Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-608/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X6, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi filialın nümayəndəsi X5, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “bölük komandiri (rota komandiri) vəzifəsində işləməyi nəzərə alınaraq, həmin vəzifəyə uyğun olaraq, pensiyanın yenidən hesablanması məqsədilə “məlumat vərəqi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına göndərilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxx 1990-cı ildən xx xxxxxxxx 1995-ci ilə qədər Cəmşid Naxçıvanski adına Hərbi liseydə “bölük komandiri” (rota komandiri) vəzifəsində işləməyini nəzərə alaraq, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddia tələbinə dəqiqləşdirilmə ərizəsi təqdim edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin cavabdehlər sırasından çıxarılması, xahiş edirəm hissəsində «İddiaçı xx xxxxx 1990-cı ildən xx xxxxxxxx 1995-ci ilə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə «bölük komandiri» (rota komandiri) vəzifəsində işləməyi nəzərə alınaraq, həmin vəzifəyə uyğun olaraq, pensiyanın yenidən hesablanması məqsədilə “məlumat vərəqəsi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddia tələbinə dəqiqləşdirilmə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırmışdır ki, 1990-1995-ci illər ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə «bölük komandiri» (rota komandiri) vəzifəsində işləmiş. İşlədiyi müddətdə nümunəvi xidmətinə görə dəfələrlə lisey rəisinin «təşəkkür» və «fəxri fərman»lara layiq görülmüş, 1992-1993-cü illərdə Füzuli bölgəsində gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə xx xxxx 1994-cü il tarixli qanuna əsasən Azərbaycan Respublikasının «Müharibə Veteranı» adına layiq görülmüş, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Ştab Rəisinin 2/286 saylı xx xxxxx 1993-cü il tarixli əmrinə əsasən xx xxxxx 1993-cü il tarixdən xx xxxxx 1993-cü il tarixədək Füzuli rayonunun 702-ci briqadasında ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi C.Naxçıvanski adına Bakı Hərbi Məktəbinin 024 saylı xx xxx 1993-cü il tarixli əmrinə əsasən, xx xxxxx 1993-cü il tarixdən xx xxx 1993-cü il tarixədək Füzuli rayonunun döyüş bölgəsində ezamiyyətdə olmuş, 702-ci briqadada komandir batalyon olmuş, ezamiyyətdə olduğu zaman yanında qəlpə partlamış, bu isə onun qulağının eşitməməsinə gətirib çıxarmışdır. O, 1995-ci ildən 2005-ci ilə qədər həkim komissiyasından keçmiş və ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Xətai 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının təkrari müayinədən keçən əlillər üçün SER TSE-01 № ******* saylı arayışa əsasən, İİ (ikinci) qrup hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlillik verilmişdir. 1995-ci ildə o, əlilliklə əlaqədar pensiyaya çıxmaqla işdən tərxis olunmuş, xx xxxxxx 1988-ci ildə SSRİ X8 «SSRİ Silahlı Qüvvələrin 70 illiyi» yubiley medalına layiq görülmüş, AVMVİB-nin sədri F.Rzaquliyev tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə «Milli Ordu - 100» medalı, «Müharibə veteranı» medalı, xx xxxxxxx 2019-cu il tarixdə «AVMVİB- 25 il» medalı ilə təltif olunmuş. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona x xxxxxxxx 1995-ci il tarixində «kapitan» rütbəsinə, «təlim tağımının komandiri» vəzifəsinə uyğun olaraq «hərbi xidmət dövrü ilə əlaqədar» İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq «hərbi xidmət dövrü ilə əlaqədar» İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi - 478,59 manat məbləğində əmək pensiyası müəyyən edilərək kart hesabına köçürülür. Hesab edir ki, cavabdeh tərəfindən pensiyası düzgün hesablanmayıb. Belə ki, 1995-ci ildən bu günə qədər «tağım komandiri» (komandir vzvod) vəzifəsinə görə təqaüd alır. Halbuki o, «bölük komandiri» (rota komandiri) vəzifəsində işləmiş və Hərbi Komissarlıqdakı şəxsi işində, hərbi biletində də «bölük komandiri» (rota komandiri) qeyd edilmişdir. Lakin Müdafiə Nazirliyində olan şəxsi işində onun vəzifəsi yanlış olaraq «tağım komandiri» (komandir vzvod) qeyd edilmişdir. Bu səbəbdən də ona təqaüd «bölük komandiri» (rota komandiri) vəzifəsinə görə yox, «tağım komandiri» (komandir vzvod) vəzifəsinə görə hesablanmışdır. O, qeyd etdikləri ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə rəsmi surətdə müraciət etsə də ona cavabdeh tərəfindən imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, «Cəmşid Naxçıvanski adına Bakı Hərbi Məktəbinin tədris bölüyünün komandiri» vəzifəsindən «Cəmşid Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinin tədris taqımın komandiri» vəzifəsinə keçirilməyinin səbəbi yaşı və ya səhhətilə bağlı olmamışdır. Bu səbəbdən də təyin olunmuş pensiyanızın yenidən hesablanması məqsədi ilə yeni «Məlumat vərəqi» tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 idarəsinə göndərilməsi qanuna müvafiq deyildir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı istefada olan kapitan İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0935 nömrəli xx xxxx 1995-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ”v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris taqımının komandiri vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Hərbi Lisey rəisinin 017 nömrəli xx xxxx 1995-ci il tarixli əmrilə xx xxxxxx 1995-ci il tarixdən Liseyin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı xx xxxxxxx 1995-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən 2-ci qrup əlilliyə görə ("Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin "b" bəndi) pensiya təyin edilərək, adına yazılmış 379672 nömrəli xx xxxxxxx 1995-ci il tarixli pensiya vərəqi X4 Bankın (BUSB) Xətai rayon filialına göndərilmişdir. Həmin tarixə İddiaçı aylıq pensiyası Hərbi Liseyindən verilmiş MN 020615 nömrəli "haqq-hesab kitabçası"nda olan məlumatlara əsasən sonuncu təminat xərcliyinin (vəzifə maaşı - 46750 (9,35) manat, rütbə maaşı - 26400 (5,28) manat, xidmət illərinə görə 15 faiz əlavə - 10972 (2,19) manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası isə 100000 (20) manat) 55 faizi miqdarında müəyyən edilərək 101267,38 (20,25) manat təşkil etmişdir. Belə ki, 2007-ci ilədək qüvvədə olmuş "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən (vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə maaşlar,xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası) hesablanırdı. Həmin maddənin ikinci abzasınnın müddəalarına görə səhhəti va ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürülməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanırdı. Hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsində müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Lakin, İddiaçı Müdafiə nazirinin 0520 nömrəli xx xxxx 1994cü il tarixli əmri ilə “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris bölüyünün komandiri” vəzifəsindən “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris taqımının komandiri” vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmaması ilə yanaşı, onun daha az maaşlı vəzifəyə keçirildiyi gün yaşa (xidmət illərinə) görə əmək pensiyası almaq hüququ olmamışdır. Belə ki, İddiaçı xx xxxx 1994-cü il tarixə xidmət illəri: təqvimlə - 11 il 10 ay 16 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 03 il 09 ay 15 gün, ümumi xidmət illəri isə 15 il 08 ay 01 gün təşkil etmişdir. Yəni, ümumi xidmət illəri 20 ildən az olduğuna görə, onun "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinə müvafiq olaraq pensiya almaq hüququ yaranmamışdır. Bu səbəbdən də, İddiaçı pensiya təyin olunması tutduğu sonuncu vəzifənin, yəni Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris taqımının komandiri vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bütün bunları nəzərə alaraq, İddiaçı pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 idarəsinə göndərilməsi qanuna müvafiq deyildir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixdən xəstəliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarına əsasən qulluq etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2007-ci il tarixdən pensiya ödənişinin ödənilməsi ilə bağlı İdarəyə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X9 iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-cü ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 029670 nömrəli, xx xxxx 1999-cu il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 12/45 saylı məktubundan görünür ki, iddiaçının müracıətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı “Cəmşid Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinin tədris bölüyün komandiri” vəzifəsindən “Cəmşid Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinin tədris taqımın komandiri” vəzifəsinə keçirilməyinin səbəbi yaşının və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də təyin olunmuş pensiyanın yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi” tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 idarəsinə göndərilməsi qanuna müvafiq deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********1 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya x xxxxxxxx 1995-ci il tarixində “kapitan” rütbəsinə, “təlim tağımının komandiri" vəzifəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla x xxxxxxxx 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 555,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəniz-105,15 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyini 870,15 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi-478,59 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş:
1. xx xxxxxxx 1992-ci il tarixli № 02087 saylı əmrindən çıxarışdan görünür ki, C.Naxçıvanski adına xüsusi internat məktəbinin baş tərbiyəçisi-hərbi mütəxəssislər qrupunun bölük komandiri kapitan X11 tutduğu vəzifədən azad edilərək, C.Naxçıvanski adına ibtidai hərbi məktəbin tədris bölməsinin bölük komandiri vəzifəsinə təyin edilmişdir.
2. xx xxxx 1994-cü il tarixli № 0520 saylı əmrindən çıxarışdan görünür ki, C.Naxçıvanski adına ibtidai hərbi məktəbin bölük komandiri kapitan X11 tutduğu vəzifədən azad edilərək, həmin məktəbin tağım komandiri vəzifəsinə təyin edilmişdir.
3. xx xxxx 1995-ci il tarixli 0935 saylı əmrdən çıxarışdan görünür ki, “Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) kapitan X11, C.Naxçıvanski adına hərbi ibtidai məbtəbinin tağım komandiri vəzifəsindən azad edilmişdir. İşin mübahisələndirilməyən halı odur ki, iddiaçı X12 xx.xx.1964-ci il təvəllüdlüdür, müharibə veteranıdır, “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “v” (xəstəliyə görə) bəndi ilə xx.xx.1995-ci il tarixdə təxris olunmuşdur. Ona x xxxxxxxx 1995-ci il tarixində “kapitan” rütbəsinə, “təlim tağımının komandiri" vəzifəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı sonuncu vəzifəsinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “bölük komandiri” vəzifəsi olduğunu iddia edərək, pensiyasının yenidən hesablanması məqsədilə həmin vəzifədəki təminat xərcliyi nəzərə alınmaqla məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir. Bu zaman iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi liseyin xx xxxxxx 2020-ci il tarixli 187 saylı məktubunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi C.Naxçıvanski adına Bakı Hərbi Məktəbi Rəisinin 20 nömrəli, xx xxxxx 1993-cü il tarixli əmrini, hərbi bileti, bölük komandiri kimi ona verilmiş fəxri fərmanları təqdim edir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqəsinin iddiaçının sonuncu təminat xərcliyinə uyğun olub-olmaması, həmçinin, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin tələblərinin ödənilib-ödənilməməsidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır.Təminat xərcliyinin nədən ibarət olması isə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində göstərilmişdir. İddiaçı qeyd edir ki, o, 1990-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə bölük komandiri vəzifəsində xidmət etmişdir. Bu əsasla da təminat xərcliyi həmin vəzifə üzrə hesablanmalıdır. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının sonuncu vəzifəsi Cəmşid Naxçıvanski adına Hərbi liseyin tədris tağımının komandiri vəzifəsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 0935 nömrəli xx xxxx 1995-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ”v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris taqımının komandiri vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Hərbi Lisey rəisinin 017 nömrəli xx xxxx 1995-ci il tarixli əmrilə xx xxxxxx 1995-ci il tarixdən Liseyin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Həmin əmr qüvvədədir, hazırki müddətədək mübahisələndirilməmişdir. Məlumat vərəqi göndərilən zamanı iddiaçının sonuncu vəzifəsi üzrə təminat xərcliyindəki məlumatlara əsasən hesablama aparılmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qeyd edilən halın araşdırılması həyata keçirilmiş və Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş “hərbi qulluqçunun xidmət illərinin hesablanması vərəqi”nə əsasən iddiaçının aşağı maaşlı vəzifəyə keçirilən müddətədək (xx xxxx 1994-cü il tarixədək) xidmət illəri: təqvimlə 11 il 10 ay 16 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müdət: 03 il 09 ay 15 gün, ümumi xidmət illəri isə 15 il 08 ay 01 gün təşkil etmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəaları ödənilmir. İddiaçı aşağı maaşlı vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar keçirilməmiş və aşağı maaşlı vəzifəyə keçirilən müddətədək ümumi xidmət illəri 20 ildən az olmuşdur. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası əsassız olduğundan, iddia tələbi təmin olunmamaldıır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə edilməklə “bölük komandiri (rota komandiri) vəzifəsində işləməyi nəzərə alınaraq, həmin vəzifəyə uyğun olaraq, pensiyanın yenidən hesablanması məqsədilə “məlumat vərəqi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aytən Oruczadə