Məhkəmə qərarları › İş №2-1(112)-6092/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6092/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6092/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “sahib olduğu və məlum olmayan səbəblərlə itirilmiş 24 ədəd özəlləşdirmə çekləri barədə qərar çıxarılması” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “sahib olduğu və məlum olmayan səbəblərlə itirilmiş 24 ədəd özəlləşdirmə çekləri barədə qərar çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya hüquqi yardım haqqında sərəncam təqdim edilərək, iddia tələbində qaldırdığı mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilməsi izah edilmişdir. Lakin, iddiaçı qanunvericiliyə uyğun olaraq məhkəmənin hüquqi yardımına münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 12 yanvar 2003-cü il tarixində Respublika Auksion Mərkəzi (RAM) iddiaçıdan “Cənub” (Cənub mehmanxanası) səhmdar cəmiyyəti adına 12 (on iki) ədəd özəlləşdirmə çeki qəbul etmiş, bu günə kimi ona dividend verilməmişdir. “Cənub” mehmanxanası sökülmüş və həmin ərazidə başqa bir mehmanxana tikilmiş, lakin həmin 12 (on iki) ədəd özəlləşdirmə çekinin aqibəti barədə məlumatı yoxdur. Həmçinin də 29 yanvar 2003-cü il tarixində Respublika Auksion Mərkəzi (RAM) ondan “Bakı Broyler-2” səhmdar cəmiyyətinin adına 12 (on iki) ədəd özəlləşdirmə çekini qəbul etmiş, bu günə kimi ona dividend verilməmiş, həmin 12 (on iki) ədəd özəlləşdirmə çekinin də aqibəti barədə onda məlumat yoxdur. İzahatının sonunda işə mahiyyəti üzrə oldugu kimi baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 03 dekabr 2018-ci il tarixli, **********76 saylı iddiaçıya ünvanladıgı məktubdan görünür ki, “Bakı Broyler-2” və “Cənub” açıq səhmdar cəmiyyətlərində malik olduğu səhmlərə görə dividendin ödənilməsinə köməklik göstərilməsi barədə xx.xx.2018-ci il tarixli elektron məktubuna baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 2 nömrəli Yeni Bakı Broyler fabrikinin bazasında Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 212 nömrəli sərəncamı ilə “Bakı Broyler- 2” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri özəlləşdirilmişdir. Həmçinin, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Baş İstehsalat İdarəsinin “Cənub” mehmanxanasının bazasında Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 269 nömrəli sərəncamı ilə “Cənub” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə-təsərrüfat ilinin nəticəsinə görə cəmiyyətin əldə edilən xalis mənfəətindən dividend almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək, fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə illik hesabat və mühasibat balansı ilə tanış olmaq, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malikdir. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, “Bakı Broyler-2” və “Cənub” açıq səhmdar cəmiyyətləri müstəqil təsərrüfat subyektləri olduğu üçün müraciətinə qeyd olunan məsələlərə cəmiyyətin idarəetmə orqanları tərəfindən baxıla bilər. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının tələbi açıq səhmdar cəmiyyətlərində malik olduğu səhmlərə görə dividendin ödənilməsinə köməklik göstərilməsi ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları”na əsasən: 1.1 Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na müvafiq olaraq hazırlanmışdır və özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə satışının keçirilməsinin ümumi qaydalarının, alıcıların hərraclarda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və özəlləşdirilən əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. 1.2. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında dövlət özəlləşdirmə payları (çekləri) və ya pul müqabilində özgəninkiləşdirilməsidir. 8.1. Alıcı hərraclarda aldığı səhmlərə mülkiyyət hüququnu hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən əldə edir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi ona müvafiq sənəd verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: 98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.2. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. 98.8. Dövlət müəssisələri özəlləşdirilərkən səhmdar cəmiyyətlərinin yaradılması xüsusiyyətləri həmin müəssisələrin özəlləşdirilməsinə dair qanunvericiliklə müəyyənləşdirilir. 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirilə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3.-cü bəndində məhkəmələrə aşagıdakılar izah edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Beləliklə də, məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaya cavab verməli orqan olmadığından iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edilir ki, qaldırılmış məsələ ilə bağlı açıq səhmdar cəmiyyətlərinə qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5KİM: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar