Məhkəmə qərarları › İş №2-1(112)-6084/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6084/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6084/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qardaşı X1 ünvan 1 ünvanında yerləşən onlara məxsus evə qeydiyyata alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin sentyabr ayında 20-ci sahədə yerləşən poliklinikaya getmiş və həkimə müraciət zamanı məlumat masasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etmişdir. Orada işləyən xanım ona şəxsiyyət vəsiqəsində problem olduğu üçün qeydiyyat apara bilməyəcəyini bildirmişdir. Odur ki, o və qardaşı X2 Səbail rayon Polis İdarəsinə müraciət edərək qeydiyyatlarının bərpasını xahiş etmişlər. Lakin buna baxmayaraq onların qeydiyyata alınmasından imtina edilərək məhkəməyə müraciət etmələri bildirilmişdir. Hazırda qeydiyyatsız olmaları onlara çox böyük problemlər yaşadır. Dövlət qurumlarında və sair yerlərdə müraciətləri qəbul edilmir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə istinad olunanlara əsasən hazırkı iddianın mümkünlüyünü yoxlayaraq qeyd edir ki, İPM-in 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 45.5-ci maddəsinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. İstinad olunan normalardan müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır və bununla da, iddiaçı, habelə prosesin digər tərəfləri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməzlər. Lakin işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6083/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar X2 və İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən onlara məxsus evə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişlər, məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda işdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2609/2023 saylı bildirişindən görünür ki, həmin məhkəmə qərarından iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı daha əvvəl eyni tələblə, eyni cavabdehə qarşı xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.4, 15.5 və 15.6-cı bəndlərinə görə İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanları nəzərə alan məhkəmə iddiaçının eyni tələblə eyni tərəfə qarşı daha əvvəl məhkəməyə müraciət etdiyini, həmin işin hazırda məhkəmə icraatında olduğunu nəzərə alaraq hesab edir ki, İPM-in 45.5.1-ci maddəsinə əsasən hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı özü ilə yanaşı, öz adından xx.xx.1967-ci il təvəllüdlü yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyətli olan X1 da müvafiq ünvana qeydiyyata alınmasını xahiş etmiş, bununla S.İbrahimovun publik hüquqdan irəli gələn və onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi, onun hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldırmışdır. Halbuki iddianı, qəbul edilən inzibati akt (hərəkət) vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, hazırkı halda iddiaçının Sahib İbrahimovun 13b saylı mənzilə qeydiyyata alınması barədə tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar