Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6083/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X7 oğlunun, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1, 3-cü şəxs “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialı 3-cü şəxs qismində cəlb olunmaqla “aktın 4.3 və 4.6cı bəndlərinin ləğv edilməsi”nə dair barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli aktının ona aid olan 4.3 və 4.6 bəndlərinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6083/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialı inzibati iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli aktının ona aid olan 4.3 və 4.6 bəndləri qanunsuzdur və bır sıra əsaslara görə ləğv edilməlidir. Belə ki, işlək vəziyyətdə eyni markalı qurğu paralel olaraq olduğundan və hadisədən bir həftə öncə eyni qaydada ilanvari boruda sızma baş verdiyindən, təmir işləri bir həftə ərzində aparıldığından və heç bir hadisə baş vermədiyindən, iddiaçı, sex rəisi kimi baş mexanikə bu qurğunun təcili təmirə ehtiyac olmadığını bildirmişdir. Təcili təmirə tələsikliklə ehtiyac yox idi. Ona görə ki, yanakı dayanmış qurğu istismar vəziyyətində idi,yəni bir qızdırıcı ilə keçinmək mümkün idi. Nəzərə alınsın ki, bu, xam neftin ilkin qızdırılması prosesidir. Bundan sonra xam neftin əmtəə neftinə çevrilməsi üçün qızdırılma 2 prosesdən ibarət olur. Hər səhər adətən menecerlərin iştirakı ilə saat 8.00 -də gün ərzində görüləcək işlərin müzakirəsi aparılır. Aktda göstərilir ki, xx.xx.2020-ci il tarixində növbəti səhər toplantısı keçirilmişdir. Lakin, bu səhər toplantısının keçirilməsi şübhə doğurur. Belə ki, xx.xx.2020- ci il bazar günüdür. Üstəlik səhər iclaslarında iddiaçının meneceri iştirak etməli idi, lakin, həmin tarixdə o, Bakıda olmuşdur. İşin aparılması ilə bağlı tədbirlər planının hazırlanması prosesi iki iş günü ərzində yerinə yetirilir və iki -rus və azərbaycan dilində nüsxədə tərtib edilir, bütün detallar tam araşdırılır və təsdiqə göndərilir.xx.xx.2020-ci il tarixdə sex rəisi kimi hazırlıq işi sadəcə olaraq qızdırıcının ümumi suyunun buraxılmasından ibarət olub. xx.xx.2020-ci il tarixdə o Tədbirlər planını saat 17.00 radələrində bitirməli idi və bu planın hazırlanmasında mexaniki qrup iştirak etməli idi. Lakin, onlar xx.xx.2020-ci il tarixində qurğunun təmiri üçün texnikanı sifariş etmiş və bu zaman işçi heyəti artıq qurğunun ətrafında saat 8.00 da toplaşmışdı. Lakin, onlar qurğunun ətrafında toplanmamalı idilər. Soruşulduqda məlum oldu ki, onları buraya vitse-prezident Vladimir Navozovun göstərişi ilə baş mexanik göndərmişdir. Bu zaman iddiaçı rəhbərliyin göstərişinə əməl etməli idi, ona görə də ilanvari borunun şirin su ilə yuyulmasını baş usta Q.Əhmədova tapşırmışdı. Əgər iddiaçı xx.xx.2020-ci il tarixində saat 14.00 -də rəis T.Allahverdiyev, od təhlükəsi işləri üzrə cavabdeh V.Abıyev, onun baş ustası Q.Əhmədovun iştirakı ilə ilanvari borunun qaz ölçənlə qaz mühitinin olub-olmamasını ölçmüş, aktda qeyd edildiyi kimi saat 13.10 radələrində baş usta (Q.Əhmədov) iş yerini işlərə başlamaq üçün mexaniki qrupunun mühəndisi V.Abıyeva təhvil vermişdir. Aktın 4.3. və 4.6-cı bəndlərinə etiraz edərək bildirilir ki, əksinə, o, təhlükəsizlik tədbirlərinə əməl etmiş, ilanvari borunun təmiri üçün giriş-çıxış borularının şirin su ilə yuyulması və qaz qaynağı vasitəsi ilə kəsilib kənarlaşdırılması prosesinə tam nəzarət etmişdir. Bu zaman heç bir hadisə baş verməmişdir. Bundan sonrakı hadisələrə o, cavabdeh olmamışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “X8” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Baş Mexanikin vəzifə təlimatı”nın 2-ci (Vəzifə öhdəlikləri) bölməsinin 10-cu (avandanlığın təmiri və istismarı zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və .... nəzarət edir) və 24- cü (avadanlığın təmiri və onların işlək vəziyyətdə qalmasını həyata keçirən şirkətin bölmələrinin işlərinə rəhbərlik edir) abzaslarının tələblərinə, Şirkətin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Neftin hazırlanması və Nəqli Sexinin rəisi”nin vəzifə təlimatı”nın 2-ci (əsas vəzifə və funksiyaları) bölməsinin 10-cu bəndinin (neftin və qazın hasilatı və nəqlində təhlükəsizlik qaydalrına əməl olunmasına və pozuntuların ləğv edilməsinə nəzarət edir) tələblərinə, Şirkət rəhbərliyi tərəfindən təsdiq edilmiş “Mexaniki avadanlıqların təmiri üzrə reqlamenti”nin 4-cü (qızdırıcının demontajına hazırlıq işləri) bölməsinin 4.2-ci (demontajına hazırlıq işləridə vacibdir) bəndinin 3-cü abzasının (ilanvarı boru yığımını 2 saat ərzində buxarla yumaq) tələblərinə əməl edilməməsi bədbəxt hadisənin səbəbləri olaraq müəyyən edilmişdir. Belə ki, neftin hazırlanması və nəqli sexinin rəisinin, yəni İddiaçı vəzifə təlimatının 2.10-cu bəndinə əsasən sex rəisinin əsas vəzifələrindən biri neftin və qazın hasilatı və nəqlində, təhlükəsizlik qaydalarına əməl olunmasına, pozuntuların ləğv edilməsinə nəzarət etməkdir. ilanvari boru və sobanın daxili səthi əvvəlcə buxarla, daha sonra isə şirin su ilə yuyulmalı olduğu halda sex rəisi İddiaçı işinə laqeyd yanaşaraq, aktda olan izahatında qeyd etdiyi kimi yalnız şirin su ilə yuyulmuşdur. Habelə, ilanvarı borunun qaz mühitinin olubolmamasını ölçdükdən sonra qurğunun təhvili prosesində sex rəisi kimi İddiaçı iştirak etmiş və iştirakını partlayış-yanğın təhlükəli obyektlərində od təhlükəli işlərin yerinə yetirilməsi haqqında 19 saylı, xx xxxxxx 2020-ci il tarixli icazənamədə öz imzası ilə təsdiq etmişdir. Belə olan halda, İddiaçı öz vəzifə öhdəliklərini tam yerinə yetirməməsi və səhlənkar yanaşması nəticəsində baş vermiş bədbəxt hadisənin onunla heç bir əlaqəsinin olmadığını iddia etməsi məsuliyyətdən boyun qaçırmaq cəhdi kimi qiymətləndirilə bilər. Halbuki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli aktının tərtibi zamanı qanunvericiliyin tələblərinə əməl edilərək və bütün hallar tam araşdırılaraq 4.3-cü və 4.6-cı bəndləri ilə İddiaçı təqsirinin müəyyən edilməsi tam əsaslıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İş üzrə məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxs X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 iddiaya etirazını təqdim edərək, bildirmişdir ki, İddiaçı ərizəsinin 1-ci bəndində bir həftə əvvəl eyni markalı digər qurğuda sızma hadisəsinin baş verdiyini, təmir işlərinin 1 həftə davam etdiyini və heç bir hadisə baş vermədiyini qeyd edərək “tələsikliklə təmirə ehtiyac olmadığını” bildirmişdir. Qeyd etmək istərdik ki, digər qurğuda bədbəxt hadisənin baş verməməsi qurğunun təmirinin tezləşdirilməsinə və ya təxirə salınmasına və işin görülməsinə səhlənkar, qeyri-ciddi yanaşaraq işin keyfiyyətsiz görülməsi üçün əsas deyildir. Neftin Hazırlanması və Nəqli Sexinin rəisinin vəzifə təlimatının 2.10. bəndinə əsasən sex rəisinin əsas vəzifələrindən biri neftin və qazm hasilatı və nəqlində, təhlükəsizlik qaydalarına əməl olunmasında və pozuntuların ləğv edilməsinə nəzarət etməkdir. Ərizənin 3-cü bəndindəki “ilanvari borunun şirin su ilə yuyulmasını baş usta Q.Əhmədova tapşırdım” iddiasına cavab olaraq bildirilir ki, ilanvari bora və sobanın daxili səthi əvvəlcə buxarla, daha sonra isə şirin su ilə yuyulmalı olduğu halda sex rəisi İddiaçı işinə laqeyd yanaşması səbəbindən qurğuların daxili səthi iddiaçının öz izahatında qeyd etdiyi kimi yalnız şirin su ilə yuyulmuşdur. Bu da öz növbəsində vəzifə öhdəliklərinin tam yerinə yetirilməməsi və bədbəxt hadisə baş verməsi üçün şərait yaradılması deməkdir.Ərizənin 4-cü bəndindəki qeyd olunanlara cavab olaraq isə nəzərə çatdırılır ki, ilanvari boruda qaz mühitinin olub-olmamasını ölçdükdən sonra qurğunun təhvili prosesini baş usta Q.Əhmədov təkbaşına deyil, sex rəisi İddiaçı də iştirakı ilə etmişdir. Bunu iddiaçı Partlayış və partlayış - yanğın təhlükəli obyektlərində od təhlükəli işlərin yerinə yetirilməsi haqqında 19 saylı, xx xxxxxx 2020-ci il tarixli icazənamədə öz imzası ilə təsdiq etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili X7 oğlu iddia tələbində göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia tələbi ilə iddiaçı təhqiqat aktının ona aid olan hissədə ləğv edilməsini xahiş edir. İddia tələbi mübahisələndirmə haqqında iddiadır. Belə ki, İnzibati İcraat Haqqında Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2-ci bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Göründüyü kimi, mübahisələndirilən təhqiqat aktının qəbul edilməsində səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yaradılmış komissiyadır. Həmçinin, iddiaçı barəsində qəbul edilmiş təhqiqat aktı inzibati akt hesab olunur, bu akt publik hüquq sahəsinə aid olmaqla iddiaçı barəsində müəyyən hüquqi nəticələr yaradıb. Belə ki, iddiaçı ilə şirkət arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 72-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki,”xxxx” Şirkətinin Azərbaycan Respublikasında xx.xx.2020-ci il tarixində baş vermiş bədbəxt hadisənin təhqiqat aktı inzibati məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixlidir, iddiaçı hazırki iddia tələbində xx.xx.2020-ci il tarixli təhqiqat aktının ləğv edilməsini xahiş etsə də, Məhkəmə hesab edir ki, iddiaçı texniki yalnışlığa yol vermiş, iddiaçının mübahisələndirdiyi akt məhz baş vermiş bədbəxt hadisənin xx xxxxxx 2020-xx xxxxxx 2020-ci il tarixləri arasında aparılmış təhqiqatın nəticəsində qəbul edilmişdir. Beləliklə, iddiaçı təhqiqat aktını 6 ay ərzində xx xxxxxx 2020-ci il tarixində məhkəmədə iddia qaldırmaqla mübahisələndirmişdir. İddianın əsaslılığı : İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. İş materiallarına əlavə edilmiş sənədlərə və məhkəmə araşdırmasına əsasən müəyyən edilir ki, “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialının elektrik qaz qaynaqçısı X9 şirkətin X10 Kompleks hazırlanması sexində Aşağı Meşovdağ cənlər Parkında neft qızdırıcı peçin daxilində olan boruların təmiri məqsədilə çıxarılması üçün peçin qapağını qaynaqla kəsərkən xx xxxxxx 2020-ci il tarixdə, saat 15:40 radələrində baş vermiş partlayış nəticəsində xəsarət almışdır. Qeyd edilən bədbəxt hadisənin təhqiqatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, **********9 nömrəli əmri ilə təyin edilmiş Komissiya tərəfindən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək aparılmışdır. Həmin təhqiqat aktından görünür ki, “X8” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Neftin hazırlanması və Nəqli sexinin rəisi”nin vəzifə təlimatının 2-ci (əsas vəzifə və funksiyalar) bölməsinin 10-cu bəndinin (neftin və qazın hasilatı və nəqlində təhlükəsizlik qaydalarına əməl olunmasına və pozuntuların ləğv edilməsinə nəzarət edir) tələblərinə və “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialının istehsalat üzrə vitse prezidenti tərəfindən təsdiq edilmiş mexaniki avadanlıqların təmiri üzrə reqlamentinin 4-cü (qızdırıcının demontajına hazırlıq işləri) bölməsinin 4.2-ci (demontaına hazırlıq işlərində vacibdir) bəndinin 3-cü abzasının (ilanvari boru yığımını 2 saat ərzində buxarla yumaq) tələblərinə əməl edilməməsi səbəbindən neftin hazırlanması və nəqli sexinin rəisi İddiaçı nəzarətsizliyi nəticəsində bədbəxt hadisənin baş verməsi müəyyən edilmişdir. İddiaçı isə məhkəmə araşdırması zamanı “X8” şirkətində sex rəisi kimi işlək vəziyyətdə olan eyni markalı qurğunun işlək vəziyyətdə olduğu üçün qurğunun təmirə ehtiyacı olmadığını, bir həftə öncə eyni qaydada ilanvarı boruda sızma baş verdiyi zaman təmir işlərinin bir həftə ərzində aparıldığını, xx.xx.2020-ci il tarixdə sex rəisi kimi hazırlıq işinin sadəcə qızdırıcının ümumi suyunun buraxılmasından ibarət olduğunu, rəhbərliyin tapşırığına əsasən işçi heyətinin qurğunun ətrafında 08:00-da toplaşdıqlarını, lakin toplaşmamamlı olduqlarını, ilanvarı borunun şirin su ilə yuyulmasını baş usta Q.Əhmədova tapşırdığını və yekun olaraq rəhbərliyin göstərişlərini yerinə yetirdiyi üçün baş verən hadisə ilə bağlı heç bir məsuliyyət daşımadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən dəliləri əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Kayman Adalarının “X8” Şirkətinin filialı ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən işçi neftin hazırlanması və nəql sexinin rəisi vəzifəsi üzrə bu müqaviləyə qoşulmuş vəzifə təlimatından irəli gələn və öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Karasu Əməliyyat şirkətinin Filialının rəhbəri tərəfindən təsdiq edilmiş Neftin hazırlanması və nəqli sexinin rəisinin vəzifə təlimatının 2-ci bəndində sex rəsinin əsas vəzifə və funksiyaları sadalanmışdır. Belə ki, sex rəsini istehsalat texnologiyasının təşkilinin təkmilləşdirilməsinə, istehsalatın mexanikiləşdirilmə səviyyəsinin yüksəldilməsinə nəzarət etmək, neftin hazırlanması və nəqli sexini texnoloji prosesini daim nəzarət altında saxlamaq, lazım gələrsə şəraitdən asılı olaraq menecerlə məsləhətləşib texnoloji dəyişiklik etmək, neftin tam şəkildə hazırlanması və satışı üzrə keyfiyyət göstərici parametrlərinə tam cavabdehlik, səmt qazının rasional şəkildə istifadəsini təşkil etmək, neft və qaz hasilatında və nəql edilməsində əməyi yüngülləşdirən, həmçinin istehsalatda zərərli amillərin ləğv edilməsinə yönəldilmiş yeni texnoloji prosesləri işləyib hazırlayır və tətbiq edir, istehsalatın təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilən texnoloji təşkilatı tədbirlər planı işləyib hazırlayır və həyata keçirir, yeni yaradılmış avadanlıqların, alətlərin sınaqdan keçirilməsində iştirak edir və onların təhlükəsiz işləməsinə dair öz rəyini verir, neftin hazırlanması və nəqli sexindən Çənlər Parkına nefti nəql edən zamanı təhlükəsizlik qaydalarına və normalarına uyğun olaraq texniki sənədlərin işlənib hazırlanmasında iştirak edir, işçilərin mühafizə, qoruyucu xüsusi geyim, xüsusi ayaqqabıların verilməsinə, işçilərin tibbi müayinədən keçmələrinə nəzarət edir, işçilərin əmək şəraitini yaxşılaşdıran tədbirlər planının, baş verə biləcək qəzaların, yanğınların, zəhərlənmələrin, xəsarətlərin, peşə xəstəliklərinin qarşısını alan tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir, neftin və qazın hasilatı və nəqlində, təhlükəsizlik qaydalarına əməl olunmasında və pozuntuların ləğv edilməsinə nəzarət edir, neft və qazın hasilatı və nəql edilməsi sahəsində ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir, işçilərin təhlükəsiz iş üsuluna öyrədilməsi üçün proqramların, təlimatların işlənib hazırlanmasına daim nəzarət edir. Göründüyü kimi, neft və qazın hasilatı və nəqlində, təhlükəsizlik qaydalarına əməl olunmasında sex rəisi cavabdehlik daşıyır. Bundan əlavə iş materiallarında olan partlayış və partlayış –yanğın təhlükəli obyektlərində od təhlükəli işlərin yerinə yetirilməsinə xx xxxxxx 2020-ci il tarixli, 19 saylı icazənamədən görünür ki, Aşağı Meşovdağ sahəsində neftin hazırlanması və nəqli sexində 1№-li çöl peçində təmir işində İddiaçı xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixədək od təhlükəli işləri yerinə yetirməyə icazə vermişdir. İş materiallaında əlavə edilmiş Mexaniki avadanlıqların təmiri üzrə reqlamentin 4.2-ci bəndinə əsasən PP-2M aralıq istilik daşıyıcılı yol qızdırıcısının demontaja hazırlıq işlərində qızdırıcıya gələn neft məhsulları borusu ilə qızdırıcının əlaqəsini kəsmək, yanacaq qazının borularını ayırmaq, İlanvarı boru yığımını 2 saat ərzində buxarla yumaq, İlanvari boru yığımında buxarı saxlamaq və drenaj sistemi ilə tədricən buraxmaq, qızdırıcının qızdırma kamerasında olan su drenaj vasitəsilə boşaldılmalı, sonra şirin su ilə doldurulmalı və qızıdrıcının üst lyukundan təmiz su gələnə qədər daşdırılmalı, qızdırıcının kamerasından və ilanvari boru yığımından qaz-hava nümunəsi ötürülməli, əgər qaz-hava nümunəsinin analizində qaz mövcudluğu olarsa buxarla yumanı təkrar etmək vacib işlərdir. Lakin həm iddia ərizəsindən, həm də iddiaçının məhkəmə araşdırması zamanı verdiyi ifadələrdən aydın olur ki, ilanvari boru və soba yalnız şirin su ilə yuyulmuşdur. Həmçinin, iddiaçının təhqiqat zamanı izahatından da aydın olur ki, ilanvari borunun qaz mühitinin olub-olmamasını ölçdükdən sonra qurğunun təhvili prosesində sex rəisi kimi iddiaçı iştirak etmiş və bunu icazənamədə də öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının: - 2.4-cü bəndinə əsasən müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. -2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. -4.1-ci bəndinə əsasən təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, “X8” Şirkətində Neftin hazırlanması və nəqli sexinin rəisi vəzifəsində olan İddiaçı öz vəzifə təlimatlarına uyğun davranmaması, öz vəzifə öhdəliklərinin tam yerinə yetirilməməsi və səhlənkar yanaşması şirkətdə xx xxxxxx 2020-ci il tarixində bədbəxt hadisənin baş vermə səbəblərindən biri olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialı 3-cü şəxs qismində cəlb olunmaqla “aktın ona aid hissədə ləğv edilməsi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2, 68- 69, 85.1-ci və 110- cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “X8” Şirkətinin Azərbaycan Respublikasındakı filialı 3-cü şəxs qismində cəlb olunmaqla “aktın 4.3 və 4.6cı bəndlərinin ləğv edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan apelyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov küç, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6083/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6083/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver