənilmiş 2382,04 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan2329.41 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətfə Mərkəzi Filialı təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-3990/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2009-cu ildə təyin edilmiş yaşa görə 797 manat 64 qəpik pensiya məbləği yenidən hesablanmış və ona 799 manat 35 qəpik pensiya məbləği təyin edilmişdir. Qərarın qeyd hissəsində(ötən dövr üçün oktyabr 2023 il-31 mart 2024-cü ilə qədər 89,99 manat məbləğinin qaytarılması, əvvəlki sərəncamda 39.1 ƏPH qalıq borcu 2239,42 manat olması göstərilmişdir. Məhkəmənin mövqeyi

11. Məhkəmə, tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

13. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur.

14. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı ilə iddiaçının 595 manat 53 qəpik məbləğində yaşa görə əmək pensiyası, ötən dövr üçün 8686, 14 manat artıqödəmə müəyyən edərək, “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinə istinad edərək 2382,04 manatın tutulması məqsədilə hər ay 68, 20 nanat azaltmaqla iddiaçıya pensiyanı 527 manat, 36 qəpik məbləğində müəyyən edilmişdir. Halbuki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçının razılığı ilə şərtləndirirməsinə baxmayaraq, iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına (əmək pensiyasının azalmasına) razılıq ərizəsi və ya müvafiq məhkəmə qərarı müəyyən edilmir.

15. İddiaçının əmək pensiyası təyin edildikdən sonra, cavabdeh tərəfindən yenidən hesablayaraq müəyyən etdiyi 527,36 manat pensiya məbləği indeksləşdirilib və xx.xx.2023-cü ildən 665,37 manata qədər artırılıb. Daha sonra fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq (xx.xx.2023-cü il tarixində işdən azad olunduğu üçün xx.xx.2023-cü il tarixdən 717,30 manat məbləğində ) müəyyən edilib, həmçinin 52,63 manat pul vəsaiti tutulmaqla, "artıq ödənilmiş 2382,04 manatdan çıxılaraq büdcəyə bərpa edilib”. Bundan sonra indeksləşdirmə ilə əlqədar xx.xx.2024 tarixdən iddiaçının əmək pensiyası 797,64 manat təşkil etmişdir. Beləliklə, iddiaçının ləğv edilməsini tələb etdiyi cavabdeh inzibati orqanın digər “Əmək pensiyasının yenidən hesablanması haqqında”xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-3990/2024 nömrəli qərarı ilə, İddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş (527,26 manat) pensiya məbləğinin yenidən hesablanması, indeksləşdirilməsi nəticəsində müəyyən edilmiş (797,64 manat) pensiya məbləğidir. Qərarın qeyd hissəsində iddiaçının həmin tarixə borcu – 2329.41 manat təşkil edilməsi və tutulmalı olduğu göstərilmişdir.

16. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3990/2024 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş **********9 nömrəli qərar hüquqi baxımdan qüvvədə olduğu üçün onun əsasında qəbul edilmiş və **********9 nömrəli qərarda azaldılmış məbləğ əsasında iddiaçının pensiyası xx.xx.2024-cü ildə yenidən hesablanmışdır. Belə olan halda məhkəmə tərəfindən cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı ləğv ediləcəyi təqdirdə, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3990/2024 nömrəli qərarı da ləğv edilməlidir.

17. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə qərarı olmasına baxmayaraq cavabdeh inzibati orqan sonuncu qəbul etdiyi qərarda belə hələdə iddiaçının əmək pensiyasından tutulmalar aparır.

18. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar qanunun tələblərinə əsasən yazılı şəkildə olmaqla əsaslandırılmalı olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edilməsi üçün əsas olmuş sübutlar, habelə inzibati aktın qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş və əsaslandırılmamışdır

19. Məhkəmə cavabdehin qeyd edilən inzibati aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə cavab vermədiyi qənaətə qəlir.

20. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması və ya qanunvericiliyə edilmiş dəyişikliklərinin pensiyaçının ziyanına geriyə şamil edilməsi kimi norma nəzərdə tutulmamışdır.

22. Faktiki olaraq cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının azalması və DSMFa borc məbləğinin müəyyən edilməsi ilə nəticələnən “Əmək pensiyasının yenidən hesablanması haqqında ” qərarların qəbul edilməsində ifadə olunan hərəkətləri həm “İnzibati icraat haqqında” və həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur.

23. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

24. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının pensiya məbləği cavabdeh tərəfindən yenidən hesablanmış, əmək pensiyasının məbləği azaldılmış, bununla bağlı iddiaçıya DSMF- yə 2382,04 manat məbləğində borcun yaranması barədə məlumat verilmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının pensiya məbləğinin yenidən hesablanması ilə bağlı inzibati icraatında iştirakı təmin edilməmiş, qəbul edilmiş inzibati akt ona təqdim edilməmişdir.

25. Sosial təminat insanların həyatının müxtəlif dövrlərində qarşılaşdıqları iqtisadi çətinlikləri aradan qaldırmaq və sosial rifahı təmin etmək məqsədini güdür. Bu sahədə düzgün və ədalətli yanaşma, cəmiyyətin sosial ədalətini təmin etmək və zəif təbəqələrin müdafiəsini gücləndirmək üçün vacibdir. Dövlətin sosial siyasəti, cəmiyyətin zəif və həssas qruplarının həyat şəraitini yaxşılaşdırmaqla, cəmiyyətin ümumi inkişafına və stabilliyinə mühüm təsir göstərir.

26. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Cavabdeh iddiaçının 2009-cu ildən təyin edilmiş əmək pensiyasını 13 il sonra yoxlamış, yenidən hesablayaraq, pensiya məbləğinin azaltmaq qərara qəlmiş, müvafiq inzibati aktı qəbul etmişdir. Məhkəmə qərarı ilə pensiya məbləğinin azaldılması qanunsuz hesab edilmiş və həmin məbləğin iddiaçıya qaytarılması qərara alınmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, müvafiq səlahiyyətli inzibati orqan tərəfindən müvafiq pensiya işi ilə bağlı inzibati icraat çərçivəsində araşdırılma aparılarkən sosial ədalət prinsipi nəzərə alınmalıdır ki, bu prinsip hazırki mübahisə ilə bağlı dövlət qulluğunda uzun müddət çalışan şəxslərin pensiya hüquqlarının qorunması və müvafiq şəkildə dəyərləndirilməsinin vacibliyini əks etdirir. Sosial ədalət, həmçinin, cəmiyyətin inkişafını, iqtisadi və sosial bərabərliyi təşviq edir. Həmçinin, vətəndaşların pensiya təminatı ilə bağlı inzibati icraatın qanuni aparılması, pensiya sisteminin şəffaflığını, düzgünlüyünü və ədalətliyini təmin etmək üçün vacibdir. Bu, vətəndaşların pensiya hüquqlarını qorumaq, müraciətlərin düzgün icrasını, müvafiq sənədlərin qiymətləndirilməsini və qərarların qanuna uyğunluğunu təmin edir. Əlavə olaraq inzibati icraat, pensiya müavinətlərinin vaxtında və düzgün ödənilməsi, sosial müdafiə sisteminin effektlivliyini artıraraq vətəndaşların inzibati orqana olan etimadını artırır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

28. “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb- qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan “pensiyanın yenidən hesablanması”adı ilə ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz.

29. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarların qəbul edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki,” ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.”

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3990/2024 nömrəli qərarları ləğv edilməli və 2022-ci ilin noyabr ayında müəyyən olunmuş 595,53 manat pensiya məbləği nəzərə alınmaqla yenidən hesablanmalı və azaldılmış məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

32. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2022-ci il tarixli **********9 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3990/2024 nömrəli qərarları ləğv edilsin. Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı tərəfindən 2022-ci ilin noyabr ayında müəyyən olunmuş 595,53 manat pensiya məbləği nəzərə alınmaqla İddiaçı pensiyası yenidən hesablanması və azaldılmış məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar