Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6095/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10rşı müraciətə cavab verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli vətəndaş müraciətinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2021-ci il tarixli vətəndaş müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli vətəndaş müraciətinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.2021-ci il tarixli vətəndaş müraciətində əksini tapan, amma cavabdehin ona göndərdiyi xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1522 saylı məktubda cavab verilməyən suallara cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 ərizə ilə müraciət edərək onun və ailə üzvlərinin COVİD- 19 virusuna yoluxması zamanı lazımi tibbi xidmət göstərilməməsi səbəblərinə aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizə 29 avqust 2021-ci ildə elektron poçtla elektron qaydada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (e-mail: Elektron ünvan , e-mailin screen variantı əlavə edilir) göndərilib. Ərizə 06 sentyabr 2021-ci ildə poçt vasitəsi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 göndərilib. Ərizə 13 sentyabr 2021-ci ildə qurumun əməkdaşı Cavadlı tərəfindən qəbul edilib (Xəbərnamə və poçt qəbzi əlavə edilir). Ərizə həmçinin 06 sentyabr 2021-ci ildə poçt vasitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilib. Ərizə 08 sentyabr 2021-ci ildə qurumun əməkdaşı (Səhv etmirsə Məmmədli, Xəbərnaməyə yazılan soyad aydın oxunmur) tərəfindən qəbul edilib (Xəbərnamə və poçt qəbzi əlavə edilir). Üçüncü şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 13 sentyabr 2021-ci ildə PHŞ/1-2-2021-21327 saylı məktubla həmin quruma ünvanladıqları ərizəni “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 ünvanlayaraq məsələnin araşdırılaraq ona məlumat verməsini xahiş edib (İcbari Tibbi Sığorta iizrə Dövlət Agentliyi 13 sentyabr 2021-ci ildə PHŞ/1-2- 2021-21327 saylı məktubunun surəti əlavə olunur). Lakin cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 5 ay müddətində 06 fevral 2022-ci ilədək müraciətinə cavab verilməsini təmin etməyib. Baxmayaraq ki, ərizəsində aydınlıq gətirilməsini istədiyi məsələlər Azərbaycan vətəndaşı kimi onun və ailə üzvlərinin konstitusion hüquqlarının və sağlamlıqlarının pozulması ilə nəticələnib. Belə ki, o və həyat yoldaşı - X7 icbari tibbi sığorta ödəyirlər. O həm də fərdi sahibkar kimi hər ay icbari tibbi sığorta ödəmişdir. Hər ikisi hər iki doza vaksin almışlar (sinovac). Bütün məlumatlar yəqin ki, elektron sistemdə var. Həyat yoldaşında 11 avqust 2021-ci ildə COVİD-in əlamətlərini müşahidə etmişlər. Dərhal müvəqqəti qeydiyyatda olduqları 15 saylı poliklinikaya məlumat vermişlər və test götürülməsini xahiş etmişlər. 1542 "Qaynar xətti" günün istənilən zamanında əlçatan olmadığı üçün 3 gün ərzində danışa bilməmişlər. 14 avqust 2021-ci ildən o, oğlu və qızında da COVİD əlamətləri özünü göstərirdi. Dəfələrlə 814, 9103-ə şikayət edəndən sonra 16 avqust 2021-ci ildə test üçün gəlmişlər. Test üçün gələn əməkdaş isə ailədən bir nəfərin adı verildiyi üçün yalnız həyat yoldaşından test götürmüşlər. Həmin gün təkrar 15 saylı poliklinika və Biləcəridəki uşaq poliklinikasına zəng edib test üçün gəlmələrini xahiş etmişlər. Həyat yoldaşının testinin cavabının Pozitiv olması barədə 18 avqust 2021-ci ildə mesaj almışlar. Bu dəfə dərman verilməsi üçün 15 saylı poliklinika, “1542" qaynar xətt”i (2 saat 19 dəqiqə telefonda gözlədikdən sonra), Səhiyyə Nazirliyinin qaynar xəttinə məlumat vermişlər. Bütün qeyd etdiyi ünvanlara evdən çıxa bilmədiklərini, 103-dən yalnız ağır vəziyyətdə COVİD xəstələrini xəstəxanaya yerləşdirə biləcəklərini dəfələrə zəng edib bildirmişlər. Poliklinika dərmanla TƏBİB, TƏBİBin “qaynar xətt'i Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə Poliklinikanın təmin edəcəyini bildirmişdir. Amma bugünədək nə dərman verilib, nə də hər hansı tibbi dəstək almışlar. Qeyd etdiyi kimi 16 avqust 2021-ci ildə test üçün poliklinikaya bildirəndən və 2 dəfə 814 qaynar xətti ilə əlaqə yaradandan sonra 21 avqust 2021-ci il saat 12:34 radələrində ondan, qızı X11 və oğlu X3 COVİD testi götürülmüşdür. Amma 5 gün keçsə də testin cavabını ala bilməmişlər. Dəfələrlə testi götürən həkim, Səhiyyə Nazirliyinin 814 xidməti, 1542 xidməti ilə (2 saat 26 dəqiqə telefonda gözlədikdən sonra danışa bilmişlər və fikirlərini tamamlamamış əlaqə kəsildi) 26 avqust 2021-ci ildə X5, 27 avqust 2021-ci ildə onun COVİD testinin nəticəsinin pozitiv olması barədə SMS almışlar. Amma sonrakı günlərdə bütün cəhdlərinə baxmayaraq X6 21 avqust 2021-ci ildə götürülən COVİD testinin nəticəsi ilə bağlı məlumat ala bilməmişdir. Testi götürən həkim və 6 saylı Birləşmiş şəhər Xəstəxanasından yaxma nümunələrinin TƏBİB-in laboratoriyasına təhvil verildiyi və nəticələrə görə məsuliyyət daşımadıqlarını bildirirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Qaynar xətti”ndən məsələyə müdaxilə edə bilməyəcəklərini bildiriblər. 1542 “Qaynar xətti”ndən isə COVİD testinin nəticələrini sistemdə görmədiklərindən hər hansı bilgi verə bilməyəcəklərini və test götürən xəstəxana ilə əlaqə saxlamalarını bildirmişlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsi üzərindən vətəndaşların müraciəti üçün cəmi 700 işarəlik yazıya icazə verilir. Həmin elektron müraciəti isə 1 sutkalıq cəhddən sonra göndərə bilmişdir və bugünədək cavab yoxdur. 11 avqust 2021-ci ildən 29 avqust 2021-ci ildək COVİD-19 xəstəliyi ilə yanaşı, bu yarıtmaz səhiyyə sistemi ilə mücadilə apararaq xəstəlikdən yaxa qurtara bilsələr də, Səhiyyə Sisteminin onlara yaşatdığı stress hələ də davam edir. Qeyd edir ki, sadaladığı bütün telefon zəngləri həm xidmətin keyfiyyətini ölçmək üçün “Qaynar xətt” xidmətləri, həm də onun tərəfindən qeyd edilib və araşdırma üçün təqdim edə bilər. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq aşağıdakı suallarına aydınlıq gətirilməsini xahiş etmişdir. 1) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 2) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 3) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 4) X2 21 avqust 2021-ci ildə götürülən COVİD testinin nəticəsi necədir və hansı səbəbdən bugünədək testin cavabı onlara bildirilməyib? 5) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı formada tibbi yardım göstərilir və həmin vətəndaşların sağlamlığına görə məsuliyyəti hansı qurum daşıyır? 6) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı dərman vasitələri pulsuz verilməlidir və buna görə məsuliyyəti hansı qurum daşıyır? 7) COVİD-ə yoluxandan sonra ağ ciyərlərilərinin KT müayinəsi və böyrəklərilərinin müayinəsinə ehtiyac var. Bu xidməti İcbari Tibbi Sığorta ilə ödənişsiz ala bilərlərmi? 8) Onun və ailə üzvlərinin COVİD-dən müalicəsi üçün xərclədikləri 758 manat vəsait İcbari Tibbi Sığorta hesabına qarşılana bilərmi?. Aşağıda göstərilənlərə əsasən cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaş müraciətinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və vətəndaş müraciətinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarından göründüyü kimi icra qurumu tərərəfindən vətəndaş müraciəti cavablandırılmayıb. Cavabdeh təşkilatın müraciəti cavablandırmaqdan imtina etməsi «Vətəndaşların müraciətləri haqqında» Qanunun tələblərinə ziddir. Odur ki, cavabdeh təşkilatın yazılı müraciəti cavablandırmaqdan imtinası qanunsuz və əsassız hesab edilməli, aidiyyəti vəzifəli şəxslərin məsuliyyəti müəyyən edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o və həyat yoldaşı X7 (FİN:1LU9GQY) icbari tibbi sığorta ödəyirlər. O, həm də fərdi sahibkar kimi hər ay icbari tibbi sığorta ödəmişdir. Hər ikisi hər iki doza vaksin almışlar (sinovac). Bütün məlumatlar yəqin ki, elektron sistemdə var. Həyat yoldaşında xx.xx.2021-ci ildə COVİD-in əlamətlərini müşahidə etdilər. Dərhal müvəqqəti qeydiyyatda olduqları 15 saylı poliklinikaya məlumat verdilər və test götürülməsini xahiş etdilər. 1542 "Qaynar xətti" günün istəlilən zamanında əlçatan olmadığı üçün 3 gün ərzində danışa bilmədilər. 14 avqust 2021-ci ildən o, oğlu və qızı da da COVİD əlamətləri özünü göstərirdi. Dəfələrlə 814, 9103-ə şikayət edəndən sonra 16 avqust 2021-ci ildə test üçün gəldilər. Test üçün gələn əməkdaş isə ailədən bir nəfərin adı verildiyi üçün yalnız həyat yoldaşından test götürdü. Həmin gün təkrar 15 saylı poliklinika və Biləcəridəki uşaq poliklinikasına zəng edib test üçün gəlmələrini xahiş etdilər. Həyat yoldaşının testinin cavabının Pozitiv olması barədə 18 avqust 2021-ci ildə mesaj aldılar. Bu dəfə dərman verilməsi üçün 15 saylı poliklinika, “1542"qaynar xətt"i (2 saat 19 dəqiqə telefonda gözlədikdən sonra), Səhiyyə Nazirliyinin qaynar xəttinə məlumat verdilər. Bütün qeyd etdiyi ünvanlara evdən çıxa bilmədiklərini, 103-dən yalnız ağır vəziyyətdə COVİD xəstələrini xəstəxanaya yerləşdirə biləcəklərini dəfələrə zəng edib bildirmişlər. Poliklinika dərmanla TƏBİB, TƏBİB-in “qaynar xətt”i Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə Poliklinikanın təmin edəcəyini bildirdi. Amma bugünədək nə dərman verilib, nə də hər hansı tibbi dəstək almışlar. Qeyd etdiyi kimi 16 avqust 2021-ci ildə test üçün poliklinikaya bildirəndən və 2 dəfə 814 qaynar xətti ilə əlaqə yaradandan sonra 21 avqust 2021-ci il saat 12:34 radələrində ondan, qızı X11 və oğlu - X3 COVİD testi götürüldü. Amma 5 gün keçsə də, testin cavabını ala bilmədilər. Dəfələrlə testi götürən həkim, Səhiyyə Nazirliyinin 814 xidməti, 1542 xidməti ilə (2 saat 26 dəqiqə telefonda gözlədikdən sonra danışa bildilər və fikrilərini tamamlamamış əlaqə kəsildi) 26 avqust 2021-ci ildə X5, 27 avqust 2021-ci ildə onun COVİD testimin nəticəsinin pozitiv olması barədə SMS aldılar. Amma sonrakı günlərdə bütün cəhdlərinə baxmayaraq X6 21 avqust 2021-ci ildə götürülən COVİD testinin nəticəsi ilə bağlı məlumat ala bilməmişdir. Testi götürən həkim və 6 saylı Birləşmiş şəhər Xəstəxanasından yaxma nümunələrinin TƏBİB-in laboratoriyasına təhvil verildiyi və nəticələrə görə məsuliyyət daşımadıqlarını bildirirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Qaynar xətti”ndən məsələyə müdaxilə edə bilməyəcəklərini bildiriblər. 1542 “Qaynar xətti”ndən isə COVİD testinin nəticələrini sistemdə görmədiklərindən hər hansı bilgi verə bilməyəcəklərini və test götürən xəstəxana ilə əlaqə saxlamaqlarını bildiriblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsi üzərindən vətəndaşların müraciəti üçün cəmi 700 işarəlik yazıya icazə verilir. Həmin elektron müraciəti isə 1 sutkalıq cəhddən sonra göndərə bilmişəm və bugünədək cavab yoxdur. 11 avqust 2021-ci ildən 29 avqust 2021-ci ildək COVİD-19 xəstəliyi ilə yanaşı, bu yarıtmaz səhiyyə sistemi ilə mücadilə apararaq xəstəlikdən yaxa qurtara bilsələr də, Səhiyyə Sisteminin onlara yaşatdığı stress hələ də davam edir. Qeyd edir ki, sadaladığı bütün telefon zəngləri həm xidmətin keyfiyyətini:) ölçmək üçün “Qaynar xətt” xidmətləri, həm də onun tərəfindən qeyd edilib və araşdırma üçün təqdim edə bilər. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq aşağıdakı suallarına aydınlıq gətirilməsini xahiş edir: “1) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 2) İD********** COVİD test nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 3) İD********** COVİDtest nəticəsi hansı laboratoriyada yoxlanılıb və kimə məxsusdur? 4) X1 21 avqust 2021-ci ildə götürülən COVİD testinin nəticəsi necədir və hansı səbəbdən bugünədək testin cavabı bizə bildirilməyib? 5) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı formada tibbi yardım göstərilir və həmin vətəndaşların sağlamlığına görə məsuliyyəti hansı qurum daşıyır? 6) Ev şəraitində müalicə alan COVİD xəstələrinə hansı dərman vasitələri pulsuz verilməlidir və buna görə məsuliyyəti hansı qurum daşıyır? 7) COVİD-ə yoluxandan sonra Ağ ciyərlərimizin KT müayinəsi və böyrəklərimizin müayinəsinə ehtiyac var. Bu xidməti İcbari Tibbi Sığorta ilə ödənişsiz ala bilərikmi? 8) Mənim və ailə üzvlərimin COVİD-dən müalicəsi üçün xərclədiyimiz 758 manat vəsait İcbari Tibbi Sığorta hesabına qarşılana bilərmi?”. Azərbaycanın fədakar həkimlərinin və həyatlarını riskə ataraq vətəndaşların sağlamlığını keşiyində duran tibb işçilərinə sonsuz minnətdarlığını bildrərək cavabları üçün təşəkkür edir. - Poçt qəbzlərinin surətlərindən görünür ki, qeyd olunan ərizə xx.xx.2021-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 ünvanlanmış 13 sentyabr 2021-ci ildə PHŞ/1-2- 2021-21327 saylı məktubdan görünür ki, İddiaçı COVİD-19 xəstəliyi barədə müraciəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olmuşdur. Vətəndaş müraciəti baxılması üçün aidiyyəti üzrə göndərilərək müraciətdə qaldırılmış məsələnin əsaslı olduğu təqdirdə həll edilməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 tərəfindən İddiaçı ünvanlanmış müraciətə baxılması haqqında xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2021-3790 nömrəli məktubdan görünür ki, onun xx.xx.2021-ci il tarixli müraciətinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15də (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, İD********** - İddiaçı Vahid oğluna məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X4 məxsusdur, Bakı Gigiyena və Epidemiologiya Mərkəzində yoxlanılıb, nəticə pozitivdir. İD********** - X8 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X9 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə neqativdir. Eyni zamanda test nəticəsi ilə bağlı sms-in göndərilməməsi ilə bağlı qeyd edirlər ki, nömrə şəbəkə xaricində olduğundan bununla bərabər digər hallarda işləmirsə, daşınıbsa, operatorların verdikləri zaman ərzində nömrə şəbəkəyə qayıtmırsa yaxud telefonda yaddaş problemi varsa, göndərilən sms üçün operatordan “çatmadı” statusu alınır. Ev şəraitində müalicəyə cəlb olunmuş COVİD-19 xəstələrinin müşahidəsi ərazi üzrə sahə poliklinikalarının vəzifəsidir. Xüsusi hazırlanmış təlimatlar əsasında sahə poliklinikalarının məsul həkimləri tərəfindən təsdiqlənmiş və ya şübhəli COVİD-19 xəstələri nəzarətə götürülərək mütəmadi şəkildə müşahidə edilir, gündəlik klinik vəziyyətləri qiymətləndirilir və ehtiyac yarandığı təqdirdə hospitalizasiya üçün göstəriş verilir. Bundan əlavə ev şəraitində müalicəyə cəlb olunmuş xəstələrə vitaminlər, hərarət satıcılar və həkim təyinatına əsasən virus əleyhinə dərmanlar paylanılır. COVİD-19 xəstələrinin ev şəraitində müşahidə və müalicəsinin təşkili Bakı şəhəri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt və regionlar üzrə TƏBİB tərəfindən həyata keçirilir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 tərəfindən İddiaçı ünvanlanmış müraciətə baxılması haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2021-ci il tarixli müraciətinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15də (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, İD********** - İddiaçı Vahid oğluna məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X4 məxsusdur, Bakı Gigiyena və Epidemiologiya Mərkəzində yoxlanılıb, nəticə pozitivdir. İD********** - X8 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə pozitivdir. İD********** - X9 məxsusdur, Bakı Respublika Klinik Xəstəxanasında yoxlanılıb, nəticə neqativdir. Eyni zamanda test nəticəsi ilə bağlı sms-in göndərilməməsi ilə bağlı qeyd edək ki, nömrə şəbəkə xaricində olduğundan bununla bərabər digər hallarda işləmirsə, daşınıbsa, operatorların verdikləri zaman ərzində nömrə şəbəkəyə qayıtmırsa yaxud telefonda yaddaş problemi varsa, göndərilən sms üçün operatordan “çatmadı” statusu alınır. Ev şəraitində müalicəyə cəlb olunmuş COVİD-19 xəstələrinin müşahidəsi ərazi üzrə sahə poliklinikalarının vəzifəsidir. Xüsusi hazırlanmış təlimatlar əsasında sahə poliklinikalarının məsul həkimləri tərəfindən təsdiqlənmiş və ya şübhəli COVİD-19 xəstələri nəzarətə götürülərək mütəmadi şəkildə müşahidə edilir, gündəlik klinik vəziyyətləri qiymətləndirilir və ehtiyac yarandığı təqdirdə hospitalizasiya üçün göstəriş verilir. Bundan əlavə, ev şəraitində müalicəyə cəlb olunmuş xəstələrə vitaminlər, hərarət satıcılar və həkim təyinatına əsasən virus əleyhinə dərmanlar paylanılır. COVİD-19 xəstələrinin ev şəraitində müşahidə və müalicəsinin təşkili Bakı şəhəri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt və regionlar üzrə TƏBİB tərəfindən həyata keçirilir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. - 6.1-ci maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. - 6.2-ci maddəsinə əsasən yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. - 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. - 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir; - 2.3-ci maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir; - 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar. - 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. - 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir; - 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki mübahisə üzrə aparılmış məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə və ailə üzvlərinə aid sağlamlıq vəziyyətləri, həmçinin bundan irəli gələn tibbi xidmətlər barədə məlumatları almaq üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin ərizə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən xx.xx.2021-ci il, PHŞ/1.1-2-2021-3790 nömrəli və xx.xx.2022-ci il tarixli, PHŞ/1-2-2002- 1522 nömrəli məktublarla cavab verilmişdir. İddiaçı onun müraciətinə məhkəmə prosesi başlayandan sonra xx.xx.2022-ci il tarixdə cavab verildiyini, lakin həmin cavabda da müraciətinə tam cavab verilmədiyini iddia edir və bunu məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə qeyd edir ki, İddiaçı birbaşa özü və ya nümayəndəsi vasitəsilə müvafiq sorğu ilə informasiya sahibinə müraciət etmək hüququna malikdir. İnformasiya sahibi olan cavabdeh isə öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təmin etməyə borcludur. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının sorğusına cavab məktubu qanunvericilikdə müəyyən edilmiş 7 iş günündən çox müddətə verilmiş və həmin cavab iddiaçının sorğusunu tam əhatə etməmişdir. Cavabdeh inzibati orqan iddiaçının sorğusunda qeyd edilmiş digər məsələlərə (COVİD-ə yoluxandan sonra ağ ciyərlərilərinin KT müayinəsi və böyrəklərilərinin müayinəsinə ehtiyac var. Bu xidməti İcbari Tibbi Sığorta ilə ödənişsiz ala bilərlərmi? Onun və ailə üzvlərinin COVİD-dən müalicəsi üçün xərclədikləri 758 manat vəsait İcbari Tibbi Sığorta hesabına qarşılana bilərmi?) cavab verilməməsinin səbəblərini məktubunda əsaslandırmamışdır. Eyni zamanda həmin məlumatların sorğu əsasında iddiaçıya təqdim edilməsindən imtina üçün hər hansı əsasın mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Belə olan halda məhkəmə tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli vətəndaş müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavab verməməsi qanunsuz və əsassız hesab edilməli, xx.xx.2021-ci il tarixli vətəndaş müraciətində əksini tapan, amma cavabdehin xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1522 saylı məktubda cavab verilməyən suallara cavab verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavab verilməməsi qanunsuz və əsassız hesab edilsin. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətində əksini tapan, amma xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-2-2022-1522 nömrəli məktubda cavab verilməyən suallara cavab verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6095/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6095/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver