Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6098/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimiQarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Məmmədov Fəxri Vahid oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmrin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğunun barəsindəki 21 oktyabr 1999-cu il tarixli, 02\66-292-L saylı əmrin ləğvindən imtina etməsinə dair ona ünvanladığı 20 avqust 2020-ci il tarixli, 10\05-754 saylı cavab məktubunun qanunsuz və əsassız olmasına, qeyd edilən 21 oktyabr 1999-cu il tarixli, 02X66-292-L saylı əmrin qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,iddiaçı 1991-ci ildən 1997-ci ilə kimi Abşeron rayon prokurorluğunun, 1997-ci ildən 21 oktyabr 1999-ci il tarixədək isə Bakı şəhər Xətai rayon prokurorluğunda baş müstəntiq vəzifəsində işləmiş, nümunəvi xidmətiylə fərqlənmiş, bununla belə tutduğu mövqeyə görə təzyiqlərlə də üzləşmiş, qanunsuz göstərişlə fəaliyyətində kobud qanun pozuntularına yol verilməsi adı ilə 21 oktyabr 1999-cu il tarixİi, 02\66-292-L saylı əmrlə vəzifədən çıxarılaraq prokurorluq orqanlarından xaric edilmişdir. Etdiyi çoxsaylı müraciətlərə baxmayaraq əmrin surətini və əmək kitabçasını ala bilməmiş, prokurorluğun rəhbərliyi dəyişdikdən sonra işdən çıxarılmasına əsas verən faktlar yoxlanmış, Bakı şəhər prokurorluğunun xx.xx.2000-ci il tarixli 0613 saylı məktubu ilə sənədlər Baş Prokurorluğa göndərilmiş, bununla belə işə bərpa məsələsi həll edilməmiş qalmışdır. İddiaçı barəsindəki qərəzli və qanunsuz əmrin ləğv olunması, hüquqlarının bərpa edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin ona ünvanladığı 20 avqust 2020-ci il tarixli, 10\05-754 saylı cavab məktubunda tələbin icrasından imtina edilərək göstərilmişdir ki, “xx.xx.2020-ci il tarixli müraciətinə Təşkilat və icra Nəzarət İdarəsində aidiyyəti üzrə baxılmış, əmrin ləğvinə qanuni əsasların olmadığı müəyyən edilmişdir”. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən ərizəsində göstərilən məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququ cavab məktubunda öz əksini tapmış, məktub poçtla göndərilərək bu günlərdə ona təqdim edilmişdir. Bütün bunlar ona ciddi təsir göstərməklə konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Hesab edir ki, belə olduqda cavabdehin əmrin ləğvindən imtina etməsinin əsassız olmasına və əmrin ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair məhkəmə qərarı çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq ictaatına başlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verib, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı vəsatətində göstərilənlərə uygun olaraq izahat verib bildirdi ki, İddiaçı xx.xx.1991-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına qulluğa qəbul edilərək Abşeron rayon prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Bakı şəhəri Xətai rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş, xidməti vəzifələrinin icrası zamanı ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1999-cu il tarixli, 02/66- 292-1 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Onun işə bərpa edilməsi ilə əlaqədar hər hansı bir əsasın olması müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə əmək kitabçasını Baş Prokurorluğun Kadrlar idarəsində götürmüşdür. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edir. Göründüyü kimi iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini keçirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı əmrin ləğv edilməsi tələbinə dair verdiyi iddianı əsassız hesab edirək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1999-cu il tarixli, 02/66-292-1 nömrəli əmrinin qanuniliyini mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanuniliyi mübahisələndirilən əmrdən məhkəməyə şikayət verilməsi müddətinin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutu iddiaçı və ya onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında Daxili İşlər etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 21 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6098/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6098/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver