Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6088/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçı X2, cavabdehin nümayəndələri X6 və X4, tərcüməçi X1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin X3rşı «əmanətlə bağlı ödəmənin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin X3rşı «əmanətlə bağlı ödəmənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, keçmiş SSRİ dönəmində dövlət bankına müvafiq məbləğdə pul vəsaiti yerləşdirmişdir. «Keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin yerinə yetirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli 602 nömrəli Fərmanına uyğun olaraq ödəmə qismində pul vəsaitlərini o, vəsiqəsinin müddətinin qurtarması ilə əlaqədar ala bilməmişdir. Məhkəmədən ona əmanətləri indeksləşdirilməklə müvafiq pul vəsaitinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin X5 vətəndaş İddiaçı ünvanlanmış x xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin X7 Sizin (iddiaçının) Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş əmanətlərin indeksləşdirilməsi barədə müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin yerinə yetirilməsi haqqında» xx xxxx 2012-ci il tarixli 602 nömrəli Fərmanı yalnız x xxxxxx 1992-ci il tarixə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “xxxxxxxxxxxx” ASC-də şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə şamil edilir. Eyni zamanda, məlumat üçün qeyd edilir ki, əmanətçi pul islahatları (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli 48 nömrəli və xx xxxxxx 1993-cü il tarixli 58 nömrəli Fərmanlarına əsasən x xxxxxx 1994-cü il tarixdən 10 rubl = 1 AZM, x xxxxxx 2005-ci il tarixli 189 nömrəli Fərmanına əsasən x xxxxxx 2006-cı il tarixdən 5.000 AZM = 1 AZN) nəzərə alınmaqla, şəxsiyyətini təsdiq edən sənəd və əmanət kitabçası təqdim etməklə əmanətinin müraciət tarixinə olan qalığını “xxxxxxxxxxxx” ASC-nin müvafiq filialından ala bilərsiniz. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddianı müdafiə etdi və işə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X12 və X11 iddiaya etiraz bildirərək və mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin yerinə yetirilməsi haqqında» xx xxxx 2012-ci il tarixli 602 nömrəli Fərmanı ilə nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin; - (2-ci bənd) “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur); - (3-cü bənd) müəyyən edilsin ki, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir. Həmin Fərmanla təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”nın 4-cü bəndinə görə birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: (4.1.1) əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd, (4.1.2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, (4.1.3) soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti, (4.1.4) vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı. Göründüyü kimi, müvafiq qaydaları tənzimləyən xx xxxx 2012-ci il tarixli 602 saylı Fərmanın müddəaları əmanətçilərə həm fərdi birdəfəlik ödəmələrin verilməsinin son müddəti kimi 2013-cü ilin 31 dekabr tarixini müəyyən etmiş, həm də bununla bağlı əruzələrin müvəkkil bank kimi “xxxxxxxxxxxx” ASC-yə təqdim olunmasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, hazırkı cavabdehin iddia qaldılrılmamışdan əvvəl iddiaçıya ərizəsinə cavab olaraq ünvanlanmış x xxxx 2020-ci il tarixli məktubunda da ona həmin bankın strukturlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçı həm müvafiq müddəti ötürməklə, həm də səlahiyyətli orqan “xxxxxxxxxxxx” ASC-yə deyil, digər təşkilata (hazırkı cavabdehə) müraciət etməklə ona qarşı iddia qaldırdığından, ona müvafiq ödəmələriin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin X9 üzərinə qoyulması mümkün deyil. Odur ki, hazırkı tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmış olmur. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6088/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6088/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver