Məhkəmə qərarları › İş №2-1(112)-610/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-610/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-610/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı12 nümayəndəsi və vəkili X11, İddiaçı12 nümayəndəsi X12 iştirakı ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı16, İddiaçı15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlunun, İddiaçı17, İddiaçı16 və İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İştirak etdiyi məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı12 nümayəndəsi və vəkili X20 izahatında bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6261/2016 saylı, 21.11.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 tələbkar İddiaçı9 xeyrinə 67400 (altmış yeddi min dörd yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmuşdur. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6561/2016 saylı, 28.12.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 67250 (altmış yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar İddiaçı10 xeyrinə tutulmuşdur. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-6262/2016 saylı, 22.11.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 cəmi 55031 (əlli beş min otuz bir) manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı11 ödənilməli idi. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-95/2017 saylı, 10.03.2017-ci il tarixli icra sənədinə əsasən borclu X7 tələbkar İddiaçı13 xeyrinə 44800 (qırx dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmalı idi. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 2(006)-310/2016 saylı, 17.10.2016-cı il tarixli icra sənədinə əsasən X7 İddiaçı15 xeyrinə 73000 (yetmiş üç min) ABŞ dolları məbləğində pul milli manat məzənnəsinə uyğun olaraq tutulmalı idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslər, mülki iddiaçılar İddiaçı7 349.000 ABŞ dolları (məzənnə ilə 277.140,9 manat), İddiaçı3 10.000 ABŞ dolları (məzənnə ilə 7869 manat), İddiaçı5 63.000 manat, X4 53.900 ABŞ dolları (məzənnə ilə 43.324,82 manat, İddiaçı17 10.000 manat və İddiaçı2 106.0 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs X13 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitləri Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, zərəçəkmiş şəxs İddiaçı8 isə təqsirləndirilən şəxs X13 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları (məzənnə ilə 56.182 manat) məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də İddiaçı8 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulmasına, İddiaçı6 202.000 ABŞ dolları (məzənnə ilə 165.034 manat), İddiaçı4 140.000 manat və İddiaçı16 57.840 manat məbləğində təqsirləndirilən şəxs X13 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, İddiaçı1 56.656,8 manat məbləğində, İddiaçı12 102.000 manat məbləğində olmaqla təqsirləndirilən şəxs X13 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulmasına, iş üzrə zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X6 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 11.07.2008-ci il tarixli, 369 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 09.08.2004-cü il tarixli, 722 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.m torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 11.07.2008-ci il tarixli, 377 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin üzərində olan tikililərin üzərinə yönəldilməlidir. Tələbin yönəldildiyi Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X13 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, 30.09.2020-ci il tarixli satış protokolu ilə 801.900 manat məbləğinə, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X13 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, 30.09.2020-ci il tarixli satış protokolu ilə 322.218 manat məbləğində, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X13 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, 30.09.2020-ci il tarixli satış protokolu ilə 326.592 manat məbləğində borca əvəz olaraq tələbkarlar tərəfindən alınmışdır. 30.09.2020-ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün 13.10.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Lakin təəssüflər olsun ki, müvafiq qurum tərəfindən 02.11.2020-ci il tarixli **********48 saylı imtina məktubu verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı12 nümayəndəsi X21 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 izahatında bildirdi ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP004 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP005 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP006 saylı, 30.09.2020-ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Qeyd olunan daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddia tələbində qeyd olunan daşınmaz əmlakların ilkin olaraq dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında həmin ünvanda yerləşən daşınmaz əmlakların üzərinə Binəqədi Rayon Məhkəməsinin 04.08.2011-ci il tarixli, 5(001)-38/2011 saylı, 26.08.2011-ci il tarixli 5(001)-41/2011, 5(001)-42/2011, 5(001)- 43/2011, 5(001)-44/2011, 5(001)-45/2011 saylı qərarları ilə həbs qoyulmuşdur. Qeyd olunanlarla bağlı İdarə tərəfindən X17 **********48 qeydiyyat nömrəli, 02.11.2020-ci il tarixli, **********03 qeydiyyat nömrəli, 04.11.2020-ci il tarixli, **********00 qeydiyyat nömrəli, 30.11.2020-ci il tarixli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri hesab olunur, lakin İdarəyə təqdim olunan sənəd açıq hərracın nəticələrinə dair yekun protokol deyil, satış protokoludur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X17 ünvanlanmış 02.11.2020-ci il tarixli, **********48 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 10 saylı fərdi yaşayış evinin özəlləşdirilməsi ilə bağlı ********** daxil olma nömrəli, 13.10.2020-ci il tarixli məktubunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlak və ona dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Aparılan araşdırma zamanı daşınmaz əmlak üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, 04.08.2011-ci il tarixli qərarı ilə həbs qoyulması barədə məlumat aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanuhla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X17 ünvanlanmış 04.11.2020-ci il tarixli, **********48 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli 13.10.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquqmüəyyən edici sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X17 ünvanlanmış 30.11.2020-ci il tarixli, **********00 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 4 mərtəbəli tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 13.10.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 4 mərtəbəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmçinin bildiririk ki, qeyd olunan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, 04.08.2011-ci il tarixli qərarı daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YP №004 nömrəli 30.09.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı 20.10.2014cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 11.03.2020-ci il tarixli 17/68-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X13 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X18, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: ******* (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında 30.09.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YP №005 nömrəli 30.09.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı 20.10.2014cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 11.03.2020-ci il tarixli 17/68-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X13 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X18, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında 30.09.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YP №006 nömrəli 30.09.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı 20.10.2014cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 11.03.2020-ci il tarixli 17/68-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X13 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X18, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 326592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında 30.09.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 18.03.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində yerləşən 2256.31 kv.m tikiliyə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 442 kv.m olan 10 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 448 kv.m olan 10 saylı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin surətinin verilməsi ilə bağlı 27.01.2021-ci il tarixli 2-1(112)-3910/2021 saylı sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində yerləşən 2256.31 kv.m tikilinin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 442 kv.m olan 10 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 448 kv.m olan 10 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, sorğuda qeyd olunan iddiaçıların sözügedən ünvanlara dair rəsmi müraciət etməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən 13.12.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 550 saylı 04 avqust 2006-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 5 ünvanda yaşayan vətəndaş X9 ayrılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 369 saylı 11 iyul 2008ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 550 saylı 04.08.2006-cı il tarixli qərarı ilə ünvan 5 ünvanda yaşayan vətəndaş X8 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin vətəndaş X8 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 6 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 284 saylı 14 may 2003cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində cizgi əsasında 300,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə X1 qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 377 saylı 11 iyul 2008ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 284 saylı 14.05.2003-ci.i il tarixli qərarı ilə Bakı şəhər sakini vətəndaş X15 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 300,0 kv.metr torpaq sahəsinin vətəndaş X15 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 7 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 16.11.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 722 saylı 09.08.2004-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Binəqədi rayon Biləcəri bələdiyyəsinin 28.04.2003-cü il tarixli 271 saylı qərarına əsasən Bakı şəhər sakini X10 adına alqı-satqı yolu ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə cizgi əsasında ayrılmış 600,0 kv.metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X10 adından Biləcəri bələdiyyə üzvləri ümumi yığıncağının 06.08.2004-cü il tarixli 117 saylı protokolunun qərarı ilə X5 adına sənədləşdirilməsi və hasarın içərisində istifadə etdiyi 200.0 kv.m torpaq sahəsinin bağ-bostan sahəsi kimi onun istifadəsinə verilməsi qərara alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 369 saylı 11 iyul 2008-ci il tarixli qərarına əsasən Bakı şəhəri Biləcəri bələdiyyəsinin 550 saylı 04.08.2006-cı il tarixli qərarı ilə ünvan 5 ünvanda yaşayan vətəndaş X8 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin vətəndaş X8 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 6 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 377 saylı 11 iyul 2008-ci il tarixli qərarına əsasən Bakı şəhəri Biləcəri bələdiyyəsinin 284 saylı 14.05.2003-ci il tarixli qərarı ilə Bakı şəhər sakini vətəndaş X15 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 300,0 kv.metr torpaq sahəsinin vətəndaş X15 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 7 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 722 saylı 09.08.2004-cü il tarixli qərarına əsasən Bakı şəhər Binəqədi rayon Biləcəri bələdiyyəsinin 28.04.2003-cü il tarixli 271 saylı qərarına əsasən Bakı şəhər sakini X10 adına alqı-satqı yolu ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə cizgi əsasında ayrılmış 600,0 kv.metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X10 adından Biləcəri bələdiyyə üzvləri ümumi yığıncağının 06.08.2004-cü il tarixli 117 saylı protokolunun qərarı ilə X5 adına sənədləşdirilməsi və hasarın içərisində istifadə etdiyi 200.0 kv.m torpaq sahəsinin bağ-bostan sahəsi kimi onun istifadəsinə verilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, “X2 Mərkəzi” MMC-nin YP №004 nömrəli 30.09.2020-ci il tarixli satış protokoluna və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı 20.10.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 11.03.2020-ci il tarixli 17/68-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X13 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X18, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: ******* (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında 30.09.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Eyni zamanda “X2 Mərkəzi” MMC-nin YP №005 nömrəli 30.09.2020-ci il tarixli satış protokoluna və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı 20.10.2014cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 11.03.2020-ci il tarixli 17/68-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X13 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X18, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında 30.09.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Eyni zamanda “X3 Mərkəzi” MMC-nin YP №006 nömrəli 30.09.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı 20.10.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 11.03.2020-ci il tarixli 17/68-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X13 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X18, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 326592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında 30.09.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Hazırda iddiaçılar qeyd olunan hərrac protokollarına əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m), Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb edirlər. Lakin göründüyü kimi, qeyd olunan əmlaklar və onlara dair hüquqlar ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışlar. Belə olan halda hərrac protokollarına istinad edilməklə həmin əmlaklara mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi əsaslı hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar