Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6075/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx N974-cü il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində doğulmuşdur. xx.xx.N992-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. 30 oktyabr N992-ci il tarixdən 0N fevral N993-cü il tarixə kimi Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən N №li hərbi hissədə təlim keçmişdir. (N №li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N65 №li əmr) N993-cü ilin fevral ayının birindən 836№li hərbi hissəyə gönərilmişdir. Həmin hərbi hissənin tərkibində Ağdam rayonu Abdal Gülablı, Şelli, Qaraqaya və Papravənd kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. (836 saylı hərbi hissənin komandirinin 3 N.N2.N992-ci il tarixli. N98 nömrəli əmri ilə 4-cü batalvon şəxsi heyətinin sıralarına daxil edilmişdir (bu barədə müvafiq arayış iddia ərizəsinə əlavə edilmişdir). Sonradan o, N №li hərbi hissəyə göndərilmiş, Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayıl rayonu işğal olunduqdan sonra Şəmkir rayonu Seyfəli paliqonunda N №li hərbi hissə bərpa olunmuş və o həmin hərbi hissənin 3-cü batalyonunun 3-cü rotasının şəxsi heyyətində yenidən Ağdam rayonunun Şahbulaq, Karyer, Papravənd uğrunda gedən döyüş əməliyyatlarına göndərilmişdir. 27 dekabr N993-cü il tarixdə Ağdam rayonunun Şahbulaq, Karyer, Papravənd uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanmış, Azərbaycan Respublikasının Müdailə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Təxminən 5 aya vaxın həmin hospitalda müalicə və müayinə olunmuşdur. Azərbaycan Respublikasının Müdaliə Katibliyi Mərkəzi Arxiv İdarəsinin 0N Noyabr 2022-ci il tarixli 4/2-7482 nömrəli arayışından görünür ki, o, İddiaçı Məhəməd oğlu N nömrəli Hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli. N65 nömrəli əmri ilə (əsas s5.sıraN.sh89 hərbi rütbəsi və vəzifəsi göstərilməyib) təlim-tədris batalyonun siyahısına daxil edilərək ümümi qaydada təchizatla təmin edilmişdir. Tədris batalyonundan göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N dekabr N992-ci il tarixli N98 nömrəli əmri ilə 4-cü batalyonun şəxsi heyyətinin sıralarına daxil edilmişdir. Azərbaycan Respublikasının Müdaifə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022- ci il tarixli, 735 nömrəli arayışından görünür ki, o N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən 30 dekabr N993-cü il tarixdən 03 fevral N994- cü il tarixədək "sağ bazunun yuxarı N/3-nin güllə yaralanması, bazu sümüyünün yer dəyişmiş sınığı" diaqnozu ilə müayinə və müalicədə olmuşdur və bu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N993-cü ilə məxsus 7№-li "Stasionar xəstələrin qeydiyyatı” kitabının 6272-ci sayında qeyddə öz əksini tapmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının NN96№-li N2 iyun 2009 cu il tarixli qərarından görünür ki, Cəbrayıl RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N993-cü ildə aldığı və xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hospitalda müayinə və müalicə olunduğu yaralanma-diaqnoz; "Qəlpələrin azca yerdəyişməsi ilə sol bazu sümüyünün yuxarı N/3 nahiyyəsinin odlu silahda dəlib keçən güllə yaralanması" (Cəbrayıl RHK-nin xx.xx.2009- cu il tarixli 326 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitaldan verilmiş xx.xx.N994-cü il tarixli 3276 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi ilə təsdiq edilir); "Hərbi Travmadır, Azərbaycan Respublikasinin Müdafiəsi Zamanı Alınmışdır". Bu barədə hərbi bileti ona verilməmişdir. Odur ki, ona hərbi bilet, müharibə veteranı statusu və müharibə veteranı vəsiqəsi verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərindəkeçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2° 7482 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən sonra həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı Cəbrayıl rayonu, Dağtumas kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli,NN96 nömrəli qərarında qeyd edilmişdir ki, Cəbrayıl RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 30. N2.N993-cü ildə aldığı və xx.xx.N993cü ildən xx.xx.N994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Qəlpələrin azca yerdəyişməsi ilə sol bazu sümüyünün yuxarı N/3 nahiyyəsinin odlu silahda dəlib keçən güllə yaralanması» (Cəbrayıl RHK-nin xx.xx.2009-cu il tarixli 326 nömrəli arayışı; MN Mərkəzi Hərbi Klinik Hospitaldan verilmiş xx.xx.N994-cü il tarixli 3276 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi ilə təsdiq edilir); «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır». Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-N226 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N65 №-li və N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N98 №-li nizami hissə üzrə əmrlərindən Arxiv çıxarışlarını ünvanınıza göndəririk. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə N №-li hərbi hissə komandirinin 0N-N0 yanvar N993-cü il, N №-li hərbi hissə komandirinin yanvardekabr N993-cü il, yanvar-dekabr N994-cü il, N №-li hərbi hissə komandirinin yanvardekabr N993-cü il, yanvar N994-02 fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -708 saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N65 nömrəli Əmrində qeyd olunmuşdur ki, Bakı şəhərindən gəlmiş aşağıda adları çəkilən əsgərlər N №-li h/hnin təlim tədris batalyonunun siyahısına salınsın və ümumi qaydada təhcizatla təmin edilsin: N. İddiaçı -N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N98 nömrəli əmrinə əsasən aşağıda adları göstərilən tədris batalyonundan göndərilmiş gənc əsgərlər 4-cü batalyondan göndərilmiş şəxsi heyəti sıralarına keçirilsinlər: İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, N2/2-49527 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki: -İddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.20N3-cü il tarixli hökm ilə CM-nin 22N.2.N.22N.3-cü maddələri ilə 03 il 05 ay 29 gün A.M.E. cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.20N3 il tarixli qərarı ilə xx.xx.20N3 il tarixli hökm dəyişdirilmiş, AR CM 62.N-ci maddəsi tətbiq edilərək cəzasi 0N ilə endirilib, həbsdə qaldığı müddət nəzarətə alınaraq NN ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb. xx.xx.20N3 ildə Qaradağ Rayon Məhkəməsinin xx.xx.20N3ci il tarixli qərarı ilə AR CM 76.3.N-ci madsədinə əsasən 04 ay 05 gün vaxtından əvvəl şərti azad olunub. -İddiaçı cinayət məsuliyyətinə xx.xx.202N-ci ildə Yasamal RPİ İŞ tərəfindən cəlb edilmişdir. Cinayətin tövsüfü: yol nəqliyyat hadisəsi, CM-nin maddələri: 263.N. xx.xx.202Nci ildə AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğun verdiyi xx.xx.2023-cü il tarixli, 3-3-N2/2-30-2588/23 nömrəli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı N992-N994-cü illərdə 708, N və N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı müəyyən edilmişdir ki, onun xx.xx.2004-cü il tarixdə Füzuli hərbi prokurorluğuna etdiyi müraciəti üzrə aparılmış araşdırma nəticəsində İddiaçı barəsində xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Füzuli Hərbi Prokurorluğun verdiyi xx.xx.2023-cü il tarixli, 3-3-N6/2-2N-293N/23 nömrəli məktubu ilə göndərilmiş İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda qəbul olunmuş xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, 30 oktyabr N992-ci il tarixdə Cəbrayıl rayon hərbi komissarlığından Milli ordu sıralarına hərbi xidmətə çağırılmış, əvvəl N nömrəli hərbi hissədə xidmət etmiş, sonra isə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə köçürülmüş, həmin hərbi hissədə xidmətdə olarkən Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı etmiş, döyüşlər zamanı N993cü ilin iyul ayının N0-da yaralanmış, yaralanması ilə əlaqədar hərbi hospitala müalicəyə göndərilmiş, N994-cü ilin mart ayına kimi müalicədə olmuş, müalicədən sonra məzuniyyətə buraxılmış, məzuniyyət müddətinin başa çatmasına baxmayaraq bir daha xidmət yerinə qayıtmamışdır. Yuxarıda göstərilən xüsuslar İddiaçı ərizə, izahatı və toplanmış materiallarla sübuta yetirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi klinik hospitalından alınmış 06 sentyabr 2004-cü il tarixli, N330 nömrəli arayışı ilə müəyyən edilmişdir ki, İddiaçı 30 dekabr N993-cü il tarixdən 03 fevral 4934-cü il tarixədək MN-nin Mərkəzi Hərbi Klinik Hospitalın 2-ci travmatologiya bölməsində, «Sol bazu sümüyünün yuxarı N/3- nahiyəsində sınığı ilə dəlib keçən odlu silah yaralanması» diaqnozu ilə stasionar müalicədə olmuşdur. Beləliklə, toplanmış materiallarla İddiaçı Mili ordu sıralarında bir il altı aydan artıq müddətə xidmət etməsi, xidmətdə olarkən Respublikanının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi və himayəsində iki az yaşlı uşaqının olması müəyyən edilmişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikası CM-nin 334.N maddəsi ilə nəzərdən tutulan cinayət əməlini törətməsi müəyyən edilmişdir. Lakin onun Milli ordu sıralarında altı aydan artıq müddətə xidmət etməsi, xidmətdə olarkən Respublikanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak zamanı yaralanması və uzun müddət müalicədə olması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması nəzərə alınaraq və şəraitin dəyişməsi ilə əlaqə cinayət işinin başlanması rədd edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası CPM-nin 40.2.3 və 2N2-ci maddələrini rəhbər tutub qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.N974-cü ildə Cəbrayıl rayonu Dağtumas kəndində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmamış, Biləsuvar rayonu Cadir şəhərciyində müvəqqəti məskunlaşmış, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı barəsində toplanmış materiallar üzrə şəraitin dəyişməsi ilə əlaqədar cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, iddiaçı xx.xx.N992-ci il tarixdən N nömrəli hərbi hissənin təlim tədris batalyonun siyahısına daxil edilmiş, N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixli əmrilə 4-cü batalyonun şəxsi heyətinə daxil edilsə də sonrakı dövr üzrə, yəni N nömrəli hərbi hissənin yanvar-fevral N993-cü il, N nömrəli hərbi hissənin fevral-iyul tarixli əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı barəsində arxiv sənədlərində onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə qanunla nəzərdə tutulmuş sənədlər iş üzrə müəyyən olunmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, Füzuli hərbi prokurorluğu tərəfindən qəbul olunmuş xx.xx.2004-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında iddiaçının döyüşlər zamanı N993-cü ilin iyul ayının N0-da yaralanması ilə əlaqədar hərbi hospitala müalicəyə göndərildiyi, N994-cü ilin mart ayından müalicədən sonra məzuniyyətə buraxıldığı, məzuniyyət müddətinin başa çatmasına baxmayaraq bir daha xidmət yerinə qayıtmadığı bununla da İddiaçı Azərbaycan Respublikası CM-nin 334.N maddəsi ilə nəzərdən tutulan cinayət əməlini törətməsi müəyyən edilsə də şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Başqa sözlə, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən buraxıldığı öz təsdiqini tapmamış, əksinə barəsində olan Azərbaycan Respublikası CM-nin 334.N maddəsi ilə nəzərdə tutulmuş fərarilik cinayətinə görə cinayət təqibi bəraətverici əsaslarla xitam verilməmiş, cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə iddiaçının xx.xx.N993-cü ildə aldığı yaralanma ilə əlaqədar müayinə və müalicədə olması belə hazırkı iddianın təmininə qanuni əsas vermir. İddiaçı xx.xx.N993-cü ildə aldığı və xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalda müayinə və müalicə olunduğu diaqnoz: «Qəlpələrin azca yerdəyişməsi ilə sol bazu sümüyünün yuxarı N/3 nahiyyəsinin odlu silahda dəlib keçən güllə yaralanması»na görə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, NN96 nömrəli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində şəhadətləndirilsə də yuxarıda adı çəkilən 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələbinə əsasən N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab olunur. İddiaçının yaralanması isə N994-cü il N2 may tarixindən əvvəl olmuş, yaralanmadan sonra isə xidmətini davam etdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6075/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6075/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver