Məhkəmə qərarları › İş №2-1(112)-6075/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6075/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6075/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Məhkəmə mübahisələri üzrə iş şöbəsinin aparıcı mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınaqarşı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluğuna görə pensiya təyin edilməsini və həmin pensiyanın xx.xx.2019-cu il tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdə İİ qrup ömürlük əlil kimi pensiya təyin edilmiş və ona 404 (dörd yüz dörd) manat məbləğində pensiya təyin edilmişdir. Lakin dövlət qulluğunda həmin dövrdə işlədiyi üçün bu məbləği ala bilməyəcəyini bildirmişlər. xx.xx.2019-cu ildə işlədiyi Yasamal DSMF ləğv olunmuş və o, işdən çıxmışdır. Bundan sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə dövlət qulluqçusu kimi pensiya təyin olunması barədə müraciət etmişdir. Lakin həmin idarə xx.xx.2020-ci il tarixdə dövlət qulluqçusu kimi ona əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə imtina cavabı vermişdir. Həmin cavab ilə razı deyildir. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə görə əmək pensiyası ödənilir. İdarə qeyd edir ki, guya o, İ qrup əlil olmalıdır ki, ona dövlət qulluğuna görə pensiya təyin edilsin. Bu xx.xx.2017-ci ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda deyilir. Həmin qanun qəbul edilənə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunda, nəinki İ qrup, İİ və İİİ qruplara da dövlət qulluğuna görə pensiya təyin olunurdu. Onun İİ qrup əlilliyi isə yeni qanun qəbul edilənə qədər, yəni xx.xx.2016-cı il tarixdə olmuşdur. Belə olan halda ümumnorma olan qəbul edilmiş qanunun yalnız yüngülləşdirici hallarda geriyə qüvvəsi olduğundan, ona İİ qrup kimi dövlət qulluğuna görə pensiya təyin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış (kişilər üçün 65 yaş) və ya bu yaşa çatanadək İ qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının yaşı 65-dən az (62,93 yaş) olmasına, həmçinin İ qrup əlil olmadığına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ЗТ-İ № ******* saylı, 25 fevral 1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək mütəxəssis, xx.xx.1993-cü il tarixdən baş müşəttiş, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək müfəttiş, xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müfəttiş, xx.xx.2004-cü il tarixdən məsləhətçi vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixdə 3-cü dərəcəli dövlət qulluqçusu ixtisası verilmiş, xx.xx.2007-ci il tarixdən aparıcı məsləhətçi, xx.xx.2010-cu il tarixdən aparıcı-məsləhətçi hüquqşünas, xx.xx.2011-ci il tarixdən Fondun Bakı şəhəri Nəsimi rayon şöbəsinin gəlirlər sektorunun aparıcı məsləhətçisi, xx.xx.2012-ci il tarixdən Fondun Bakı şəhəri Yasamal rayon şöbəsinin gəlirlər sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdən Fondun Yasamal rayon şöbəsinin sosial sığorta sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2019-cu il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən (ləğvetmə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 14 iyul 2020-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qeyd olunanları nəzərə alaraq, yaşının 65-dən az olmasına, həmçinin İ qrup əlil olmasına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsi tərəfindən verilmiş **********9 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, o, şöbədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası alır. Həmin Qanunun 20.1.7-ci maddəsinə istinad olunaraq, xx.xx.2017-ci il tarixdən Qanuna olan əlavə və dəyişikliklərə qədər o, dövlət qulluğu vəzifəsində çalışdığına görə İİ qrup əlilliyə görə aldığı əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********4 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ömürlük İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Beləliklə işdə olan sənədlər əsasında müəyyən edildi ki, 25 fevral 2016-cı il tarixdən iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyə görə əmək pensiya təyin edildikdən sonra iddiaçı dövlət qulluğu vəzifəsində işini davam etdirmiş və 01 noyabr 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2ci maddəsinə əsasən onun (ləğvetmə) dövlət qulluğuna xitam verilmişdir. Hazırda iddiaçı yaşa görə əmək pensiyası yaşına çatmamışdır. Lakin ona 25 fevral 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edildiyindən, ona dövlət qulluğuna xitam verildiyi 01 noyabr 2019-cu il tarixdən hesablanmaqla, dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dövlət qulluğundakı qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün əsaslar olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarına «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər 20.1.7-ci maddəsində sadalanan vəzifələrdə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarının qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğundakı stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Hazırki mübahisə üzrə iddiaçının əmək pensiyası yaşına çatmadığı işin mübahisə edilməyən halıdır. Həmçinin iş materiallarından göründüyü kimi iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Halbuki qanunvericilik yalnız əmək pensiyası yaşına çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarının qanunvericiliyin tələblərinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi hüququnun olmasını göstərmişdir. Lakin iddiaçı ona İİ dərəcəli əlilliyin 25 fevral 2016-cı il tarixdən təyin edildiyini, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinin tələblərinə əsasən təkcə pensiya yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarının deyil, ümumiyyətlə əmək pensiyaçılarının qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi hüququnun olmasına istinad edərək, dövlət qulluğuna xitam verildiyi tarixdən ona qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi hüququnun olmasını iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaçılarına «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. İddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilən dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ümumiyyətlə dövlət qulluğundan xidmət etmiş əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi müəyyən edilsə də, lakin iddiaçı bu hüququndan istifadə etməmiş, ona pensiya təyin edilsə də, dövlət qulluğunda xidmətini davam etdirmişdir. Buna görə də ona 25 fevral 2016-cı il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmamışdır. Beləliklə, iddiaçıya 25 fevral 2016-cı il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi, hazırda ona dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması üçün əsaslar olmadığından, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar