Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6081/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın və protokolun ləğvi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12 yanvar 2009-cı il tarixli, 12 saylı sərəncamı və onun əsasında verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 09 yanvar 2009-cıı il tarixli, 1 A saylı protokolunun ləğvi” öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X18 küçəsi, 2316-cı məhəllədə 1 B saylı evin, 91 saylı mənzili anası X11 mülkiyyətindədir, o həmin mənzildə pasport qeydiyyatdadır və 2004-cü ildən 2021-ci ilə kimi həmin ünvanda yaşayıb. Hal-hazırda həmin binanın 69 saylı mənzili onun mülkiyyətindədir və Bakı şəhəri, Xətai rayonu, X18 küçəsi, 2316-cı məhəllədə 1 B saylı evin, 69 saylı mənzildə yaşayır. Bina "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 2004-cü ildə inşa edilib başa çatdırılmış, mənzillər sakinlərin mülkiyyətinə verilmişdir. Sözügedən binanı 2004-cü ildə "xxxx" Mənzil Tikinti Kooperativi tikib başa çatdırmışdır. "xxxx" MTK-nın sədrinin və onun ətrafındakı şəxslərin qanunsuz əməllərindən usanan, təngə gələn sakinlər 2018-ci ildə “Xətai-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaratmışdır. 2022-ci ildə iddiaçıya və binanın digər sakinlərinə məlum olmuşdur ki, "xxxx" MTK-nin sədri İ.Cəfərov xx.xx.2009-cu il tarixdə, binanın ümumi istifadəsində olan, sakinlərin piyada binaya girişini-çıxışını təmin edən köməkçi sahəni 30 000 manata X2, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı H.Abutahbov xx.xx.2009-cu il tarixli sərəncamı ilə xx.xx.2009-cu il tarixli protokolu təsdiq etmiş, ünvan 4dəki 1 B saylı yaşayış binasının 1-ci mərtəbəsində 5-ci girişin sol tərəfində 30.0 kv.m X6 verilmişdir. İddiaçı 2004-cü ildən həmin binada yaşayır. Bu günə qədərdə binadakı qonşularla xoş münasibətdə olaraq qonşuluq etmişdir. Bu gün də heç kimlə ədavəti və problemi yoxdur. Məqsədim, şəxsi maraqları üçün qanunun tələbinə məhəl qoymayaraq sakinlərin və mənim hüquqlarımı pozan şəxslərin əməllərinə qanunvericiliyin tələbinə uyğun qiymət verilməsidir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, X18 küçəsi, 2316-cı məhəllədə 1B saylı evin, 160 saylı mənzilində yaşayan, X7 binanın 1-ci mərətəbəsində 5ci girişin sol tərəfindəki 30 kv.m qeyri-yaşayış sahəsini aldığını iddia edənə qədər. X12 həmin binada yaşadığı zaman 2009-cu ildə "xxxx" Mənzil Tikinti Kooperativinə ərizə ilə müraciət edərək binanın 1-ci mərətəbəsində 5-ci girişin sol tərəfindəki 30 kv.m qeyriyaşayış sahəsinin ona verilməsini xahiş etmişdir. Dediyinə görə müraciət ərizəsinə "xxxx" MTK tərəfindən baxılmış və ondan həmin qeyri-yaşayış sahəsinin əldə edilməsi üçün 30 000 manat pul ödənilməsi istənilmişdir. Həmin pulu "xxxx" MTK-ya ödədiyini və MTK-nın sədri İman Cəfərov tərəfindən maliyyə arayışının verildiyini iddia etmişdir. Guya həmin qeyri-yaşayış sahəsinin ona verilməsinə dair "xxxx" MTK üzvlərinin xx.xx.2008-ci il tarixdə (13 saylı protokol) qərar qəbul edilmişdir. "xxxx" MTK-nın sözügedən qərarı baxılmaq üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasına çıxarılaraq baxılmış və komissiyanın iclasının 1 A saylı, xx.xx.2009-cu il tarixli protokolu ilə həmin qeyri-yaşayış sahəsinin ona verilməsinə razılıq verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009- cu il tarixli, 12 sayh sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının xx.xx.2009-cu il tarixli, 1 A saylı protokolu ilə təsdiq edilmişdir. Ona ayrılan qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilərək ona verilmişdir. Lakin, bugünkü günədək qanuni sənədlərlə ona ayrılmış qeyri-yaşayış sahəsində təmir-tikinti işlərini apara bilmir. Hətta, sözügedən məsələ ilə bağlı cavabdeh “Xətai-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maneələrin aradan qaldırılmasına dair” iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(011) 1899/2022 saylı qətnaməsinə əsasən iddiaçı X8 cavabdeh “Xətai-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı - Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 236 saylı məhəllə, 1B saylı binanın birinci mərtəbəsində 5-ci girişinin sol tərəfində sahəsi 30,0 kv/m qeryi-yaşayış sahəsində onun tərəfindən təmir tikinti işlərinin aparılmasına maneəçilik törəməsinə görə cavabdeh “Xətai- 11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin, onun rəhbərliyi və səlahiyyətli şəxsləri tərəfindən edilən maneələrin aradan qaldırılmasına, həmin qeyri-yaşayış sahəsində iddiaçıya təmir-tikinti işlərinin aparılmasına maneə olmamalarına dair iddiası rədd edilməsi qət edilmişdir. X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(011) 1899/2022 saylı qətnaməsindən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(103)-7309/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmənin sözügedən qərardadına əsasən iddaçı mülki işə “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs” kimi cəlb edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 10/1641 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 2316-cı məhəllədəki 1B sayh yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30 kv.m qeyri-yaşayış sahəsinin mövcud olduğu; iddia ərizəsində qeyd edilən 30 kv.m qeyri-yaşayış sahəsi mülki iş materiallarında olan layihə sənədlərinə əsasən 1B saylı yaşayış binasının 5-ci girişinin sol tərəfində yerləşən binanın həyətinə olan ikinci keçid ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 20 iyun 2023-cü il tarixdə X9 Rəyi məhkəməyə daxil olmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(103)-504/2022 saylı qərardadına əsasən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Sonradan, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd edilən 5-ci girişin sol tərəfində olan 30 kv.m qeyri-yaşayış sahəsinin layihə sənədlərində keçid olmadığını bildirərək iş üzrə təkrar məhkəmə texniki-tikinti eskpertizasının təyin edilməsi ilə bağlı vəsatət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(103)- 504/2023 saylı qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Hal-hazırda iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edildiyindən məhkəmə işinin icraatı dayandırılmışdır. Sözügedən 30 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" MTK tərəfindən X1 təmamilə əsassızdır. Belə ki, ilk öncə onu qeyd edir ki, sözügedən binanı "xxxx" Mənzil Tikinti Kooperativi tikib başa çatdırmışdır. Sözügedən 30 kv.m-lik qeyri-yaşayış sahəsi satılmış olsaydı, ilk növbədə bununla bağlı MTK-nin ümumi yığıncağının protokolu olmalı idi. Lakin, bu yoxdur. Bundan başqa, X8 tərəfindən iddia edilən maliyyə arayışı qanunvericiliyin tələblərinə uyğun oladığına görə həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Maliyyə arayışımda MTK-nin sədri İ.Cəfərovun imzası yoxdur. Digər tərəfdən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 1A saylı protokolunda ünvan 4dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyri-yaşayış sahəsinin X10ma verilməsinə razılıq verildiyi göstərilsə də, həmin sənəd X4 dediklərinin əsaslı olduğunu sübuta yetirmək üçün yetərli deyil. Çünki həmin sahənin qeyri-yaşayış sahəsi olmasını sübut edən bir dəlil yoxdur. Belə ki, yaşayış kompleksinin ilkin layihə sənədləri, layihə sənədlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəyişikliklərin edilərək, mübahisəli ərazidə X4 qeyd etdiyi kimi qeyri-yaşayış sahəsinin tikintisinin planlaşdırılması ilə bağlı hər hansı sübut yoxdur. X5 iddiaları sübuta yetirilə bilməyən əsassız iddialardır. O, iddia etdiklərinə dair məhkəmələrə heç bir sübut təqdim edə bilmir. Onun ifadə etdikləri sübutu olmayan sözdən ibarətdir. Bu səbəbdən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12 yanvar 2009-cu il tarixli, 12 saylı sərəncamı və onun əsasında verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 09 yanvar 2009-cu il tarixli, 1 A saylı protokolu ləğv olunmalıdır. Qeyd olunan məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif tarixlərdə müraciətlər etmişdir. Sonuncu müraciəti, 28 dekabr 2023-cü il tarixində olmuş, müraciəti xx.xx.2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə çatdırılmışdır. Lakin, heç bir müraciətinə rəsmi cavab verilməmiş, müraciəti araşdırılmamışdır. Belə qənaətə gəlmək olar ki, Bakı şəhər İcra Hakimiyyətinin müraciətində qeyd etdikləri verəcəyi əsaslı cavabı yoxdur. Məcbur qalıb məhkəməyə müraciət edib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hazırkı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12 saylı, xx.xx.2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimaikomissiyasının iclasının 1A saylı, xx.xx.2009-cu il tarixli protokuluna əsasən BŞİH-nin Mənzil Kooperativ Təsərrüfatı İdarəsi "xxxx" MTK Bakı şəhəri. Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2316-cı məhəllədəki 1D saylı yaşayış binasının 1-ci mərtəbəsində 5-ci girişin sol tərəfində 30,0 (otuz) kv.m qeyri-yaşayış sahəsini X6 verilməsi barədə MTK-nın ümumi iclasının xx.xx.2008-ci il tarixli (13 saylı protokol) qərarı baxılmaq üçün komissiyaya çıxarır. Komissiya qərara aldı: razılıq verilsin. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 12 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2009-cu il tarixli 1 №-li, 1A №-li protokolları təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli maliyyə arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" Mənzil Tikinti kooperativinə məxsusdur. Bu binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi 30.0 kv.m olan pay dəyəri 30.000 manat X8 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyeysrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, X18 küçəsi, 2316-cı məhəllə, ev 1B, mənzil 91 ünvanında yerləşən mənzil xx.xx.2010-cu ildə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1899/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh “Xətai-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı - Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 236 saylı məhəllə, 1B saylı binanın birinci mərtəbəsində 5-ci girişinin sol tərəfində sahəsi 30,0 kv/m qeryi-yaşayış sahəsində onun tərəfindən təmir-tikinti işlərinin aparılmasına maneəçilik törəməsinə görə cavabdeh "Xətai-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin, onun rəhbərliyi və səlahiyyətli şəxsləri tərəfindən edilən maneələrin aradan qaldırılmasına, həmin qeyri-yaşayış sahəsində iddiaçıya təmir-tikinti işlərinin aparılmasına maneə olmamalarına dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 89/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1899/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İşin hallarından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olmuş kooperativ binasının birinci mərtəbəsində yerləşən 30,0 kv/m olan qeyri-yaşayış sahəsinin dəyəri kimi X8 tərəfindən ödənilmiş, həmin qeyri-yaşayış sahəsinin X6 verilməsinə razılıq verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının xx.xx.2009-cu il tarixli, 1A saylı protokolu Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 12 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Hazırkı iddiaçı həmin binada 91 nömrəli mənzilin xüsusi mülkiyyətçisi olaraq X4 adına qeyri-yaşayış sahəsi ilə bağlı verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının protokolu və həmin protokolun tədiqi barədə sərəncamı mübahisələndirir. İşin hallarından müəyyən olunur ki, qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı üçüncü şəxs X8 ona ayrılmış qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılmasına mane olan hərəkətlərin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1899/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-89/2024 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1899/2022 nömrəli qətnaməsində qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasının yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin binanın 5-ci girişinin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud deyil. Həmin ərazidə binanın həyətinə sakinlər üçün iki tərəfli keçid yerləşir. İddiaçı, məhz, həmin sahənin qeyriyaşayış sahəsinin tikilməsi məqsədilə ona satıldığını iddia edir ünvan 4dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud olmadığından və həmin ərazinin iddiaçıya satılması, onun tərəfindən ərazidə təmirtikinti işlərinin aparılması səlahiyyətini təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyinə görə iddia əsassız hesab edilərək rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı qanunvericiliyin tələblərinə uyğun olmadığına görə həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının xx.xx.2009-cu il tarixli, 1A saylı protokolunda ünvan 4dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyriyaşayış sahəsinin X6 verilməsinə razılıq verildiyi göstərilsə də, həmin sənəd iddianın əsaslı olduğunu sübuta yetirmək üçün yetərli deyil. Belə ki, yaşayış kompleksinin ilkin layihə sənədləri, layihə sənədlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəyişikliklərin edilərək, mübahisəli ərazidə iddiaçının qeyd etdiyi kimi qeyri-yaşayış sahəsinin tikintisinin planlaşdırılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.” Göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmaqda ifadə olunan hüquqi marağı məhz X4 cavabdeh “Xətai-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı maneənin aradan qaıdırılması tələbinə dair Xətai rayon məhkəməsində qaldırılmış mülki işlə bağlı olmuş, hazırkı iddia ümumi məhkəmədə tərəflər arasında mövcud mülki mübahisəyə baxılarkən verilmiş və nəticə etibarı ilə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə üçüncü şəxsin iddia etdiyi qeyri-yaşayış sahəsinin mövcudluğu, eləcə də iddia edilən qeyri-yaşayış sahəsi ilə bağlı istinad olunan hüquqmüəyyənedici sənədlərə hüquqi qiymət verilmiş və yekun olaraq iddia tələbi təmin edilməmişdir. Başqa sözlə, iş üzrə iddiaçının hüquqi marağı mülki iş üzrə öz həllini tapdığından hazırkı inzibati məhkəmə icraatında iddia qaldırmasına hüquqi marağı müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6081/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6081/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver