Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6085/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «ümidsiz borcun silinməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «ümidsiz borcun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış və qurumun adına müvafiq olaraq ƏDV bildirişi və VÖEN ********** verilmişdir. Şirkət 4 oktyabr 2013-cü il tarixdən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Müəssisə fəaliyyətə başladığı dövrdən vergi ödəyicisi kimi öhdəliyində yaranmış vergiləri vicdanla, tam və zamanında ödəyərək fəaliyyət göstərmiş və onun dövlət büdcəsinə borcu yoxdur. Vergi orqanı müəssisəyə “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərərək ona 67.192,31 manat borc hesablamışdır. Həmin borcun hansı əsasla yaranması və hesablanması aydın deyildir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 93.2-ci maddəsində qeyd olunur ki, diğər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarım, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifade etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələəblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd ev m sübutlat, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normatlv-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi, vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarına əsasən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 59, 73-cü maddələrinə, Vergi Məcəlləsinin 53, 54-cü maddələrinə əsaslanraq, müəssisəyə hesablanmış 67.192,31 manat borcun şəxsi onun hesabından silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə vəsatətlə müraciət edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatətdə bildirilir ki, İPM-in 35.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyan hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsində qeyd olunur ki, müəssisə fəaliyyətə başladığı dövrdən vergi ödəyicisi kimi yaranmış vergiləri vicdanla, tam və zamanında ödəyərək fəaliyyət göstərmiş və dövlət büdcəsinə borcu yoxdur, müəssisəyə “Vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək 67.192,31 manat borc hesablanmışdır, həmin borcun hansı əsasla yaranması və hesablanması aydın deyil. İcdaçının iddia tələbinin əsaslandırılması üçün iddia ərizəsində qeyd etdiyi dəlilləri əsassız hesab edilir. Şirkətin şəxsi hesab vərəqəsindən göründüyü kimi, əmlaka yönəldilən vərəqə üzrə 58.100,68 manat, sosial sığorta və işsizlikdən sığorta haqları vərəqəsi üzrə 6.450,31 manat, faiz üzrə 2.540,50 manat və “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 12 fevral 2020-ci il tarixli **********033400 nömrəli qərarla hesablanmış 100 manat maliyyə sanksiyası, cəmi 67.191,49 manat borcu mövcuddur. Şirkət Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün 14 iyun 2017-ci il tarixə 60.000 manat, 16 iyul 2019-cu il tarixə isə, 21.532,81 manat borcu yaranmış, həmin borclara görə ona məxsus əmlaklar siyahıya alınaraq ixtisaslaşdırılmış açıq hərrac mərkəzlərində satıması məqsədi ilə müvafiq olaraq 8 aprel 2019-cu il və 24 dekabr 2019-cu il tarixli iddia ərizələri ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Vergi orqanının iddia tələbləri təmin edilərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin (hazırkı Bakı Kommersiya Məhkəməsi) 28 dekabr 2019-cu il tarixli e-2-2(81)-1323/2019 saylı qətnaməsi ilə 60.000 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 60.000 manat, Bakı Kommersiya Məhkəməsinin 2 iyun 2020-ci il tarixli e-2-2(81)-808/2020 nömrəli qətnaməsi ilə 21.532,81 manat məbləğində şirkətin siyahıya alınmış əmlaklarının ixtisaslaşdırılmış açıq hərrac mərkəzində satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli e-2-2(103)-258/2020 nömrəl qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli e-2-2(81)-1323/2019 nömrəli qətnaməsidən İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Qərardad ondan kassasiya şikayəti verilmədiyindən, qanuni qüvvəyə minmişdir. Bakı Kommersiya Məhkəməsinin 2 iyun 2020-ci il tarixli e-2- 2(81)-808/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli 2-2(103)-461/2020 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirləı Baş İdarəsinə qarşı kameral vergi yoxlamasının və ona hesablanmış faizlərin ləğv edilməsi tələbinə dair inzibat iş həll edilənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin icraatında olan iş ilə əlaqədar qeyd edlməlidir ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 21.532,81 manat məbləğində borcun silinməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021ci il tarixli 2-1(112)-1044/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli 2-1(103)-3072/2021 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkə nəsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2- 1(102)-454/2022 saylı 8 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina olunmuşdur. İnzibati iş üzrə məhkəmə icraatı başa çatdığına görə Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-2(103)-6/2022 nömrə qərardadı ilə kommersiya mübahisəsi üzrə icraat təzələnmiş və həmin məhkəmənin 17 may 2022-ci il tarixli 2-2(103)-6/2022 saylı qətnaməsi ilə “X4" Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 2 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibb sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə şilinə bilər. Göründüyü kimi, şirkətin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış hərracda satılması barədə qəbul edilmiş məhkəmə qətnaməsinin (qərardadının) qüvvəyə mindiyi tarixdən 5 il müddət keçməmişdir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.3-cü maddəsində göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi, bu Məcəllədə başqa nallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirilir ki, İddiaçı şəxsi hesab vərəqəsində mövcud olan əmlaka yönəldilən vərəqə üzrə 58.100,68 manat və faiz üzrə 2.540,50 manat onun vergi öhdəliyi olduğuna görə həmin məbləğləri dövlət büdcəsinə ödəməlidir. Lakin vergi ödəyicisi müxtəlif üsul rə vasitələrdən istifadə etməklə borcun silinməsinə cəhd göstərir. Şirkətin şəxsi hesab vərəqəsində mövcud olan məcburi dövlət sosial sığorta üzrə 6.450,31 manat borca münasibətdə bildirilir ki, qüvvədə olan qanunvericiliyə əsasən hesablanmış məcburi dövlət sosial sığorta, işsizliklən sığorta və icbari tibbi sığorta haqları və hesablanmış faiz məbləğlərinin hesablanma tarixindən asılı olmayaraq silinməsinə yol verilmir. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsində gödtərilir ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Həmçinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblər baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Bundan əlavə, "X4” Şirkətinin şəxsi hesab vərəqəsində mövcud olan 100 manat maliyyə sanksiyası məbləğinə münasibətdə qeyd olunur ki, vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə" 12 fevral 2020-ci il tarixli **********03340 nömrəli qərarla 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarla hesablanmış maliyyə sanksiyasının ləğv edilməsi iddia növünə münasibətdə mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb sdə bilər. Göründüyü kimi, “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 12 fevral 2020-ci il tarixli **********033400 nömrəli qərarla tətbiq edilmiş 100 manat maliyyə sanksiyasının öhdəliyin icrası haqqında iddia vasitəsi ilə silinməsini tələb etmək qanunvericiliyin tələbinə ziddir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: (93.1.1) bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; (93.1.2) bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; (93.1.3) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbi şəxsi hesab vərəqəsində əks olunmuş 67.192,31 manat məbləğində əks olunmuş aşağıdakı borcların ümidsiz borc kimi silinməsini barədədir: 58.100,68 manat vergi borcu, 6.450,31 manat sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc, 2.540,50 manat faiz borcu, 100 manat maliyyə sanksiyası üzrə borc. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq borc məbləğlərinin “ümidsiz borc” kimi silinməsini tələb etdiyindən, bu iddia “öhdəliyinin icrası haqqında” iddiaya aiddir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında iddiaçının iddia qaldırmamışdan müvafiq məsələ (ümidsiz borcun silinməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi müəyyən olunmur. Müvafiq müraciətin olmasını təsdiq edən hər hansı sübut məhkəmə icraatında təqdim olunmamış, iddia ərizəsində bildirilməmişdir. Cavabdehin iddia ilə bağlı yazılı münasibətində də bu barədə bildirilməmişdir. Halbuki, “öhdəliyin icrası haqqında” iddialarda belə şərt mütləqdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiada silinməsi tələb olunan borcun bir hissəsi sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borca aiddir və bu qəbildən olan borcların “ümidsiz borc” kimi silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmur. Mübahisə predmeti olan borcların digər hissəsinə gəldikdə isə, məhkəmə aşağıdakı xüsusatlara görə iddianın dəyişdirilməsini, yəni “mübahisələndirmə haqqında” iddia ilə əvəz olunmasının iddiaçıya tövsiyə edilməsini məqsədəuyğun saymamışdır: - İddia ərizəsində tələb məhz vergi qanunvericiliyinin “ümidsiz borcun silinməsi” ilə bağlı müddəalarına, yəni Vergi Məcəlləsinin 85.4, 93.1.1, 93.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” qərarına istinadən əsaslandırılmışdır; - İddiaçıya müvafiq borcların hesablanması barədə vergi orqanının qərarları olsa da, həmin qərarlardan biri artıq mübahsələndirilmişdir (cavabdehin iddiaya qarşı yazılı münasibətinə əsasən), digəri ilə bağlı isə, qəbul olunduğu tarixdən 2 ildən artıq vaxt keçmişdir. Həmçinin, müvafiq vergi borcuna görə siyahıya alınmış əmlakın satılması ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6085/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6085/2023
17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver