Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6091/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İddiaçı və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əvvəllər təyin olunmuş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il №3-1xx-xx-30242/2024 tam reabilitasiya olması barədə aktının etibarsız sayılmasını, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq yenidən sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməklə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması, əvvəllər təyin edilmiş (ömürlük) əlillik dərəcəsinin və müvafiq təqaüdün yenidən bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əvvəllər təyin olunmuş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı xx.xx.1983-cü ildə doğulmuşdur. 1994-1999-cu illərdə 6 saylı uşaq klinik xəstəxanasında müxtəlif vaxtlarda xəstəliyi iə bağlı müalicə almışdır. xx.xx.1999-cu ildən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bronxial astma, infeksion-allergik, tez-tez boğulma halları müayinə nəticəsində təyin olunmuş, 3-cü qrup əlil kimi qiymətləndirilmiş və bununla bağlı təqaüd təyin edilmişdir. Daha sonra 1999-2012-ci illərdə müvafiq müayinələrdən girmiş və hər müayinədə eyni diaqnoz qoyulmuş və uşaqlıqdan gələn xəstəlik olduğu təyin edilmişdir. xx.xx.2012-ci ildə edilən müayinədə əlillik dərəcəsi 2-ci dərəcə olaraq qiymətləndirilmişdir. Daha sonra xx.xx.2013-cü il tarixində olan müayinə zamanı ömürlük əlillik təyin edilmişdir. 2024-cü ildə, anası vəfat etdikdən sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə onun əlilliklə bağlı aldığı təqaüdünün iddiaçı üçün təyin edilməsi ilə bağlı müraciət etmiş və qəbul edilmişdir. 2024-cü ildə yenidən müayinəyə çağırılmış, həmin yoxlamadan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının müraciətinə cavabda bildirilmişdir ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilmişdir. xx.xx.2024-cü il №3-1xx-xx-30242/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, müayinə nəticəsində xəstəliyinin sağalması və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.Lakin iddiaçı təyin olunan diaqnozla razı deyil və özündə hiss etdiyi əlillik əlamətlərinin daha düzgün yoxlanılmasına və ədalətli olaraq iddiaçıya əlillik təyin olunmasına nail olmaq istəyir. Dəfələrlə müalicələr almasına baxmayaraq, aldığı müalicələrin heç bir faydası olmadığı üçün narahatlığı müntəzəm şəkildə davam edir. Eyni zamanda, tibb sahəsindəki mövcud elmi araşdırmalar və həkim rəyləri göstərir ki, bronxial astma (infeksion-allergik) xroniki xəstəlikdir və hazırda tam müalicəsi mövcud deyil. Bu xəstəlik yalnız davamlı dərman qəbulu, fiziki rejimə riayət və müvafiq profilaktik tədbirlərlə qismən nəzarətdə saxlanıla bilər. Buna görə də xəstəliyin gedişatında dövri olaraq kəskinləşmə və boğulma tutmaları yaşamaq mümkündür. Müalicəsi olmayan bu xəstəlik iddiaçının həyat keyfiyyətinə mühüm dərəcədə təsir etməklə yanaşı, əmək qabiliyyətini məhdudlaşdırır və gündəlik fəaliyyətlərini dəfələrlə çətinləşdirir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir, ona görə də məhkəməyə müraciət edir. Belə ki, iddiaçı hesab edir ki, Agentlik tərəfindən onun barəsində təyin edilmiş diaqnozlar dəqiq araşdırılmamış və əsassız olaraq əlilliyi ləğv edilmişdir. Baxmayaraq ki, uşaqlıqdan etibarən bu narahatlıqlardan (bronxial astma, infeksion-allergik, tez-tez boğulma) hallarından əziyyət çəkir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik təyinatı barədə məlumatların “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar Agentliyə xx.xx.2024-cü il tarixli, 3-17-4/1- B29821/2024 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Müraciət əsasında vətəndaşa dair arxiv bölümündən əldə edilən tibbi-sosial ekspertiza sənədləri (TSEK arayışı və protokol məlumatı) araşdırılmış və sənədlərdə uyğunsuzluq yaranmışdır. Bundan irəli gələrək, əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə vətəndaşın ünvanına xx.xx.2024-cü il tarixli, 3- 17-4/2-B-25913/2024 nömrəli bildiriş məktubu göndərilmiş, həmçinin telefon (055-616-11- 12) nömrəsilə əlaqə saxlanılaraq əlilliyini təsdiqləyən sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK arayışı və digər sənədlər) birlikdə Agentliyə (ünvan: ünvan 1 İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, vətəndaşa dair xx.xx.1999-cu il tarixli ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2000-ci il tarixinədək) üçüncü dərəcə ilkin təyinatı “Əlillik” altsisteminə daxil edilmiş, lakin şəxsin hazırkı sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlillik səviyyəsində ağırlaşmalar aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Vətəndaşa dair göndərişlərin (1999-2013-cü illər) tarixi "Əlillik" altsisteminə keçirilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin qərarın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan:
AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1983-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3- 17-4/2-13-30242/2024 nömrəli İddiaçı ünvanladığı məktubunda bildirilmişdir ki, əlillik məlumatlarının müvafiq elektron sistemə daxil edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq İddiaçı xx.xx.1999-cu il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə 1 il müddətinə aparılmış əlillik təyinatı barədə qərar “Əlillik” altsisteminə daxil edilərək, xx.xx.2024-cü il tarixindən tam reabilitasiya olması qərarı qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə İddiaçı barəsində altsistemdən çıxarışlar təqdim edilmişdir Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilkin olaraq xx.xx.1999-cu ildə müayinə edilmiş və 1 il müddətinə üçüncü dərəcə əlillik müəyyən edilmişdir. daha sonra xx.xx.2013-cü ildə müddətsiz ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmiş, daha sonra xx.xx.2024-cü ildə tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. xx.xx.2013-cü il tarixli qərara əsasən, ümumi xəstəlik- diaqnoz bronxial astma infeksion allerqik forma orta ağırqedişli, nevrosteniya T/Çİİ dərəcə; meyar: 2.2. ikinci dərəcəli əlillik; 2.2.6. tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı. xx.xx.2024-cü il tarixli qərara əsasən, diaqnoz - bronxial astma infeksion allerqik forma orta ağırqedişli, nevrosteniya T/Çİİ dərəcə, əliliyin müəyən edilməsindən imtina edildi, səbəb – tam reabilitasiya olması
Məhkəmənin mövqeyi
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun
1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. 3.1.-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2.-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3.-ci maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir 3.4. –ci maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın
1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bədinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən
1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4.Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7.Əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
Qeyd olunmuş qanunvericiliyin müddəalarına görə, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Qanunvericiliklə əlilliyin qiymətləndirilməsinin əsas göstəriciləri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir. Həmin qərara görə əlilliyin müəyyən edilməsi - insanın həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinin müəyyən edilməsidir. İnsan həyat fəaliyyətinin əsas kateqoriyaları aşagıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları; sərbəst hərəkətetmə bacarığı -sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı; istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı; ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı; öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı; əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi başa düşülür. Cavabdeh tərəfindən iddiaçının əlilliyi qiymətləndirilməsi üçün müvafiq tibb müəsisəsi tərəfindən iddiaçıda olan xəstəliklər, travma və qüsurlar əsasında qoyulmuş diaqnoz, geyd olunmuş ağırlaşmalar nəzərə alınmaqla iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalar (yuxarıda qeyd edilmiş bacarıqlar) üzrə məhdudlaşmanın dərəcəsi müəyyən edilir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir:
1. İddiaçı qoyulmuş “Bronxial astma infeksion allergik forma orta ağır gedişli. Nevrasteniya T/Ç İİ dərəcə” diaqnozu düzgündürmü? İddiaçıda qoyulmuş diaqnoz üzrə xəstəliyin hansı ağırlaşmaları müşahidə olunur (XBT üzrə xəstəlik kodu göstərilməklə)? İddiaçıda müşahidə olunan xəstəlik və diaqnozun ağırlaşmaları nədən ibarətdir?
2. Əgər qoyulmuş diaqnozlar düzgündürsə iddiaçıya qoyulmuş Bronxial astma infeksion allergik forma orta ağır gedişli. Nevrasteniya T/Ç İİ dərəcə” diaqnozu üzrə onun orqanizminin funksiyalarının pozulması faizi nə qədərdir?
3. Əgər qoyulmuş diaqnozlar düzgündürsə, XBT kodu J45, J45.0 olan diaqnozlar üzrə iddiaçının səhhətində müşahidə olunan ağırlaşmalar nədən ibarətdir?
4. İddiaçıda aşağıda göstərilən əlamətlərdən hansı müşahidə olunur? a) orta ağır gedişli – mülayim tez-tez kəskinləşmələr (ildə 3-6 dəfə) və orta ağır tutmalarla (qismən nəzarət olunan, orta ağır olan persistə edən bronxial astma) İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; b) ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə; c) ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB, İİİ mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə.
5. Əgər qoyulmuş diaqnozlar düzgündürsə həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur?
6. Əgər qoyulmuş diaqnoz düzgündürsə müalicə olunacağı təqdirdə İddiaçı sağalma ehtimalı nə qədərdir? Müalicə nəticəsində diaqnozda göstərilən qüsur aradan qalxacaqmı (sağalacaqmı)?
7. Qoyulmuş diaqnoz üzrə xəstəlik iddiaçıda anadangəlmə və ya uşaqlıqdan müşahidə olunurmu?
8. Əgər qoyulmuş diaqnoz düzgün deyilsə, İddiaçı hazırkı sağlamlıq vəziyyətini əks etdirən diaqnoz nədir? Həmin diaqnoz və ağırlaşmaları “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur?
9. Əgər qoyulmuş diaqnoz düzgün deyilsə, İddiaçı hazırkı vəziyyətini əks etdirən diaqnoza nəzərən əlavə müayinə və müalicə olunacağı təqdirdə İddiaçı sağalma ehtimalı nə qədərdir? Müalicə nəticəsində göstərilən qüsur aradan qalxacaqmı (sağalacaqmı)?
10. Cavabdeh tərəfndən təqdim olunan sənədərə əsasən iddiaçıya xx.xx.2013- cü il tarixdən “Meyarların 2.2.6-cı bəndinə müvafiq olaraq tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatışmazlığı” ilə müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Qeyd edilən qərarda göstərilən diqanoz iddiaçının sağlamlıq vəziyyətinə nəzərən düzgün müəyyən edilmişdirmi?
11. İddiaçıda ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8) müşahidə olunurmu? “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin T486/2025 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1.3.6.9.11. Vətəndaş İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində qeyd edilmiş “Bronxial astma infeksion allergik forma orta ağır gedişli. Nevrasteniya T/Ç İİ dərəcə” diaqnoz ona stasionarda müalicə zamanı anamnestik, klinik və laboratorinstrumental müayinələrin əsasında təyin edilsə də, ona DTSERA-da tam reabilitasiya qərarı verilmişdir. xx.xx.2025-ci il tarixdə X1 İnstitutunda müayinəsi zamanı spirometriya müayinəsi zamanı ağciyərlərin hava tutumu norma olmuş, flüoqrafıyada peribronxit izlənilmiş və ona “J45.8 Bronxial astma. Qarışıq forma. Hissəvi nəzarət olunan. Qeyristabil remissiya mərhələsi” diaqnozu qoyulsa da, tənəffüs çatışmazlığı aşkar olunmamışdır. 2.4.5.8.10. Qərardadın müvafiq suallarında göstərilən hallar əmək qabiliyyətinin qiymətləndirilməsi meyarlarının təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nm 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 7. Vətəndaş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərin təhlilindən görünür ki, o, bu xəstəlikdən uşaqlıqdan əziyyət çəkir, belə ki, bronxial astma xəstəliyi anadangəlmə olmur, lakin irsi-m^üRik və uşaqlıq dövründə başlanan xəstəliklərlə əlaqəli, habelə infeksion ahergik mənşəli, yəni mövsümi ola bilir. Mövcud prosesual qanunvericiliyə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə iddiaçının əlilliyin bərpa edilməsi tələbindən irəli gəlsə də, cavabdehin hal-hazırda mübahisələndirilən hərəkətləri (qərarı) iddiaçıda əlillik vəziyyətin müəyyən edilməsi üçün əsas kimi göstərilmiş diaqnozun əlilliyin müəyyən olunması meyarlarına uyğun olub -olmaması ilə bağlı deyil, birinci növbədə müvafiq tibbi müəssisəsi tərəfindən göstərilmiş xəstəliyin, qüsurların (müvafiq diqnozun) iddiaçıda mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. Belə ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”’ müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Cavabdeh də müəyyən etmişdir ki, iddiaçının diaqnozu təsdiqini tapmır. Məhkəmə iddiaçının orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan, mövcud olan xəstəliyin, qüsurların (diaqnozun) müəyyən edilməsi xüsusi elmi bilik tələb olunduğundan, müvafiq ekspertiza rəyinin əsas götürülməsi məqsədəmüvafiq hesab edərək, məhkəmə tibbi ekspertizası təyin etmişdir. Göründüyü kimi ekspertiza rəyində iddiaçıya müddətsiz əlillik təyin edilən zaman müəyyən edilmiş diaqnoz (Bronxial astma infeksion allergik forma orta ağır gedişli. Nevrasteniya T/Ç İİ dərəcə)” diaqnozunun onda tam reabilitasiya olunduğu müəyyən edilmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh tərəfindən hazırki nəticəyə gəlinməsi barədə qərarı əsaslıdır. Belə olan halda iddiaçının əlilliyinin ləğv edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun
2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 3.3. –ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin
58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əvvəllər təyin olunmuş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova