Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6087/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işə cəlb edilməklə maddi və mənəvi ziyanın ödənilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işə cəlb edilməklə ona 20000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında tikilmiş qanunsuz tikinti işlərinin aparılması nəticəsində, ona məxsus 1 otaqlı mənzilinin qəzalı vəziyyətinə düşməsi nəticəsində ona ziyan dəymişdir. Bu səbəbdən də, həmin 20000 manat məbləğində ziyanın cavabdehdən tutulması barədə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilərək, bildirilmişdir ki, ünvan 2 saylı ünvanda qeydiyyatda olan vətəndaş X7 Cavabdehnə Y-1/8- 162/5-t/4 saylı, xx.xx.2020-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, onun paylı mülkiyyətində olan yuxarıda qeyd edilən ünvanda yerləşən 1 otaqlı mənzilinin qəzalı vəziyyətinə düşməsi nəzərə alınaraq ona 20000 manat məbləğində maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh 6/Y-1/8-162/5-t/4, xx.xx.2020-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 nömrəli evdə yerləşən 3 otaqlı paylı mülkiyyətdə olan mənzildən 1 otağı mülkiyyət hüququ üzrə ona məxsusdur. Mənzilin digər paylı mülkiyyətçisi X6 mənzilinin özünə məxsus hissəsində özbaşına təmir işləri apararaq evin ümumi giriş hissəsindən onun otağına açılan qapı oyuğunu bağlamışdır. Bu təmir işlərini X6 özbaşına aparmış və Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, Rayon İcra Hakimiyyəti ona maddi və mənəvi ziyan vurmamışdır. İddiaçını cavab qane etmədiyindən o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. İddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 nömrəli ünvanda cavabdeh S.C.Rəhimov tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov (7ci Sverdlov döngəsi) küçəsi 13 nömrəli binada yerləşən 3 otaqlı mənzilin 1 otağı (y/s 10 kv.m) paylı mülkiyyət hüququ ilə X4 məxsusdur. Cavabdeh X6 mənzilində təmir işləri apararaq evin ümumi giriş hissəsindən İddiaçı otağına açılan qapı oyuğunu bağlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019cu il tarixli, 9725 nömrəli rəyindən görünmüşdür ki, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 saylı ünvanda yerləşən paylı mülkiyyətdə olan mənzilin texniki pasportundan kənar konstruktiv dəyişiklilərin aparılması ilə mübahisəli qapı boşluğunun (oyuğun) bağlanması və aparılmış bu dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklilər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırması Qaydaları”na uyğun deyil. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhəri Cavabdeh Mənzil- Kommunal Təsərrüfatı Birliyinin caavbdeh X3 qarşı, iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu 7-ci Sverdlov döngəsi 13 saylı ünvanda cavabdeh X6 tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X6 apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2325/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Bildirirlər ki, Suriddin Rəhimov tərəfindən yuxarıda qeyd olunan ünvanda Rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməmiş və bu fakt məhkəmədə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada cavabdehin və 3-cü şəxsin nümayəndəsinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxıla bilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 6/Y-1/9-164 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının ona maddi və mənəvi ziyan ödənilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti ona maddi və mənəvi ziyan vurmamışdır. Buna görə də, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qonşusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 nömrəli ünvanda cavabdeh S.C.Rəhimov tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov (7-ci Sverdlov döngəsi) küçəsi 13 nömrəli binada yerləşən 3 otaqlı mənzilin 1 otağı (y/s 10 kv.m) paylı mülkiyyət hüququ ilə X4 məxsusdur. Cavabdeh X6 mənzilində təmir işləri apararaq evin ümumi giriş hissəsindən İddiaçı otağına açılan qapı oyuğunu bağlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 9725 nömrəli rəyindən görünmüşdür ki, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 saylı ünvanda yerləşən paylı mülkiyyətdə olan mənzilin texniki pasportundan kənar konstruktiv dəyişiklilərin aparılması ilə mübahisəli qapı boşluğunun (oyuğun) bağlanması və aparılmış bu dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklilər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırması Qaydaları”na uyğun deyil. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 saylı ünvanda cavabdeh X6 tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2325/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 saylı ünvanda yerləşən 3 otaqlı mənzilin X2 mülkiyyətində olan 1 otağına açılan qapı oyuğunun X6 tərəfindən bağlanmasına, mənzilin texniki pasportundan kənar konstruktiv dəyişiklilərin aparılmasına Cavabdeh tərəfindən icazə verilməmiş, mənzildə aparılmış texniki pasportdan kənar konstruktiv dəyişiklilər X6 tərəfindən Rayon İcra Hakimiyyətindən razılıq alınmadan aparılmış və həmin konstruktiv dəyişikliklərə əsasən bağlanmış qapı oyuğunun X1 vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunsuz qərar, sərəncam va ya digər növ hakimiyyət tədbiri, eləcə də, hər hansı bir qanunsuz hərəkət (və ya hərəkətsizlik) nəticəsində ziyan vurulması halı öz təsdiqini tapmadığından, bununla da, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6087/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6087/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver